Questions & Answers (Azerbaijani)



Yüklə 62,61 Kb.
Pdf görüntüsü
tarix14.02.2018
ölçüsü62,61 Kb.
#26963


Suallar 



Cavablar

Avropa İnsan  

Hüquqları Məhkəməsi


Suallar



Cavablar


AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSI NƏDIR?

AVROPA İNSAN HÜQUQLARI KONVENSIYASI NƏ 

DEMƏKDIR?

3

Bu  sual  və  cavablar  Məhkəmənin  Katibliyi  tərəfindən 



hazırlanmışdır. 

Bu  sənəd  Məhkəmənin  üzərinə  heç  bir  öhdəlik  qoymur. 

Sənəd Məhkəmənin işi barədə ümumi məlumat verir. 

Daha ətraflı məlumat üçün Məhkəmənin internet saytında 

(www.echr.coe.int)  olan  sənədlərə,  xüsusən  Məhkəmə 

Qaydalarına istinad edə bilərsiniz.

 

Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın Strasburq şəhərində 



yerləşən beynəlxalq məhkəmədir. O, Avropa Şurasına üzv olan, İnsan 

Hüquqları  və  Əsas  Azadlıqların  Müdafiəsi  Haqqında  Konvensiyanı 

ratifikasiya  etmiş  dövlətlərin  sayı  qədər  hakimlərdən  ibarətdir. 

Hazırda  məhkəmə  hakimlərinin  sayı  47

1

    nəfərə  çatır.  Məhkəmə 



hakimləri  müstəqil  hakimlər  kimi  fəaliyyət  göstərirlər  və  heç  bir 

dövləti təmsil etmirlər. Şikayət ərizələrinin baxılmasında Məhkəməyə 

Katiblik yardım edir. Katibliyin əməkdaşları əsasən Avropa Şurasına 

üzv olan bütün dövlətlərdən gələn hüquqşünaslardan (onları hüquq 

işləri  üzrə  katiblər  də  adlandırırlar)  ibarətdir.  Katiblikdə  işləyən 

hüquqşünaslar vətəndaşı olduqları dövlət qarşısında heç bir öhdəlik 

daşımırlar və tam müstəqildirlər. Onlar məhkəmədə nə şikayətçiləri, 

nə  də  vətəndaşı  olduqları  ölkələrin  hökumətlərini  təmsil  etmirlər. 

.

Avropa İnsan Hüquqları Konvensiyası yalnız Avropa Şurasına üzv olan 



dövlətlər tərəfindən imzalanan beynəlxalq müqavilədir. Məhkəməni 

təsis edən və onun fəaliyyətini tənzimləyən Konvensiya üzv dövlətlər 

tərəfindən hörmət edilməli hüquqların və onlarla bağlı zəmanətlərin 

siyahısını əks etdirir.

1     Avropa Şurasına üzv dövlətlərinin heç də hər biri Konvensiyaya dair bütün Protokolları 

(əlavə hüquqlarla bağlı sənədləri) ratifikasiya etməyib. Bu məsələ ilə bağlı ətraflı məlumatı 

internet saytımızda tapa bilərsiniz.

Avropa İnsan Hüquqları Məhkəməsi

Council of Europe

F-67075 Strasbourg cedex

www.echr.coe.int



MƏN AVROPA İNSAN HÜQUQLARI MƏHIKƏMƏSINƏ 

HANSI HALLARDA MÜRACIƏT EDƏ BILƏRƏM?

ƏRİZƏ İLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK ÜÇÜN 

MƏN HANSI ŞƏRTLƏRİ YERİNƏ YETİRMƏLİYƏM?

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSI NƏ ILƏ 

MƏŞĞUL OLUR?

4

5



.

 

 



Avropa  İnsan  Hüquqları  Məhkəməsi  İnsan  Hüquqları  Konvensiyasını 

tətbiq edir. Məhkəmənin vəzifəsi Avropa Şurasına üzv olan dövlətlərin 

Konvensiyada  əks  olunan  hüquqlara  və  onlarla  bağlı  zəmanətlərə 

hörmət etməsini təmin etməkdir. Bu iş fərdi şəxslər, bəzən isə dövlətlər 

tərəfindən təqdim edilən şikayətlərə (onlara “şikayət ərizəsi” də deyilir) 

baxılması yolu ilə həyata keçirilir. Əgər Avropa Şurasına üzv olan dövlətin 

qeyd olunan hüquqlar və onlarla bağlı zəmanətlərdən birini və yaxud bir 

neçəsini pozduğu müəyyən edilərsə, bu halda Məhkəmə qətnamə çıxarır. 

Qətnamələrin icrası məcburidir: Konvensiyanı pozan müvafiq dövlətlər 

onlara əməl etməlidirlər.

Siz şəxsən və bilavasitə Konvensiya və ya onun Protokolları ilə təmin olunan 

hüquqlarınızın və onlarla bağlı zəmanətlərin pozuntusunun “qurbanı” 

olduğunuzu iddia edirsinizsə, Məhkəməyə müraciət edə bilərsiniz. Bu 

hüquq pozuntuları Konvensiyaya qoşulan dövlətlərdən biri tərəfindən 

törədilmiş olmalıdır.

Konvensiya və onun Protokolları hansı hüquqları müdafiə edir?

Konvensiya xüsusilə aşağıdakı hüquqları müdafiə edir:

 

"

Yaşamaq hüququ;



 

"

Mülki və cinayət işlərində ədalətli mühakimə olunmaq hüququ;



 

"

Şəxsi və ailə həyatına hörmət hüququ;



 

"

Sərbəst fikir ifadə etmək azadlığı;



 

"

Fikir, vicdan və din azadlığı;



 

"

Səmərəli hüquq müdafiə vasitəsiləri hüququ;



 

"

Mülkiyyət hüquqlarına hörmət olunması; və



 

"

Seçkilərdə səs vermək və seçilmək hüququ.



Konvensiya və onun Protokolları nəyi qadağan edir?

Konvensiya xüsusilə aşağıdakıları qadağan edir:

 

"

İşgəncə və qeyri-insani və ya ləyaqəti alçadan rəftar və ya cəzanı;



 

"

Əsassız və qanunsuz həbsi;



 

"

Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların istifadəsində 



ayrı-seçkiliyi;

 

"



Dövlətin öz vətəndaşlarını ərazisindən çıxarmasını və ya onlara 

həmin dövlətin ərazisinə daxil olmağa qadağa qoymasını;

 

"

Ölüm cəzasının tətbiq edilməsini; və



 

"

Əcnəbi vətəndaşların ölkədən kollektiv şəkildə çıxarılmasını.



Şəxsən mənə aid olan şərtlər hansılardır?

 

"



Siz Konvensiyaya qoşulan dövlətlərin vətəndaşı olmaya bilərsiniz, 

lakin  Sizin  şikayətinizə  səbəb  olan  qanun  pozuntusu  həmin 

dövlətlərdən birinin “yurisdiksiyası” çərçivəsində, yəni onun ərazisi 

daxilində baş verməlidir. 

 

"

Məhkəmə  istənilən  fiziki  və  ya  hüquqi  şəxsdən  -  şirkət  və  ya 



assosiasiyalardan şikayətlər qəbul edə bilər. 


6

7

 



"

Siz  sübuta  yetirməyə  çalışdığınız  qanun  pozuntusunun  şəxsən  və 

bilavasitə qurbanı olmalısınız. Siz hər hansı bir qanun və ya hər hansı bir 

tədbir ilə bağlı, onların ümumiyyətlə ədalətsiz olduğunu iddia edərək, 

ümumi şikayət edə bilməzsiniz; eyni zamanda siz başqa insanların 

adından şikayət edə bilməzsiniz (həmin insanların şəxsiyyəti aydın 

şəkildə göstərilirsə və siz onların rəsmi nümayəndəsi sayılırsınızsa, bu 

halda onların adından müraciət edə bilərsiniz).



Məhkəməyə müraciət etməmişdən əvvəl milli məhkəmələrdə 

yerinə yetirilməsi vacib sayılan tələblər varmı?

 

"



Var. Siz şikayət etdiyiniz məsələ ilə bağlı müvafiq dövlətdə həmin 

pozuntunu aradan qaldıra bilən bütün hüquq müdafiə vasitələrindən 

istifadə  etməlisiniz  (adətən  bu  aşağıdakı  mənanı  daşıyır:  siz  ilkin 

instansiya sayılan hər hansı müvafiq məhkəməyə müraciət etməlisiniz, 

daha sonra müvafiq qaydada apellyasiya məhkəməsinə və cavabdeh 

dövlətdə mövcud ola bilən digər yuxarı instansiya məhkəməsinə, belə 

ki, ali məhkəmə və ya konstitusiya məhkəməsinə müraciət etməlisiniz).

 

"



Daxili hüquq müdafiə vasitələrindən sadəcə istifadə etmək kifayət 

deyildir.  Bu  instansiyalara  müraciət  edən  zaman  siz  xüsusilə  öz 

şikayətinizin mahiyyətini irəli sürməlisiniz, yəni Konvensiyada əks 

olunan hüququn pozuntusunu faktlarla açıqlamalısınız.

 

"

Ölkə daxilində son qərar çıxarıldıqdan sonra (adətən bu qərar son 



instansiya  məhkəməsinin  qərarı  hesab  olunur)  siz  həmin  qərarın 

çıxarıldığı tarixdən etibarən altı ay ərzində Avropa İnsan Hüquqları 

Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməlisiniz. Bu müddət 

bitdikdən sonra sizin müraciətiniz Məhkəmə tərəfindən qəbul edilə 

bilməz.

Mən kimə qarşı şikayət edə bilərəm?

 

"



Sizin fikrinizcə (bilavasitə Sizə təsiri olan bir və ya bir neçə hərəkət və 

ya hərəkətsizlik nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının 

müddəalarını pozan) Konvensiyanı imzalamış bir və ya bir neçə dövlətə 

qarşı.


 

"

Şikayət  etdiyiniz  hərəkət  və  ya  hərəkətsizlik  həmin  dövlətin/



dövlətlərin səlahiyyətli orqanları (məsələn, məhkəmə və ya inzibati 

orqanlar) tərəfindən törədilməlidir.

 

"

Məhkəmə fərdi şəxslərə və ya özəl təsisatlara, məsələn ticarət 



şirkətlərinə qarşı qaldırılan şikayətlərə baxa bilməz.

Mən nədən şikayət edə bilərəm?

 

"



Sizin  şikayət  ərizəniz  Avropa  İnsan  Hüquqları  Konvensiyasında 

əks olunan hüquqlardan biri ilə əlaqədar olmalıdır. İddia olunan 

pozuntular geniş məsələləri əhatə edə bilər: məsələn, məhbuslara 

qarşı  işgəncələrin  və  ləyaqəti  alçadan  rəftarın  tətbiq  edilməsi; 

qeyri-qanuni həbs; mülki və ya cinayət işləri ilə bağlı məhkəmə 

proseslərində pozuntular; Konvensiyada nəzərdə tutulmuş hüququn 

tətbiqi zamanı ayrı-seçkiliyə yol verilməsi; valideyn hüquqları; şəxsi 

həyat, ailə həyatı və məktublaşma hüququna hörmətlə yanaşılması; 

fikirlərin sərbəst şəkildə ifadə edilməsinə və informasiyanın əldə 

edilməsinə  və  ya  ötürülməsinə  məhdudiyyətlərin  qoyulması; 

yığıncaqlarda  və  nümayişlərdə  sərbəst  iştirak  etmək  hüququ; 

ölkədən zorla çıxarılma və ekstradisiya; mülkiyyətin müsadirəsi və 

mülkiyyətdən məhrum edilməsi.

 

"



Siz Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasından başqa 

digər hər hansı bir hüquqi sənədin pozulmasından, məsələn İnsan 

Hüquqları Haqqında Ümumi Bəyannamənin yaxud Əsas Azadlıqların 

Nizamnaməsinin pozulmasından şikayət edə bilməzsiniz.




ƏGƏR MƏN ÖZÜMÜ KONVENSİYA POZUNTUSUNUN 

QURBANI HESAB EDİRƏMSƏ, MƏHKƏMƏYƏ NECƏ 

MÜRACİƏT EDƏ BİLƏRƏM?

8

9



Məhkəməyə  doldurulmuş  və  imzalanmış  ərizə  forması

2

  göndərərək. 



Ərizə forması digər müvafiq sənədlər ilə birlikdə aşağıdakı ünvana poçtla 

göndərilməlidir:

The Registrar 

European Court of Human Rights  

Council of Europe 

F-67075 Strasbourg cedex

 

"

Siz Məhkəmənin rəsmi dillərindən birində (ingilis və ya fransız dilində) 



və yaxud Konvensiyanı ratifikasiya etmiş dövlətlərdən birinin rəsmi 

dilində müraciət edə bilərsiniz.

 

"

Ərizə formasını faksla göndərməyə gərək yoxdur, cünki bu, Məhkəməyə 



müraciət etmək üçün Konvensiyada nəzərdə tutulan 6 aylıq müddətin 

gedişini dayandırmır.

 

"

Öz  şikayətinizi  şifahi  şəkildə  şəxsən  çatdırmaq  üçün  Strasburqa 



gəlməyin. Bu sizin şikayətinizə daha tez baxılmasına kömək etməyəcək 

və sizə heç bir hüquqi məsləhət verilməyəcək.

 

"

Katiblik sizdən şikayət ərizənizlə bağlı əlavə sənəd, məlumat və ya 



izahat istəyə bilər. 

 

"



Ərizə  formasını  Məhkəmənin  internet  saytından  yükləməli,  onu 

diqqətlə və oxunaqlı şəkildə doldurmalı, imzalamalı və Məhkəməyə 

mümkün qədər tez bir zamanda göndərməlisiniz. Ərizə formasında 

aşağıdakılar göstərilməlidir:

2     Ərizə formasının nümunəsini internet saytımızda tapa bilərsiniz.

 

y



Faktların və şikayət etdiyiniz məsələnin tam və eyni zamanda 

qısa təsviri;

 

y

Pozulduğunu güman etdiyiniz Konvensiya hüquqlarının qeyd 



olunması;

 

y



İstifadə etdiyiniz daxili hüquq müdafiə vasitələrinin siyahısı;

 

y



İşiniz üzrə müraciət etdiyiniz bütün səlahiyyətli dövlət orqanları 

tərəfindən verilən qərarların surətləri (bu sənədlər sizə geri 

qaytarılmayacaq,  ona  görə  də  Məhkəməyə  onların  yalnız 

surətləri göndərilməlidir); və

 

y

Ərizəçi olaraq sizin və ya sizi təmsil edən nümayəndənin imzası.



 

"

Əgər  siz  öz  şəxsiyyətinizi  gizli  saxlamaq  istəyirsinizsə,  bu  barədə 



səbəbləri  göstərərək  Məhkəməni  dərhal  xəbərdar  etməlisiniz. 

Bundan sonra sizin xahişinizin təmin edilib edilməməsini Məhkəmənin 

Prezidenti müəyyənləşdirəcək.

 

"



İcraatın ilkin mərhələsində sizin hüquqşünasla təmsil olunmağınız 

məcburi deyildir. Əgər siz Məhkəməyə nümayəndə vasitəsilə müraciət 

etmək istəyirsinizsə, ərizə formasının müvafiq hissəsini doldurmalı və 

imzalamalısınız.



Məhkəmə icraatının əsas xüsusiyyətləri hansılardır?

 

"



İcraat yazılı şəkildə aparılır. Məhkəmə tərəfindən qəbul ediləcək hər 

hansı bir qərar haqqında siz yazılı surətdə xəbərdar ediləcəksiniz. Açıq 

şifahi dinləmələr müstəsna hallarda təşkil olunur.

 

"



Sizin işə baxılması üçün heç bir rüsum və ya ödəmə tələb olunmur.

 

"



İcraatın ilkin mərhələlərində hüquqşünas tərəfindən təmsil olunmanız 

tələb olunmasa da, cavabdeh Hökumətə ərizəniz haqqında bildiriş 

verildikdən sonra sizi nümayəndə təmsil etməlidir. Halbuki, ərizələrin 

böyük əksəriyyəti Hökumətə bildiriş verilmədən qəbul edilməz elan 

oluna bilər.

 

"



Siz yalnız öz şəxsi xərclərinizi (hüquqşünas(lar)ınızın xidmət haqqını, 

araşdırma və poçt xərclərini və digər oxşar xərcləri) ödəməlisiniz.

 

"

Şikayət ərizəniz Məhkəməyə təqdim edildikdən sonra Məhkəməyə 




NƏ ƏLDƏ EDƏCƏYİMƏ ÜMID EDƏ BİLƏRƏM?

10

11



hüquqi  yardım  üçün  müraciət  edə  bilərsiniz.  Hüquqi  yardım  hər 

bir halda və dərhal verilmir, o, Məhkəmə icraatının yalnız sonrakı 

mərhələlərində verilir.

Məhkəmə icraatının əsas mərhələləri hansılardır?

 

"



Birinci növbədə Məhkəmə sizin ərizənizin qəbul edilmə məsələsinə baxır, 

yəni şikayət Konvensiya tərəfindən müəyyən edilmiş konkret tələblərə 

uyğun olmalıdır. Əgər ərizəniz bu şərtlərə uyğun deyilsə, şikayət ərizənizə 

rədd cavabı veriləcəkdir. Əgər ərizəniz bir neçə şikayətdən ibarətdirsə, 

Məhkəmə onlardan birini və ya bir neçəsini qəbul edərək digərlərinə 

rədd cavabı verə bilər.

 

"

Əgər sizin ərizəniz və ya şikayətlərinizdən biri qəbul edilməz elan 



edilmişdirisə, Məhkəmənin bu qərarı qətidir və ona bir daha yenidən 

baxılmayacaqdır.

 

"

Əgər sizin ərizəniz və ya şikayətlərinizdən biri qəbul edilən elan edilibsə, 



Məhkəmə tərəfləri (sizi və cavabdeh Dövləti) məsələni dostcasına 

həll etməyə sövq etdirir. Tərəflər məsələnin dostcasına həll edilməsi 

barədə razılığa gəlməsələr, Məhkəmə şikayətə mahiyyəti üzrə baxır və 

Konvensiyanın pozulub pozulmadığını müəyyənləşdirir.



Mən nə qədər gözləməliyəm?

 

"



Məhkəmənin iş yükünün ağırlığını nəzərə alaraq Məhkəmədə ərizənizin 

ilkin baxışını bir ilə qədər gözləməyə məcbur ola bilərsiniz. Məhkəmə 

bəzi  ərizələrə,  xüsusilə  ərizəçilərin  qaçılmaz  fiziki  təhlükə  altında 

olduğunu iddia edən ərizələrə üstünlük verərək onlara təcili baxa bilər.

 

Məhkəmə Konvensiyanın pozulduğunu müəyyən edərsə, o Sizə dəymiş 



zərərə görə müəyyən məbləğdə Sizə maddi kompensasiya ödənilməsini 

qərara ala bilər. Məhkəmə eyni zamanda cavabdeh Dövlətdən ərizənizin 

təqdim edilməsi ilə əlaqədar çəkdiyiniz xərclərin əvəzinin ödənilməsini 

tələb  edə  bilər.  Məhkəmə  Konvensiyanın  pozulmadığını  müəyyən 

edərsə, siz hər hansı bir əlavə xərc, o cümlədən cavabdeh Dövlətin 

çəkdiyi xərcləri ödəməli olmayacaqsınız.



Nəzərə alın:

 

"



Məhkəmənin ölkədaxili qərarları və ya qanunları dəyişmək və ya 

ləğv etmək səlahiyyəti yoxdur.

 

"

Məhkəmə öz qətnamələrinin icrası ilə əlaqədar heç bir məsuliyyət 



daşımır. Qətnamə çıxarıldıqdan sonra onun icrası üzrə məsuliyyət 

Avropa  Şurasının  Nazirlər  Komitəsinə

3

 

  keçir.  Nazirlər  Komitəsi 



qətnamələrin icrasına nəzarət edir və hər hansı bir kompensasiyanın 

ödənilməsini təmin edir.

 

 

3     Nazirlər Komətəsi üzv dövlətlərin Xarici İşlər nazirləri və ya onların nümayəndələrindən 



ibarətdir.


AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ MƏNİM 

ÜÇÜN NƏ EDƏ BİLMƏZ?

12

 



"

Avropa İnsan Hüquqları Məhkəməsi daxili məhkəmələrin üzərində 

apellyasiya məhkəməsi kimi fəaliyyət göstərmir: o, işlərlə bağlı təkrar 

dinləmələr keçirmir; milli məhkəmələr tərəfindən verilən qərarları ləğv 

etmək, dəyişmək və ya işə yenidən baxmaq səlahiyyətinə malik deyildir.

 

"



Məhkəmə  şikayət  etdiyiniz  hakimiyyət  orqanı  ilə  bilavasitə  sizin 

adınızdan heç bir əlaqə yaratmır, lakin müstəsna hallarda, Məhkəmə 

müvəqqəti müdafiə tədbiri qərarı ala bilər. Bir qayda olaraq Məhkəmə 

yalnız ərizəçiyə fiziki xətər yetirilməsi təhlükəsi ciddi ehtimal olunduğu 

halda bu tədbirə əl atır.

 

"



Məhkəmə  ərizənizin  tərtib  edilməsi  üçün  Sizə  hüquqşünas 

tapmaqda köməklik göstərmir və ya ərizənizin tərtib edilməsi üçün 

hüquqşünasınıza ödədiyiniz xərcləri sizə ödəmir.

 

"



Məhkəmə  şikayətinizin  ünvanlandığı  Dövlətdə  qüvvədə  olan 

qanunvericilik ilə bağlı sizə heç bir hüquqi məlumat verə bilməz.




Suallar  

və 


Cavablar

European Court of Human Rights 

Council of Europe 

F-67075 Strasbourg cedex



Design: © ECHR - Photo: © Shutterstock

w w w . e c h r . c o e . i n t

A ZE

Yüklə 62,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə