Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


HƏZRƏT ƏLİ (əleyhis-salam)-IN MƏQSƏDİ İRANLILARI HİMAYƏ ETMƏK İDİ



Yüklə 2,38 Mb.
səhifə5/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   2   3   4   5   6   7   8   9   ...   47

HƏZRƏT ƏLİ (əleyhis-salam)-IN MƏQSƏDİ İRANLILARI HİMAYƏ ETMƏK İDİ


Həzrət Əli (əleyhis-salam)-ın öz hakimiyyəti dövründəki siyasətlərindən biri–iranlıları və cəmiyyətin aşağı sinfini himayə etmək idi. O Həzrətin iranlıları himayə etməsi onların sadəcə iranlı olmasına görə deyil, keçmiş xəlifələrin dövründə çoxlu həqarətlər gördüklərinə, aşağı təbəqə saylırdıqlarına görə idi. İranlılar Ömərin qoşunu hücum edərkən, habelə əvvəllər də eşitmişdilər ki, İslam azadlıq, qardaşlıq, bərabərlik və ədalət dinidir. Həmçinin müsəlmanların nümayəndəsi İran padşahı Yezdəgirdin məclisində Allah bizi göndərdi ki, istədiyimiz şəxsləri, bəndələrə pərəstiş, ibadət etməkdən ayırıb Allaha pərəstiş etməyə tərəf yol göstərək, onları dünyanın məhdud yaşayışından geniş mənəviyyət dünyasına; batil din və reqimlərdən ədalətli İslam dininə tərəf yol göstərək deyəndə, bu xəbəri eşitdilər və İslam qoşununun müqabilində öz qüdrətlərini əldən verib təslim oldular. Bu, İslam dininin millətlərin qəlbində nüfuz etməsinin sirlərindən biri idi. Belə ki, müsəlmanlar bir ölkəyə hücum edib oranı fəth etməzdən öncə İslam o xalqın qəlbini fəth etmişdi. Məhz buna görə Qeysər və Kəsra şahları İslamın qaşısında müqavimət göstərə bilmədilər.

Lakin Ömər və osman İranı fəth etdikdən sonra iranlıları rəsmi olaraq ikinci dərəcəli vətəndaş hesab edərək cahiliyyət adət-ənənələrini, qayda-qanunlarını cəmiyyətdə yenidən dirçəltdilər. Buna görə də Həzrət Əli (əleyhis-salam) bu cahiliyyət qanunlarını əsassız sayıb rədd edərək hamını qanun qarşısında bərabər hesab edir, beytül-malı bölərkən hamıya bərabər maaş verirdi. Nəticədə Ömərin yaratdığı cahiliyyət reqiminin mühüm tərəfdarlarından biri kimi Əşəs ibni Qeys Həzrət Əli (əleyhis-salam)-a etiraz edərək dedi:–Ya Əmirəl-möminin, niyə bu iranlıları ərəblərdən irəli keçirirsən? Və nə üçün bu ayaqyalınlara yer və məqam verirsən?

Həzrət Əli (əleyhis-salam) bu sözü eşidəndə qəzəbləndi, ayağını minbərdə möhkəm vurdu və buyurdu:–Kim mənim canımı bu qarnı iylənmiş faydasız adamlardan (Əşəs və sairlər kimi) qurtara bilər? Onların özləri yumşaq, rahat yataqlarda istirahət edir, uzunqulaq və sair dördayaq heyvanlar kimi o tərəfə bu tərəf mayallaq aşır öz bağırsaqlarını xumarlandırırlar. Amma camaat qızmar günəş altında Allaha görə fəaliyyət göstərirlər və o (Əşəs), mənə fərman verir ki, onları (iranlıları) öz yanımdan qovum, uzaqlaşdırım və zülümkarlardan olum!!! And olsun çərdəyi yarıb bitkini cücərdən və insanı xəlq edən Allaha! Mən özüm Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən eşitdim ki, buyurdu: And olsun Allaha, əvvəlcə siz iranlılarla İslama dəvət etmək üçün qılınc çəkib müharibə edəcəyiniz kimi, sonradan iranlılar sizi İslamın yeniləşməsi və dini qorumaq naminə vuracaq, axırda sizinlə müharibə edəcəklər.8

İMAM HƏSƏN (əleyhis-salam)-IN DÖVRÜNDƏ CƏMİYYƏTƏ HAKİM OLAN TƏFƏKKÜR TƏRZİ


38-40-cı illərdəki camaatın fikri və etiqadı vəziyyəti çox qəribə idi. Xalqın əksəriyyəti Müaviyənin iyrənc adam olduğuna inanmırdılar. Müaviyə və onun nəslinin ən çirkin və murdar insanlar olduğuna, Peyğəmbər övladı İmam Hüseyn (əleyhis-salam)-ı, onun bütün dostları və ailəsi birlikdə, hər insanın ürəyini ağrıdan faciəli surətdə qətlə yetirməyə can atdıqlarına inanmırdılar. Özünü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini kimi qələmə verən Yezid o Həzrətin övladlarını qanına qəltan etdi. Müaviyə Yezidlə bir toxumdan olmaqla, ondan da çirkin adam idi. Əgər İmam Həsən (əleyhis-salam) müsəlmanların qanının tökülməsinin qarşısını almasaydı, çox az qüvvə ilə Müaviyənin qarşısında durmasaydı, o, saysız-hesabsız insanların qanın nahaq yerə axıdacaq, İmamın ruhən zəif döyüşçülərini öldürməkdən əsla çəkinməyəcəkdi. Məgər Müaviyə, Əmirəl-möminin Əli (əleyhis-salam)-ın zamanında Siffeyn müharibəsinin baş verməsinə səbəb olmamışdı və bu müharibədə on minlərlə adam öldürülməmişdi?!

Əgər İmam Həsən (əleyhis-salam)-ın Müaviyənin qoşununu tar-mar edə biləcək güclü döyüşçüləri olsaydı, iş bu yerlərə gəlib çıxmazdı. Amma əfsuslar olsun ki, nə imamın güclü qoşunu vardı, nə də onların Müaviyə ilə vuruşmaq ruhiyyələri. Hətta Müaviyə ilə döyüş adı gələndə bədənləri qorxudan əsirdi. Qəribə vəziyyət yaranmışdı: bir tərəfdən İmam Həsən (əleyhis-salam)-ın döyüşçüləri Müaviyə ilə vuruşmağı vacib bilmirdilər. Çünki qəlbləri şək və şübhə ilə dolu idi. Fikirləşirdilər ki, məgər Müaviyə ilə vuruşmaq mümkündürmü? Məgər Müaviyə müsəlman deyilmi, bəs nəyə görə onunla vuruşmalıyıq? və bunun kimi şeytani fikirlər Həzrətin ordusuna hökm sürürdü. Digər tərəfdən də Müaviyənin döyüşçüləri tam hərislik və kinlə İmam Həsən (əleyhis-salam)-ın ordusu ilə vuruşmağa hazır idilər. Onlar bütün varlıqları ilə inanmışdılar ki, İmam Həsən (əleyhis-salam)-ın döyüşçüləri kafirdirlər və hamısını öldürmək vacibdir. Hətta o həzrətin özünə qarşı da bədbin idilər. Onun ali məqamı ilə tanışlıqları, mərifətləri yox idi.


KUFƏLİLƏRİN İMAM HƏSƏN (əleyhis-salam)-IN ZAMANINDAKI İCTİMAİ VƏZİYYƏTİ


Kufəlilərin az bir hissəsi istisna olmaqla, əksəriyyəti ikiüzlü, riyakar idi. Elə İmam Həsən (əleyhis-salam)-ın tərəfdarlarının əksəriyyəti bunlardan ibarət idilər. Belə ki, müharibənin ən şiddətli çağlarında qaçıb, səngərləri boş qoyurdular. Kufədə bir neçə böyük, adlı-sanlı şəxslər də var idi. Lakin onlar yalnız hansı tərəfin qələbəyə daha yaxın olduğunu gördükdən sonra o cəbhəyə qoşulmaq istəyirdilər. Bu kimi şəxslərin ixtiyarında çoxlu sayda adam var idi. O dövrdə yaşayış qəbilə surətində idi və hər kəs öz qəbilə başçısına itaət edirdi. Qəbilə başçılarından və tanınmış şəxsiyyətlərdən bəzilərinin adlarını qeyd edirik: Əşəs ibni Qeys, Əmr ibni Həris, Müaviyət ibni binti Xədicə, Şeys Rəbi, Əmmarət ibnil Vəlid, Ömər ibni Səd, Yəzid ibni Ümeyr, Ürvət ibni Qeys, İshaq ibni Xaricə, Şimr ibni Zilcoşən və s.. Bunlar dövlətə və siyasətə xidmət etməyin intizarını çəkirdilər. Hansı tərəf qələbə çalsaydı, o tərəf ilə birləşəcəkdilər. Onların əksəriyyəti Kərbəla hadisəsində Hüseyn (əleyhis-salam)-ın qatillərindən və İbni Ziyad ordusunun sərkərdələrindən idilər.

Bu nüfuzlu kufəlilər yalnız dünya malı, məqam, mənsəb, mal, qızıl və qüdrət istəyirdilər. Fürsət axtarırdılar ki, baş verən hadisələrin istiqamətini (öz mənafelərini) tapıb öz mövqelərini aşkar etsinlər.




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə