Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

Fransada dövlət müəssisələrinə məxsus olan 70 "törəmə" şirkətinin 1986-cı ildən sonra 
özəlləşdirilməsi zamanı əksəriyyətinin alıcısı xarici investorlar olmuşdur. Qərbin  inkişaf etmiş 
sənaye dövlətlərində özəlləşdirməyə baxışın birmənalı olmaması, İngiltərə və Fransada dövlət 
mülkiyyətinin geniş miqyasda ixtisarı, AFR, İtaliya və digər dövlətlərdə isə bu tip qərarların 
məhdud çərçivədə qəbulu fonunda Yaponiyada özəlləşdirmənin startı bir çoxları üçün gözlənilməz 
olmuşdur. Yapon təcrübəsindən danışarkən, burda ilk baxışdan özəlləşdirmənin 70-ci illərin 
sonunda deyil, 80-ci illərin ortalarında uzun müddətli müzakirələrdən sonra başlaması diqqəti cəlb 
edir. Prosesin gedişi ərzində özəlləşdirməyə hökumət səviyyəsində yüksək nəzarət mexanizminin  
tətbiqi yaponların  bu prosesə ehtiyatlı münasibətinin  başlıca göstəricisi hesab oluna bilər.
Avropa dövlətləri ilə müqayisədə yapon özəlləşdirməsi start vəziyyətinə görə də fərqlənir. Əgər 
Britaniya, Fransa, AFR, İtaliya və digər dövlətlərdə özəlləşdirmə ərəfəsində sənaye məhsulunun
milli gəlirin artım tempinin azalması müşahidə olunurdursa, Yaponiyada əksinə olaraq həmin 
dövlətlərlə müqayisədə üstün artım tempi qeydə alınmışdı (bax.cədvəl 2.1.).
Yapon özəlləşdirilməsində bilavasitə baş nazirə tabe olan xüsusi məsləhət orqanları, o cümlədən 
İnzibati işlər üzrə Müvəqqəti Komissiya (1981-1983-cü illər), İnzibati islahatların aparılması üzrə
Yeni Şura (1987-1990-cı illər) və digərləri özünəməxsus surətdə aparıcı rol oynamışdır. Bu 
orqanlara məşhur alimlər, yüksək ixtisaslı, təcrübəli menecerlər də daxil idilər. Onların başlıca 
fəaliyyəti özəlləşdirməni mərhələlərlə həyata keçirmək məqsədilə konkret planlar işləyib 
hazırlamağa yönəlmişdi.
Yapon özəlləşdirilməsinin özünəməxsus xüsusiyyətləri arasında  inzibati islahatların  bu  struktur 
islahatına paralel olaraq həyata keçirilməsi daha qabarıq surətdə seçilir. Burda özəlləşdirmənin 
makroiqtisadi səviyyədə fiksal məqsədləri ilə yanaşı inzibati strukturun dəyişildirilməsi də qarşıda 
duran vəzifələr siyahısına  daxil edilmişdi. Təbii ki,  sənayecə inkişaf etmiş digər dövlətlərdə
olduğu kimi Yaponiyada da inhisarçı müəssisələrin işinin effektliyinin rəqabət əsasında 
yüksəldilməsi, onların idarəetmə sistemində islahatların aparılması, korporativ idarəetmə sisteminin 
tətbiq imkanlarının artırılması qarşıda duran başlıca məqsədlərə aid edilirdi. Yaponiya və digər   
inkişaf etmiş ölkələrdə özəlləşdirmə təcrübəsini yekunlaşdırarkən  ABŞ-da  bu istiqamətdə
aparılmış tədbirlərə  qısaca  olsa da toxunmağı vacib hesab edirik.
ABŞ özəlləşdirilməsinin başlıca məqsədlərinə dövlət və bələdiyyə müəssisələrinin təklif etdikləri 
əmtəə və xidmətlərin dəyərinin aşağı salınması, istehsalın effektliyinin yaxşılaşdırması daxildir. 
Okeanın o tayında özəlləşdirmənin gedişi geniş miqyaslı olmasa da, dövlət müəssisələrinin kontrakt 
əsasında icarəyə və idarəetməyə verilməsi ABŞ özəlləşdirilməsinin başlıca xüsusiyyəti  hesab oluna 
bilər.
Nəticə
İnkişaf etmiş sənaye dövlətlərinin özəlləşdirmə təcrübəsi onu göstərdi ki, bu ölkələrin timsalında 
mülkiyyətin dövlətsizləşdirilməsi əsasən üç üsulla həyata keçirilmişdir. Onların arasında ən geniş 
yayılanı fond birjası vasitəsi ilə müəssisələrin səhmlərinin bütün arzu edənlər arasında satışınının 
təşkilidir. İkinci üsul - şirkətin kapital payının özəl şəxslərə satışıdır. Bu üsul daha çox ağır maliyyə
vəziyyətindən çətinlik çəkən müəssisələrdə  tətbiq olunmuşdur. Burda başlıca məqsəd təklif olunan 
kapitalla payçının maraqlandırılmasına yönəlmişdir. Belə üsulla özəlləşdirməyə misal kimi "Britiş 
reylin" mehmanxana şəbəkəsini göstərmək olar. Nəhayət, üçüncü üsulla özəlləşdirmə səhmlərin 
məhdud şəxslər dairəsinə - müəssisənin işçilərinə və ya menecerlərə - satılması hesab edilir. Qərbdə


özəlləşdirmənin gedişi zamanı ən çox tətbiq olunan özəlləşdirmə forması baş idarəyə  məxsus olan 
və əsas istehsal fəaliyyətinə münasibətdə  periferik (zahiri) rol oynayan "törəmə" müəssisələrinin 
satışı hesab olunur. Bu forma daha çox İtaliya və İspaniyaya xarakterik olsa da, sonradan Böyük 
Britaniya və Fransada da tətbiq edilmişdir.
Bələliklə də inkişaf etmiş dövlətlərdə özəlləşdirmə təcrübəsinə yekun vuraraq, onu qeyd etmək 
mümkündür ki, bu proses ayrı-ayrı ölkələrdə dövlət bölməsinin fərqli şəkildə ixtisarı ilə nəticələnsə
də ÜDM-də dövlət xərclərinin ciddi azalması ilə müşahidə olunmamış, hətta bəzi ölkələrdə artım 
qeydə alınmışdır. 
Cədvəl məlumatlarına əsasən demək olar ki, inkişaf etmiş ölkələr üzrə dövlət xərclərinin ÜDM-də
payının  orta gostəricisi 1980-ci ildə 42 faizə  qarşı  artaraq 1996-cı ildə 47,3 faiz təşkil etmişdir. 
Bu tendensiya  Niderland, Böyük Britaniya və İrlandiya istisna  olmaqla  bütün ölkələrdə müşahidə
edilmişdir.Adı çəkilən ölkələrdə isə təhlil olunan  dövr ərzində dövlət xərclərinin ÜDM-də xüsusi 
çəkisi azalmışdır. Fikrimizcə, bu azalma tendensiya-sında özəlləşdirmənin rolu yüksək olmüşdur, 
digər ölkələrə gəlincə, orda dövlət xərclərinin artımına doğru gedən prosesləri bazar 
iqtisadiyyatının getdikcə vüsət alan sosial orientasiyası ilə izah edilə bilər.
 Bu qlobal, ümumbəşəri xarakter almış, geniş coğrafiyaya malik prosesin  sənayecə inkişaf  etmiş 
dövlətlərdəki roluna və tarixinə qısaca ekskurs etdikdən sonra,  həmin təcrübədən çıxış edərək 
Azərbaycanda  özəlləşdirmə prosesinin perspektivinə mövcud iqtisadi reallıqlar çərçivəsində
müsbət təsir göstərmək imkanına malik olan xüsusiyyətlərə diqqət yetirilməsini vacib hesab edirik.
Nəzərə almaq lazımdır ki, Avropa qitəsinin Qərb hissəsində özəlləşdirmə ilə bağlı kifayət qədər 
təcrübə toplansa da, onun Azərbaycan praktikasında olduğu kimi tətbiqi ziyanlı nəticələr verə bilər.
Əvvəla, Azərbaycanda həmin dövlətlərdə olduğu kimi səhmlərin real məzənnəsini müəyyənləşdirən 
nə fond birjaları, nə də ki, ona tələbin formalaşmasında mühüm rol oynaya biləcək sərbəst kapital  
bazarı yoxdur.
İkincisi, özəlləşdirmənin gedişində xüsusi rol oynamaq imkanına malik  investisiya mühiti və ona 
təminat  məsələləri bizim ölkəmizdə külli miqdarda maliyyə vəsaitlərinin səfərbərliyə alınmasını 
tələb  edir və onun həcmi ilə nəticənin səmərəliliyi arasındakı mütənasiblik xüsusi əhəmiyyət kəsb 
edir.
Qərb dövlətlərinin özəlləşdirmə təcrübəsi onu da sübut etdi ki, müəssisələrin fəaliyyətinin iqtisadi 
effektliyi mülkiyyət hüquqlarından çox rəqabətdən asılıdır. Çünki, özəlləşdirmə heç də  birdən-birə,  
proses başa çatan kimi avtomatik surətdə ictimai istehsalda xərclərin aşağı düşməsi mexanizmi 
yarada  bilməzdi. Belə olan halda da nəticədə bu prosesdən qısa müddət ərzində daha çox ölkə
vətəndaşının uda bilməsi şübhəli görünür. Bu məqsədə tez nail olmaq dərəcəsi özəlləşdirmədən 
sonrakı dövrdə mülkiyyət hüquqlarının yenidən bölgüsü, investisiya mühitinin əlverişli əsaslarla 
qərarlaşması və bu istiqamətli çoxsaylı amilərdən asılıdır.
2.1.Latın Amerikası ölkələrində özəlləşdirmə  
Latın Amerikası ölkələrində özəlləşdirmə təcrübəsi həddindən artıq rəngarəngdir. Bu qitədə
özəlləşdirmə ilə bağlı situasiyalar yalnız ayrıca dövlətlər üzrə deyil, həm də ölkə daxilində müxtəlif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə