Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


-SÜLH–QAN AXIDILMASININ QARŞISINI ALMAQ VƏ ONLARIN MƏSLƏHƏTİNƏ İDİ



Yüklə 2,38 Mb.
səhifə14/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

12-SÜLH–QAN AXIDILMASININ QARŞISINI ALMAQ VƏ ONLARIN MƏSLƏHƏTİNƏ İDİ


İmam Həsən (əleyhis-salam) Müaviyə ilə sülh etdikdən sonra Süleyman ibn Sürəd Xüzai Həzrətin hüzuruna gəlib ərz etdi:–Əssalamu əleykə, ya muzilləl-möminin! Ey Peyğəmbərin oğlu, sizin bu təəccüblü işiniz heç vaxt mənim yadımdan çıxmaz. Siz nə cür Müaviyə ilə sülh etdiniz? Halbuki, qırx min döyüşçü cəngavər sizin qoşununuzda idi, Bəsrə və Hicazlılar sizə tərəfdar idi. Nə oldu ki, sizin lazımi qədər tərəfdar və qüdrətiniz olduğu halda xilafəti Müaviyəyə həvalə etdiniz və öz ixtiyarınıza keçirmədiniz? Yaxşı olardı ki, siz qəbilə başçılarını dəvət edirdiniz ki, bu əhdnamə hamının hüzurunda yazılardı, heç olmazsa, ondan sonra xilafət sizin ixtiyarınıza keçərdi. Amma bu sülhnamənin möhtəvasından heç kəs xəbərdar olmamışdır. İş o yerə çatıb ki, Müaviyə minbərə çıxıb deyir: Mən müharibə odunu söndürməkdən ötəri müəyyən şərtləri qəbul etdim və fitnəni kökündən kəsdim. İndi ki, ixtilaf aradan qalxdı, sülhün şərtlərini ayağımın altında qoydum! Ey Peyğəmbərin oğlu, Müaviyənin məqsədi yalnız xilafəti ələ keçirmək idi. O, sülhün şərtlərinin heç birinə əməl etməyəcəkdir. Yaxşı olar ki, siz də öz əhdinizi pozub müharibəyə dair əmr verəsiniz. Mən də Kufəyə gedib qoşun toplayım və Müaviyənin əlaltılarını oradan çıxardam. Allah xaini sevməz.

Bunları deyib sakit oldu. İmam Həsən (əleyhis-salam) buyurdu:–Ey Süleyman, siz bizim şiə və dostlarımızsınız. Əgər mən dünyanı əldə etmək istəsəydim, onu əldən verməz, hökmranlığı əlimdə bərk-bərk saxlayardım. Bunu bil ki, Müaviyə iradə və tədbirdə məndən heç də üstün deyil. O, qüdrətdə məndən irəli keçə bilməz. Amma mənim gördüyüm şeyləri siz görmürsünüz. Mən ümmətin canı, qanı və namusunu hifz etmək naminə onunla sülh etdim. Mən Allahın razılığı, xalqın məsləhəti və hikmət üzündən onunla sülh edib bu müqaviləni imzaladım. Sizin borcunuz sakit olub itaət etməkdir.



13-VƏFASIZ DOSTLAR


Müsəyyib ibni Nücəyh İmam Həsən (əleyhis-salam)-a ərz etdi:–Ey Peyğəmbərin oğlu, mən çox təəccüb edirəm ki, sizin qırx min döyüşçünüz olduğu halda nə cür Müaviyə ilə sülh etdiniz; bundan əlavə, bu sülhü möhkəmlətmədiniz ki, heç olmazsa, sizin üçün də faydası olsun. Müaviyə şərtlərin heç birinə əməl etmədi. Məsləhət görürəm ki, siz də əhdinizi pozasınız.

İmam Həsən (əleyhis-salam) buyurdu:–Ey Müsəyyib, əgər mən dünyanı əldə etmək üçün tədbir görsəydim, Müaviyə məndən qabağa keçə bilməz və bu yolda məndən möhkəm, səbirli ola bilməzdi. Mən sizin məsləhət və mənafeyinizə görə sülh etdim. Mən istəmədim ki, bir-birinizi qılıncdan keçirəsiniz. Sizin çoxunuz qırx, yaxud yüz min nəfərin döyüş üçün hazır olmasını güman edərək səhvə düşmüsünüz. Mən öz köməkçilərimin vəfasızlıqlarını gördüyüm üçün, müsəlmanların məsləhəti naminə sülh etdim. İndi siz Allahın razılığı, qəzavü-qədərini qəbul edib, mömin və pərhizkar olun.



14-BƏNİ-ÜMƏYYƏNİN HAKİMİYYƏTƏ ÇATMASI LABÜDDÜR


Bir neçə nəfər Mədinədə İmam Həsən (əleyhis-salam)-ın hüzuruna gəlib nalayiq sözlər deməyə, onu məzəmmət etməyə başlayıb dedilər:–Ey möminləri zəlil, üzlərini qara edən!

İmam Həsən (əleyhis-salam) buyurdu: Məni məzəmmət etməyin və kobud danışmayın. Çünki, bu işdə sülh üçün məsləhət vardı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yuxuda gördü ki, Bəni-Üməyyə (meymun surətində) biri digərindən sonra onun minbərinə çıxıb xütbə oxuyurlar. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) çox qəmgin oldu. Cəbrəil Kovsər surəsini və bir gecəsi Bəni-üməyyənin hökumət etdiyi min aydan (təqribən 80 il-müt.) yaxşı olan Qədr surəsini gətirdi.


15-SÜLHÜN BAŞQA BİR SƏBƏBİ


İmam Hüseyn (əleyhis-salam) qardaşı İmam Həsən (əleyhis-salam)-dan Xilafətin Müaviyəyə verməyin səbəbi nə idi? deyə soruşduqda, həzrət buyurdu: Elə atanın xilafəti qəsb edənlərin müqabilində sükut etdiyi səbəblərə görə.37

16-QƏLƏBƏ MÜMKÜN DEYİLDİ...


İmam Cəfər Sadiq (əleyhis-salam) buyurur: İmam Həsən (əleyhis-salam) sülhə etiraz edən azsaylı dostlarına cavab olaraq buyurdu:

Həqiqətən mən, sizin onlara qələbə çalmaq üçün qüdrətinizin olmadığınızı gördükdə həm özümün, həm də sizin sağ qalmağınız üçün xilafəti Müaviyəyə verdim.



17-İMAM BAQİR (ƏLEYHİS-SALAM)-IN NƏZƏRİNDƏ SÜLHÜN SƏBƏBİ


Südeyr Seyrəfi İmam Baqir (əleyhis-salam)-a ərz etdi: Necə mümkün ola bilər ki, İmam Həsən (əleyhis-salam) İmam ola-ola xilafəti Müaviyənin öhdəsinə qoysun? Həzrət buyurdu: Bəsdir! O, gördüyü işləri sizdən yaxşı bilirdi. Əgər sülh etməsəydi şiənin kökü kəsilərdi və böyük bir bədbəxtçilik baş verərdi. İmam Həsən (əleyhis-salam)-ın Müaviyə ilə etdiyi sülh ümmət üçün dünya və onda olanlardan yaxşı idi. Allaha and olsun bu ayə o cənabın sülhü barəsində nazil olubdur:

O kəsləri görmədin ki, onlara müharibədən əl çəkin, namaz qılın, zəkat verin deyildi. Amma elə ki, cihad hökmü onlara yazıldı, düşməndən, Allahdan qorduqları kimi, yaxud daha çox qorxdular. Dedilər: Ey Allah, üçün bizə cihadı vacib etdin? yaxşı olardı ki, cihad hökmünü bir qədər təxirə salardın!38

Sonra Həzrət ayəni belə təfsir etdi: İmam Həsən (əleyhis-salam)-ın zamanında onlara əmr olundu ki, imama itaət edin, müharibəni dayandırın, namaz qılın və zəkat verin. Amma onlar razı olmadılar. İmam Hüseyn (əleyhis-salam)-ın zamanında isə cihad vacib oldu, amma dedilər: Nə üçün cihad hökmünü Həzrət Qaim (əleyhis-salam)-ın zühuruna qədər təxirə salmadın?39

İmam Baqir (əleyhis-salam) bir gün səhabələrinə buyurdu: Qüreyş bizə nə zülmləri rəva görmədi! Bizim şiələrə və dostlarımıza onların əlbir olması nəticəsində nə qədər zülmə məruz qaldılar! Hansı ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dünyadan gedəndə buyurmuşdu ki, biz Əhli-beyt imamət və xilafətə hamıdan artıq layiqliyik. Amma Qüreyş bizim haqqımızı əlimizdən almaq üçün əl-ələ verdilər. Camaat Əli (əleyhis-salam)-la beyət edən zamana qədər xilafəti özünün əsl mərkəzindən uzaqlaşdırdılar. Qüreyş ona beyət etdikdən sonra yenidən pozdular, üstünə qılınc çəkdilər və onu şəhid edənə qədər ardı-arası kəsilməz müharibəni davam etdirdilər.

Daha sonra onun oğlu İmam Həsən (əleyhis-salam)-la beyət etdilər və beyətdən sonra hiyləyə əl atdılar, məkr qurdular, onu düşmənə təhvil etmək istədilər. İraq camaatı onun üzünə durdular, sinəsinə xəncər vurdular, xeyməsini qarət etdilər və onu təngə gətirdilər. Nəhayət Müaviyə ilə sülh etdi və bu yolla özünün və Əhli-beytin canını hifz etdi.





Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə