Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 250,4 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix13.12.2017
ölçüsü250,4 Kb.
#15461
1   2   3   4   5   6

15 yanvar 2016-cı il

http://www.amu.edu.az

7

Şirniyyata meyillilik kokain 



asılılığına bənzəyir.

  Skripps 

Elmi-Tədqiqat İnstitutunun 

(ABŞ) alimləri bu qənaətə 

gəliblər. AZƏRTAC 

“medvesti.com”a istinadla 

xəbər verir ki, alimlər 

eksperiment çərçivəsində 

laboratoriya siçovullarına 

şirniyyat yediriblər.

 

Müəyyən vaxt keçəndən sonra 



heyvanlarda açıq-aydın şirniyyatdan asılılıq müşahidə olunmağa başlayıb. 

Alimlər belə davranışı kokain asılılığı ilə müqayisə ediblər.

Qeyd edək ki, asılılığın hər hansı növü baş beyində neyromediatorların 

fəaliyyəti ilə bağlıdır. Hər hansı canlını dofaminin köləsi adlandırmaq olar. 

İnsan da istisna deyil. Bu hormonun ifrazı bizi xoşbəxt edir, nəşələndirir. 

Dofaminin yoxluğu depressiya yaradır, əlimizi işdən soyudur. Bu xoşbəxtlik 

hormonu təkcə narkotiklərdən istifadə zamanı ifraz olunmur. Hər 

hansı yemək, xüsusən şirniyyat serotonin ilə birgə dofaminin ifrazına 

gətirib çıxarır. Sinir sistemini tez-tez şirniyyatla stimullaşdırmaq “qida 

narkomaniyası” yaradır. Nəticədə insan şirniyyat yeməyincə özünü xoşbəxt 

hiss etmir. Nikotin asılılığı və fastfudla dolanmaq arzusu olan insanlarda da 

oxşar mexanizmlər işləyir.



Hazırladı M. Ələkbərli

Şüa diaqnostika və şüa terapiya elmi daim inkişaf etməkdə və yeniləşməkdədir. Dünyada bu elmin hər bir yeniliyini, nailiyyətini mənimsəmək, bu 

bilikləri tələbələrə çatdırmaq üçün dərsliklərin yazılması günün ən vacib məsəslələrindən biridir.

Dərslik keçmiş SSRİ Orta və Ali Təhsil Nazirliyi-

nin son illərdə buraxdığı Şüa diaqnostikası proq-

ramı əsasında, müasir elmin və tibbi praktikanın 

nailiyyətləri nəzərə alınmaqla tərtib edilmişdir.

Kitabda bir neçə yeniliklər nəzərə çarpır. Belə ki, 

onun yeni məzmunda olması, yeni elm və texnikanın 

nailiyyətlərini özündə əks etdirməsi, sistem şəklində 

müasir diaqnostik metodlardan istifadə edilməsi 

ilə orqanizmdə gedən müxtəlif patoloji proseslərin 

şəkillər və sxemlər ilə izahi xüsusilə tədqirə layiqdir.

Dərslik 9 fəsildən ibarət olub, Radiodiaqnostika 

elminin tarixindən və insan orqanizmində baş verən 

patoloji proseslərin şüa diaqnostikasından bəhs edir.

Kitabda müxtəlif xəstəliklərin Rentgenoqramı, 

Sonoqramı, Dopleroqramı, KT, MRT, USM, və s. 

göstərməklə çoxlu miqdarda fotoşəkil və sxemlər ve-

rilmişdir ki, bu da şüa diaqnostikasına aid təsəvvürü 

genişləndirir və bu elmin kifayət dərəcədə qavranılmasını asanlaşdırır.

Dərslikdən ali tibb təhsili olan tələbələr, rezidentlər, aspirantlar, klinik ordinatorlar və 

həkimlər istifadə edə bilərlər.  

Son illərdə təbabətdə xəstəliklərin 

vaxtında aşkar edilməsində çox 

üstünlüklər tədbiq edilən rentgenoloji 

müayinələrlə yanaşı yeni şüa diaq-

nostik metodlarından (KT, MRT, PET, 

USM, və s.) geniş istifadə edilməsi bu 

fənnin tədrisə aid proqramında geniş 

dəyişikliyə səbəb olmuşdur.

Əvvəllər  “ Rentgenologiya”  adlı 

elm indi  “Şüa diaqnostikası”  adı ilə 

əvəz olunmuşdur. Respublikamızda 

ana dilində şüa diaqnostikası və şüa 

terapiyasına aid müasir dərslik olmadı-

ğından Azərbaycan Tibb Universitetinin 

tələbələri bu elmin mənimsənilməsində 

çox çətinlik çəkirdilər. Bu məqsədlə ilk 

dəfə “ Radiodiaqnostika və Radiotera-

piya” dərsliyi kimi məsuliyyətli və çətin 

bir məsələ qarşıya qoyulmuşdur.

Əvvəlki dərsliklərdən fərqli olaraq 

bu kitab çox mürəkkəb və müasir 

problemlərə həsr olunmuşdur. Asanlığ-

la bu məsələləri dərk etmək sadəlövlük 

olardı.

Şüa diaqnostikası və şüa terapiyası 



fənninin yeni proqram ilə tədrisi bu 

fəndən dərs deyən müəllimlər üçün də 

bir qədər ilk dövrlərdə çətinlik törədirdi. 

Çünki uzun müddət adət etdiyi və 

dərs dediyi rentgenologiyadan kənara 

çıxmaq və müasir aspektdə oxuculara 

şüa diaqnostikasından və terapiyasın-

dan məlumat vermək çox da asan bir 

məsələ deyildir.

Dərslikdə verilən yeni məlumatlar 

nəinki gənc həkimlər üçün, hətta 

yüksək dərəcəli klinisistlər üçün də 

yeni bir səhifə açır. Yeni proqram 

əsasında yazılan kitab təkcə müva-

fiq kurslarda dərs keçən tələbələr 

üçün deyil, bütün kurslarda çalışan 

tələbələrdən yəni, anatomiya kafedra-

sında keçirilən rentgen anatomiyadan 

başlayaraq kliniki fənlər üzrə çalışan 

subordinatorlar, rezidentlər də nəzərə 

alınaraq tərtib olunmuşdur.

Dərslik 16 fəsildən ibarət olub insan 

orqanizmasında mövcud olan patoloji 

proseslərin şüa diaqnostikasından və 

şüa terapiyasından bəhs edir. “ Radio-

terapiya ”  bəhsində bu elmin əsasları 

onun müasir təbabətdə rolu və ion-

laşdırıcı şüaların müxtəlif xəstəliklərin 

müalicəsində tədbiq edilməsi kimi 

mühüm məsələlər aydınlaşdırılır.

Dərsliyi tərtib edən zaman mövcud 

olan dərsliklərdə buraxılmış nöqsanlar 

nəzərə alınmış, xarici alimlərin təklifləri 

qeyd edilmiş və müasir tibb elminin 

nailiyyətlərindən geniş istifadə edilmiş-

dir.


Bütün bunlar oxucularda müxtəlif 

xəstəliklərin diaqnostikasına və te-

rapiyasına aid təsəvvürü daha da 

genişləndirir və bu elmin kifayət 

dərəcədə qavranılmasını asanlaşdırır.

Şüa diaqnostikası və şüa terapiyası müasir 

dövrdə fundamental elm kimi təbabətdə və tibb 

təhsilində mühüm yer tutur. Bu dərslik müasir 

elmin və tibb praktikasının naliyyətləri nəzərə 

alınaraq hazırki tədris proqramına uyğun 

mövzular üzrə yazılmış, Tibb Universitetinin 

tələbələri və həkimlər üçün bir vəsait kimi 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

tərəfindən təsdiq edilmişdir.

Dərslikdə Rentgenoloji elmin tarixindən 

Rentgen və Radioloji şüaların xassələrindən, 

təbabətdə, müasir dövrdə tədbiq olunan USM, 

KT, MRT, PET, Termoqrafiya, Radiodiaqnos-

tika və.s kimi metodların tədbiqindən və insan 

orqanizmində mövcud olan patoloji proseslərin 

şüa diaqnostikasından bəhs edilir. Dərslikdə 

bütün şüa diaqnostik metodların xarakteris-

tikası, onların təsvirlərinin alınma prinsipləri 

göstərilmişdir. Hər bir fəsildə xəstəliklərin 

aşkar edilməsində tədbiq olunan müayinə metodikasına göstərişlər və əks 

göstərişlər ətraflı əks olunmuşdur.

Əvvəlki dərsliklərdən fərqli olaraq bu dərslikdə müasir dövrdə tədbiq olunan 

yeni metodların – Pozitron Emission Tomoqrafiya, Densitometriya, Rəqəmsal 

Radiodioqnostika mürəkkəb patoloji proseslərin diaqnozunun qoyulmasında mü-

hüm rol oynadığı göstərilmişdir. Kitabda çoxlu miqdarda Rəngli Skennoqramlar, 

Sonoqramlar, Termoqramlar, Sintoqramlar, Dopleroqramlar və sxemlər verilmiş-

dir. Bu isə verilən məlumatı yaxüı anlamaq, mənimsəmək və müxtəlif xəstəliklərin 

diaqnostikasına aid təsəvvürü daha da genişləndirmək üçün şərait yaradır və 

Ali Təhsil alan tələbələrin Şüa diaqnostikası fənninin öyrənilməsində önəmli yer 

tutacağına əsas verir.

Kitabdan təkcə Ali Tibb Təhsili alan tələbələr deyil, həm də Ali Tibb Təhsili 

əsasında Rezidenturaya qəbul olunmuş məzunlar, müxtəlif klinikalarda çalışan 

həkimlər də istifadə edə bilərlər.

Dərslik təsdiq olun-

muş müvafiq proqramda 

yeniliklərlə əlaqədar olaraq 

tərtib edilmişdir. Kitab 14 

fəsildən ibarət olub rentge-

nologiya elminin tarixindən, 

rentgen və radioloji şüaların 

xassələrindən, təbiətindən, 

müasir dövrdə təbabətdə 

tətbiq olunan KT, MRT, 

USM, Dopleroqrafiya, 

Termoqrafiya, İnter-

vension radiologiya 

və.s metodlardan bəhs 

olunur.

Dərslikdə sistem 



şəklində müasir 

diaqnostik metodların 

tədbiq edilməsi ilə 

orqanizmdə gedən 

patoloji proseslərin 

şəkilləri və sxemləri ilə 

izahı xüsusilə təqdirə 

layiqdir. Hal-hazırda nəinki 

MDB ölkələrdə, həm də 

Amerika, Avropa və digər 

ölkələrdə şüa diaqnostik 

metodların təbabətdə geniş 

tədbiqi bu fənnin ali tibb 

təhsilində böyük əhəmiyyət 

verir.

Tibb Universitetində 



Radiodiaqnostika elmi-

nin sərbəst bir fənn kimi 

öyrənilməsi tələbələrin in-

san orqanizmləri haqqında 

təsəvvürünü genişləndirir, 

daxili üzvlərin anato-

miya və fiziologiyasına 

aid məlumatları daha da 

zənginləşdirir. Beləliklə bu 

elm nəzəri fənlərlə klini-

ki fənlər arasında körpü 

yaradır.


Dərsliyi tərtib edərkən 

mövcud olan dərsliklərdə 

buraxılmış nöqsanlar 

nəzərə alınmış, Azərbaycan 

Tibb Universitetinin “Şüa 

diaqnostikası və şüa tera-

piyası” kafedrasında uzun 

müddət ərzində yığılmış 

materiallardan istifadə 

edilmişdir.



Kafedranın kitab rəfi

   Baxşiyev B. Ə:  “Лучевая диагностика” Elmi redaktor: AMEA-nın həqiqi üzvü, ə.e.x, 

professor R. Rəhimov; Rəyçilər: professor Ə. Əkbərbəyov, professor A. Axundbəyli, professor 

H.Sultanov ; (dərslik, rus dilində) Bakı – “Adiloğlu” nəşriyyatı,  2001.- 522 səh.

Baxşiyev B. Ə: “Radiodiaqnostika və 

Radioterapiya” Elmi redaktor:  AMEA-nın 

həqiqi üzvü, ə.e.x,  professor R. Rəhimov; 

Rəyçilər:  professor Ə. Əkbərbəyov ,  professor 

A.Axundbəyli, professor H. Sultanov ; (dərslik ) 

Bakı – “Adiloğlu”nəşriyyatı,  2004.- 1056 səh.

Baxşiyev B. Ə: “Şüa diaqnostikası ” Elmi redaktor: AMEA-nın həqiqi üzvü, ə.e.x, professor 

R. Rəhimov; Rəyçilər: ə.e.x,  professor Ə. Əkbərbəyov, ə.e.x,  professor A. Axundbəyli, professor 

ə.e.x,  H. Sultanov ; (dərslik ) Bakı – “Müəllim”nəşriyyatı,  2012.- 716 səh.

Baxşiyev B. Ə: “Radiodiaqnostika” Elmi redaktor:  

AMEA-nın həqiqi  üzvü, ə.e.x,  professor R. Rəhimov; 

Rəyçilər: ə.e.x,  professor Ə. Əkbərbəyov ə.e.x,  professor A. 

Axundbəyli, ə.e.x, professor H. Sultanov ; (dərslik ) Bakı – 

“Müəllim”nəşriyyatı,  2009.- 4 72 səh.

Amerika alimləri: Şirniyyata meyillilik 

kokain asılılığına bənzəyir


http://www.amu.edu.az

15 yanvar 2016-cı il

Stomatologiya 

fakültəsinin 

kredit  borcu  olan  məzunu  Koh-

yar Bahari Ahmad  qızının adına 

verilmiş  qiymət  kitabçası  itdiyi 

üçün etibarsız sayılır.

Hərbi tibb fakültəsinin IV kurs, 

1141

a

  qrup  tələbəsi    Əhmədov 



Sərxan Səmid oğlunun adına ve-

rilmiş tələbə bileti itdiyi üçün eti-

barsız sayılır.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 285

 Kafedranın professoru (elmlər doktoru): 

     

- Ümumi cərrahlıq və anesteziologiya kafedrası -1 yer



 Kafedraların  dosentləri (fəlsəfə doktorları): 

 

- II daxili xəstəlikər kafedrası  -2 yer

- Uşaq yoluxucu xəstəliklər kafedrası -1 yer (0,75 vahid)

- Bioloji kimya kafedrası  -1 yer 

- Ortopedik stomatologiya kafedrası -1 yer (0,25 vahid)

-  Farmakologiya kafedrası -1 yer



 Kafedranın baş müəllimi:    

 

- Azərbaycan dili kafedrası -1 yer



Kafedraların müəllimləri:    

 

- Xarici dillər kafedrası  - 1 yer 

- Latın dili kafedrası  -1 yer 

 

Kafedraların assistentləri: 



 

- Tibbi biologiya və genetika kafedrası    -1 yer (0,75 vahid) 

- I mamalıq və ginekologiya kafedrası  -1 yer (0,5 vahid) 

- Oftalmologiya kafedrası  -1 yer (0,5 vahid) 

- Dermatovenerologiya kafedrası  -1 yer (0,5 vahid) 

- Nevrologiya və tibbi genetika kafedrası  -1 yer (0,75 vahid)  

- Ümumi cərrahlıq və anesteziologiya kafedrası -1 yer 

- Ümumi cərrahlıq və anesteziologiya 

   kafedrası -1 yer (0,75 vahid) 

- II cərrahi xəstəliklər kafedrası   -1 yer 

- Psixiatriya kafedrası -1 yer 

- Fizioterapiya və idman təbabəti kafedrası -1 yer

- Ortopedik stomatologiya kafedrası -1 yer (0,5 vahid) 

- Terapevtik stomatologiya kafedrası -1 yer (0,5 vahid)



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma 

müddəti elan qəzetdə («Təbib» qəzeti, 15 yanvar 2016-cı il) dərc 

olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına 

yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: 

Bakı şəhəri- Az 1007, Bakıxanov küçəsi 23. Telefon: 597-43-23

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KA FED RA LAR  ÜZRƏ 

AŞA ĞI DA KI  YERLƏRİ  TUTMAQ 

ÜÇÜN 

MÜSA BİQƏ ELAN EDİR

Kofein dözümlülüyü

  artırmaqla idman 

məşqlərinin səmərəsini yüksəltməyə kömək 

edir.

 

AZƏRTAC eurolab.ua. saytına 



istinadla xəbər verir ki, ABŞ-ın 

Corciya Universitetinin alimləri 

600-dən çox elmi məqaləni 

tədqiq etməklə bu nəticəyə 

gəliblər.

Tədqiqatçılar 600 məqalədən 

ixtiyari seçilmiş 9 məqalədə 

qəhvənin dözümlülüyü artırmaq 

üçün enerji mənbəyi kimi nəzərdən keçirildiyini aşkar 

ediblər.


Müvafiq tədqiqatın iştirakçıları qəhvə içdikdən sonra 

gərgin məşq ediblər. İdmançıların çoxunda qəhvədən 

sonra dözümlülük əhəmiyyətli dərəcədə artıb. 

Araşdırma göstərib ki, qəhvənin tərkibində olan kofein 

fiziki iş qabiliyyətini artırır. Lakin qəhvədəki kofeini 

qida əlavəsi kimi təmiz kofein ilə müqayisə etmək 

üçün əlavə tədqiqat aparmaq lazımdır.

Bir fincan qəhvədə kofeinin miqdarı 75-150 mq 

arasında dəyişə bilər. Bu, dənəciklərin qovrulmasından 

və dəmlənməsindən, habelə qəhvənin növündən 

asılıdır.

Dünya Səhiyyə Təşkilatı (DST)

  insanlarda 

quduzluq xəstəliyinin qarşısının alınması üzrə 

yeni tövsiyələrini təqdim edib.

BMT


-nin  İnformasiya  mərkəzinə  verdiyi  xəbər 

görə,  ekspertlər  quduzluğun  ləğvinə  itlərin 

peyvəndlənməsi yolu ilə nail olmaq istəyirlər.

 “Quduz itlərin dişləməsinə məruz qalanların müalicəsi 

baha  başa  gəlir.  Bir  çox  Asiya  və  Afrika  ölkələrində 

insanların  quduzluğa  qarşı  dərman  almağa  imkanları  çatmır.  Əgər  biz  yeni  tövsiyələri  əsas 

götürsək, onda insanlarda quduzluq keçmişdə qalacaq”, - deyə DST-nin baş direktoru Marqa-

ret Çan bildirib.

Hər il on minlərlə insan heyvan dişləməsi nəticəsində həyatını itirir. Quduz heyvanların sanc-

malarına  məruz  qalan  insanların  təxminən  40  faizi  15  yaşadək  uşaqlardır.  Asiya  və  Afrika 

ölkələrində quduzluqdan hər on dəqiqədə bir nəfər ölür.

Dünyada hər il 15 milyondan çox insan quduz it dişləməsindən sonra xəstəliyin inkişafının 

qarşısını almaq üçün peyvənd alır. Bu, yüz minlərlə insanın həyatını xilas edir. Ancaq peyvəndin 

orta qiyməti 40-50 dollardır.



Qəhvə dözümlülüyü 

əhəmiyyətli dərəcədə artırır

İtlərin peyvəndlənməsi insanlarda quduzluğun qarşısının 

alınmasında ən ucuz müalicə üsuludur

Azərbaycanda,

  xüsusən 

cənub bölgələrində 

anadangəlmə ürək 

qüsurları ilə doğulan 

uşaqların sayı artıb.

B

u  barədə  Azərbaycan 



Tibb 

Universitetinin 

(ATU) Tədris Cərrahiyyə 

Klinikasının angioqrafiya la-

boratoriyasının  müdiri,  in-

vaziv  kardioloq  Qalib  İma-

nov  universitetin  mətbuat 

xidmətinə 

müsahibəsində 

məlumat verib. 

Onun  sözlərinə  görə,  ürək-

damar  xəstəliklərinin  sayı 

təkcə  Azərbaycanda  deyil, 

dünyanın  bütün  ölkələrində 

artır.  Ürək  xəstələrinin  dünya-

da  qəbul  olunmuş  statistikası 

var. Bu statistikaya uyğun ola-

raq,  Azərbaycanda  da  onko-

loji  xəstəliklərlə  bərabər,  ürək 

xəstəlikləri də çox yayılıb. Ürək 

xəstəliklərindən  ölənlərin  sayı 

şiş  xəstəliklərindən  dünyasını 

dəyişənlərlə  müqayisədə  iki-

üç  dəfə  çoxdur.  Ürək-damar 

xəstəlikləri  hələ  də  dünyada 

ən çox ölümə və əlilliyə səbəb 

olan  xəstəlikdir.  Ürək-damar 

xəstəlikləri  ilə  bağlı  klinika-

ya  müraciətlər  çox  olur:  həm 

böyüklər, həm də uşaqlar ara-

sında bu xəstəliyə rast gəlinir.

Q.İmanov bildirib ki, böyüklər 

əsasən  arterial  hipertoni-

ya,  ürəyin  işemik  xəstəliyi  ilə 

bağlı  müraciət  edirlər.  Uşaqla-

ra  isə  daha  çox  anadangəlmə 

ürək  qüsurları  diaqnozu  qo-

yulur. 


Avropa 

ölkələrində 

ürəyin  işemik  xəstəliyi  ge-

niş 


yayılıb. 

Müalicəsində 

müəyyən  irəliləyişlər  olsa  da, 

statistikaya  görə,  hələ  ki,  bu 

xəstəlikdən  əziyyət  çəkənlərin 

sayı  həddindən  artıq  çoxdur. 

Anadangəlmə  ürək  qüsurla-

rı  xəstəliyi  inkişaf  etməmiş 

ölkələrdə  daha  çox  yayı-

lıb. Avropada, Amerika kimi 

ölkələrdə isə demək olar ki, 

bu xəstəliyə rast gəlinmir.

Kardioloq  diqqətə  çatdırıb 

ki, anadangəlmə ürək qüsu-

ru prenatal dövrdə, yəni ana 

bətnində  erkən  həftələrdə 

artıq  aşkar  olunur.  Körpə 

dünyaya 


gələn 

kimi 


əməliyyatla  aradan  qaldırılır. 

Əgər ağır qüsurdursa, hamiləlik 

yarımçıq  dayandırılır.  Beləliklə, 

anadangəlmə  ürək  xəstəliyi 

ilə  doğulmuş  uşaqların  sayı 

azalmış  olur.  Xarici  ölkələrdə 

anadangəlmə ürək xəstəliklərini 

əməliyyat edən mərkəzlərin ol-

duğunu  deyən  kardioloq  qeyd 

edib  ki,  ora  daha  çox  Şərq 

ölkələrindən,  inkişaf  etməmiş 

ölkələrdən  xəstələr  gəlirlər. 

“Azərbaycanda, xüsusən cənub 

bölgələrində 

anadangəlmə 

ürək  xəstəlikləri  ilə  doğulan 

uşaqların  sayı  daha  çoxdur”- 

deyə  əlavə  edib.  Səbəbinin  də 

həmin  bölgələrdə  qohum  ev-

liliyinin  daha  çox  olmasından 

irəli  gəldiyini  bildirərək  de-

yib:  “Bizdə  prenatal,  yəni  ana 

bətnində  müayinələr  artıq  5 

ildir aparılır. Bu haqda insanla-

rın  maarifləndirilməsi  vacibdir. 

Çünki  çox  adamın  bu  barədə 

məlumatı yoxdur. Bir çox gine-

koloqlarımız artıq bunu bilir və 

hansı xəstələrin transfetal exo-

kardioqrafiya  göstərişi  varsa, 

yönləndirirlər  kardioloqa.  Biz 

də xəstəni müayinə edirik, onda 

bu qüsur varsa və yüngül hesab 

ediriksə, bu haqda onun ailəsinə 

bildiririk. Əməliyyat vasitəsi ilə 

hər  şey  öz  yoluna  düşür.  Yox 

əgər  ağır  qüsurdursa,  ailə  ilə 

məsləhətləşib, valideynlərin ra-

zılığı  ilə  hamiləliyi  sonlandırı-

rıq. Lakin elə qüsurlar da aşkar 

olunur  ki,  heç  bir  əməliyyata 

ehtiyac  olmadan  problem  həll 

olunur. Hazırda invaziv kardio-

logiyada da bir çox əməliyyatlar 

qapalı yolla həyata keçirilir”. 

Həkim  diqqətə  çatdırıb  ki, 

qulaqcıqlar  arası  çəpər  defek-

tinin  bağlanması,  qapaqlar-

da  olan  daralmaların  aradan 

qaldırılması  kimi  xəstəliklərin 

əməliyyatları  qapalı  yolla  ke-

çirilir.  Qeyd  edib  ki,  bunlar 

əvvəllər  açıq,  ağır  əməliyyatla 

aradan qaldırılırdı, indi isə qa-

palı yolla bir damardan iynə ilə 

girməklə,  bütün  bu  problemi 

həll  etmək  olar.  Əməliyyatdan 

sonra xəstədə heç bir çapıq, iz 

qalmır.  Bu  əməliyyatların  artıq 

9 ilə yaxındır ki, Azərbaycanda 

həyata  keçirildiyini  söyləyib: 

“İstifadə  olunan  aparatlar  ba-

halı olduğu üçün əməliyyatların 

sayı  çox  deyil.  Çünki  qapa-

lı  əməliyyat  açıq  əməliyyatdan 

daha  baha  başa  gəlir.  Onun 

sözlərinə  görə,  sığorta  sistemi 

tam  qurulandan  sonra  bu  cür 

xəstələrdə qapalı yolla müalicə 

riskinin, əməliyyat ağırlaşmala-

rının qarşısı alınacaq”.

Azərbaycanda  ürək  xəstələ-

rində aktual problem lərdən da-

nışan kardioloq nəzərə çatdırıb 

ki,  ən  aktual  problem  arterial 

hipertoniyadır.  Yüksək  təzyiqi 

olan  və  diabet  xəstələrin  sayı 

əvvəlki  illərlə  müqayisədə  ar-

tır.  Q.İmanov  qeyd  edib  ki, 

ürək  xəstəliklərinin  yaranma-

sına  səbəb  əsasən  düzgün  qi-

dalanmamaq,  oturaq  həyat 

tərzidir. Zərərli vərdişlər də bu 

xəstəliklərin  yaranma  riskini 



çoxaldır.

Anadangəlmə ürək qüsurları ilə 

doğulan uşaqların sayı artıb

Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə