Qul haqqı” kitabı Suallar



Yüklə 59,87 Kb.
tarix17.04.2018
ölçüsü59,87 Kb.

Qul haqqı” kitabı

Suallar


1. Həzrət Adəmdən bəri bütün dinlərin bünövrəsini təşkil edən 5 əsas haqq hansı bənddə düzgün göstərilmişdir?

A. 1. Dinin qorunması, 2. Ağılın qorunması, 3. Nəslin qorunması,

4. Nəfsin qorunması, 5. Qohum-əqrəbanın qorunması
B. 1. Dinin qorunması, 2. Ağılın qorunması, 3. Nəslin qorunması,

4. Nəfsin qorunması, 5. Malın qorunması
C. 1. Dinin qorunması, 2. Ağılın qorunması, 3. Nəslin qorunması,

4. Nəfsin qorunması, 5. Dövlətin qorunması
D. 1. Dinin qorunması, 2. Ağılın qorunması, 3. Nəslin qorunması,

4. Nəfsin qorunması, 5. Xalqın qorunması
E. 1. Dinin qorunması, 2. Ağılın qorunması, 3. Nəslin qorunması,

4. Nəfsin qorunması, 5. Elmin qorunması
2. Hüququllah nədir?

A. Hüququllaha ilk növbədə Allaha qəlbən iman etmək və küfrdən, şirkdən mütləq surətdə uzaq olmaq daxildir

B. Mənfəəti və faydası yalnız müəyyən bir şəxs və ya qrupa aid haqq və hüquqlar daxildir.

C. Allah haqqı ilə qul haqqının birləşdiyi, ancaq qul haqqının üstün olduğu haqlar.

D. Ata-ana haqqı, ər və arvadın bir-biri və övladları üstündə olan haqları, dostluq-yoldaşlıq haqqı, qonşu haqqı, qohum-əqrəba haqqı və s.

E. İşçi-işverən haqqı, idarə edənlərin idarə olunanlar üstündə haqqı, dövlət haqqı, kasıbların varlılar üstündə haqqı, işçilərin idarəçilər üstündə haqları və s.
3. Qul haqlarının Allah haqlarından başlıca fərqi nədir?

A. Allah haqlarına daxil olan ibadətlərdə bir xəta və qüsur olarsa, səmimi tövbə edildiyi təqdirdə Allah-Təala tərəfindən bağışlanması mümkündür. Sözügedən şəxs tövbə etmədən ölərsə, bağışlanması mümkün deyildir. Hüququl-ibadla bağlı kiçik bir səhv olarsa, həmin günahın bağışlanması haqq sahibinin razılığından və halallıq verməsindən asılıdır.
B. Allah haqlarına daxil olan ibadətlərdə bir xəta və qüsur olarsa, səmimi tövbə edilsə belə Allah-Təala tərəfindən bağışlanması qeyri-mümkündür. Sözügedən şəxs, hətta tövbə etmədən ölərsə, Allah-Təala istəsə, onu da bağışlayar. Ancaq hüququl-ibadla bağlı kiçik bir səhv olarsa, həmin günahın bağışlanması haqq sahibinin razılığından və halallıq verməsindən asılıdır.

C. Allah haqlarına daxil olan ibadətlərdə bir xəta və qüsur olarsa, səmimi tövbə edildiyi təqdirdə Allah-Təala tərəfindən bağışlanması mümkündür. Sözügedən şəxs mütləq ölmədən əvvəl tövbə etməlidir, yoxsa Allah-Təala onu bağışlamaz. Hüququl-ibadla bağlı kiçik bir səhv olarsa, həmin günahın bağışlanması haqq sahibinin razılığından və halallıq verməsindən asılıdır.

D. Allah haqlarına daxil olan ibadətlərdə bir xəta və qüsur olarsa, səmimi tövbə edildiyi təqdirdə Allah-Təala tərəfindən bağışlanması mümkündür. Sözügedən şəxs, hətta tövbə etmədən ölərsə, Allah-Təala istəsə, onu da bağışlayar. Hüququl-ibadla bağlı kiçik bir səhv olarsa, həmin günahın bağışlanması üçün haqq sahibinin razılığına və halallıq verməsinə ehtiyac qalmır.

E. Allah haqlarına daxil olan ibadətlərdə bir xəta və qüsur olarsa, səmimi tövbə edildiyi təqdirdə Allah-Təala tərəfindən bağışlanması mümkündür. Sözügedən şəxs, hətta tövbə etmədən ölərsə, Allah-Təala istəsə, onu da bağışlayar. Ancaq hüququl-ibadla bağlı kiçik bir səhv olarsa, həmin günahın bağışlanması haqq sahibinin razılığından və halallıq verməsindən asılıdır.
4. “Həqiqi müsəlman odur ki, insanlar onun ………………………….” (Buxari, “İman”; Müslim, “İman”, 64, 65, 66; Əbu Davud, “Cihad”, 2; Tirmizi, “Qiyamə”, 52; Nəsayi, “İman” 8) hədisini tamamlayan bəndi seçin?
A. sözlərinə inanırlar.

B. vədinə sadiq qalacağına inanır.

C. Allaha və Rəsuluna iman etməsinə zərrə qədər şübhə etmirlər.

D. ibadətlərində səmimi olduğuna inanırlar.

E. əlindən və dilindən zərər görməyəcəklərinə əmin olurlar
5. “Qüsur axtaran və göz-qaş işarələri ilə məsxərəyə qoyanların

vay halına!” məallı ayə müsəlmanların arxasınca qeybət edib

onları göz-qaş işarələri ilə ələ salanları böyük əzab gözlədiyini

açıq-aşkar bəyan edir.

Bu ayə hansı surədəndir?

A. “Təbbət” surəsi

B. “Əlaq” surəsi

C. “Huməzə” surəsi

D. “Adiyət” surəsi

E. “Münafiqun” surəsi
6. Bəndlərdən biri hüququl-ibada (qul haqlarına) daxil deyildir.

A. Ata-ana haqqı,

B. Ər və arvadın bir-biri və övladları

üstündə olan haqları

C. Dostluq-yoldaşlıq haqqı

D. Oruc, namaz kimi ibadətlər

E. Qonşuluq haqları
7. “Hucurat” surəsində hansı əməl ölmüş (din) qardaşının ətini yeməyə bənzədilir? Bu əməli işləmək həm də qul haqqını tapdalamaq deməkdir.

A. Din qardaşının qeybətini etmək

B. Din qardaşı haqda sui-zənn bəsləmək

C. Söz gəzdirmək

D. Din qardaşına həqarət etmək

E. Din qardaşını ələ salmaq.
8. İslam alimlərinə görə, əgər işlənən günah yalnız Allahın haqqı ilə bağlı olub qul haqqına aidiyyəti yoxdursa, tövbə edərkən üç şərtə əməl olunmalıdır ki, tövbə qəbul edilsin. Bu şərtlər hansılardır?
A. 1. Mömin həmin günahı tərk etməli 2. Günah işlədiyinə görə kəffarə ödəməli 3. O günahı bir daha işləməməli.

B. 1. Mömin həmin günahı tərk etməli 2. Günah işlədiyinə görə sədəqə verməli 3. O günahı bir daha işləməmək əzmində olmalı.

C. 1. Mömin həmin günahı tərk etməli 2. Günah işlədiyinə görə ibadətlərini artırmalı 3. O günahı bir daha işləməmək əzmində olmalı.

D. 1. Mömin həmin günahı tərk etməli 2. Günah işlədiyinə görə ürəkdən peşman olmalı 3. O günahı bir daha işləməmək əzmində olmalı

E. 1. Mömin həmin günahı tərk etməli 2. Günah işlədiyinə görə dua etməli 3. O günahı bir daha işləməmək əzmində olmalı.

9. Əgər işlənən günah qul haqqı ilə də bağlıdırsa, onda tövbənin dörd şərti olur. 8-ci sualdakı 3 şərtə əlavə olunan bu dördüncü şərt hansıdır?
A. Haqqı tapdalanmış insandan da halallıq almaq

B. Haqq sahibinin qəza ibadətlərini yerinə yetirmək

C. Haqq sahibinin adından sədəqə vermək

D. Dua və ibadətlərlə Allahdan əfv diləmək

E. Həccə gedib Kəbədə bağışlanma diləmək

10. Şübhəsiz ki, söz gəzdirmək, qeybət etmək, şayiə yaymaq, müsəlmanların eyblərini araşdırmaq, insanların söhbətini onlar istəmədikləri halda dinləmək kimi əməllər qul haqqının tapdalanması ilə nəticələnir. Bu əməllərdən hansını (hədisə (Buxari, “Təbir”, 45.) görə) işləyənlərin qulağına Qiyamət günü əridilmiş qurğuşun töküləcək?
A. Söz gəzdirənlərin

B. Qeybət edənlərin

C. Şayiə yayanların

D. Müsəlmanların eyblərini araşdıranların

E. İnsanların söhbətini onlar istəmədikləri halda dinləyənlərin

11. Müsəlmanın müsəlman üstündə haqları hansılardır?

1. Müsəlmana əl və dillə zərər verməmə, 2. Heç kimə xor baxmamaq, təhqir etməmək, pis söz deməmək, 3. İbadətləri vaxtlı-vaxtında və layiqincə yerinə yetirmək, 4. Qeybət etməmək, həsəd aparmamaq 5. Təqvalı olmaq, 6. Yaşlılara hörmət göstərmək, kiçikləri sevmək və onlara mərhəmət etmək 7. Əmanətə riayət etmək, verilən sözün üstündə durmaq
A. 1, 2, 3, 4. B. 1,3, 5, 6 C. 1, 2, 4, 6 D. 1, 2, 5, 7 E. 2, 3, 5, 6.

12. Bəndlərdən biri Allahın bəndələr üstündə haqlarına aid deyildir?

A. Allaha iman etmək

B. Daim Allaha təvəkkül etmək, Ona arxalanmaq

C. Qorxu və ümid arasında yaşamaq

D. Xeyirli işlər görmək, xeyirli işlərdə yarışmaq, Allahın rizasını qazanmağa can atmaq.

E. Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) iman etmək

13. Səddi-zərayi nədir?
A. Günah işləyəndən sonra Allaha sığınmaq

B. Bir insanı mal-mülkünü itirmək qorxusu ilə üz-üzə qoyub malını satışa çıxarmağa məcbur etmək

C. Bir insanın satın almaq niyyəti olmadığı halda, insanları aldatmaq məqsədilə satışa çıxarılmış malı tərifləyərək qiymətini qaldırmağa çalışmasıdır.

D. İnsanı günah işləməyə sövq edən yerlərdən uzaq olmaq, haramlar kimi, haram əməllərə və çirkin əxlaqi davranışlara aparan yollardan da gen gəzmək.

E. Müsəlmanların haqlarını qorumaq

14. İstər maddi, istərsə də mənəvi qul haqlarını pozan bir mömin ilk növbədə nə etməlidir?
A. Öz haqqını haqq sahiblərinə bağışlamalıdır.

B. Haqq sahiblərinin adından sədəqə verməli və tövbə etməlidir.

C. Haqq sahiblərinin haqqını ödəməlidir, halallıq və razılıq almaq vacib deyildir.

D.Tövbə etməli və haqqı sahibi üçün bağışlanma diləməlidir

E. Haqq sahiblərinin haqqını ödəməklə (əgər maddi haqdırsa) onlardan halallıq almalı və tövbə etməlidir.

15. Allah Rəsulu: “Din qardaşın zalım da, məzlum da olsa, ona kömək et!” – buyurmuşdur.

Müsəlman zalım din qardaşına necə kömək etməlidir?
A. Onu zülmündən çəkindirməklə

B. Ona qarşı çıxmaqla

C. Ona etiraz etməklə

D. Onunla əlaqəni kəsməklə

E. Ona məzəmmət etməklə

16. Bəndlərdən biri Rəsulullahın (sallallahu aleyhi və səlləm) ümməti üstündə haqlarına aid deyildir?

A. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) dəvətini və adını dünyanın hər tərəfinə çatdırmaq əzmi ilə çalışmaq.

B. Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) salət və salam gətirmək

C. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) Əhli-Beytini sevmək.

D. Təqvalı olmaq, günahlardan çəkinmək.

E. Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) itaət edib Onun əmrlərinə əməl eləmək.
17. Üç haqqı olan qonşular kimlərdir?
A. Uzaq qohum olan bütpərəst qonşular

B. Bütpərəst qonşular

C. Müsəlman və bir-biri ilə dost olan qonşular

D. Müsəlman olan qonşular

E. Müsəlman və bir-biri ilə qohum olan qonşular

18. “Müsafirlik müddəti …. gündür. Bir insanın uzun müddət qonaq qalıb ev sahibini çətinə salması halal deyildir və ev sahibinin …. gündən sonra qonağa çəkdiyi xərc (verdiyi yemək və s.) sədəqəyə çevrilər” (Buxari, “Ədəb”, 31, 85; Müslim, “Luqata”, 14 Hənnad, “əz-Zöhd”, II/512) hədisində nöqtələrin yerinə hansı söz gəlməlidir?
A. bir

B. üç

C. iki

D.dörd

E. yeddi
19. Bəndlərdən biri vaildeynlərin övladlar üzərində haqlarına aid deyildir.
A. Əgər valideynlərin ehtiyacı varsa, övladlar onların zəruri ehtiyaclarını təmin etməlidir.
B.Övladlar valideynlərinə sayğı göstərərək onlara adları ilə müraciət etməməli, yolda onların önü ilə deyil, arxasınca getməlidirlər.
C.Valideyn vəfat edəndə övladlar onlara dua etməli, onlar üçün Allahdan bağışlanma diləməli, onların adından sədəqə verməli, xeyir işlər görməli, onların dostlarına yaxşılıq etməli, onların verdiyi sözləri yerinə yetirməli, yaxınları ilə əlaqəni kəsməməli, qəbirlərini ziyarət etməlidir.
D.Valideynlərlə sərt və yüksək səs tonu ilə danışmamalıdır.
E. Övladlar valideynlərin bütün əmrlərinə itaət etməli, hətta dini ibadətləri qadağan etsələr belə, onların sözündən çıxmamalıdır.
20. Qadının həyat yoldaşı üstündə haqları hansılardır?
1. Kişi bir çətinlik və sıxıntı olanda həyat yoldaşı ilə yumşaq davranmalı, ona təmkini, səbri tövsiyə etməli və ailəsini bu şəkildə həlimliklə idarə etməyi bacarmalıdır.
2. Kişi həyat yoldaşına vaxt ayırmalı, bəzən onunla İslam ədəbinə uyğun zarafat etməli, gülərüz olmalı və onu incitməməlidir
3. Kişi həyat yoldaşı ilə məsləhətləşməməli, vacib işlərdə onun fikrini soruşmamalıdır.
4. Həyat yoldaşının bir səhvini, xətasını və ya yanlış bir sözünü camaatın arasında dilə gətirərək onu gözdən salmamalıdır.
5. Ər arvadın mehrini verməli, ona yediyindən yedirməli, geyindiyindən geyindirməlidir. Peyğəmbərimiz bəyan edir ki, ən fəzilətli infaq kişinin ailəsi üçün çəkdiyi xərclərdir.
6. Kişi ehtiyac olsa da olmasa da, ev işlərində həyat yoldaşına kömək etməməlidir.
7. Həyat yoldaşına halal ruzi yedirməlidir.
A. 3, 4, 5, 6, 7

B. 1, 2, 4, 5, 7

C. 1, 3, 5, 6, 7

D. 2, 3, 4, 5, 7

E. 1, 2, 4, 5, 6
21. Bir insan qul haqqını tapdalamamaq üçün hansı xüsuslara riayət etməlidir? Bəndlərdən biri doğru deyildir?
A. Mömin yaradılış qayəsinə uyğun yaşamalı, haqsızlığa əsla meyil etməməlidir.

B. Bütün insanlara aid hüquqlara və onların müqəddəslərinə hörmət göstərməlidir.

C. Özünü heç kəsdən üstün tutmamalı, təkəbbür və qürurdan çəkinməli, “mən danışmalıyam, mən etməliyəm, qabaqca mən girməliyəm, mən yeməliyəm” deməməlidir.

D. Sui-zənn, qibtə və həsəd doğuran hallardan uzaq olmalıdır

E. Ailəsinin ehtiyacı olanda haram yollarla ruzi qazanmalıdır.
22. Bəndlərdən biri övladların valideynlər üzərində haqlara aid deyildir?

A. Valideyn övladına gözəl və mənalı ad qoymalıdır

B. Valideyn övladına gözəl əxlaq öyrətməli, yaxşı tərbiyə verməlidir.

C. Valideynlər övladlarına Qurani-Kərim oxudub öyrətməlidir

D. Övladlarının arasında mal-mülkünü bölərkən və ya sərvətinin bir hissəsini onlara bağışlarkən ayrı-seçkilik etməməlidir.

E. Valideynlər övladlarına hər cür iş tapşıra bilərlər.

23. Rəqabətdə hansı hallar caiz deyildir?
1. Eyni əmtəəni (və ya xidməti) istehsal edənlərdən birinin və ya bəzilərinin daha çox müştəri cəlb edərək bazardakı payını genişlətmək üçün istehsal etdiyi malı (və ya verdiyi xidməti) şişirdərək tanıtması və yalandan tərifləməsi.
2. Bir iş adamının istehsal etdiyi əmtəəni və onun loqotipini (nişanını), rəngini məşhur şirkətlərin məhsullarına oxşatması və bu yolla insanları aldatması
3. Həqiqəti əks etdirən reklamlar, məhsul və xidmətlərin tanıtımları.
4. Böyük bir şirkətin eyni istehsal sahəsində fəaliyyət göstərən kiçik və zəif firmaları iflasa uğradıb sıradan çıxarmaq məqsədilə bazarda öz məhsullarının qiymətini aşağı salması
5. Bir insanın və ya şirkətin müəyyən iş, xidmət və istehsal sahələrini inhisar altında saxlaması, eyni sahədə fəaliyyət göstərən digər şəxs və şirkətlərin işlərinə əngəl olması,
6. eyni əmtəə (və ya xidmət) istehsalçılarının daha keyfiyyətli və ucuz mallar istehsal etməklə bir-biri ilə rəqabət aparması.
A. 1, 3, 4, 5

B. 2, 4, 5, 6

C. 2, 3, 4, 5,

D. 1, 2, 4, 5

E. 1, 2, 5, 6
24. Yolun haqqı da ətraf mühitlə bağlı haqlardandır. Yolda oturanları görən Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) öncə insanların bu vərdişini aradan qaldırmağa çalışmış, işlərini yolda

gördüklərini deyənlərə də bunu tövsiyə etmişdir: “O halda, yolun haqqını verin”. “Yolun haqqının” nə olduğunu soruşan səhabələrə də bu cavabı vermişdir (Buxari, “Məzalim”, 22, “İstizan”, 2, Müslim, “Libas”, 114):


A. Haramlara baxmamaq, gəlib-gedənlərə kömək təklif etmək, yaxşı əməllərə çağırıb pis əməllərdən çəkindirmək, soruşana yol göstərmək, məzluma yardım etmək,

B. Yoldan keçənlərə birinci salam vermək, haramlara baxmamaq, yaxşı əməllərə çağırıb pis əməllərdən çəkindirmək, soruşana yol göstərmək

C. Haramlara baxmamaq, insanlara əziyyət verməmək, salam verənin salamını almaq, yaxşı əməllərə çağırıb pis əməllərdən çəkindirmək, soruşana yol göstərmək, məzluma yardım etmək

D. Yolun daş-kəsəyini təmizləmək, uşaqların yola çıxmasına izin verməmək, haramlara baxmamaq, yaxşı əməllərə çağırıb pis əməllərdən çəkindirmək, soruşana yol göstərmək

E. Gəlib-gedənlərə kömək təklif etmək, yaxşı əməllərə çağırıb pis əməllərdən çəkindirmək, soruşana yol göstərmək, məzluma yardım etmək, Gəlib gedənlərlə hal-əhval tutmaq, yoldan keçənlərə su paylamaq,
25. Hansı bənd Müsəlmanın heyvanlara aid vəzifələrinə daxil deyildir?
A. Mömin heyvanın yemini, suyunu verməli, ac-susuz qoymamalı, onu təmiz saxlamalı, xəstələnəndə müalicə etməyə çalışmalıdır.

B. Mömin heç bir canlıya əziyyət etməməli, işgəncə verməməli və üzünə damğa vurmamalıdır.

C. Mömin heç bir heyvana lənət oxumamalı, həddindən artıq döyməməlidir.

D. Mömin heyvanı ox, güllə və ya silahla qorxutmamalı, onlardan hədəf kimi istifadə etməməlidir.

E. Mömin heyvanları alıb-satmamalı, gücləri çatmayan yükü yükləməlidir.




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə