Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

28. Савас Е.С.  «Приватизация  ключ к рынку». Москва, Дело 1992, 411 стр
29. Дж. Стиглиц «Грабяшая рука» государство  «мягкая перчатка»  приватизации / 
Вопросы Экономики 1999 №7 стр. 30 


Fəsil II. Ayri-Ayri Ölkələrdə Özəlləşdirmə Təcrübələri və Onun Xüsusiyyətləri
2.1. İnkişaf etmiş ölkələrdə özəlləşdirmə
Özəlləşdirmə ötən əsrin 70-90-cı illərinin ümumbəşəri hadisəsi hesab olunur. Bu dövr ərzində
inkişaf etmiş Qərb dövlətləri ilə  yanaşı  Latın  Amerikası dövlətləri və Cənub-Şərqi Asiya ölkələri 
də daxil olmaqla dünyanın 100-dək ölkəsi dövlət  bölməsinin ixtisarı  proqramını qəbul etmişdir.
İnkişaf etməkdə olan, eləcə də inkişaf etmiş sənaye ölkələrində, xüsusilə Qərbi və Şərqi Avropa 
ölkələrində gedən bu prosesin təhlili, həmin ölkələr üzrə toplanmış zəngin özəlləşdirmə  
təcrübəsindən Azərbaycanda  da istifadəyə imkan  yaradır ki, bu da buraxılmış səhvlərin 
təkrarlanmasının qarşısını almaq şansını artırır. Eyni zamanda, xarici ölkələrin mövcud təcrübəsinin 
geniş təhlili və tədqiqi, onun bizim ölkəmizdə hazırda qərarlaşmış gerçək tendensiyaları, yerli, 
regional müstəvidə pisixoloji, sosioloji və siyasi-iqtisadi reallıqları nəzərə almadan şablon 
formasında avtomatik surətdə tətbiqi məsələlərinə imkan vermir. Qərbi Avropa ölkələrinin 
təcrübəsi bizə necə  örnək ola bilər və biz ondan necə istifadə etməliyik ki, qarşımızda duran 
taleyüklü özəlləşdirmə islahatlarında uğur qazana bilək.
Sosial və mədəni sferalarda, siyasi və iqtisadi müstəvidə  start şəraitimizin müxtəlifliyinə
baxmayaraq, Azərbaycana münasibətdə Qərb dövlətlərinin özəlləşdirmədə təcrübəsində bəzi 
ümumi  cəhətləri  aşkarlamaq mümkündür. Belə ki, onların da bu istiqamətdə fəaliyyətinin məqsədi 
bazarı inhisarsızlaşdırmadan, normal iqtisadi şəraitdə müxtəlif təsərrüfat subyektlərinə bərabər 
rəqabət imkanları yaratmaqdan, dövləti izafi xərclərdən azad etməkdən və istehsalçının deyil, 
istehlakçının diktəsi ilə formalaşan bazar münasibətlərinin inkişafına nail olmaqdan ibarətdir.
Beləliklə, özəlləşdirmə siyasəti inzibati məhdudiyyətlər və reqlamentasiyalar əsasında deyil, 
istehsalın daha effektiv kommersiyalaşdırılması, bazar qanunlarına uyğun olaraq təsərrüfat 
həyatının sərbəst və  müstəqil surətdə təşkili ideyasına söykənir. Bu zaman bazara sosial iqtisadi 
tərəqqinin mənbəyi və "bərabər imkanlar, lakin müxtəlif nəticələr" prinsipi ilə əhalinin daha geniş 
təbəqəsi üçün maddi istehsalı və səmərəli xidməti təmin edən rəqabəti stimullaşdırmaq vasitəsi 
olaraq baxılır. Ötən əsrin sonlarında bir çox inkişafda olan ölkələrin ardıcıl surətdə bazar 
mexanizmlərinə müraciət etmələrinin başlıca səbəblərindən biri Qərbdə "dövlət rifahında" yaranmış 
böhranı digər vasitələrlə dəf etmək cəhdinin mümkünsüzlüyü ilə izah olunur.*
Şübhəsiz ki, Azərbaycanında təmsil olunduğu postsosialist məkanında özəlləşdirmənin vacibliyini 
şərtləndirən başlıca amillərindən biri də dövlətin dominant rol oynadığı uzunmüddətli durğunluq 
dövründə təsərrüfat subyektlərinin məruz qaldığı böhranlı vəziyyətdən çıxış yollarının ənənəvi 
müstəvidə köhnə üsullarla deyil, yeni şəraitdə mütərəqqi vasitələrlə dəf etmək istəyi ilə
əsaslandırılır. Bu baxımdan Qərbdə özəlləşdirmənin start götürdüyü dövrdəki sosial-iqtisadi, bəzən 
isə siyasi şəraitin oxşar cizgiləri ilə 15 il sonra Şərqdəki - Azərbaycandakı mövcud vəziyyət 
arasında bəzi  paralellər aparmaq mümkünüdür. 1974-75-ci illərdə dünyada qlobal enerji 
böhranının yaratdığı problemlər, iqtisadi həyata daxil etdiyi maliyyə çətinlikləri, inflyasiya 
elementlərinin impuls verdiyi kəskin tənəzzül görüntüləri, nəinki inkişaf etməkdə olan və hətta 
inkişaf etmiş sənaye dövlətlərində də xüsusilə ciddi sosial gərginliklər yaratmışdı. ABŞ və
Yaponiya kimi qüdrətli sənaye dövlətlərini tətillər, nümayişlər bürümüş, əmək münaqişələri 
nəticəsində iş vaxtının kütləvi itkisi ənənəvi hal almışdır. Belə ki, 1974-cü ildə müşahidə olunmuş 


tətil və nümayişlərin növbəti dalğasından Yaponiya 9663 min adam - gün, ABŞ 47991 min adam -
gün, Britaniya 14750 min adam - gün itirmişdir.* 
Təəssüflə qeyd etməliyik ki, "neft böhranın"dan ötən 5-7 il ərzində inkişaf etmiş sənaye 
dövlətlərinin əksəriyyəti dövlət müəssisələrindəki böhranı dəf etmək məqsədilə Keyns modelinə
söykənən iqtisadi kursu əsas götürməklə, qlobal tələbi müdafiə edərək vəziyyəti xeyli 
gərginləşdirmişdilər.*
İqtisadi kursun yeni oriyentasiyası böhrandan sonra dövlətin iqtisadiyyatın idarə edilməsində
rolunu artırdığından məhsuldar qüvvələrin inkişafında baş verən keyfiyyət dəyişikliyi ilə
müqayisədə onun təsərrüfat funksiyası üzrə yükü çoxalmış, inkişaf  sürəti isə azalmışdır. Praktiki 
olaraq bütün təsərrüfat sahələrində istehsalat prosesinin təşkilində yeniləşmə zərurəti, mürəkkəb 
texniki-iqtisadi və sosial - iqtisadi struktur çərçivəsində isə aktiv idarəetmə qabiliyyəti tələb 
olunurdu. "Büdcə məkanında" dövlətin iqtisadi funksiyalarının genişlənməsi maliyyə sferasında 
valyuta-kredit məhdudiyyətlərini şərtləndirirdi. Nəticədə, dövlət tənzimlənməsinin məqsədləri ilə
onun metodları arasında ziddiyyət yaranmış, dövlətin milli gəlirin bölüşdürülməsində iştirakı 
iqtisadiyyatın azad inkişafına əngəl törətməyə başlamışdı. Bütün bunlar hökumətdən dövlət 
mülkiyyətinin yerinə və roluna yenidən baxmağı tələb edir və mövcud vəziyyətdən təxirəsalınmaz 
çıxış yolları axtarmaq üçün iqtisadi siyasətindəki kursu dəyişmək zərurətini artırırdı.
Bu dövr dövlət müəssisələrinin iqtisadi və maliyyə vəziyyətini xarakterizə edən ayrı-ayrı 
göstəricilərin xüsusi bölmənin uyğun parametrləri ilə müqayiəsi ilə zəngindir. 1974-1986-cı illərdə
yalnız Portuqaliyada sənayedə dövlət bölməsinin zərərinin məbləği bir il ərzində ölkədə istehsal 
olunmuş ümumi milli məhsulun (ÜMM) 1/3 -nə bərabər idi. 80-cı illərin ortalarında İspaniyada 
dövlət müəssisələrinin fəaliyyətində yaranmış illik zərər 1 mlrd. dolları ötmüş, İtaliyada təkcə
1984-cü ildə iri dövlət holdinqi olan İRİ-nin itkisi 500 min nəfər işçinin hər birinə orta hesabla 4,5 
milyon lirə təşkil edirdi. Məsələn, Böyük Britaniyada kütləvi özəlləşdirmə ərəfəsində dövlət 
bölməsində  sahibkarlıq elə vəziyyətə düşmüşdü ki, milliləşdirilmiş sahələrin məcmuu mənfəəti 
sıfıra yaxınlaşmış, özünü maliyyələşdirmə səviyyəsi cəmisi 10 faizi təşkil etmiş, istehsal olunmuş 
məhsulun maya dəyərindəki əmək haqqı xərcləri isə orta ölkə səviyyəsindən  və əmək 
məhsuldarlığından üstün surətlə artmağa başlamışdır.*
 Bu dövr  ərzində dövlət bölməsiin ÜMM-də yüksək xüsusi çəkisi, dövlət bölməsində çalışanların 
sayının çoxluğu Avstriya, Fransa, İtaliya və Böyük Britaniya üçün xarakterik idi. Aşağıdakı cədvəl 
məlumatları ilə tanışlıq yuxarıda deyilənləri əyani surətdə təsdiq edə bilər.
ÜMM-də dövlət bölməsinin payı, faizlə (1979-1982)
Fransa - 28%
İtaliya - 20%
Britaniya - 11%
AFR - 10.4%
İspaniya - 6.4%
Ötən əsrin 70-80-ci illərdə Britaniya milli gəlirin və sənaye məhsulunun artım tempi üzrə aparıcı 
sənaye dövlətlərilə müqayisədə axırıncı  yeri tuturdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə