Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   2   3   4   5   6   7   8   9   ...   62

Bu məsələyə münasibətdə əks arqumentlər də söyləmək mümkündür. Belə ki, heç kimə sirr deyil 
ki, keçmiş sosialist ölkələrində əmək haqqı gəlirləri sərt məhdudlaşdırılmış və həddindən artıq zəif 
differensiallaşdırılmışdır. Bu şəraitdə məhz əlavə  sosial funksiyalar və xidmətlər daha effektli 
əməyin stimullaşdırılması rolunda çıxış etmişdir. Keçid iqtisadiyyatlı ölkələrdə bu funksiya və
xidmətlər hətta ödənişli olsa da onun stimullaşdırıcı xarakteri sosial sferaya məxsus müəssisərin  
işçiləri üçün  saxlanıla bilər.
Siyasi yanaşma. Dövlət müəssisələri ilə müqayisədə özəl müəssisələr siyasi müdaxilələrə az məruz 
qalırlar.  Şleyfer və Vişneyə (Shleifer, Vishne, 1994) görə, firmaların fəaliyyətinə siyasi 
müdaxilələr idarəetmə keyfiyyətinin aşağı düşməsinə, investisiyaların çatışmazlığına, məhsulların 
çeşidinin uğursuz  seçiminə və bölüşdürülməsinə, bir sözlə izafi xərclərin və məhsuldarlığın 
yaranmasına gətirib çıxarır. Dövlət müəssisələri maraqlı  siyasi qruplar tərəifndən təzyiqlərə daha 
tez reaksiya verir. Bu zaman həmin qrupların üstunlük verdikləri fəal elektoratın ömrü qısa 
müddətli və etibarsız olur. Bu məsələyə münasibətdə əks arqumentlər Nellis (Nellis, 1999) 
tərəifndən irəli sürülmüşdür. Onun baxışlarına görə institutsional boşluqda özəl  mülkiyyətçilər 
uzunmüddətli dövrdə  müəssisənin aktivlərini müdafiə etməyə maraq nümayiş etdirmirlər. Onların 
maraqları qısamüddətli və spekulyativ xarakter daşıyır. Bu zaman siyasi müdaxilələr daha 
uzunmüddətli olur və əsasən müəssisənin fəaliyyətini yaxşılaşdırmağa yönəlir.
Stimullaşdırıcı yanaşma. Vikes və Yarrou (Vickers, Yarrow, 1988) sübut edir ki, özəlləşdirmə
idarəetmədə ən yaxşı stimullara gətirib çıxarır. Onların fikrincə, dövlət müəssisələrinin menecerləri 
güclü stimullara və  ciddi nəzarət mexanizminə  malik olmurlar. Hökumətin nəzarəti bürokratik 
olmaqla yanaşı, həm də çevik deyildir (Nellis, 1999). İctimai mülkiyyət zamanı dövlət firmanın 
aktivlərindən istifadə üzərində nəzarətini saxlayır. Bu insayderləri firmada renta axtarışına 
həvəsləndirir. Dövlət siyasi təzyiqlər vasitəsilə təyin olunmuş əmək haqqlarının və məşğulluğun 
sabit və yüksək səviyyədə  qalmasında maraqlı olduğundan, bu son nəticədə stimulların itirilməsinə
gətirib çıxarır (Perotti, Guney 1993). Özəl müəssisələrin səhmdarları və menecerləri dövlətin təyin 
etdiyi menecerlərdən fərqli olaraq mənfəətin maksimumlaşdırılmasında daha güclü stimullara 
malikdirlər (Barberis et al.., 1993)
Əks  arqumentlər Deventer və Malatesta tərəfindən  agentlər nəzəriyyəsi və "biletsizlər" 
prlobleminə əsaslanmaqla irəli  sürülmüşdür. Onların fikrincə, özəl firmanın səpələnmiş 
səhmdarlarının öz menecerlərinin  fəaliyyətinə nəzarət imkanları dövlət myəssisələrinin 
menecerlərinin imkanları ilə müqayisədə aşağıdır. (Dewenter, Malatesta, 1998). Bu arqumenti 
mülkiyyət formasının dəyişdirilməsi zamanı müəssisənin menecerinin həmin prosesdən kənarda 
qalması təcrübəsi daha çox gücləndirir.
İnsan kapitalı  baxımından  yanaşma. Özəl müəssisənin sahibkarları firmanın idarəetmə sisteminin 
səmərəli təşkili məqsədilə ən yaxşı meneceri seçməkdə maraqlıdır. Dövlət müəssisələrinin 
sahibkarı timsalında çıxış edən hökumət isə daha çox təmsil olunduğu siyasi dairənin maraqlarını 
təmin edən, siyasi proseslərdə iştirakçıya çevrilən, müəssisənin lobbiçilik fəaliyyətindən 
bəhrələnmək imkanları yüksək olan menecerləri təyin edir. Özəl firmalar isə yüksək  idarəetmə
qabliyyətinə və təcrübəsinə  malik  menecerlərə üstünlük verirlər (Barberis et al.., 1993).
Əks  arqumentlərə görə, əgər yeni mülkiyyətçilər müəssisə-nin effektivliyinin yüksəldilməsində
deyil, özlərinin şəxsi imkanlarının genişləndirilməsində maraqlıdırlarsa, onda onlar istəklərinə
müvafiq menecerlər seçirlər.


Rəqabətli yanaşma. Özəlləşdirmə müəssisənin işinin effektivliyinin yüksəldilməsində mühüm 
əhəmiyyət kəsb edən rəqabətin gücləndirilməsinə gətirib çıxarır. Kikeri və  başqalarının qeyd 
etdiklərinə görə, kifayət qədər geniş yayılmış və səmərəsiz işləyən dövlət müəssisələrinin 
mövcudluğu özəl bölmənin və rəqabətin inkişafını ləngidir (Kikeri et al., 1994).  Hökumət dövlət 
müəssisələri ilə rəqabət aparan özəl bölmənin fəaliyyətini tez-tez  blokadaya alır.Kapital tutumlu 
dövlət müəssisələrinə hökumət kreditlərinin verilməsi özəl firmaların kredit bazarından sıxış-
dırılmasına gətirib çıxarır. Bankirlər kredit əməkdaşlığında tərəfdaş seçərkən dövlət 
müəssisələrində hökumət təminatının mövcudluğunu nəzərə alaraq, onlara üstünlük verir ki, bu da 
özəl bölmənin durumuna pis təsir göstərir. Beləliklə də, resurslarla təchizat səviyyəsi aşağı olan və
zəif idarəetmə mexanizmlərinə malik dövlət müəssisələri özəl firmaların xərclərini artıraraq, 
onların potensialının genişləndirilməsini məhdudlaşdırır. Özəl firmalar dövlət müəssisələri ilə
müqayisədə maliyyə bazarlarının təsirlərinə daha tez məruz qalırlar, çünki dövlət müəssisələri 
Kornainin məlum "yumşaq büdcə məhdudiyyətində" işləyirlər (Barberis et  al., 1996). Onlar tez-tez 
dövlətdən subsudiya və bazar dəyərindən aşağı faizlə kapital alırlar.  
Beləliklə də nəzəri yanaşmalardan çıxan nəticələrə görə, müəssisələrin işinin effektivlik 
səviyyəsinin yüksəldilməsində mülkiyyət formaları xüsusi rola malikdir.
Özəlləşdirmənin effektini yoxlamaq üçün sənaye cəhətdən inkişaf etmiş və inkişaf ətməkdə olan 
ölkələr üzrə bir sıra tədqiqatlar aparılmışdır. Bazar strukturlarının fəaliyyəti baxımından aparılmış 
tədqiqatların nəticəsində sənayecə inkişaf etmiş ölkələrdə özəl bölmənin digər mülkiyyət 
formalarına nisbətən yüksək səmərəliliyi, inkişaf etməkdə olan ölkələrdə isə dövlət və özəl 
müəssisələr arasında çox da əhəmiyyətli olmayan fərqlər aşkara çıxarılmışdır (Kikeri et al., 1994).
Bu iki əsas mülkiyyət formalarının komparativ əsasda emprik üsullarla təhlil obyektinə cəlbi 
çoxsaylı tədqiqatların predmetinə  çevrilmişdir. Bu istiqamətdə Qalal və başqaları (Galal et al., 
1994) Britaniyada, Çilidə, Malayziyada və Meksikada, Meqqinson, Neşa və Van Rendenburq 
(Megginson, Nash, van Randenborgh, 1994) Avstriya, Kanada, Fransa, Almaniya, Çili  və digər 13 
dövlətdə, La Porta, Lopes-de- Silanes (La Porta, Lopez-de- Silanes) Meksikada tədqiqat apararaq 
göstərmişdilər ki, dövlət müəssisələrinin özəlləşdirilməsi əhəmiyyətli dərəcədə yüksək fayda əldə
etməyə imkan verir. Deventer və Malatesta (Dewenter, Malatesta, 1998) 32 ölkədən seçmə
əsasında müəyyənləşdirdiyi 500 şirkətdə  emprik üsulla apardığı tədqiqat nəticəsində belə qənaətə
gəlmişdir ki, dövlət müəssisələri özəl firmalara nisbətən az effektlidir. Eyni zamanda onların 
arasından seçilmiş 63 özəlləşdirilmiş müəssisədə tədqiqatların nəticələri onu da təsdiq etmişdir ki, 
onların heç birində özəlləşdirmə özü-özünə fəaliyyəti yaxşılaşdırmamışdır.
Qərb iqtisadçılarının praktiki gerçəklikdə müşahidə etdiyi mənzərə dövlət və xüsusi müəssisələrin 
effektliyinin müqayisəli təhlili istiqamətində aparılan tədqiqatları yekunlaşdırmağı tələb edirdi. Bu 
dövrdə mülkiyyət hüquqları, resurs-agentlər, siyasətsizləşdirmə haqqında nəzəriyyələr və "dövlətin 
dayanıqsızlığı" konsepsiyası bu istiqamətli tədqiqatların aparıcı elmi-nəzəri xəttini təşkil edirdi.*
Britaniya alimləri C.Xaskel və S.Stsimanski dövlət müəssisələri və özəl şirkətlər üzrə müqayisəli
şəkildə apardıqları tədqiqatların nəticəsində belə qənatə gəlmişdilər ki, onların idarəetmə sferası və  
marketinq fəaliyyəti arasında böyük fərqlər mövcud deyildir. Prinsipal fərq istehsalat-təsərrüfat 
fəaliyyətinin məqsədlərində və həmçinin idarəetmə heyətinin maddi maraqlarında müşahidə olunur. 
Özəl firmanın başlıca məqsədi maksimum yüksək mənfəət əldə etməkdən ibarətdir. Dövlət 
müəssisələri üçün isə bu məqsəd başlıca deyil, əsas məqsədlərdən biri hesab olunur. Belə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə