Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 250,4 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix13.12.2017
ölçüsü250,4 Kb.
#15461
1   2   3   4   5   6

http://www.amu.edu.az

15 yanvar 2016-cı il

6

• 



Səhiyyə Nazirliyinin mətbu 

orqanı olan “Tibb qəzeti” 

25 illiyini qeyd edir. 1991-ci 

ilin yanvar ayının 5-dən çap 

olunan, əvvəllər “Şəfqət” 

adı ilə dərc edilən qəzet 

2007-ci ildən yeni adla işıq 

üzü görür.   

Qəzetin 


səhifələrində 

səhiy yə  sahəsində  və  mü-

vafiq  qanunvericilikdə  olan 

yeniliklər,  səhiy yənin  təşkili 

qaydalarında  tətbiq  olunan 

dəyişikliklər  öz  əksini  ta-

pır,  həmçinin  dünyada  və 

Azərbaycanda  tibb  elmi-

nin  nailiyyətləri  haqqında 

məlumatlar verilir.

Mətbu orqanında, eyni za-

manda,  səhiyyə  sahəsində 

qurulan  beynəlxalq  əlaqə-

lər,  Azərbaycanda  yeni  tət-

biq  olunan  müalicə  metod-

ları  və  nadir  əməliyyatlar 

haqqında 

məlumatlar, 

əczaçılıq  xəbərləri,  jurna-

list  araşdırmaları,  ma raq lı 

şəxsiyyətlərlə  müsahibələr 

də yer alır.

Səhiyyə  müəssisələrində 

vakant  yerlər  haqqında 

elanlar da yalnız bu ixtisas-

laşmış nəşrdə dərc olunur.

“Tibb  qəzeti”  ayda  bir 

dəfə,  21  min  900  nüsxə  ti-

rajla  nəşr  edilir.  Mətbu  or-

qanı  Azərbaycanın  bü-

tün  şəhər  və  rayonlarına, 

hətta  ucqar  kəndlərində 

fəaliyyət  göstərən  dövlət 

tibb müəssisələrə və bir çox 

apteklərə çatdırılır.

İndi 


qəzet 

oxuculara 

daha  yaxın  olub.  Qəzetin 

www.tibbqazeti.az

 

ünvanında 



yerləşən  saytında  material-

ların  elektron  versiyası  ilə 

də tanış olmaq mümkündür. 

İl ərzində sayta 120 mindən 

artıq baxış qeydə alınır.

“Tibb qəzeti”nin 25 yaşı 

tamam olur 

Bu günlərdə, görkəmli Azərbay-

can pediatrı, tibb elmləri doktoru, 

professor Nəsibə Ağa İsmayıl qızı 

Hüseynovanın 90-illik yubileyidir. 

1948-ci ildə Moskva şəhərinin 

N. İ. Piroqov adına Tibb İnstitutunu 

bitirmişdir. Həmin ildən Azərbaycan 

Dövlət Tibb İnstitutunun uşaq 

xəstəliklərinin propedevtikası 

kafedrasının kliniki ordinatoru 

vəzifəsində çalışmışdır. 1950-1951-

ci illərdə Laçın şəhərindəki qadın 

və uşaq məsləhətxanasının müdiri, 

1951-1954-cü illərdə SSRİ-in Tibb 

Elmləri Akademiyasının Pedi-

atriya İnstitutunda aspirant olmuş, 

namizədlik dissertasiyasını müdafiə 

etmişdir.

1955-1959-cu illərdə Ana 

və Uşaqların Mühafizəsi Elmi-

Tədqiqat İnstitutunda baş elmi işçi, 

şöbə müdiri işləmişdir. 1959-cu 

ildən ATİ-nun hospital pediatriya 

kafedrasının dosentidir.

1959-1961-ci illərdə SSRİ dövləti 

tərəfindən İraqa ezam olunmuş və 

orada müharibə şəraitində səhiyyə 

müşaviri işləmişdir. Bu şərəfli 

həkim işinə görə N. Hüseynova İraq 

höküməti və Azərbaycan SSR-nın 

Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə 

Fəxri fərmanla təltif olunmuşdur. 

N.Hüseynova 1969-cu ildən 

doktorluq dissertasiyasını müda-

fiə edərək hospital pediatriya 

kafedrasının professor vəzifəsinə 

keçmişdir. 1970-1992-ci illərdə 

ATİ-nun müalicə-profilaktika 

fakültəsinin uşaq xəstəlikləri 

kafedrasının müdiri olmuşdur, 

1992-ci ildən hal-hazıradək həmin 

kafedranın professor vəzifəsində 

çalışır. 

1971-1976-cı illərdə Bakı şəhə-

rində baş pediator, 1970-1991-ci 

illərdə Səhiyyə Nazirliyinin IV Baş 

İdarəsinin baş pediatoru olmuşdur. 

1976-cı ildən hal-hazıra qədər 

Azərbaycan Respublikası Səhiyyə 

Nazirliyinin baş uşaq qastroenter-

oloqudur. 

1982-ci ildə professor 

N.Hüsey nova 17 saylı uşaq şəhər 

poliklinikasının bazasında res pub-

lika uşaq qastroenteroloji mər-

kəzinin yaradıcısı olmuş və uzun 

illər bu mərkəzdə elmi rəhbər kimi 

işləyərək, Azərbaycanın bütün regi-

onlarından mədə-bağırsaq problem-

li uşaqlara yardım etmişdir. 

Professor Nəsibə Hüseyno-

va əsasən, uşaqların qidalanması 

problemlərinə dair tədqiqatlar 

aparmışdır, elmi rəhbər kimi 6 tibb 

elmləri namizədi hazırlamışdır, 300-

dən artıq elmi məqalənin və meto-

diki tövsiyələrin müəllifidir, 2013-

cü ildə “Uşaq qastroenterologiya” 

dərsliyi, 2014-cü ildə isə “Pediatri-

yada dietoterapiya” dərs vəsaitini 

buraxmışdır.

Professor Nəsibə Hüseyno-

va 1984-cü ildə “Səhiyyə əlaçısı” 

nişanı ilə, 1986-cı ildə “Əmək 

Veteranı” medalı, 1990-cı ildə isə 

Azərbaycanın Əməkdar Həkimi 

fəxri adı ilə təltif olunmuşdur.

20 sentyabr 2010-cu il tarixində 

Azərbaycanda tibb təhsilinin və el-

minin inkişafındakı xidmətlərinə 

görə Azərbaycan Respublikası Pre-

zidenti İlham Əliyevin Sərəncamı ilə 

“Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Tibb Univer-

sitetinin rəhbərliyi professor Nəsibə 

Hüseynovanı 90 illik yubileyi 

münasibətilə səmimi qəlbdən təbrik 

edir, ona uzun ömür, can sağlığı və 

uzun müddətli aktiv həyat arzulayır.

 

ATU-nun REKTORLUĞU 

VƏ HƏMKARLAR İTTİFAQI 

KOMİTƏSİ

ATU-nun ağız və üz-çənə 

cərrahiyyəsi kafedrasının müdiri, 

tibb elmləri doktoru, professor Çin-

giz Rəhim oğlu Rəhimov ömrünün 

60-cı ilinə qədəm qoyur.

Professor Ç.Rəhimov 1956-cı il 

yanvar ayının 6-da Bakı şəhərində 

həkim ailəsində anadan olub. 

Atası akademik Rəhim Rəhimov 

Azərbaycan səhiyyəsinin tanınmış 

simalarından, həmçinin dünyanın 

bir çox ölkələrində elmi əsərləri ilə 

tanınan ziyalılarımızdandır. Anası 

Şükufə xanım Elmi Tədqiqat Göz 

Xəstəlikləri İnstitutunun aparıcı 

mütəxəssislərindən biri olmuşdur. 

Professor Çingiz Rəhimov belə bir 

ailədə böyüməklə həm tələbəlik 

illərində, həm də universitetdən 

sonrakı dövrdə praktiki fəaliyyətlə 

yanaşı elmə böyük həvəs göstərmişdir. 

Elə bu həvəslə də təyinatı üzrə 

Naxçıvan şəhərində cərrah stoma-

toloq işləyən Çingiz müəllim elmi 

fəaliyyət üçün o dövrdə dünyanın 

aparıcı onkoloji elmi mərkəzlərindən 

hesab olunan Ümumittifaq Onkoloji 

Elmi Mərkəzinin baş-boyun şişləri 

ixtisası üzrə aspiranturasına daxil 

olmuşdur. Aspiranturanı  1984–cü 

ildə müvəffəqiyyətlə bitirərək disser-

tasiya müdafiə etmiş və tibb elmləri 

namizədi alimlik dərəcəsini almışdır. 

Çingiz müəllim özünə qarşı çox 

tələbkar və daim öz üzərində çalıan bir 

mütəxəssisdir. Bu məqsədlə də o, elmi 

fəaliyyətini davam etdirmiş və 1992-

ci ildə Moskva şəhərində doktorluq 

dissertasiyasını müdafiə etmiş və tibb 

elmləri doktoru alimlik dərəcəsini 

almışdır. 

  Ölkəmizin müstəqilliyinin ilk 

illərində Çingiz müəllim Vətənini, 

xalqını sevən bir vətənpərvər kimi 

öz elmi-ictimai-pedaqoji fəaliyyətini 

müstəqil, doğma Azərbaycanla 

bağlamış, ATU-nun ağız və üz-çənə 

cərrahiyyəsi kafedrasında professor 

olaraq çalışmağa bağlamışdır. Bu illər 

ərzində professor Çingiz Rəhimov 

Azərbaycan səhiyyəsi, eləcə də ağız 

və üz-çənə cərrahiyyəsi üzrə bir çox 

yeniliklərə imza atmışdır. Dəfələrlə 

dünyanın bir çox ölkələrində 

mötəbər konfranslarda Azərbaycanı 

layiqincə təmsil etmişdir. Qeyd 

edə bilərik ki, Azərbaycan ağız və 

üz-çənə cərrahiyyəsinin bugünkü 

dinamik inkişafı, beynəlxalq 

səviyyəyə  uyğun olması məhz Çin-

giz müəllimin böyük əməyi, gənc 

kadrların yetişdirilməsində sərf et-

diyi təmənnasız zəhmətin hesabına 

olmuşdur. Çingiz müəllimin rəhbərliyi 

altında 10 elmlər namizədi dərəcəsi 

müdafiə edilmişdir. Hal hazırda da 

onun rəhbərliyi ilə kafedrada 5 tibb 

üzrə fəlsəfə doktoru və 1 tibb elmlər 

doktoru işi yerinə yetirilməkdədir. 

Çingiz müəllimi kollektivə, tələbələrə, 

yetirmələrinə sevdirən ən əsas 

xüsusiyyətlərindən biri də tələbkarlığı 

ilə yanaşı sadəliyi, gülərüzlüyü və 

yüksək mədəni keyfiyyətlərə malık 

olmasıdır. Kollektivə rəhbərlik etdiyi 

müddətdə hər kəs Çingiz müəllimi 

özünə yaxın məsləhətçi və dost 

qəbul etmişdir. Elə bu səbəbdən də 

Çingiz müəllim çox nadir hallarda 

öz otağında tək olur və əksər vaxt-

larda onu kafedranın əməkdaşları 

əhatə edir. Bu da səmimiliyin yüksək 

göstəricisidir.

 Anadan olmasının 60 illiyi 

münasibəti ilə sevimli və hörmətli 

Çingiz müəllimimizi səmimi qəlbdən 

təbrik edir, ona həmişə gümrah və ca-

van görünməyi, cansağlığı, yeni-yeni 

uğurlara imza atmağı arzulayıram.

 

Məhəmməd DAVUDOV,

Tədris Cərrahiyyə Klinikasının 

ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin 

müdiri, kafedranın assistenti,  t.ü.f.d.

Yubileylər

Nəsibə Hüseynova 

-

90

Çingiz Rəhimov 

-

60

P



rofessor Nəsibə Hüseynova 

1926-cı il yanvar ayının 25-

də Bakı şəhərində azərbaycan 

dili müəllimləri Ağa İsmayıl və 

Həvva Hüseynovların ailəsində 

dünyaya gəlmişdir. 

Saymon Freyzer Universitetinin (Kanada)

 

tədqiqatçıları 



hesab edirlər ki

dünyaya gətirilən 

uşaqların sayı 

qadın orqanizminin 

qocalması sürətinə 

təsir edir.

AZƏRTAC  “Rossiyskaya 

qazeta”  saytına  istinadla 

xəbər verir ki, çoxlu uşağı 

olan  qadının  telomerləri 

daha uzundur.

Telomerlər DNT-ni zədələrdən qoruyan xromosom ucla-

rıdır. Qadın yaşa dolduqca, onlar yığılır.

Alimlər Qvatemalada apardıqları 13 illik tədqiqat zamanı 

iki qonşu kənd icmasının 75 qadınının dünyaya gətirdiyi 

uşaqların sayı ilə həmin qadınların telomerlərinin uzunlu-

ğunu tutuşdurublar.

Tədqiqatçıların sözlərinə görə, uşaqların sayının çox ol-

ması  bioloji  qocalma  prosesinin  sürətləndirməsi  barədə 

populyar nəzəriyyəni alt-üst edir.

Uşaqları çox olan qadınlarda telomerlərin daha ləng yı-

ğılması, çox güman, hamiləlik dövründə ifraz olunan est-

rogen (estradiola) hormonunun xeyli çoxalması ilə bağlı-

dır. Estrogen hüceyrələri telomerlərin yığılmasını yavaşı-

dan güclü antioksidantdır.

Bundan əlavə, alimlər tədqiqat iştirakçılarının əhatə olun-

duğu sosial mühitin müsbət təsirini də istisna etməyiblər.

Bundan  əlavə,  internet  fanatları  başqa  adamlarla  nadir 

hallarda canlı ünsiyyət qurur və deməli, özlərini mikrob-

ların təsirindən qoruyurlar. Belə təcrid də immuniteti sar-

sıdır.

Əlavə etmək olar ki, internetdən asılı istifadəçilər doyun-



ca yatmır, daha çox siqaret çəkir, spirtli içki içir, idmanla 

məşğul olmurlar.

Alimlər  xəbər  verirlər  ki,  tədqiqat  iştirakçılarının  çoxu 

internetdən orta hesabla gündə altı saat istifadə edib.



Uşaqların sayı orqanizmin 

qocalması prosesini yavaşıdır


Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə