Qüdrətli ədəbiyyatşünas



Yüklə 143,72 Kb.
Pdf görüntüsü
tarix14.12.2017
ölçüsü143,72 Kb.
#15613


 

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi 

S.Vurğun adına Mərkəzi Kitabxana 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

F. Köçərli-150 



 

Metodik vəsait 

 

 



 

 

 



 

 

 



Sumqayıt – 2013 

 


 

 

Bu vəsait Firidun bəy Köçərlinin 150 illiyinə həsr olunmuş metodik vəsaitdir. Vəsaitdə 

Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı, həyat və yaradıcılığı, Firidun bəy Köçərlinin  

həyat və fəaliyyətinin əsas tarixləri, Ədəbiyyat və Mədəniyyət xadimlərinin, qələm 

dostlarının yazıçı, alim  haqqında fikirləri,  Firidun bəy Köçərlinin  yaradıcılığının 

kitabxanalarda təbliği metodikası öz əksini tapmışdır. 

 

 



 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

Firidun bəy Köçərlinin  

150 illik yubileyinin keçirilməsi haqqında  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Azərbaycan Prezidenti İlham Əliyev Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında 



sərəncam imzalayıb.  

Azərbaycan Milli Elmlər Akademiyasına,  Mədəniyyət və Turizm Nazirliyi və 

Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, 

F. Köçərlinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata 

keçirmək tapşırılıb. 

 

 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 



Bakı şəhəri, 14 Fevral 2013-cü il. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




  

 F



Köçərli-150 

 

 



 

Ötən əsrin əvvəllərində realist bədii nəsrdə, 

dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, yeni şeir aləmində Mirzə 

Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir Hacıbəyli hansı zirvədə dayanırsa, 

gördüyü mühüm işlər sahəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli 

həmin ucalıqda qərar tutub.  

 

Həyat  və yaradıcılığı 

 

Firidun bəy Əhməd ağa oğlu Köçərli (Köçərlinski) 1863-cü il yanvarın 26-da 

Şuşada  dünyaya gəlmişdir. 1875-ci ildə Əhməd ağa balaca Firidunu rus məktəbinə 

qoyur. Onun rus dilini öyrənməsi, rus ədəbiyyatı ilə ilk tanışlığı da bu zamandan 

başlanır. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə Aleksey 

Çernyayevski müəllimlər seminariyasına  tələbə toplamaq  məqsədi ilə bu məktəbə gəlir 

və bu yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamış olur. 1879-cu ildə Köçərli 

Qori seminariyasının “tatar şöbəsinə” daxil olur. 1879-1885-ci illər ərzində o burada 

təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir. 1885-ci ildə qısa müddətə  Firidun bəy 

İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunur. İrəvan 

gimnaziyasında çalışdığı illərdə F. Köçərli maarif məsələlərinə dair məqalələr yazır, 

Zöhrabzadə ilə  birlikdə “Təlimi-lisani-türki” adlı dərslik tərtib edir, “Təlimati-sokrat” 

(1891) adlı fəlsəfi əsərin nəşrinə nail olur, həm də ədəbiyyata ciddi maraq göstərir, bədii 

tərcümə ilə məşğul olub tərcümələr edir. Bu illərdə Köçərli fəal tənqidçi və 

ədəbiyyatşünas kimi çalışır. “Kavkaz”, “Zakafqaziya”, “Kaspi” qəzetlərində təhsil, 

təlim-tərbiyə, əlifba və dərsliklər haqqında məqalələr çap etdirir. 1902-ci ildə Köçərli 

M. Şahtaxtlının yeni əlifba layihəsi haqqında öz tənqidi mülahizələrini çap etdirir.  

1910-cu ildə Qori seminariyasında  Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin 

olunur.  1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış 

Qazax müəllimlər seminariyasının müdiri işləmişdir. Firidun bəy Köçərli Gəncə üsyanı 

yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, əlli səkkiz 

yaşında güllələnərək dünyasını dəyişir.  Qeyd etmək lazımdır ki, həyat yoldaşı  

Badisəba xanım Vəkilovlar nəslinə mənsub idi. 

"Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy 

Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri 



materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. 

Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınmışdır.  

XIX əsrin ortalarında Azərbaycanın, o cümlədən Şuşanın mədəni həyatında böyük 

yüksəliş var idi. Məşhur ədəbiyyatşünas alim Firidun bəy Köçərli Şuşanı 

"Zaqafqaziyanın Şirazı" adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır: "Şuşa 

şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə 

və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən 

olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur". 

XIX-cu əsrin 40-cı illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli 

camaatın teatr tamaşalarına meyli yüksəlir. Qafqazda ilk teatr 1845-ci ildə Tiflis 

şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət 

və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. 

Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin Azərbaycan dilində yazdığı 

ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya 

qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin 

yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə 

gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy 

Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada 

iştirak etmişdilər.  

Ədib milli ədəbiyyat tarixi ilə bağlı ilk tədqiqatlarına M.F.Axundovla başlayıb. İlk 

ədəbiyyat tarixçimizin tədqiqatçılıq fəaliyyətinə XIX əsr Azərbaycan ədəbiyyatından, 

həmin dövrün ayrı-ayrı ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığından, o cümlədən də 

M.F.Axundovun irsindən başlaması obyektiv-tarixi faktorlarla, ədəbi-ictimai zəminlə 

bağlı idi. Köçərlinin ədəbiyyatımızın Füzuli, Vaqif, M.F.Axundov, Zakir, S.Ə.Şirvani 

kimi görkəmli simalarının yaradıcılığına həsr edilmiş tədqiqatı onun Azərbaycan 

ədəbiyyatına çox gözəl bələd olduğunu göstərir. Vaqif, Vidadi, Nəbati, Zakir və bir sıra 

başqa Azərbaycan şairlərinin tərcümeyi-hallarına dair ilk geniş məlumat, 

ədəbiyyatımızın və mədəniyyətimizin fəxri olan böyük M.F.Axundov haqqında birinci 

kitab Köçərli qələminə məxsusdur. Ədəbiyyatda realist sənət tipinə üstünlük verən 

ədəbiyyat tarixçimiz bədii təcrübədə də realist yaradıcılıq yolu seçən ədiblərə, realizmin 

ədəbi cərəyan kimi yarandığı və təşəkkül etdiyi XIX əsr ədəbiyyatına daha çox yer 

verirdi. Müəllifin “Tatar komediyaları” silsilə məqalələri də bunu bir daha təsdiq edir. O 

həmin əsərində milli dramaturgiyada realist ənənənin yaranmasını, XIX əsrin ikinci 

yarısına Ə.Haqverdiyev, N.Vəzirov, N.Nərimanov tərəfindən davam etdirilməsini 

diqqətlə izləyir, realist ədəbiyyatın yaranmasında başlıca maneəyə çevrilən epiqonçu 

şeiri kəskin tənqid edir və yazırdı ki, bu əsər qəhrəmanları deyil, uzun müddət yaxından 

tanıdığın, illərcə bir yerdə oturub-durduğun adamlar və hər gün göz önündə cərəyan 

edən hadisələrdir. Bax beləcə, Firidun bəy Köçərli xalqının tarixinə bələd olmaqla, onun 

həyat tərzinin bədii ədəbiyyatda əksinin hansı səviyəyədə aparılmasını öyrənməklə və 

bunu sistemləşdirməklə özünə məşhur bir tənqidçi adını qazandıra bildi. 

1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası 

təşkil edir. Qori seminariyasının məzunu Firudin bəy 1885-ci ildə İrəvana gəlmişdi. 

Həmin tamaşa - M. F. Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" 

komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. 

Lakin F.Köçərli 1895-ci ildə İrəvanı tərk edir. 



  

 F



Köçərli-150 

 

 



Firudin bəyin ölümü 

 

...Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyətcə erməni olan, 



kimə və nəyə, hansı ideala qulluq etiyi bəlli olmayan Sarkis Danilyanın diktəsi ilə 

Firudin bəy haqqında saxta hökm yazdı: 

4 iyun 1920-ci il, Gəncə: "Mən, 20-ci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi, bu 

gün Firudin bəy Köçərlinskinin əks-inqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və 

Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, 

müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə 

edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" 

partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu 

millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı 

deyil... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqındakı  ərizəsini nəticəsiz 

qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında 

əks-inqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının 

tökülməsinə səbəb ola bilər". 

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin. Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin 

rəisi Liberman. Təsdiq edirəm: fövqəladə komissar H.Sultanov... 

 

 



 

 

 



 

 

Əsərləri 

 

Seçilmiş əsərləri.  Bakı, 1963. 



 

Azərbaycan ədəbiyyatı. I cild, Bakı, 1978. 



 

Azərbaycan ədəbiyyatı. II cild, Bakı, 1980. 



 

Azərbaycan ədəbiyyatı. I cild, Bakı, 2005. 



 

Azərbaycan ədəbiyyatı. II cild, Bakı, 2005. 



 

Balalara hədiyyə. Bakı, 198 



 

 

 



 


 

  

 F



Köçərli-150 

 

Məqalələri 



Ruhanilərin tənqidinə həsr olunmuş: 

 

• “Məişətimizə dair” 

• “Ehtiyac” 

• “Müxtəsər cavab” 

• “Həyata dəvət” 

Qadın probleminə həsr olunmuş: 

 

• “Həqiqi gözəllik və hərəkətsiz nisfimiz” 

• “Xanımlarımız” 

• “İslamın qadına münasibəti” 

• “Keçmişdə müsəlman qadını” 

• “Müsəlman qadını hal-hazırda” 

 

Publisistikasında maarif məsələləri: 

 

• “A. O. Çernyayevskinin xatirəsi”(1895) 

 • “Müsəlman müəllimlərinin hümməti”(1903) 

 

 



“Məişətimizə dair”  ümumi başlıq altında məqalələri: 

 

• “Yarımçıqlarımız” (1906) 

• “Bir müəllimin bizə cavabı” (1906) 

• “El üçün ağlayan gözsüz qalar” ( 1906) 

• “Müəllimlərimiz və onların halı”(1906) 

• “Almanların təlim və tərbiyəsi” ( 1915) 

• “Xalq müəllimi Məmməd Qarayevin xatirəsi” ( 1913) 

• “Sultan Məcid Qənizadə” (1912) 

• “A. O. Çernyayevski” (1914) 

• “ Dost və müəllim H.O. Lomourinin xatirəsi” 

 

 

Uşaqlar üçün nəşr olunan kitab və jurnallar: 



2 uşaq jurnalı 

 

•  “Dəbistan” 

•  “Rəhbər”  

 

 



 


Dərslik 

 

“Uşaq bağçası” 

“Uşaq çeşməyi” 

“Vəsirətül-ətfal” 

 “Birinci il” 

 “İkinci il” 

“Yeni məktəb” 

“Nəsihətül-ətfal”  

“Uşaq çeşməyi”  

“Ana dili”. 

 

 

 



Oxu kitabı 

 

“Tülkü və Çaqçaqbəy” 

“Hədiyeyi-ətfal”,  

“Qafqaz islahatı” 



 

 

 

Tərcümələri: 

 

•  M. F. Axundovun “Aldanmış kəvakib” povesti rus dilinə 

•  Sokratın “Təlimati-sokrat” əsəri 

• “Tarixi-müqəddəs” adlı dini-tarixi 

• “Bənövşə” 

 • “Çiçək” 

 • “Dilənçi” 

 

• Publisistikasında maarif məsələləri: 



• “A. O. Çernyayevskinin xatirəsi”(1895) 

•  “Müsəlman   

 

Tərcümələri: 

Uşaqlar üçün : 

 

• A. S. Puşkinin “Balıqçı və balıq” nağılı  

• M. Y. Lermontovun “Üç xurma ağacı” 

 M. V. Kolsovun “Tənbəl kişi”,  

• “A kişi niyə yatıbsan?” 

 • A. P. Çexovun “At tərcüməsi”  

•  Puşkindən, Lermontovdan, Tolstoydan, Koltsovdan,  

 



 

 

F. B. Köçərlinin çalışdığı qəzet və jurnallar: 



 

• “Tərcüman”(1883-1916),  

• “Kəşkül” (1883-1891),   

• “Novoye obozreniya” (1884-1906),  

• “Şərqi-rus”(1903-1905),  

 • “Həyat”(1905-1906),  

 • “İrşad”(1905-1908), 

• “ Molla Nəsrəddin” (1906-1931),  

• “Dəbistan” (1906-1908),  

• “Rəhbər” 

•”Səda” 

• “İqbal” 

 

 

 



 

 

Köçərli haqqında fikirlər: 

 

1.



 

Firidun bəy Köçərli həm də yaxşı bir tərcüməçi idi 

                                                                           Bəkir Nəbiyev 

                                                                            Akademik 

 

2.

 



“Sabir və onun dostlarının bədii-fikri inkişafı o dövrün görkəmli mədəni simalarından 

olan müəllim və ədəbiyyatçı F.Köçərlinin adı ilə sıx əlaqədar olmuşdur”.  

 

                                           Əziz Mir Əhmədov 

                                           Filogiya elmləri namizədi 

 

3.

 



“Köçərlinin bilavasitə təhriki ilə başqaları kimi mən də rus dilindən əsərlər tərcümə edb,  

özümdən bəzi şeylər yazmağa başladım.  



                                                                                        Əli Səbri 

                                                                                          Yazıçı 

 

 

4.O, yalnız hadisələri, ədəbi əsərləri saymır, “sənət dilindən elm dilinə 

köçürməyə”çalışır. 

                                                                               Mir Cəlal Paşayev 

                                                                            Yazıçı,ədəbiyyatşünas 

 

5.

 



XIX əsr ədəbiyyatının ilk mənbələri içərisində ən mühüm yeri F.Köçərlinin... 

“Azərbaycan ədəbiyyatı  tarixi materialları tutur”  




                                                                       F. Qasımzadə 

                                                                   Akademik    

                                        

6. “Düz 20 il bundan müqəddəm mən “Nadanlığı” yazıb meydana buraxdım. Məşhur 

mühərrirlərimizdən biri, rəfiqimiz F. Köçərli “Nadanlığı” rus dilində tənqid etdi, 

yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi: 

“Nadanlığı” yazan daha əlinə qələm gərək götürməsin. Fəqət onun bu çubuqlamağı 

“Nadir şah” ın meydana gəlməsinə səbəb oldu. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                            Nəriman Nərimanov   



                                                                                               Yazıçı 

 

7.“Köçərli xüsusilə XVIII-XIX əsrlər ədəbiyyatını işıqlandırmağa müvəffəq olduğunu 

göstərmişdir”   

                                                                   M. A. Dadaşzadə 

                                                            Tənqidçi 

 

8. “Firidun bəy Köçərli həm də yaxşı bir tərcüməçi idi. Məsələn, bizim üçün çox 

əhəmiyyətlidir ki, Lermontovun, Koltsovun, digər görkəmli rus şairlərinin əsərlərinin 

ilk dəfə Azərbaycan dilinə tərcümə olunmuş nümunələri arasında Firidun bəy 

Köçərlinin də qələminə məxsus əsərlər vardır”.  

                                                    Bəkir Nəbiyev 

                                                 Akademik 

 

9. “Bütün Azərbaycan ədəbiyyatını təsdiq edən təkcə bir ad varsa, o da Firidun bəy 



Köçərlidir ki, üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”ni meydana gətirib”. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                   Y.V.Çəmənzəminli 

                                                                                           Yazıçı 

 

10. “Bənövşə”, “Çiçək”, və “Dilənçi” adlı tərcümələri  mənim kitabımın zinəti-

mənziləsində olacaqdır. Nəzmi yüngül, musiqili və ahənglidir. Qafiyələri də öz 

yerindədir” 



 

 

 

 

 

 

                     A. O. Çernyayevski 

                                                          Maarifçi, pedaqoq 

 

11. Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən 

biri Firidun bəy Köçərli  ömrünün mühüm hissəsini xalqının maarifinə,  ədəbi irsinin  

öyrənilməsinə sərf edən fədakar ictimai xadimdir. 



                                                      Həmid Araslı 

                                                          Akademik 

 

 

 



 


 

 

  

 F



Köçərli-150 

 

 

Həyatının xronologiyası 

 

1863-cü il 26 yanvar -  Şuşa şəhərində anadan olub 

1872-ci ildə -   Mirzə Kərim Münşizadənin məktəbinə daxil olub 

1875-ci ildə -   Firudin rus məktəbinə daxil olur 

1879-cu ildə -  Köçərli Qori seminariyasının Azərbaycan şöbəsinə daxil olur 

1885-ci ilin iyun - İrəvan gimnaziyasına azərbaycan dili və şəriət müəllimi təyin olunur 

1887-ci ildə -   o mürəbbi müavini vəzifəsinə irəli çəkilir 

1872-ci ildə -   fars dilini öyrənir 

1875-ci ildə -   rus məktəbinə gedir 

1879-cu ildə -  Qori seminariyasının Azərbaycan şöbəsinə daxil olur 

1885-ci il iyun- İran gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunur 

1887-ci ildə - o mürəbbi müavini vəzifəsinə irəli çəkilir 

1895-ci ilin oktyabrında - Zaqafqaziya müəllimlər seminariyasına Azərbaycan dili və 

şəriət müəllimi təyin olunur.  



1910 –cu ildə - Qori seminariyasının Azərbaycan şöbəsinin təlimatçısı təyin olunur və 

uzun müddət bu vəzifədə çalışır.  

 1920-ci ildə - Gəncədə vəfat etmişdir 

 

 

F. Köçərlinin publisistikası 

 

      Firidun bəy Köçərli maarifçi dünyagörüşünə malik realist yazıçı olduğundan, onun 

orjinal mövzu seçmək, sosial problemləri qaldırmaq və onları həll etmək yolları 

haqqında özünəməxsus prinsipləri olub, əsrin görkəmli publisistləri arasında xüsusi 

mövqeyi vardır.  Vətəni müstəmləkə əsarətindən qurtarmaq, xalqın milli müstəqilliyini 

təmin etmək, milləti oyatmaq, geniş əhali kütləsini istibdad boyunduruğundan, ruhani 

əsarətindən xilas etmək, cəhalət və nadanlıq  girdabından qurtarmaq, əsrin siyasi, 

iqtisadi və mədəni inkişaf gedişatına qoşmaq və s. onun publisistikasının əsaslarını 

təşkil edir. F. Köçərli publisistikası iki istiqamətdə inkişaf etmişdir. Onlardan biri 

informasiyadan, digəri elmi publisistik məqalələrdənicmalardanportret 

oçerklərdənməktublardan ibarətdir. Bunlar eyni zamanda ədibin yaradıcılığının ilk 

mərhələsinin məhsuludur. Yazıçının publisistik xüsusiyyətlərindən danışarkən öncə 

onun janr əlvanlığına diqqəti cəlb etmək lazımdır. İnformasiya tipli məqalələr daha çox 

yaradıcılığının birinci mərhələsi üçün səciyyəvi janrdır. Ədibin informasiyalı məqalələri 

əsasən “Tərcüman” (Krım-Baxçasaray”) və “Kəşkül” (Tiflis) qəzetlərində dərc 

olunmuşdur. XX əsrin əvvəllərindən yazıçı informatik yazılar dairəsindən çıxıb, 

problem məqalələr dairəsinə daxil oldu. F. Köçərli publisistikasının janr dairəsi 

genişləndi. Orada problem (“Məişətimizə dair”, “Həqiqi gözəllik və hərəkətsiz 

nisfimiz”, “Qaranlıqda qalanlarımız”, “Tabunsuz öküz” , “Dünyada bala nədən törəyir” 



və s.)  və icmal (“Azərbaycan dövrü  mətbuatın qısa icmalı”),  məktub ( “İdarəyə 

məktub”, “Vətən dili” , “Redaksiyaya məktub”, “Sabir haqqında”, “Vəfati-şair”, “Qazax 

şairi ağa Salik təxəllüsün barəsində bir para məlumat” ), portret oçerk (“Həsənbəy 

Məlikov”, “Yakov Semyonoviç Qoqebaşvili”, “Sultan Məcid Qənizadə”, “Dost və 

müəllim H.O. Lomouri”, “Milli şairimiz Abbas ağa Qayıbov Nazir” və s.) aparıcı yer 

tutmağa başladı. 

 

 

 



F. B. Köçərlinin pedaqoq kimi, müəllimlərə  

tərbiyə nöqteyi-nəzərindən verdiyi şərh: 

 

●  “Əgər müəllim istəsə, hər qisim şiruş və mühit içrə olmuş olsa da, öz şagirdlərinə çox 

şey öyrədə bilər. Qabil və insaflı müəllimin əlində naqabil və korafəhm şagird də az çox 

elm və bilik ala bilər” 

●  “ Tərbiyəçinin şəxsiyyətinin cavan ruha olan təsiri elə bir tərbiyə qüvvəsidir ki, onu 

nə dərs kitabları ilə, nə əxlaqi nəsihətlərlə, nə də cəza və mükafat sistemi ilə əvəz etmək 

olar”. 

●  “Şagirdləri döymək, yaxud onların birini digərinə döydürmək nəticəsində uşaqlar 



kobudlaşır, bir-birinə nifrət bəsləyir, axır nəticədə dəhşətli işlər görən canilər olurlar” 

●  “Müəllimlər şagirdlərin məktəbə həvəslə gəlməsinə nail olmalıdırlar. Əgər belə 

olarsa, “Şagirdlər məktəbi özləri üçün gözəl bağça, könülaçan, qəlb saflandıran bir 

beytüssəfa bilərlər. 

 ●Müəllimlə müəllimlər arasında gərəkdir həmişə sülh, mehribanlıq, ülfət və sədaqət 

olsun. Şagirdlər hər fikir və işlərini müəllimlərinə açıq və qorxusuz söyləsinlər...Uşaq 

nə qədər bədxasiyyət olmuş olsa belə, onu məhəbbət və mehribanlıqla düzəltmək 

mümkündür. Əxlaq tərbiyəsi çubuq, zor və qorxu ilə ola bilməz”. 

● “Müəllim ağlı, biliyi, zəhmətsevənliyi ilə yanaşı, həm də uşaqlara məhəbbət və qayğı 

ilə döyünən ürəyə malik olmalıdır”  

● “Müəllimin mühüm keyfiyyətlərindən biri öz səhvini və nöqsanlarını görə bilməsi, bu 

nöqsanı kənardan göstərdikdə mərdliklə etiraf edib, var qüvvəsilə onu aradan 

qaldırmağa çalışmasıdır”.  

 

 



Tərbiyənin ən mühüm amili ailədir: 

 

 “Uşaq öz bilik və xəsaili-mənəviyyəsinin əsas dünyasını ailədə alır. Burada onun  

qəlbinə bəyənilmiş xasiyyətlərin, yaxud qəbahətlərin toxumu saçılır, ailədə hökm-fərma 

olan mənəvi məfkurələr yavaş-yavaş onun qəlbində yer eləyir.  

● “Cəmiyyət mənəvi cəhətcə nə sayaq isə, onun nüfuzu da məzkur mütəllimə əfalında 

ali məfkurələri rəhbər ittixaz etmiş olan cəmiyyətin nüfuzu da faydalı və ali olacaqdır. 

Əksinə olaraq, mənəviyyatca alçaq, xudpəsənd cəmiyyətin nüfuzu da fəna və müzürr 

olacaqdır”. 




● “Atası tərəfindən anasının izzət-nəfsinin tapdalandığını tez-tez müşahidə edən uşaqlar 

bir sıra hallarda evin balaca zalımlarına çevrilir, ana nəvazişlərinə kobud hərəkətləri ilə 

cavab verirlər”. 

● “Ailənin xoşbəxtliyi və cəmiyyətin inkişafı o zaman təmin oluna bilər ki, qadının 

mədəni səviyyəsi, dünyagörüşü, həyata baxışı kişiyə bərabər olsun. Kişi qadını 

arvadının simasında özünə dost görsün. Lakin müsəlman aləmində, Azərbaycan 

şəraitində arvad ərinə nəinki köməkçi deyil, əksinə, onun işıqlı fikirlərini görüb 

qiymətləndirə bilmir”.   

●Ailədə düzgün tərbiyə almayan uşaq yalnız özü üçün deyil, xalq üçün, ətrafındakılar 

üçün ictimai zərərli bir qüvvəyə çevrilir”.  

●Tərbiyənin bünövrəsi ailədən möhkəm və düzgün qoyulmalıdır, əks halda uşağın 

bütün həyatı yarımçıq və natamam olacaqdır”. 



 

                                                                                  

    

Köçərli-150 

 

 Kitabxanalarda F.Köçərli yaradıcılığının təbliği 

 

 Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərlinin 

anadan olmasından 150 il ötür. 

F. B. Köçərlinin yaradıcılığını kitabxanalarda təbliğ etmək məqsədilə müxtəlif mövzuda 

tədbirlər keçirmək olar. Bu tədbirlərdən F.B. Köçərli irsinin təbliği məqsədilə sual-

cavab gecələri, kitab müzakirəsi, şifahi məlumatlandırma, kitab sərgiləri, ədəbi-bədii 

gecə keçirmək olar.  İlk növbədə fondda olan  kitablardan istifadə edərək sərgi qurmaq 

lazımdır. Sərgini aşağıdakı başlıqlar altında vermək olar: 

 



 



 

              2   



 



                  

                             5 

                                   6            

 

 



 

1.

 

Başlıq:  

1.“Ədəbiyyatşünas, publisist, pedaqoq” 

2. “Tənqidçi və pedaqoq” 

3. “Novator müəllim” 

4. “Millətin çırağı” və s. başlıqlı sərgilər 



2.

 

F.B. Köçərlinin şəkili 




 

3.

 

F.B. Köçərlinin seçilmiş əsərləri. 



4.

 

Sərgidə veriləcək sitatlar: 

1. O, yalnız hadisələri, ədəbi əsərləri saymır, “sənət dilindən elm dilinə 

köçürməyə”çalışır. 



                                                                                   Mir Cəlal Paşayev 

 

2.

 



XIX əsr ədəbiyyatının ilk mənbələri içərisində ən mühüm yeri F.Köçərlinin... 

“Azərbaycan ədəbiyyatı  tarixi materialları tutur”  



                                                                       F. Qasımzadə 

5. Haqqında kitablarda: 

1. Fikrin karvanı, B.: Yazıçı, 1984. 

2. Pirəliyev Veydəddin. Firidun bəy Köçərlinin publisistikası. Avtorefarat, 

    Bakı, 2007 

3.

 

Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917) Bakı, 2004. 



 

Eyni zamanda sərgilərdən bu başlıqlar altında xülasə vermək olar. 



 Kitab müzakirəsi: Əvvəlcə müzakirəyə hazırlıq getməlidir. İlk əvvəl kitabxanaçı 

müzakirə olunacaq kitab haqqında məlumat verdikdən sonra suallar əsasında kitabın 

müzakirəsi gedə bilər. Məsələn: Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabı müzakirə 

oluna bilər.   



Oxucu konfransı: Konfransın hazırlıq dövründə aşağıdakı tədbirlər görülməlidir: 

Konfransın keçirilməsi üçün plan və proqram tərtib edilməli, konfransın rəhbəri, 

məsləhətçi və əsas məruzəçisi  müəyyən edilməlidir. Oxucu konfransının 

müvəffəqiyyətlə keçirilməsi üçün plan tərtib olunmalıdır. Planda oxucu konfransının 

keçirilməsi ilə əlaqədar bütün tədbirlər öz əksini tapmalıdır.  Konfransın keçiriləcəyi 

yer, gün və vaxt haqqında elanlar yazılmalı,  konfransın gedişini və çıxışlar üçün 

təxmini sualları müəyyənləşdirən proqram tərtib edilməlidir.   

1.

 



Giriş 

2.

 



Əsas məruzə 

3.

 



Çıxışlar 

Yazıçı F.B. Köçərlinin yaradıcılığından bəhs olunan  oxucu konfransını aşağıdakı 

suallar ətrafında təşkil etmək olar.  

1.

 



Firidun bəyin mülahizələrində diqqətəlayiq nədir? 

2.

 



Ana dilinin saflığı və onun təsiri haqqında 

3.

 



Əlifba haqqında 

4.

 



Pedaqoji kadr hazırlığında onun xidmətləri  


                                                                                      

 F



Köçərli-150 

 

5.



 

Qadın təhsili və qadın azadlığı haqqında 

6.

 

Tərbiyənin ən mühüm amili ailədir  və s.  



Səhərcik -Yazıçının yaradıcılığını uşaq kitabxanalarında təbliğ etmək məqəsdilə “Bala 

dili “ kitabı əsasında səhərcik təşkil etmək olar. Səhərciklər uşaqları bədii ədəbiyyat 

oxunuşuna cəlb edən əsas üsullardan biridir. Səhərciklər kitabxanaçının və yaxud fəal 

oxuculardan birinin giriş sözü ilə başlanır. Giriş sözündə bir qayda olaraq səhərciyin 

mövzusu, nağıl edilən, haqqında danışılan əsərin məzmunu və onun müəllifi haqqında 

məlumat verilir. Sonra uşaqların çıxışları, səhnəciklərlə tədbir davam etdirilir. Məsələn: 

İlk öncə uşaqlara yazıçı F.B.Köçərli haqqında məlumat vermək və onun yaradıcılığında 

uşaqlar üçün nəzərdə tutulmuş “Bala dili” kitabından bəhs etmək və bu kitabda verilən 

şeirlər, nağıllar əsasında səhərcik təşkil etmək olar.  

Ədəbiyyatın təbliği geniş yayılmış ədəbi-bədii gecələr vasitəsilə də həyata keçirilir. 

Ədəbi-bədii gеcələr tanınmış şair və yazıçılardan birinin yaradıcılığına, habеlə bir və ya 

bir nеçə ədəbi əsərə həsr оluna bilər. Ədəbi hissədə məruzələr, çıxışlar edilir, bədii 

hissədə isə şeirlər söylənilir, kiçik səhnəciklər göstərilir.  

Keçiriləcək tədbirin kompozisiyasından asılı olaraq xüsusi proqram, ssenari tərtib 

edərək, teatrlaşdırılmış səhnəcik qurmaq olar. Kitabxanaçı gecənin əvvəlindən sonuna 

kimi bütün elementləri (çıxış, rəy, qonaqlara söz vermə, musiqi nömrələrini) ssenaridə 

əks etdirir.  İştirakçıların yerləşdirilməsi,  qonaqların qarşılanması, ədəbi-bədii gecə 

keçiriləcək zalın mövzuya uyğun bəzədilməsi, lazımi stend, sərgi, ədəbi bülleten və 

albomların hazırlanması əvvəlcədən təşkil olunmalıdır. Ədəbi-bədii gecənin ədəbi 

hissəsində Köçərli yaradıcılığı haqqında məruzələr, çıxışlar edilə bilər, bədii hissədə isə 

şeirləri, uşaqlar üçün yazdığı şeirlərdən səhnələr göstərilə bilər. Keçiriləcək ədəbi-bədii 

gecələrin başlıqları müxtəlif cür ola bilər. Məsələn:  

“  Yazıçı, publisist ”, “ Qüdrətli ədəbiyyatşünas, folklorşünas,  tədqiqatçı”, “Ana dilinin 

saflığını qoruyanlardan biri”  “ Nəzəriyyəçi pedaqoq” və s.  



 

 

Ssenari 

Səhnədə Köçərlinin şəkli asılır 

Musiqi sədaları altında səhnəyə aparıcılar daxil olur. 

I AP: Milli intibah uğrunda döyüşlərə qoşulan H. Zərdabi, Ə. Ağayev, Ə. Hüseynzadə,  

C. Məmmədquluzadə , N.Nərimanov, S. M. Qənizadə, Q. F. Qənizadə, M. Ə. 

Rəsulzadə,  

Ü. Hacıbəyov kimi fədailərin cərgəsində F. Köçərlinin özünəməxsus yeri vardır. 

“Firidun  bəy Köçərli” imzası ən mötəbər şəxsiyyətlərin imzaları sırasına daxil olur.  

II Ap: Firidun bəy Köçərli publisistikası  M.Ə.Sabirin təbrincə demiş olsaq dövrünün 

“ayinə”sinə çevrilmişdir.  



I AP: “hərgah qırx il bundan əqdəm mənim şeirimə sizin kimi qədr-qiymət verən 

olsaydı, indiyə kimi 30-40 cild kitab yazardım”.  Şair Abbas ağa Qayıbov Nazir  

F. Köçərli ilə gec tanış olmasına təssüf  edərək  bu fikirləri söyləmişdir.  

II Ap: Köçərlinin ədəbiyyatşünaslıq sahəsində məhsuldar əməyi hələ müəllifin öz 

sağlığında dövrün şair və ədibləri, mütərəqqi ziyalıları tərəfindən dəfələrlə təqdir 




edilmişdir. A. Səhhət Köçərlinin Azərbaycan şairlərinə göstərdiyi böyük diqqət və 

qayğını şeirlərindən birində belə tərənnüm etmişdir:  

             Yazmısan tazə nə şeylər?-deyə sordun  məndən, 

             Ruhumun tarına mizrabzən oldun,  qardaş! 

    Sabir ilə belə məktubu çox aldıq səndən. 

    Hər nə  yazdıqsa, ona bani sən oldun qardaş! 

    Bir zaman Nasehu Tərrah ilə Sabir, bəndə, 

    Yaşayırdıq hamımız qəflət ilə fəxrəndə, 

  ...Bu pərişan yuxudan sən bizi bidar etdin, 

     Doğru, düz yolda çalışmaqlığa vadar etdin... 

 

I Ap: F. Köçərlinin qırx ilə yaxın bir dövrü əhatə edən elmi yaradıcılığı Azərbaycanda 

Axundov ədəbi konsepsiyanın necə, hansı yollarla davam və inkişaf etdiyini öyrənmək 

üçün əhəmiyyətli olduğu kimi, həmin mərhələdə ədəbiyyatşünaslığın hansı qüvvətli və 

zəif cəhətlərə malik olduğunu aydınlaşdırmaq üçün də qiymətlidir.  



II Ap:  Firidun bəy Əhməd bəy oğlu Köçərlinin müfəssəl tərcüməyi-halını yazan 

Fərhad Ağazadə qeyd edirdi ki,  1903-cü ildə onun rusca yazdığı “Azərbaycan 

tatarlarının ədəbiyyatı” adlı kitabçası ilə Azərbaycan ədəbiyyatını rus oxucusuna 

tanıtmaq yolunda ilk mühüm təşəbbüs edir.  



I Ap: F. B. Köçərli praktik bir müəllim deyil, tədqiqatçı alim, ədəbiyyatşünas, 

nəzəriyyəçi pedaqoq, yüksək mədəniyyətli humanist bir insan idi.  



II AP: Müəllim hazırlığına və onun cəmiyyətdəki mövqeyinə verilmiş qiymət onun 

dilindən belə səslənirdi: “Çətin mərəzi bilmək, onun illət və səbəblərini kəşf etməkdir. 

Mərəz tapıldıqda, onun müalicə çarəsi asandır”.  

 

I AP: Pedaqoqdan söz düşmüşkən tədbirə dəvət olunmuş -------- pedaqoqa söz verilir.  

 

II AP: F. B. Köçərli uşaqları tərbiyə etməyi xalq qarşısında xidmət hesab edirdi.  

 

 I Ap: Folklor nümunələrini ilk dəfə Azərbaycanın maarif xadimlərindən olan Firidun 

bəy Köçərli toplamışdır. Və uşaqları nəzərə alaraq 1912-ci ildə “Balalara hədiyyə” adı 

altında çap etdirmişdir.  O,  zaman keçdikcə unudulan xalq bayatılarını, nağıllar, 

tapmacalar atalar sözlərini ən zəngin xəzinə hesab edir. Uşaqların tərbiyəsində folklorun 

müstəsna xeyri olduğunu göstərir.  



II AP: Elə isə bu folklor nümunələrini uşaqların ifasında dinləyək.    

 

I Ap:  Belə ki, səhnəyə balaca fidanları dəvət edirik,  Uşaqların  ifasında “Dağlar”, 

“Kəklik” şeirləri söylənilir. 



Dağlar 

 

Mən aşıq yastı dağlar, 

 Qar gəldi basdı dağlar. 

Üç ay toylu-bayramlı 

Doqquz ay yaslı dağlar. 

 



Bu dağlar qoşa dağlar,  

Verib baş-başa dağlar,  

Səndə dostum gəzibdir, 

 Səni yüz yaşa dağlar.  

 

Dağlar marala qaldı,  



Otu sarala qaldı, 

Soyuq bulaq, göy yaylaq 

Yenə marala qaldı. 

 

Başı çalmalı dağlar, 



Dibi kölgəli dağlar,  

Oturub yol gözlərəm,  

Haçan el gəli, dağlar?! 

 

II Ap: Bir balaca balamız isə “Kəklik” şeirini söyləyəcək: 

 

 Səhər-səhər sərt qayalar küncündə,  



Oxur, səsi gələr gözəl kəkliyin. 

Dağlar ətəyində çınqıl içində  

Bulunmaz yuvası gözəl kəkliyin. 

Səhər-səhər əllərində var malım, 

Tülək tərlan ilə könlün almalım, 

Yaşıl nimtənəlim, gülgəz çalmalım,  

Kətandır köynəyi gözəl kəkliyin.  

 

I Ap: İndi isə  yazıçının siz balalr üçün topladığı məsəlləri elə uşaqların öz ifasında 

dinləyək: 

I iştirakçı:  

Qoyunun oldu əlli,  

Adın oldu bəlli. 

Qoyunun oldu yüz, 

 Gir içində üz 

 

II iştirakçı:  

Pulunu ver inəyə,  

Bağla dirəyə, 

 Nəinki ver qoyuna,  

Özünü sal oyuna. 



III iştirakçı: 

Şahbudağın bağı var, 

Heyvası yox, narı yox! 

İstəmirəm heyvasını, narını 

Qoy desinlər: Şahbudağın bağı var 

IV iştirakçı: 



Yaman yaman bəla,  

Qoy gəlsin yaman bəla,  

Rəvadır yaxşı ölə,  

Yerində yaman qala?! 

 

Səhnədə Köçərlinin sözləri səslənir:  

“Qoy uşaqların tərbiyəsinə işıqlı və insanpərvər baxışı da  müəllimlər yaxşı mənimsəsin 

və öz məktəblərində həyata keçirsinlər. O zaman tərbiyə haqqında səmimi arzular öz 

ifadəsini və həyata tətbiqini tapacaqdır. Qoy şagirdlər həmişə məktəblərə şad gəlsinlər 

və oradan onları nəcibləndirən təlimin xoş hissilə qayıtsınlar. Bütün ibtidai və orta 

məktəb müəllimləri buna nail olmağa çalışsınlar.”  

 

Səhnədə musiqi sədaları altında şeir səslənir:  

         Dil açanda ilk dəfə “ana” söyləyirik biz,  

        “ana dili “ adlanır bizim ilk dərsliyimiz. 

        İlk mahnımız laylanı anamız öz südüylə 

        İçirir ruhumuza bu dildə gilə-gilə. 

Daha sonra səhnədə yazıçının fikirləri əsasında aktyorun ifasında monoloq səslənir. 

 “Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən 

yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini 

asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini 

açıq və sadə dildə yazsınlar, - ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və 

ayılsın. Ancaq bu yolla yazan və oxuyanın arasında dostluq, ittifaq və birlik əmələ gələ 

bilər” 

“Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyl və 



rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin 

qəliz ibarələrini və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz 

dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq və naqabil pinəçilər 

kimi əlimizə hər nə düşübsə paltarımıza yamamışıq... 



I AP :  O, ana dilinin inkişafına, bu dildə ədəbi və elmi əsərlərin yayılmasına böyük 

əhəmiyyət verirdi.  

 

II AP: Azərbaycan dilinin tarixi və inkişafı haqqında, habelə bədii dil məsələsinə dair 

bir sıra maraqlı və orjinal fikirlər söylənmişdir. Köçərli yazırdı: “Ana dili millətin 

mənəvi diriiyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi 

olduğu kimi, ana dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, 

ana dilini də sevir”. 

 

I AP: “Hər millətin özünəməxsus ana dili var” –deyən tənqidçinin bu iddiası 

Azərbaycanı bu və ya digər ölkəyə yamaq sayan, dilimizi başqa bir dilin “pozuq şivəsi” 

adlandıranlara “Molla Nəsrəddin” cəbhəsindən açılmış güclü bir atəşin əks-sədası idi.  

 

 Səhnəyə Köçərli libasında aktyor  daxil olur. Səhnədə əsəbi halda gəzişərək nitqini 



söyləyir: 

 


 “Bizim açıq və sadə dilimizə İstanbulda... təhsil alıb gələnlər xələl yetirməkdədilər.  Bu 

cənablar qəliz ibarələr atına minib ədəbiyyat meydanında cövlan etməkdədirlər... Allah 

Əli bəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab İstanbulda rahat oturub, bizim 

şumbəxt Qafqaza təşrif gətirməyə idi. Sözümüz ondadır ki... dilimizə pozğunluq saldı, 

təzə dil gətirdi”.  

Səhnədə aktyor  fikirli halda əyləşir, aparıcılar tədbiri davam etdirir: 

 

I AP: Tənqidçi təkcə dil sahəsində deyil, zamanın irəli sürdüyü bir sıra ictimai 

vəzifələrin yerinə yetirilməsi sahəsində də mətbuatın böyük əhəmiyyətə malik olduğunu 

dəfələrlə göstərmişdir.  

II AP: “Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin ayinəsidir. Hər bir 

millətin dolanacağını , övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kəmalını, qüdrət 

və cəlalını onun ədəbiyyatından bilmək olar” 

I AP: F. Köçərlinin qırx ilə yaxın bir dövrü əhatə edən elmi yaradıcılığı 

ədəbiyyatşünaslığın hansı qüvvətli və zəif cəhətlərə malik olduğunu aydınlaşdırmaq  

üçün qiymətlidir.   

 

II AP: Firidunbəy Köçərli tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı 

boyu təbliğ və tətbiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm də müasir 

nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərmişdir.  



Səhnədə  Köçərlinin ifasında fikirlər səslənir: 

“Bir  millətin malını, dövlətini və hətta vətənini əlindən alsan da ölüb getməz, amma 

dilini alsan, fet olar və ondan bir nişan qalmaz” .  

IAP: Beləcə yazıçı dediyi kimi biz dilimizi qorumalı, onu daha da saflaşdlrmalıyıq.  

Tədbir sona yetir 

 

 

 

 

İstifadə olunmuş ədəbiyyatların siyahısı: 

 1. 

www.google.az

 

2.

 



   Fikrin karvanı, B.: Yazıçı, 1984. 

3.

 



Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı, “Avrasiya press”, 

2005, 560 s. 

4.

 

Pirəliyev Veydəddin. Firidun bəy Köçərlinin publisistikası. Avtorefarat, 



Bakı, 2007 

5.

 



Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917) Bakı, 2004. 

6.

 



Seyidov, Ə.  Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən B, “Maarif” nəşriyyatı, 

1987, 301 s. 

 

 

 



 

 

 




 

 

 



 

 

 



Tərtib edən:  MBŞ-nin metodisti Axundzadə Natəvan 

  

Redaktor:  Elmi katib Qasımova Pərvanə 



 

 

Document Outline

  • Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi
  • S.Vurğun adına Mərkəzi Kitabxana
  • F. B. Köçərlinin çalışdığı qəzet və jurnallar:
    • F. Köçərlinin publisistikası
    • F. B. Köçərlinin pedaqoq kimi, müəllimlərə 
    • tərbiyə nöqteyi-nəzərindən verdiyi şərh:

Yüklə 143,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə