Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 250,4 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix13.12.2017
ölçüsü250,4 Kb.
#15461
1   2   3   4   5   6

15 yanvar 2016-cı il

http://www.amu.edu.az

5

Əczaçılıq  fakültəsinin  II  kurs 



tələbəsi  Ümid  Abdulhüseynov  da 

uğur  qazanıb.  Onlar  da  imtahanın 

gedişindən məmnundurlar. 

İmtahanın gedişi ilə bağlı zallarda 

olduq. Virtual Test Mərkəzinin direk-

toru Şahin Bayramovla görüşdük:



“Tələb nədirsə, 

onu qarşılamağa 

çalışırıq”

-  İmtahan  ötən  il  dekab rın  29-

da başlayıb və bu ilin fevralın 1-dək 

davam edəcək. Ötən ildən fərqli ola-

raq,  bu  il  həftənin  şənbə  və  bazar 

günlərindən  başqa  hər  gün  imtahan 

olacaq. İndiyədək haradasa 10 minə 

yaxın  tələbə  imtahanda  iştirak  edib 

(bu  məlumat  yanvarın  7-də  alınıb-

red.).  İmtahan  zamanı  bu  vaxtadək 

hansısa  qeyri-adi  bir  hadisə  qeydə 

alınmayıb. Özünüz gördüyünüz kimi, 

tələbələrdən imtahanlar heç bir sub-

yektiv  müdaxilə  olmadan,  zallarda 

kompyuter  vasitəsi  ilə  götürülür.  Bu 

günkü tələb nədirsə, biz onu qarşı-

lamağa çalışırıq. Tələbənin  qış ses-

siyası dövründə gündəlik və imtahan 

zamanı  topladığı  ballar  hesablanır, 

əgər  balların  cəmi  51-dən  yuxarı 

olarsa,  tələbə  uğur  qazanmış  hesab 

olunur. Mərkəzə tələbələrin gündəlik 

balları barədə məlumat daxil olmadı-

ğından biz yalnız imtahan zamanı 17 

baldan  az  toplayan  tələbələrin  uğur 

qazanmadığını  müəyyən  edə  bilirik. 

Yəni  ancaq  onu  bilirəm  ki,  17-dən 

az bal toplayan tələbələr imtahandan 

kəsilib.    Çünki  tələbə  17  baldan  az 

toplayıb, gündəlik baldan 50 bal top-

lasa belə, gündəlik balla imtahan balı 

toplanmır və hesab olunur ki, tələbə 

müvəffəqiyyət qazanmayıb. 

- Heç indiyədək imtahan dan 17-dən 

az bal toplayan tələbələr olubmu? 

- Bəli, var. İndiyədək 50-yə yaxın 

tələbə 17-dən az bal toplayıb.  

-Bəs müvəffəqiyyət qazanmayan 

tələbələrin gələcək taleyi necə olur? 

Onlar növbəti imtahana buraxılırmı? 

Ümumiyyətlə, mexanizm necədir?

- “Kredit sisteminin” Əsasnaməsinə 

görə,  imtahandan  uğur  qazanma-

yan  tələbələr  kəsildiyi  fənni  yenidən 

keçməli  və  yenidən  imtahanlara  qa-

tılmalıdır. 

Amma  tələbələrin  növbə ti  imta-

hana  qatılmaları  tələbənin  kəsildiyi 

fənnin statusundan asılıdır. Statusu-

na görə isə fənlər 3 qismə bölünür. 

a) məcburi və ardıcıl fənlərə, 

b) məcburi fənlərə

c) seçim fənlərinə;

Məsələn,  “Anatomiya  I”  məcburi 

və  ardıcıl  fənn  hesab  olunur.  Əgər 

tələbə bu fəndən kəsilirsə, o, “Anato-

miya II”ni  başlaya bilməz.

Tutaq ki, tarix fənni məcburi fənn 

hesab olunur. Fəlsəfə-iqtisadiyyat isə 

seçim fənləridir. Məsələn, tələbə əgər 

fəlsəfədən  imtahan  verib  kəsilirsə, 

növbəti dəfə o, imtahan vermək üçün 

iqtisadiyyat fənnini seçə bilər.

Tələbənin  həmçinin  belə  bir  ix-

tiyarı  da  var  ki,  “Anatomiya  I”  və 

“Anatomiya 

II”-yə 

girmədən  imtahanları-



nı  Yay  Məktəbində  verə 

bilərlər.  Bu,  artıq  onun 

istəyindən asılıdır.   

Amma  lazımdır  ki, 

nəzərdə  tutulmuş  vaxt-

da,  yəni  6  ildə  bütün 

borcları verib qurtarsın. 

Şahin 


müəllimdən 

həmçinin 

əcnəbi 

tələbələrin  imtahanları 



necə verməsinə aydınlıq 

gətirməsini  xahiş  etdik: 

“  Biz  bu  sistemə  yeni 

başladığımız  ili  əcnəbi  tələbələr  ya 

adətən az bal toplayır, ya da kütləvi 

şəkildə kəsilirdilər. Bu sistem yerinə 

oturduqdan  sonra  onlarda  kəsilmə 

ilə  bağlı  kəskin  azalmalar  müşahidə 

olunmağa  başladı.  Çünki  tələbələr 

gördülər ki, imtahan götürülən zaman 

heç bir subyektiv müdaxilə mümkün 

deyil. Hazırda əcnəbi tələbələrin qa-

zandığı  uğurlarla  bizim  tələbələrin 

uğurları    arasında  elə  bir  fərq  yox-

dur.  Təbii,  aralarında  kəsilənlər  də 

var.  Amma  onlar  artıq  yaxşı  bilirlər 

ki,  oxumaq,  hazırlaşmaq,  çalışmaq 

lazımdır”. 

Ş.Bayramov  imtahanın  gedi-

şi ilə bağlı texniki cəhətdən hazırlıq 

məsələsinə də aydınlıq gətirdi: “Tex-

niki cəhətdən etibarlı bir sistem qura 

bilmişik.  Bir  məqamı  qeyd  etmək 

istərdim:  İmtahana    başladığımız 

ilk  gün,  yəni  dekabrın  29-da  səhər 

tezdən  elektrik  enerjisi  kəsilmişdi. 

Amma bizdə heç bir problem olma-

dı.  Enerji  kəsilən  kimi  generatorlar 

işə düşdü və tələbələr normal şəkildə 

imtahan verdilər. Tələbələr heç ener-

jinin kəsilməsini belə hiss etmədilər. 

Hazırda kompyuterlərimiz hamısı saz 

vəziyyətdədir.  Hansısa  avadanlıq  la-

zım  olanda  rəhbərlik  anındaca  yar-

dım edir. 

“Hansısa qeyri-

adi hadisə qeydə 

alınmayıb”

Zallarda imtahanın gedişini izləyən 

bir  neçə  nəzarətçi  ilə  də  görüşdük. 

Onlardan  Günel  Əliyeva  və  Səbinə 

Əliyeva  imtahanların  normal  keçdi-

yini və hər hansı qeyri-adi hadisənin 

qeydə alınmadığını bildirdi. 

Nəzarətçi Nəsimi Vahabov da im-

tahanın  getdiyi  müddət  ərzində  hər 

hansı xoşagəlməzliklə üzləşmədiyini 

bildirdi.  Amma  bir  nəfərin  tələbə 

biletini  yadından  çıxarıb  evdə  qoy-

duğunu  və  bu  səbəbdən  onun 

müvəqqəti  imtahandan  uzaqlaşdı-

rıldığını,  şəxsiyyəti  dəqiqləşdikdən 

sonra yenidən imtahana buraxıldığını 

bildirdilər. 

Qeyd  edək  ki,  imtahanın  obyek-

tiv  və  şəffaf  keçirilməsi  universitet 

rəhbərliyinin  daim  nəzarəti  altında-

dır.  Rektor  əvəzi,  tədris  işləri  üzrə 

prorektor,  professor  Sabir  Əliyev 

mütəmadi olaraq imtahanın gedişi ilə 

maraqlanır və imtahan zallarında olur. 

Texniki  cəhətdən  təminata  zərurət 

yaranarsa,  lazımi  göstərişlərini  ve-

rir və tələbələrin imtahanın gedişi ilə 

bağlı fikirlərini dinləyir.

Hər  halda,  həmin  gün  təlaşı 

sevinclə əvəz edən tələbələrlə görüş-

dük.  Onları qazandıqları  uğura görə 

təbrik  etdik.  İmtahana    hazırlaşan 

tələbələrə nailiyyətlər diləyərək imta-

han auditoriyasından xoş təəssüratla 

ayrıldıq. 

Qabil ABDULLAYEV

,

A.KAMRANOĞLU



Fotolar Cənnətalı Çingizindir

imtahanlarına start verilib


Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə