3.2. MALİYYƏ MENECMENTİNİN GƏLƏCƏKDƏ ALƏTLƏRİNİN
TƏKMİLLƏŞDIRİLMƏSİNDƏ MALİYYƏ XİDMƏTLƏRİNİN İNKİŞAFINA
DAİR STRATEJİ YOL XƏRİTƏSİNİN ROLU
Müasir dövrdə müəssisələrdə maliyyə menecmentinin alətlərinin (maliyyə
bazarı, qiymətli kağızlar, risk, pul və s.) təkmilləşdirilməsində Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 2016-cı il 10 mart tarixli təsdiq edilmiş
«Maliyyə Bazarlarına Nəzarət Palatası haqqında» Fərmanın böyük rolu və
əhəmiyyəti var. Fərmanda göstərildiyi kimi, «2.1.Palatanın əsas məqsədi
Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və
dayanaqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə
bazarlarının digər istehlakçılarının hüquqlarını qorumalıdır. Palata bu Nizamnamə
ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının
tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür».
1
Azərbaycan Respublikasının bütün dünyada mövqeyini gücləndirmək
məqsədi ilə ölkədə strateji yol xəritəsi qəbul edildi.
Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəratələrinin təsdiq
edilməsi haqqında» fərman imzaladı. Bu fərman ilə Azərbaycanın 2016-2020-ci
illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr
üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün isə hədəfləri
müəyyənləşdi.
2
Beləliklə, «milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol
Xəritəsinin başlıca istiqamətləri» Azərbaycan Respublikası Prezidenti tərəfindən
təsdiq edildikdən sonra, həmin Strateji Yol Xəritəsində nəzərdə tutulmuş vəzifələri
yerinə yetirmək üçün maliyyə xidmətlərinin inkişafı ilə əlaqədar Strateji Yol
Xəritəsi də hazırlandı.
1
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi. Respublika qəzeti. 11 mart,
2016-cı il. Səh 9.
2
Azərbaycan qəzeti. 15 dekabr 2016. R.Bəxşəliyev. Milli iqtisadiyyatın inkişaf planı.
73
Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji
Yol Xəritəsində müasir dövrdə maliyyə xidmətləri sektorunun mövcud
vəziyyətinin xarakteristikası və maliyyə xidmətləri sektorunun təhlili verilir. Sonra
Yol Xəritəsində eyni zamanda, 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan
dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxışı
göstərilir.
Strateji Yol Xəritəsi maliyyə menecmentinin ən mühüm alətlərindən biri olan
maliyyə bazarlarının fəaliyyətinin çevikliyinin artırılması ilə əlaqədar tədbirləri və
imkanları nəzərdə tutur.
Azərbaycan Respublikasının maliyyə xidmətlərinin inkişafına dair Strateji
Yol Xəritəsi maliyyə xidmətləri sektorunun aşağıdakı prinsipləri əsasında
hazırlanmışdır:
- çeviklik;
- rəqabət qabiliyyətlilik;
- innovativlik;
- iqtisadi inkişafın dəstəklənməsi.
Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas
bölmələri üzrə qəbul edilmiş Strateji Yol Xritəsinə əsasən maliyyə xidmətlərinin
inkişafına dair hazırlanmış Strateji Yol Xəritəsində 5 strateji hədəf və 16 prioritet
nəzərdə tutulub.
Strateji hədəflərə aşağıdakılar daxildir:
1). Dinamik və sağlam institutlardan ibarət olan maliyyə sisteminin
formalaşması;
2). Maliyyə bazarının inkişafı;
3). İnfrastrukturun gücləndirilməsi;
4). Tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi;
5). Maliyyə savadlılığının yüksəldilməsi;
Maliyyə menecmentinin mahiyyətini ifadə edən maliyyənin idarəolunmasının
əsas istiqamətini
maliyyə axınlarının idarə edilməsi
təşkil edir. Lakin maliyyə
axınlarının təşkili isə maliyyə bazarları, institutları və alətləri ilə həyata keçirilir.
74
Maliyyə institutlarına isə pulun verilməsi, investisiya, kreditləşmə və sair
əməliyyatları müxtəlif maliyyə alətləri ilə həyata keçirən idarələr, yəni banklar,
sığorta və investisiya şirkətləri, birjalar daxildir. Maliyyə institutlarının əsas
təyinatı pul vəsaitinin səmərəli yerləşdirilməsində (hərəkətində) vasitəçiliyi təşkil
etməkdir. Qeyd etmək lazımdır ki, hazırlanmış maliyyə xidmətlərinin inkişafına
dair Strateji Yol Xəritəsində 2020-ci ilədək ölkədə maliyyə institutlarının, o
cümlədən, bankların sağlamlaşdırılması, likvidlik və kapitallaşma səviyyəsinin
yüksəldilməsi ilə əlaqədar tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlərdən
aşağıdakıları göstərmək olar:
- emitentlərin və investorların maliyyə bazarında iştirak üçün zəruri şərait
yaradılacaq;
- bank sistemində infrastruktur genişləndiriləcək;
- maliyyə bazarlarında təşviqedici tədbirlər genişləndiriləcək.
- maliyyə sistemi daha mütərəqqi risklərin idarə edilməsi proseslərinə
istiqamətləndiriləcək;
- maliyyə xidmətlərində şəffaflıq artırılacaq və s.
Strateji Yol Xəritəsində nəzərdə tutulduğu kimi, 2025-ci ilə qədər istiqraz və
səhm bazarları, yəni qiymətli kağız bazarlarının fəaliyyəti daha səmərəli olacaq və
qiymətli kağız bazarının xidmətlərindən aktiv ticarət aparmaq üçün istər xarici,
istərsə də yerli investorlar geniş istifadə edəcəklər.
Azərbaycanın bank sektoru 2025-ci ilədək dünya standartlarından istifadə
etməklə aşağıdakı istiqamətlərdə öz fəaliyyətlərinin keyfiyyətini daha da
yüksəldəcəklər:
- kredit risklərinin qiymətləndirmə mexanizmini;
- korporativ idarəetmə strukturunu;
- risklərin idarəetmə prosesini;
- sağlam kredit portfelinin təşkilini;
- bank əməliyyatlarının 90 faizindən çoxu alternativ xidmət kanalları ilə
aparılması və s.
75
Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji
Yol Xəritəsində 2025-ci ildən sonrakı illər üçün də qərarlar, tədbirlər nəzərdə
tutulub. Əsas məqsəd, birinci növbədə yüksək səmərəliliyə (əməliyyatlarında) və
mənfəətə malik olan bank sistemini təşkil etməkdir. Banklar İnnovativ
istehlakçılara öz məhsullarını təklif edəcəklər.
2025-ci ildən sonrakı dövrdə maliyyə bazarlarının şəffaflığı daha da artacaq
və bu isə bazarların xidmətlərindən, daha çox xarici investorlar istifadə edəcəklər.
Bundan başqa, Strateji Yol Xəritəsində Azərbaycanın maliyyə sektoruna xarici
investisiyaların bilavasitə xarici banklar tərəfindən yönəldilməsi nəzərdə tutulub.
«Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol
Xəritəsinin başlıca istiqamətləri»ndə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək
üçün 115 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılıb və həmin məbləğ
sonrakı mənbələr hesabına ödəniləcək: müəssisələrin vəsaiti; birbaşa xarici
investsiyalar; dövlət büdcəsi; Mərkəzi Bankın vəsaiti; qiymətli kağızlar bazarı;
kreditlər; Sahibkarlığa Kömək Milli Fond və s. mənbələr.
Dostları ilə paylaş: |