Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ



Yüklə 2,38 Mb.
səhifə1/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
  1   2   3   4   5   6   7   8   9   ...   47

GİRİŞ

İslam dünyasının bugünkü acınacaqlı vəziyyəti həmişə bizi narahat etmişdir. Hər bir müsəlmanın ürəyini ağrıdan, müsəlmanların bu böhranlı vəziyyətə düşməsinin amillərini tapmaq bizi vadar edir ki, onların həqiqi səbəblərini araşdıraq. Müsəlmanlar üçün bu vəziyyətin meydana gəlməsinin uzun tarixi kökləri vardır. Uzun və genişmiqyaslı tədqiqatlar bu vəziyyətin araşdırılmasında bizə kömək edə, müsəlmanların daha parlaq və gözəl gələcəyə doğru irəliləyişləri üçün yol göstərə bilər. Bu səbəblərin araşdırılmasından aydın olur ki, müsəlmanlar rəhbərlik məsələsi barəsində inhirafa yuvarlandıqları vaxtdan etibarən belə bir təəssüfləndirici, böhranlı vəziyyətə düçar olmuşlar. Biz sözügedən məsələni şiə nöqteyi-nəzərindən təhlil edirik. İslam tarixindən məlum olur ki, rəhbərlik məsələsində ilk inhiraf Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra yaranmışdır. Biz bu məsələni Əli (əleyhis-salam)-ın başına nələr gəldi kitabında araşdırmışıq. İndi isə İslam tarixinin o Həzrətin şəhadətə çatmasından sonra, yəni İmam Həsən və İmam Hüseyn (əleyhiməs-salam)-ın həyatı dövrünə təsadüf edən 40-60-cı hicri illər dövründə araşdırırıq. İndi isə əziz oxuculara müqdə verə bilərik ki, böyük Allahın köməyi ilə bu araşdırma və təhqiqat İmam Həsən Əsgəri (əleyhis-salam)-ın dövranına qədər, sonra iisə İmam Zaman (əleyhis-salam)-ın qeybət zamanından müasir dövrə qədər davam edəcəkdir.



QUM, SEYYİD MƏHƏMMƏDHƏSƏN MUSƏVİ KAŞANİ


1-Cİ HİSSƏ

İMAMLARIN DƏRƏCƏ VƏ MƏQAMLARI

Məsum imamların həyat tarixlərini araşdırarkən, hər şeydən əvvəl, onların yüksək məqamlarına diqqət yetirmək, Allah yanındakı dərəcələrini dərk etmək lazımdır. Bu tanışlıq olmadan onların yaşayışı barədə axtarış aparmaq mümkün deyil. Buna görə də, biz əvvəlcə İslam məktəbində məsum imamların (əleyhimus-salam) məqam və dərəcələrini, imamətin malik olduğu yüksək mövqeyi barəsində bir sıra məsələləri araşdırırıq. Ümidvarıq ki, bu iş bizim Allahın seçilmiş bəndələri barəsində olan məlumatımız və mərifətimiz gün-gündən çoxaltsın.



MƏSUMLARIN İSLAMI

Allah-Taala Öz peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in dininin kamil və tamam olmasını xəbər verdiyi, imamət və rəhbərlik məsələsinin o Həzrətin vasitəsi ilə Qədir Xumda elan olunduğu zaman1 Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam) möminlərin əmiri və o həzrətin canişini kimi təqdim edildi. Yəni Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in 23 ildə çəkdiyi bütün zəhmətlər, habelə bu müddətdə Quranın bütünlüklə nazil olması Əliyyibni Əbitalib (əleyhis-salam)-ın imamətinin elan olunması ilə öz məxsus mənasını tapdı. Əgər bir şəxs kamil İslam dininin arxasınca getmək istəsə, onda gərək Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in risaləti müddətində gətirdiyi Quran və başqa risalət məsələlərini qəbul etməklə yanaşı, Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-ın müqəddəs vücudunu Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəsi və canişini kimi tanısın; bilsin ki, Həzrətin vilayəti İslam dininin ayrılmaz bir hissəsidir. Yəni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in peyğəmbərliyini qəbul etdiyi kimi, şəksiz Əliyyibni Əbitalib (əleyhis-salam)-ın vilayətini də qəbul etsin. Əgər bir şəxs onun vilayət və rəhbərliyini qəbul etməsə, İslamı və Peyğəmbəri qəbul etdiyini necə iddia edə bilər? Hansı ki, bu din Əmirəl-mömininin vilayəti ilə kamil olmuşdur. Onda gərək deyək ki, bu şəxs həqiqi İslamının yalnız bir qismini qəbul etmişdir.

Qeyd edək ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) özünün son vəsiyyətində buyurmuşdur:

Mən iki ağır şeyi sizin içinizdə əmanət qoyuram: 1-Allahın Kitabını (Quran); 2-Əhli beytimi (Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) və onun övladları.)

Həzrətin məqsədi budur ki, bu iki əmanət heç vaxt bir-birindən ayrılmazlar; hərgah Quranı bəhanə edib sinələrinə vuranları görsəniz, (Ömər dedi: həsbuna kitabullah–Allahın kitabı bizə bəsdir və Əhli-beytə ehtiyacımız yoxdur), bilin ki, yalançıdırlar və xalqı aldatmaq üçün Quranı bəhanə ediblər.

Beləliklə onlar Əhli-beyti işlərdən kənar edib, haqlarını tapdaladılar və onları ev dustağı etdilər. Onlar yalan deyirlər. Məsələn, Siffeyn döyüşündə Müaviyə Quran tərəfdarı olduğunu iddia edir, amma onu nizələrin başına taxır. Məhz bu yerdə Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) buyurur: Bu Quranları oxlayın, Quranın natiqi (həqiqətlərini bəyan edən) mənəm, mən Quranın təcəssümüyəm.

PEYĞƏMBƏR (səlləllahu əleyhi və alihi və səlləm)-İN VƏFATINDAN SONRA XALQIN VƏZİYYƏTİ

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra tarixə nəzər salın. Görəsən ümmət bu vəsiyyətə əməl etdimi? Əsla! Əhli-beyt (əleyhimüs-salam) Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-dan, Həzrət Höccət İmam Zamanın (əleyhis-salam)-ın müqəddəs vücuduna kimi ictimai səhnədən kənarda idilər.



MƏSUM İMAMLAR QURAN QANUNLARINI İCRA EDƏNLƏRDİR

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Allah tərəfindən ilahi qanunları xalq üçün gətirdi, Əhli-beyt (əleyhimüssalam) Quran qanunlarını icra edənlər idi.

Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) və 11 övladı Allah tərəfindən İmam kimi bir-bir tanıtdırıldılar. Bu gün onun axırıncı övladı Həzrət Vəliyyi Əsr İmam Zaman (əleyhis-salam)-dır.

Əgər camaat ilahi-Quran qanunlarının icra olunmasını istəsəydilər, onda bu qanunları Allah tərəfindən müəyyən olunan şəxslər icra etməli idilər. Çünki Quran ilahi kitab olduğundan, onu icra edənlər də ilahi şəxsiyyətlər olmalıdır. Əlbəttə, bu sözü qəbul etmək ağırdır. Necə ki, min dörd yüz il bundan qabaq o zamanın camaatına çətin idi, məhz bu səbəbə görə də qəbul olunmadı. Amma biz tarixə baxıb camaatın onlara qarşı necə rəftar etdiklərini, başlarına nə gəldiklərini görə bilərik.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra hiylələr başlandı. Onun sağlığında, müxaliftə qüdrətləri, cürətləri olmayan qəddar və kinli düşmənlər həzrətin vəfatından sonra qılınclarını siyirib İslamın təzəcə açılmış güllərinə hücum çəkdilər. Nələr etmədilər? Gəlib biz İslamı istəmirik dedilərmi? Əsla! Din pərdəsi altında dinin kökünü kəsməyə başladılar. Dedilər ki, biz yalnız Quranı istəyirik, vəssalam! Həsbuna kitabullah. Bizim Əli övladları ilə heç bir işimiz yoxdur.

Həzrət Əlini özlərinə layiqli rəhbər kimi görməyə gözləri olmayan bədbəxt camaat sükut edərək Həzrəti 25 il ev dustağı etdilər.

Birinci, ikinci və üçüncü xəlifənin hakimiyyəti dövründə bacardıqları qədər səhvə, xətaya yol verdilər. Xəta xətanın üstündən, səhv səhvin üstündən. Nəhayət İslam cəmiyyətini elə bir çıxılmaz vəziyyətə saldılar ki, yollarını azmış rəhbərlər onun həllində aciz qaldılar. Buna görə gəlib Əli (əleyhis-salam)-ın qapısını döydülər.

Peyğəmbərin vəfatından 25 il keçmişdi. Bu müddət ərzində Quranın başına nələr gəlməmişdi? Quran qanunları bir-birinin ardınca qəsdən təkzib edilmiş, İran və Roma imperiyalarının geniş əraziləri fəth olunmuşdu. Bu iki imperatorluqların və fəth olunmuş başqa ərazilərin müsəlman əhalisi, görəsən, hansı İslamı qəbul etmişdilər? Peyğəmbərin, (Quran və Əhli-beytin) İslamını, yoxsa Əbu Bəkrin, Ömərin, yaxud Osmanın İslamını?

Axırda Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-ın qapısına gəlmələrinin səbəbi onun məqam, mövqe, əndişə və ideyalarına görə deyildi. Buna görə gəlmişdilər ki, Osman, xüsusilə ömrünün son illərində artıq İslam ümmətinə əsla əhəmiyyət vermir, beytül-malın hamısını özü üçün toplayırdı. İndi Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-dan istəyirdilər ki, onların beytül-mala olan tamahlarını təmin etsin. Halbuki, ictimai ədaləti icra etmək üçün onlarca başqa əsaslı işlər də icra olunmalı idi. Həzrət Əli (əleyhis-salam) İslam və Peyğəmbər sünnətindəki inhirafları görmüşdü. Buna görə də o, xalqın beyət üçün dəvətindən imtina edir, istəklərini qəbul etmir və buyururdu ki, məndən əl çəkib, başqasını xilafət üçün seçin. Əgər mənə beyət etsəniz, bir sıra işlər görəcəyəm ki, sizin üçün müxtəlif müşgüllər, çətinliklər yaradacaq. Ürəkləriniz ona dözüb əqllər onu qəbul edə bilməyəcək. Üfüqləri və siyasətləri qara buludlar örtmüş, işıqlı yol əvəz olunmuşdur.2

Xalqın Həzrət Əmirəl-möminin (əleyhis-salam)-la beyət etməsindən sonra, bu xalqla çətinlikləri başlandı. Elə bir xalq ki, vilayət məqamı ilə ümumiyyətlə tanışlıqları olmayıb həqiqi İslamdan xəbərsiz idilər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in besətinin əsas məqsədini unutmuşdular.

Digər tərəfdən küfr, dinsizlik və nifaq başçıları, qəbilə başçıları, dinlərini dünyaya satan alimlər tərəfləri qızıl, güc və hiylə olan üçbucaqda bir yerə yığışıb haqqın nurunu söndürmək istədilər.

Mövla Əli (əleyhis-salam)-ın kifayət qədər vəfalı dostları olmadığı halda nakisin, qasitin və mariqinlərin müqabilində dayandı. Bəli... beş il nur və zülmət arasındakı çarpışmadan sonra zülmətə adət etmiş, nurdan qorxub qaçan və onu qəbul etməyə taqəti olmayan xalq işi o yerə çatdırdı ki Həzrət Allahdan onu xalqın arasından aparmasını istədi ki, bu cür insanları görməsin. Xalq isə zülməti sevirdi. Bu nur 40-cı hicri qəməri il, ramazan ayının 19-cu gecəsi Əşqəl-əşqiya3 İbni Mülcəm Muradi tərəfindən söndürüldü.

Həzrətin şəhadətindən sonra onun əziz oğlu İmam Həsən (əleyhis-salam)-la zahirdə beyət etdilər, qəlbləri isə Müaviyəyə tərəf can atırdı. Bir neçə aydan sonra bu həqiqət üzə çıxdı–Müaviyəyə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini (?) kimi beyət edib cani-dildən ona bağlandılar. Bu minvalla o, 60-cı hicri ilinə qədər qüdrət kürsüsündə oturdu. Müaviyədən sonra isə Yezidə, (?) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini kimi beyət etdilər.

Biz əhli-beyt (əleyhimüs-salam)-ın davamçıları hər hansı vəchlə olursa olsun, onların haqqını qəsb edənləri müdafiə etməməli, ideoloqi məktəbimizin prinsiplərini dərindən dərk etməliyik. Yəni ideoloqi məktəbimizi məsum imamlarımızın yaşadığı 250 illik dövrdə xilafət barəsindəki nəzərlərini araşdırmalıyıq.

Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-dan İmam Zaman (əleyhis-salam)-a kimi məsum imamlardan heç biri dövrünün xəlifəsini təsdiq etməmiş, o xəlifənin məqsədlərinin tərəfdarı olmamışdır. Əgər məsum imamlarımız bütün qəsbkar xəlifələri və rəhbərləri rədd edərək onları, öz haqlarını qəsb edənlər kimi tanıtdırırlarsa, onda biz nahaq, qeyri-qanuni xəlifələri haqq tərəfdarları kimi necə qəbul edə bilərik?


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə