Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   2   3   4   5   6   7   8   9   ...   62

müəssisələr bir çox hallarda sosial məsələlərə, yuxarı təşkilatın maraqlarının təmininə, regional və
digər  problemlərin həllinə üstünlük verirlər. Eyni zamanda dövlət müəssisələri hakimiyyət 
orqanlarının daimi himayəsindən istifadə etdiklərinə görə, rəqabətdən az əziyyət çəkirlər. Lakin, 
özəl firmaların işçiləri (baxmayaraq ki, onlar iqtisadi tənəzzül və böhran dövründə işdən qovulma 
təhlükəsi ilə daha tez üzləşirlər) istehsalın yüksək səviyyədə təşkilində  daha çox maraqlıdırlar.*
Özlərinin işlədikləri modeldən istifadə edən müəlliflər  özəlləşdirilmiş 17  Britaniya firmasının 
məlumatları əsasında onların maliyyə-təsərrüfat fəaliyyətinin yekunları üzrə təhlil aparmışdılar. Bu 
tədqiqat zamanı başlıca məqsəd firmaların  özəlləşdirmədən əvvəl (1979-1982-ci illərdə) və
özəlləşdirmədən sonra (1982-1989-cu illərdə) maliyyə-təsərrüfat fəaliyyətini xarakterizə edən 
başlıca göstəricilərinin  müqayisəsi əsasında inkişaf dinamikasını  və tendensiyasını 
müəyyənləşdirməkdən ibarət olmuşdur. Aparılan hesablamaların nəticəsi göstərmişdir ki, firmalar 
dövlət mülkiyyətində olanda nisbətən çox məhsul istehsal etmiş və xidmət göstərmiş və bunun 
müqabilində  də izafi sayda  işçilərə malik olmuş,  eləcə də həmkarlar təşkilatının təzyiqi və sosial 
proqramların yerinə yetirilməsi məqsədilə işçilərə daha çox vəsait ödəmişdir. Özəl bölməni təmsil 
edən firmalar isə kommersiya məqsədini əsas götürərək, adətən məhdud həcmdə məhsul istehsal 
etmiş, xidmət göstərmiş (əgər onların rəqabət qabiliyyətində əhəmiyyətli artım, yeni satış bazarı və
ya əlverişli perspektiv yoxdursa), az sayda işçi və əmək haqqı xərcləri müqabilində daha yüksək 
mənfəət və  rentabellik göstəricilərinə nail olmuş, nəticədə burda dövlət bölməsi ilə müqayisədə
məhsulların rəqabət qabiliyyəti də yüksəlmişdir. Aparılmış  tədqiqatlar nəticəsində o da aşkar 
olunmuşdur ki,  17 iri firmanını özəlləşdirilməsi prosesi Britaniyanın əmək bazarında əhəmiyyətli 
dəyişikliyə gətirib çıxarmamışdır.
Digər Qərb iqtisadçıları A.M.Mansoor və R.Xemminq qeyd edir ki, praktiki olaraq eyni mənbədən 
təhlil aparan başqa ingilis mütəxəssisləri R.Millourd və C. Yarou dövlət və xüsusi bölmənin 
effektliyinin müqayisəsi zamanı zidiyyətli və əks nəticələr  çıxarmışdır.*
 Bu sırada aparılmış emprik tədqiqatlara sonradan postsosialist ölkələri də cəlb edilmişdir. Fridman 
və başqaları (Frydman  et al., 1997) qeyd edir ki, postkommunist ölkələrində  keçid "şokları" və
qeyri-bərabər şərait korporativ davranışda mülkiyyətin rolu haqqında fərziyələrin yoxlanılması 
üçün unikal əsaslar yaratmışdır. 
Qrosfeld və Nivet tərəfindən Polşada aparılmış tədqiqatlar (Grosfeld, Nivet, 1997) onu göstərir ki, 
özəlləşdirilmiş müəssisələr daha çox investisiya qoyur və bunun müqabilində də məhsul 
buraxılışının yüksək artımını təmin edir. Fridmen və başqaları  (Frydman et al., 1997) Çexiya 
Respublikası, Polşa və Macarıstanda apardığı tədqiqatlar nəticəsində onu aşkar etmişdir ki, özəl 
mülkiyyət korporasiya gəlirlərini artırsa da, xərclərin aşağı salınmasına ciddi təsir göstərmir.
Anderson və başqaları tərəfindən Sloveniya, Slovak Respublikası, Polşa, Macarıstan, Çexiya 
Respublikası və Bolqarıstanın 6000-dən çox sənaye müəssisələrində özəlləşdirmə və
restrukturizasiya üzrə aparılmış hərtərəfli tədqiqatlar (Anderson et al., 1997) göstərmişdir ki, 
özəlləşdirilmiş müəssisələr dövlət firmaları ilə müqayisədə bütün istehsalat faktorları üzrə daha 
yüksək effektivliyə və əmək məhsuldarlığına nail olmuşlar. Eyni zamanda Anderson və
başqalarından fərqli olaraq Koninqs (Konings, 1997) təsdiq etmişdir ki, Sloveniya, Rumıniya və
Macarıstanda özəlləşdirilmiş və dövlət müəssisələri arasında ya ümumiyyətlə,  ya da çox az fərq 
olmuşdur. 


Erl və Estrin (Earle, Estrin, 1996) tədqiqat nəticəsində aşkar etmişdir ki, özəlləşdirmənin Rusiyada 
budcə məhdudiyyətlərinin sərtləşdirilməsinə, bazar strukturlarının səmərəli fəaliyyətinə və
iqtisadiyyatın effektivliyinin artırılmasına təsiri zəif olmuşdur. 
Moskvalı və Sankt-Peterburqlu ekspertlər tərəfindən 2000-dən çox dövlət və özəlləşdirilmiş 
müəssisədə onların fəaliyyətinin iqtisadi nəticələri üzrə  aparılmış müqayisəli təhlil göstərmişdir ki
özəl firmalar dövlət müəssisələrini əsas göstəricilər üzrə üstələmiş və bu fərq istehsalın 
effektivliyində yüksək, maliyyə nəticlərində isə nisbətən aşağı olmuşdur (Kox i dr., 1997 q.).
Perevalov və başqalarının (Perevalov i dr., 1998 q.) keçmiş Sverdlovsk (indiki Ekaterinburq) 
vilayətinin sənaye müəssisəsi üzrə apardığı təhlilin nəticələrinə görə, özəlləşdirmə müəssisələrin 
təsərrüfat fəaliyyətinə müsbət təsir göstərmiş, lakin buna baxmayaraq keçid prosesində gizli surətdə
mənfi istiqamət də müşahidə olunmuşdur.
Eyni zamanda Dünya Bankının Rusiyanın özəlləşdirilmiş müəssisələrinin başlıca göstəriciləri üzrə
apardığı iri həcmli tədqiqat proqramının yekununda göstərilir ki, mülkiyyət formasının 
dəyişdirilməsi satışın həcmi, əmək haqqı və məşğulluq da daxil olmaqla əksər göstəricilərlə sıx 
bağlı olmamışdır (Commander et al., 1996). Nəhayət, Nellis uzunmüddətli tədqiqatların nəticəsi 
olaraq bu qənaətə  gəlmişdir ki, (Nellis, 1999) özəlləşdirmənin istiqamətini Şərqə doğru nə qədər 
dəyişirsənsə,  onun bir o qədər də yaxşı nəticələri ilə rastlaşırsan və bu nəticə Rusiya 
özəlləşdirilməsinın timsalında daha asan sübut olunur. 
Beləliklə,  yuxarıdı təqdim olunmuş tədqiqatla tanışlıq  bu qənaətə gəlməyə əsas verir ki, nəticələr 
kifayət qədər  müxtəlif və ziddiyyətlidir. Bu emprik tədqiqatlar zamanı subyektiv seçimlərlə izah 
oluna bilər. Belə ki, bu məsələyə münasibətdə Meqqinson və başqaları (Megginson, et al., 1994), 
Deventer və Malatesta (Dewenter, Mlatesta, 1998) qeyd edirdilər ki, dövlət və özəl firmaların 
müqayisəsinə həsr olunmuş çoxlu emprik tədqiqatlarda azsaylı və spesifik müəssisələrdən istifadə
olunmuşdur. Doğurdan da Keyvz və Kristensen yalnız Kanadanın dəmir yollarını (Caves, 
Christensen, 1980), Atkinson və Xalvorsen kommunal elektrik müəssisələrini (Atkinson, 
Halvorsen, 1986), Ekel, Ekel, və Sinqal Britaniyanın hava yollarını tədqiqat predmetinə cəlb 
etmişdilər (Eckel, Eckel, Singal, 1997).  Martin və Parker  tərəfindən təqdim olunmuş müqayisəli 
təhlil 11 firmanı (Martin, Parker, 1995), Koul və Malxerin tərəfindən 5 müəssisəni (Kole, 
Mulherin, 1997), Perevalov və başqaları tərəfindən 24 müəssisəni əhatə etmişdir (Perevalov i dr., 
1998 q.).
Nəhayət, özəlləşdirmənin nəzəri və metodoloji əsasları ilə bağlı əsasən Qərb tədqiqatçılarına 
məxsus fikirləri yekunlaşdırarkən, müxtəlif yanaşmaları iki qrupda təsnifləşdirə bilərik: "sinxron" 
və "tarixi".
"Sinxron" yanaşma dövlət və özəl firmaların fəaliyyətinin müqayisəsinə əsaslanır. Belə
yanaşmadan Bordmen və Vininq (Boardman, Vining, 1989), La Porta və Lopez-de- Silanes (La 
Porta, Lopez-de-Silanes, 1997), Dünya Bankı (Commander et al., 1996), Moskva və Sankt -
Peterburqlu ekspertlər (Kox i dr., 1997 q.), Anderson və başqaları (Anderson et al., 1997), 
Perevalov və başqaları (Perevalov i dr., 1998 q.), Erl və Estrin (Earle, Estrin, 1997), Deventer və
Malatesta (Dewenter, Malatesta, 1998)  həmçinin bir çox başqaları istifadə etmişdir.
"Sinxron" yanaşmada mülkiyyət mənsubiyyətindən asılı olmayaraq müəssisələrin fəaliyyəti eyni 
bazar şəraitində və oxşar xarici mühitdə işlədiyi əsas götürülərək müqayisə olunur. Lakin praktiki 
olaraq, tamamilə identik olan iki müəssisə tapmaq mümkün deyildir. Məsələn, metallurgiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə