Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 250,4 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix13.12.2017
ölçüsü250,4 Kb.
#15461
1   2   3   4   5   6

http://www.amu.edu.az

15 yanvar 2016-cı il

4

H



ər il olduğu kimi, 

bu  il  də  ənənəyə 

uyğun olaraq im-

tahanın  gedişi  ilə  bağlı 

“Təbib” qəzeti üçün repor-

taj hazırlamağa qərar ver-

dik.  

Tələbə, müəllim, nəzarət-



çi 

 

lərlər lə  görüşüb,  onların 



imtahanın  gedişi  ilə  bağ-

lı  fikirlərini  bölüşdük.  Elə 

ilk  görüşümüz  də  imtahan-

dan  yenicə  çıxmış  Türkiyə 

vətəndaşı,  II  MPF-nin  IV 

kurs tələbəsi  Həzni Çingizlə 

oldu.  Əhvalı  yaxşı  görünür-

dü.  Deyəsən  imtahandan 

müvəffəqiyyət  qazanmışdı.  

Zəndimizdə 

yanılmamış-

dıq.  Həzni  bəylə  söhbətimiz 

zamanı  məlum  oldu  ki, 

o,  həqiqətən  də  yoluxucu 

xəstəliklər  fənnindən  im-

tahanı  uğurla  verə  bilib. 

İndiyədək  verdiyi  imtahan-

larda  heç  bir  süni  maneənin 

olmadığını  bildirən  tələbə 

müəllimlərindən razı qaldığı-

nı da dilə gətirdi.  

Türkiyə vətəndaşı Ələddin 

Başak isə universitetin I MPF-

nə  yeni  tədris  ilində  qəbul 

olanlardandır.  Əvvəl  gələndə 

bir  az  darıxdığını  desə  də, 

hazırda  mühitə  əməlli-başlı 

öyrəşib.  Sanki  Azərbaycanda 

anadan  olduğunu  deyir.  Elə 

tibb  universitetinə  qəbul  ol-

masından  da  çox  razıdır. 

Özünə dostlar da tapıb. Dost-

larından  və  müəllimlərdən 

razıdır. O da heç bir subyek-

tiv  müdaxilə  olmadan  imta-

handan  maksimum  bal  top-

laya bilib. 

“Bu semestr 

22 ölkədən 664 

tələbə imtahan 

verir”

İldən-ilə əcnəbi tələbələrin 

universitetə  marağının  art-

masını  nəzərə  alıb,  Xarici 

tələbələrlə iş üzrə dekan mü-

avini  Niyazi  Hacızadənin  də 

fikirlərini öyrəndik: 

-  Universitetimizdə  bu 

semestr    22  ölkədən  664 

tələbə  imtahan  verir.  Onlar 

özlərini  olduqca  nizam-in-

tizamlı aparır, əksəriyyəti bu 

vaxtadək 

müvəffəqiyyətlə 

imtahan  veriblər.  Sevindiri-

ci haldır ki, universitetimizin 

beynəlxalq  aləmdə  nüfuzu 

ildən-ilə  çoxalır.  Getdikcə 

yeni  ölkələrdən  müraciətlər 

edirlər. Bu tədris ilində siya-

hımıza  yeni  olaraq  Nigeriya 

və Liviya kimi ölkələrin adları 

daxil  olub.  Xarici  tələbələrlə 

iş üzrə dekan, dosent İsma-

yıl  Əfəndiyevin    Hindistan-

da, İordaniyada, o cümlədən 

bir  sıra  Avropa  və  ərəb 

ölkələrində  universitetimizlə 

bağlı  apardığı  təbliğat  kam-

paniyasının  müsbət  nəticəsi 

oldu.  Yəni  tələbələrin  sayı 

ötən illərə nisbətən bu il daha 

çoxdur  və  hesab  edirik  ki, 

ildən-illə  onların  sayı  daha 

da artacaq. 

Dekanlıq 

universite-

ti  bitirən  əcnəbi  tələbələri 

də  yaddan  çıxarmır.  Onlar-

la daim əlaqə saxlayır. Qeyd 

edim  ki,  ötən  il  universite-

timizi  bitirən  149  məzunun 

118-i öz ölkələrində imtahan 

verərək ATU-nun diplomları-

nı tanıdıblar. Bu da olduqca 

sevindirici haldır və diplomla-

rımızın xaricdə tanınması sü-

but edir ki, universitetimizdə 

tədrisin  keyfiyyəti  yüksək 

səviyyədədir. 

Tələbələr 

prak tik  və  nəzəri  cəhətdən 

bilik-bacarıqları 

yax-


şı  mənimsəyirlər.  Savad-

lı  mütəxəssis    hazırladığına 

görə  hər  il  universitetimizə 

qəbul  olan  tələbələrin  sayı 

artır. 

“İmtahanları  

heç bir kənar 

müdaxilə 

olmadan 

verdim”

İmtahanı  verərək  zaldan 

çıxan  digər  bir  tələbəyə  ya-

xınlaşırıq.  Özünü  təqdim 

edir. 

I MPF-nin I kurs tələbəsi 

Aidə Köçərli: 

-  İndiyədək  iki  imtahan 

vermişəm. Doğrudur, özümə 

güvənsəm  də,  hər  ikisində 

həyəcanlı  idim.  Hazırlaşdı-

ğım  üçün  hər  ikisindən  də 

maksimum  bal  toplaya  bil-

dim. İmtahanların gedişindən 

razıyam.  Heç  bir  narazılığım 

yoxdur. 


 II MPF-nin I kurs tələbəsi 

İsmayıl Hacıyev:

-  “Anatomiya  I”-dən  im-

tahan  verərək    45  bal  top-

ladım.  Bunu  yaxşı  göstərici 

hesab edirəm. İmtahan rahat 

keçdi. İndən sonra 4 imtahan 

verəcəyəm. Yaxşı hazırlaşdı-

ğım  üçün  nəticələr  əldə  et-

dim. Gərək o biri imtahanlara 

da yaxşı hazırlaşam ki, prob-

lem olmasın. 

II MPF-nin III kurs tələbəsi 

Özcan Qızıldərə (Türkiyə 

vətəndaşı) :

-  Verdiyim  imtahan  im-

munologiya  fənnindən  idi. 

Universitetdə  imtahanların 

götürülməsi  Türkiyə  sistemi 

ilə  eyniyyət  təşkil  etdiyindən 

problemlə 

qarşılaşmadım. 

İmtahana  yaxşı  hazırlaşmış-

dım. Adətən mən imtahanla-

ra yaxşı hazırlaşıram ki, uğur 

qazana  bilim.  Hesab  edirəm 

ki,  gələcəkdə  verəcəyim  im-

tahanlardan da uğur qazana-

cağam. 

“Çox 

həyəcanlıydım... 

sevinirəm”

II  MPF-nin  I  kurs  tələbəsi 

Fidan  Bəylərova  da  imtahanı 

yeni  verən  tələbələrdəndir. 

Ən  çətin  imtahanlardan  biri 

hesab  olunan  “Anatomiya 

I”  dən  uğur  qazanıb:  “  Çox 

həyəcanlıydım.  Bu  imta-

han  biz  tələbələr  arasında 

çətin  imtahan  hesab  olu-

nur.    Amma  müvəffəqiyyət 

qazandım–47  bal  topladım. 

Sevinirəm”–deyərək  sevin-

ci ni  bizimlə  bölüşdü  və 

biz  də  öz  növbəmizdə  onu 

müvəffəqiyyət 

qazanması 

münasibəti ilə təbrik etdik. 

II  MPF-nin  I  kurs  tələbəsi 

Sənan  Camalov  da  27  bal-

la  müvəffəqiyyət  qazandı-

ğını  dedi.  İnanır  ki,  o  biri 

fənlərdən  də  uğur  qazana-

caq.  İmtahanın  obyektiv  və 

heç  bir  müdaxilə  olmadan 

keçdiyini qeyd etdi. 

Bu tədris ilində universite-

tin tələbə statusunu qazanan 

Türkiyə  vətəndaşı  Eslin  Yıl-

dırım isə 34 bal toplayıb. Bu 

universiteti seçdiyindən peş-

man deyil. 



Qış semestr 

Ötən il dekabrın 29-dan etibarən Azərbaycan 

Tibb Universitetində qış semestr imtahanlarına 

start verilib. Şənbə və bazar günü istisna ol-

maqla hər gün imtahan zallarında tələbələr im-

tahan verirlər. İmtahan vermək üçün gözləyən 

tələbələrin  üzündə  isə  bir  nigarançılıq  hiss 

olunur. Bu da təbiidir. Fikirləşirlər ki, görəsən, 

imtahan zamanı bildikləri sual düşəcəkmi? Ya-

xud bilmədikləri sual çoxmu olacaq?




Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə