Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


BİRİNCİ DƏSTƏNİN CƏBHƏ BÖLGƏSİNƏ GÖNDƏRİLMƏSİ



Yüklə 2,38 Mb.
səhifə9/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

BİRİNCİ DƏSTƏNİN CƏBHƏ BÖLGƏSİNƏ GÖNDƏRİLMƏSİ

Sonra İmam Həsən (əleyhis-salam) Übeydullah ibni Abbası çağırıb dedi:–Əmoğlu mən, səninlə birlikdə 12 min süvarini və Quran qarilərini göndərirəm ki, hər biri təklikdə bir dəstəyə bərabərdir. Bu dəstə ilə hərəkət et, onlarla yaxşı rəftar et, üzügülər, təvazökar ol və öz yerini onlarla yaxın et. Bil ki, bunlar Əmirəl-möminin Əli (əleyhis-salam)-ın vəfalı dostlarından qalanlardır. Onları Fəratın kənarı ilə apar. Məskin məntəqəsindən keçəndə Müaviyə ilə qarşılaşacaqsan. Əgər onunla görüşsən hərəkətdən saxlayarsan ki, biz tez sənə çataq. Gərək hər gün müharibə xəbərlərini mənə çatdırasan. Mən Qeys ibni Səd və Səid ibni Qeysi sənə müşavir seçirəm. Bil ki, əgər Müaviyə ilə çarpışsanız, müharibəni ondan qabaq başlama; qoy birinci o müharibəni başlasın. Yalnız belə olan halda onunla vuruşarsan. Əgər sənə bir hadisə üz versə Qeys ordunun sərkərdəsi olacaq; ona da bir hadisə üz versə Səid ibni Qeys onun canişini olacaq.

Übeydullah ibni Abbas hərəkət edərək Şinur və Şahi məntəqələrindən keçdi, Fəratın sahilindəki kəndləri arxada qoyaraq Məskin məntəqəsinə çatdı.

İMAM HƏSƏN (əleyhis-salam) MÜHARİBƏ MEYDANINA HƏRƏKƏT EDİR

Bu zaman İmam Həsən (əleyhis-salam) cəbhə bölgəsinə yola düşdü. Camaat da onun ardınca hərəkət etdilər. Həzrət öz əmisi oğlu Müğeyrət ibni Nofəli yerinə qoyub əmr etdi ki, camaatı İslam ordusuna birləşməyə təşviq etsin. Bu hadisəni yaxından müşahidə edənlərdən biri də Haris Həmdanidir. O deyir: İmam Həsən (əleyhis-salam) Nüxəyləyə hərəkət edən zaman döyüşə meyli olanlar çölə çıxdı, amma camaatın əksər hissəsi şəhərdə qaldı. Bununla belə İmam Həsən on iki min nəfərlə Mədain ordugahına tərəf yola düşdü.



DÖYÜŞ MEYDANINDAN QAÇMAQ İMAM HƏSƏN (əleyhis-salam)-IN DÖYÜŞÇÜLƏRİNİN ADƏTİ İDİ


İmam Həsən (əleyhis-salam) Kində qəbiləsinin böyüklərindən bir nəfəri dörd min nəfərlə döyüşə göndərdi. O, Ənbar şəhərinə çatdıqda Müaviyə ona əlli min dirhəm göndərib Şam və Ərəbistan yarımadasının bəzi məntəqələrinin hakimliyini ona vədə verdi. Bu sərkərdə dərhal öz yaxın yoldaşlarından iki yüz nəfərlə birlikdə Müaviyənin tərəfinə keçdi. İmam Həsən (əleyhis-salam) bu xəbəri eşidən kimi, Murad qəbiləsindən olan bir nəfəri onun yerinə təyin edərək onunla vəfadarlıq peymanı bağladı ki, əgər dağlar yerindən tərpənəsələr də o tərpənməsin və özündən qabaqdakı sərkərdə kimi süstlük etməsin. Amma o da aldananlara qoşuldu və Müaviyənin tərəfinə keçdi.19

SƏBƏB NƏ İDİ?

Bəli, bu vəfasız dostlardan başqa şey də gözləmək olmazdı. Tarixdə oxuyuruq ki, İmam Həsən (əleyhis-salam) cəbhəyə hərəkət edən zaman onunla aşağıdakı qruplar hərəkət edirdi:

1-Həzrətin atasının davamçılarının bəziləri;

2-O Həzrətin özünün davamçılarının bəziləri;

3-Xəvaricdən bir qrupu; Onlar, hər kəsin başçılığı və hər hansı hiylə ilə mümkün olursa olsun, Müaviyə ilə müharibəyə üstünlük verirdilər.

4-Fitnə salanlardan və qənimət axtaranlardan bəziləri;

5-Qəlblərində şəkk olan süst ünsürlərdən bəziləri. Onlar fəqət öz qəbilə başçılarının ardınca hərəkət edirdilər və azacıq da olsa, dini əqidələri yox idi.20

Buna görə də qəbilə başçılarından bir neçəsi məxfi məktublarda Müaviyəyə, onun fərmanlarına tabe olacaqlarını elan və onu, özlərinə tərəf hərəkət etməyə təşviq edir, vədə verirdilər ki, onun ordusu yaxınlaşan kimi onun tərəfinə keçəcəklər. İmam Həsən (əleyhis-salam) bu məktubların məzmunundan xəbərdar oldu.

Müaviyə də İmam Həsən (əleyhis-salam)-a yazdığı məktublarda onu sülhə çağırdı. Məktubla bir yerdə Həzrətin dostlarının onu öldürmək və ona qarşı iui-qəsd hazırlamaq barədə yazdıqları sözləri göndərdi.

ÜBEYDULLAH MÜAVİYƏYƏ QOŞULUR

İmam Həsən (əleyhis-salam) Mədaində bu müşküllərlə qarşılaşan zaman, Müaviyə və Übeydullah–hər ikisi öz orduları ilə, (İmam Həsən (əleyhis-salam)-ın Mədaində çatdığı gündə) Məskinə çatdılar.

Onun sabahı, sübh namazından sonra Müaviyə və Übeydullah arasında qısamüddətli çarpışmalar oldu. Axşam Müaviyə ona belə bir xəbər göndərdi:–Həsən sülh haqqında öz qəti qərarını mənə çatdırmış, xilafəti mənə həvalə etmişdir. Əgər yubanmadan mənim tabeçiliyimə keçsən səninlə bir rəhbər kimi rəftar edəcəyəm. Əks halda sizin qüvvələrinizin içinə nüfuz edərək səni özümə müti edəcəyəm. Əgər indi mənə qoşulsan, sənə bir milyon dirhəm verəcəyəm; yarısını indi, yarısını da Kufəyə girəndən sonra.21

Übeydullah gecə ikən qılıncını götürüb yoldaşları və yaxın adamları ilə Müaviyəyə tərəf yollandı.



QEYS ORDUNU NƏZARƏT ALTINA ALIR


Sübh çağı ordu namaz qılmaq istəyəndə imam-camaatı görmədilər. Məlum oldu ki, o Müaviyənin ordusuna getmişdir. Qəflətən əsgərlərin qəlbi lərzəyə düşdü və az qaldı ki, dağılışsınlar. Amma cəsur pəhləvan Qeys ibni Səd ayağa durub namazı qıldı və sözə başladı. O, öz nitqində süstləşmiş qəlblərə əhval-ruhiyyə verdi və ordu yüksək əhval-ruhiyyə ilə döyüşə hazırlaşdı.

Übeydullahın qaçmasından bir gün sonra Müaviyənin sirdaşlarından və sərkərdələrindən biri olan Büsr ibni Ərtat iyirmi min nəfərlik qoşunla irəli çıxıb bağırdı: Sizin sərkərdəniz (Übeydullah) indi (Müaviyəyə) beyət etmişdir. Həsən də sülhə razılaşmışdır. Siz daha niyə özünüzü ölümə verirsiniz?

Vəziyyəti belə görən Qeys öz yoldaşlarına dedi:–Qarşınızda iki yol var: ya sərkərdəsiz vuruşmaq, ya da zillət və xarlıqla beyət etmək.

Onlar döyüşməyi üstün hesab etdilər və Şam əhli ilə döyüşə girişərək onları tar-mar etdilər.

Müaviyə Qeysə məktub yazıb onu sazişə çağırdı. Amma Qeys onun cavabında yazdı: Allaha and olsun, bunu görməyəcəksən! Aramızda yalnız qılınc və nizə hakimlik edəcək. Lakin artıq bu zaman qoşun dəstə-dəstə Müaviyəyə tərəf qaçmağa başlamışdı. Qeys bundan xəbərdar olan kimi vəziyyət haqqında İmam Həsən (əleyhis-salam)-a bir məktub yazdı.

İmam Həsən (əleyhis-salam) məktubu alandan sonra camaatı ümumi yığıncağa çağırdı və narahatlıqla dedi:–Ey camaat, axı sizinlə necə rəftar edim? Bu məktub Qeys ibn Səddəndir. Yazır ki, hətta sizin böyükləriniz də Müaviyənin tərəfinə keçiblər. Allaha and olsun, bu çox pis və dəhşətli əməldir! Siz həmən adamlarsınız ki, atamı Siffeyndə həkəmiyyəti qəbul etməyə məcbur etdiz. O, (sizin istəyinizə görə) bu həkəmiyyəti qəbul etdikdən sonra yenidən onun əleyhinə qalxdınız. O, sizi ikinci dəfə Müaviyə ilə döyüşə dəvət edən zaman, bir daha özünüzdən zəifik və süstlük göstərdiniz. Atamın şəhadətindən sonra elə siz yanıma gəlib razılıq, rəğbət üzündən mənə beyət etdiniz. Mən sizin beyətinizi qəbul etdim və Müaviyənin əleyhinə çıxdım. Təkcə Allah bilir ki, mən nəzərdə tutduğum məqsədə nə qədər ciddiyyətlə əməl etmək istəyirəm. (Yəni Müaviyə ilə müharibədə nə qədər ciddi idim!) İndi atamla etdiyiniz (pis) rəftarı mənə qarşı da rəva görürüsünüz.




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə