Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə10/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   110

29
va edir. Bu uca həqiqət bəşərin dərkinə sığa bilsin deyə, uca məqamdan endirilmiş 
və qiraət məqamına çatdırılmış, “oxunan” olmuşdur.
Böyük mütəfəkkir və müfəssir Əllamə Təbatəbai bu incə mətləbə toxunaraq:
 
١
.ٌﻢﻴِﻜَﺣ ﱞﻰِﻠَﻌَﻟ ﺎَﻨْﻳَﺪَﻟ ِﺏﺎَﺘِﻜْﻟﺍ ﱢﻡُﺍ ﻰِﻓ ُﻪﱠﻧِﺇ َﻭ . َﻥﻮُﻠِﻘْﻌَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ ُﻩﺎَﻨْﻠَﻌَﺟ ﺎﱠﻧِﺇ 
ayəsinin təfsirində deyir: “Ayədə sözügedən ﺏﺎَﺘِﻜْﻟﺍ ﱡﻡُﺃ (Ummul-kitab) ifadəsində 
“Lövhi-məhfuz” nəzərdə tutulur. “Lövhi-məhfuz” ona görə “Ummul-kitab” (Ana 
kitab) adlanır ki, o, bütün səmavi kitabların mənbəyidir. ﱞﻲِﻠَﻋ (əliyyun), yəni “uca” 
vəsfi Quranın uca məqamına işarədir, belə ki, ağıllar bu məqama çatmağa qadir 
deyildir. Quranın ٌﻢﻴِﻜَﺣ (həkim), yəni “hikmətli” olması isə o deməkdir ki, Quran 
özünün  əsl və ilk məqamında surələrə, ayələrə  və  kəlmələrə ayrılmamışdı. Bu 
hissələrə ayrılma o zaman baş verdi ki, Quran “ərəbcə Quran” (ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ) şəklinə 
salındı.”
2
 
Bu nəzəriyyəyə əsasən, Həzrət Peyğəmbərin (s) əbədi möcüzəsinin “Quran”, 
yəni “oxunan” adlanmasının səbəbi budur ki, qarşımızda kəlmələr  şəklində  və 
“oxunan” olan bu həqiqət “Lövhi-məhfuz”da hissələri olmayan, uca məqama ma-
lik bir həqiqətdir. Quran, maddi bəşəri hidayət etmək və onu öz zülal maarifindən 
sirab etməkdən ötrü söz və ayə qəlibinə salınmış, “oxunan” olmuşdur. Amma bu 
tənəzzül və  ərəbcələşmədə elə bir bənzərsiz bədii üsluba malikdir ki, misli və 
tayı-bərabəri yoxdur. O, bir möcüzədir ki, bəşər onun ayələrinə bənzər hətta bir 
neçə ayə ərsəyə gətirməkdə acizdir.
Fəslin əsas mətləbləri:
Quran ona görə Quran, yəni “oxunan” adlanıb ki, həmin ad bizdə bu fikri aşı-
lasın: 
Quran, Lövhi-məhfuzda uca məqama malik mütləq bir həqiqətdir. Lövhi-
məhfuzda söz və ifadə anlayışı yoxdur. Quran bəşəri hidayət etməkdən ötrü 
bəşərin dərk edə biləcəyi bir qəlibə salınmış, “oxunan” olmuşdur.
1
  Zuxruf surəsi, ayə: 3-4.
2
  əl-Mizan, c.18, s.84.


30
Beşinci fəsil
Quranın ərəb dilində olması
Quran ərəb dilindədir. Bu mətləb Quranda: “ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ
1
, “ﱞﻲِﺑَﺮَﻋ ٌﻥﺎَﺴِﻟ
2
, “ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻤْﻜُﺣ
3
 
kimi ifadələrdə öz əksini tapmış, eyni zamanda ərəb dilinin üstün bir dil olduğuna 
işarə olunmuşdur. 
Quranın ərəb dilində olması məsələsini araşdırmazdan qabaq, Quranın da açıq-
ladığı ümumi bir qaydaya toxunmaq lazımdır. 
Bilməlisiniz ki, hər bir qövmə, millətə göndərilən ilahi elçilər həmin qövmün 
və millətin dilində danışmışdır. Hər bir qövmə göndərilən peyğəmbərin həmin 
qövmün dilində danışması ümumi bir qaydadır: 
...ْﻢُﻬَﻟ  َﻦﱢﻴَﺒُﻴِﻟ ِﻪِﻣ ْﻮَﻗ ِﻥﺎَﺴِﻠِﺑ  ﱠﻻﺇ ٍﻝﻮُﺳَﺭ  ْﻦِﻣ ﺎَﻨْﻠَﺳْﺭﺃ ﺎَﻣ َﻭ
“Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqət-
ləri) onlara bəyan etsin...”
4
Bu ümumi qayda səmavi kitablara da aiddir: 
...ﺎَﻬَﻟ ْﻮَﺣ  ْﻦَﻣ َﻭ ﻯَﺮُﻘْﻟﺍ ﱠﻡُﺍ َﺭِﺬْﻨُﺘِﻟ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ َﻚْﻴَﻟﺇ ﺎﻨْﻴَﺣْﻭَﺃ َﻚِﻟﺍﺬَﻛ َﻭ
 “Və beləcə Biz sənə ərəbcə bir Quran vəhy etdik ki, Ummul-Qura (Məkkə 
camaatına) və onun ətrafındakılara ... xəbərdarlıq edəsən...”
5
Beləliklə, Quranın ərəb dilində olması təbii haldır. Çünki Həzrət Peyğəmbər 
(s) ərəb dilli bir qövmün arasından peyğəmbərliyə seçilmişdir. 
Bu qeyri-məntiqidir ki, bir peyğəmbər bir qövmü hidayət etmək və 
maarifləndirmək üçün göndərilsin, amma bu qövmə onların başa düşmədiyi 
bir dildə kitab gətirsin!
Əlbəttə, Həzrət Peyğəmbərin (s) ərəb dilli və Quranın ərəb dilində olması 
o həzrətin cahanşümul peyğəmbərliyi, bütün əsrlərə  və  nəsillərə ünvanla-
nan ümumbəşər çağırışı, habelə, “ﺱﺎﱠﻨﻠِﻟ ﻯًﺪُﻫ” olan kitabının hidayətçiliyi ilə 
ziddiyyət təşkil etmir. 
Yuxarıdakı ayədə (Şura surəsi, 7-ci ayə) ona görə Məkkə camaatına xəbərdarlıq 
etmək göstəriş verilmişdir ki, cahanşümul peyğəmbərliyinin ilk mərhələsində 
1
  Yəni “ərəbcə Quran”: bu ifadə Quranda 7 dəfə işlənib.
2
  Yəni “ərəb dili”: bu ifadə Quranda 3 dəfə işlənib.
3
  Yəni “ərəbcə hökm”: bu ifadə Quranda 1 dəfə işlənib.
4
  İbrahim surəsi, ayə: 4.
5
  Şura surəsi, ayə: 7.


31
Həzrət Peyğəmbərin (s) vəzifəsi öz qohum-əqrabasını  və yaşadığı  məntəqənin 
əhalisini düz yola dəvət etmək idi. 
Quranın ərəb dilində olması məsələsində bu həqiqəti də nəzərə almaq lazımdır 
ki, dilçilərin fikrincə, ərəb dili olduqca zəngin bir dildir və elə bu zənginliyinə görə 
bir çox dillərdən üstün hesab olunur. Nümunə üçün, fellərin altı deyil, on dörd 
şəxsdə olması, qrammatik cinsin (kişi və qadın cinsi) olması, söz birləşmələrində 
şəxs və qrammatik cins baxımından uzlaşmalar, söz zənginliyi, düzəltmə sözlərin 
çoxluğu, dilin özünəməxsus qrammatik qaydaları, fəsahət və bəlağəti ərəb dilinin 
başqa dillərdən fərqlənməsinə səbəb olmuşdur.
Quranın dili olan ərəb dili barədə bir hədisdə buyurulur:
. ُﻦُﺴْﻟ ْﻷﺍ ُﻪُﻨﱢﻴَﺒُﺗ ﻻ َﻭ  َﻦُﺴْﻟ ْﻷﺍ  ُﻦﱢﻴَﺒُﻳ
“Ərəb dili başqa dilləri ifadə edir, başqa dillər isə ərəb dilini ifadə etmir.”
1
Yəni fəsahətli ərəb dilində olan söz və ifadələr, cümlə quruluşları başqa dillərdə 
olan hər hansı bir mənanı, fikri fəsahət və bəlağətlə ifadə etməyə imkan yaradır, 
lakin ərəb dilində olan müəyyən mənaları başqa dillərdə fəsahət və bəlağətlə ifadə 
etmək mümkün olmur.
İbn Abbasın Həzrət  Peyğəmbərdən (s) nəql etdiyi hədisə istinadən, ərəb dili 
cənnət əhlinin dilidir.
2
Şübhəsiz, Mütəal Allah Özünün sonuncu səmavi kitabı üçün - qanunları 
əbədi olaraq qüvvədə qalacaq bir kitab üçün - ən üstün dili seçmişdir. Heç 
bir  şəkk-şübhəyə yer qalmasın deyə, bu seçimi Özünə aid etmiş, Quranın 
dilinin də “ ٌﻦﻴِﺒُﻣ ﱞﻰِﺑَﺮَﻋ” olduğunu vurğulamışdır. Bu mətləbi bəyan edən bir neçə 
ayəyə nəzər salaq: 
. َﻥﻮُﻠِﻘْﻌَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ ُﻩﺎَﻨْﻟَﺰْﻧﺃ ﺎﱠﻧﺇ
“Biz onu ərəbcə bir Quran nazil etdik ki, bəlkə düşünəsiniz.”
3
 . َﻥﻮُﻠِﻘْﻌَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻧﺍَءْﺮُﻗ ُﻩﺎَﻨْﻠَﻌَﺟ ﺎﱠﻧِﺇ
 “Biz onu ərəbcə bir Quran qərar verdik ki, bəlkə düşünəsiniz.”
4
... ﺎًّﻴِﺑَﺮَﻋ ﺎًﻤْﻜُﺣ ُﻩﺎَﻨْﻟَﺰْﻧﺃ َﻚِﻟﺍَﺬَﻛ َﻭ
 “Beləcə onu (Quranı) aydın bir hökm (ərəbcə bir hökm) olaraq nazil etdik.”
5
. ٌﻦﻴِﺒُﻣ ﱞﻰِﺑَﺮَﻋ  ٌﻥﺎَﺴِﻟ ﺍَﺬﻫ َﻭ ...
1
  Usuli-kafi, c.2, s.637, bölüm: Quranın fəzilə , hədis: 20.

 Məcməul-bəyan, c.5-6, s.316. 
    .
ﱞﻰِﺒَرَﻋ ِﺔﱠﻨَﺠْﻟا  ِﻝْﻫَأ َم َﻼَﻛ  َو ﱞﻰِﺒَرَﻋ َناًءْرُﻘْﻟا  َو ،ٌبَرَﻋ ﻰﱢﻨَِﻷ : ٍث َﻼَﺜِﻟ َبَرَﻌْﻟا ﱡبِﺤُا
3  
Yusuf surəsi, ayə: 2.
4  
Zuxruf surəsi, ayə: 3.

 Rə`d surəsi, ayə: 37.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə