Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə103/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   110

304
2) “Furqan” surəsi 59-cu ayə və “Səcdə” surəsi 4-cü ayə:
... ِﺵْﺮَﻌْﻟﺍ ﻰَﻠَﻋ  ٰﻯَﻮَﺘْﺳﺍ ﱠﻢُﺛ
“Sonra (yaradılmışlar üzərində hakimiyyət) taxtında qərar tutdu.”
3) “Taha” surəsi 5-ci ayə:
. ٰﻯَﻮَﺘْﺳﺍ ِﺵْﺮَﻌْﻟﺍ ﻰَﻠَﻋ  ُﻥﺎَﻤْﺣﱠﺮﻟﺍ
“Rəhman olan Allah (hakimiyyət) taxtında qərar tutmuşdur.”
“Allahın əli” barədə olan ayələr:
4) “Maidə” surəsi 64-cü ayə:
... ِﻥﺎَﺘَﻁﻮُﺴْﺒَﻣ ُﻩﺍَﺪَﻳ ْﻞَﺑ ﺍﻮُﻟﺎَﻗ ﺎَﻤِﺑ ﺍﻮُﻨِﻌُﻟ َﻭ ْﻢِﻬﻳِﺪْﻳَﺃ  ْﺖﱠﻠُﻏ ٌﺔَﻟﻮُﻠْﻐَﻣ ِﷲ ُﺪَﻳ ُﺩﻮُﻬَﻴْﻟﺍ ِﺖَﻟﺎَﻗ َﻭ
“Yəhudilər dedilər: “Allahın  əli bağlıdır.” Öz əlləri bağlansın və dedikləri 
sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki 
əli açıqdır.”
5) “Fəth” surəsi 10-cu ayə:
... ْﻢِﻬﻳِﺪْﻳَﺃ َﻕْﻮَﻓ ِﷲ ُﺪَﻳ
“Allahın əli onların əlləri üstündədir.”
6) “Hədid” surəsi 29-cu ayə:
... ُءﺎَﺸَﻳ  ْﻦَﻣ ِﻪﻴِﺗْﺆُﻳ ِﷲ ِﺪَﻴِﺑ َﻞْﻀَﻔْﻟﺍ  ﱠﻥَﺃ َﻭ
“Və doğrudan da lütf və mərhəmət Allahın əlindədir və onu istədiyinə verir.”
1
Allahın gözlə görünməsi barədə olan ayə:
7) “Qiyamət” surəsi 2223--cü ayələr:
.ٌﺓَﺮِﻅﺎَﻧ ﺎَﻬﱢﺑَﺭ  ٰﻰَﻟِﺇ .ٌﺓَﺮِﺿﺎَﻧ ٍﺬِﺌَﻣْﻮَﻳ ٌﻩﻮُﺟُﻭ
“O gün neçə-neçə üzlər şad-xürrəm olacaq! Öz Rəbbinə tərəf baxacaqdır.”
“Allahın gözü” barədə olan ayələr:
8) “Tur” surəsinin 48-ci ayəsi:
ﺎَﻨِﻨُﻴْﻋَﺄِﺑ  َﻚﱠﻧِﺈَﻓ  َﻚﱢﺑَﺭ  ِﻢْﻜُﺤِﻟ  ْﺮِﺒْﺻﺍ  َﻭ ...“Rəbbinin hökmünə  səbir et, çünki sən Bizim 
gözümüz önündəsən.”
9) “Muminun” surəsi 27-ci ayə:
... ﺎَﻨِﻴْﺣَﻭ َﻭ ﺎَﻨِﻨُﻴْﻋَﺄِﺑ َﻚْﻠُﻔْﻟﺍ ِﻊَﻨْﺻﺍ
“Gəmini Bizim gözümüz önündə və Bizim vəhyimizlə düzəlt.”
“Allahın üzü” barədə olan ayələr:
10) “Bəqərə” surəsi 115-ci ayə:
1   
Yuxarıdakı ayələrdə  işlənən “ﻳﹶﺪ” sözünün mənası “Sad” surəsinin 45-ci ayəsində  işlənən “ﺍﹶﻳﹾﺪﹺﻯ” sözü ilə 
aydınlaşır. Bu ayədə “ﺍﹶﻳﹾﺪﹺﻯ” sözü “güc və qüdrət” mənasını bildirir.


305
.ِﷲ ُﻪ ْﺟَﻭ ﱠﻢَﺜَﻓ ﺍﻮﱡﻟَﻮُﺗ ﺎَﻤَﻨْﻳَﺄَﻓ  ُﺏِﺮْﻐَﻤْﻟﺍ َﻭ ُﻕِﺮْﺸَﻤْﻟﺍ ِ ِ  َﻭ
“Şərq və qərb Allaha məxsusdur. Odur ki, hansı tərəfə üz tutsanız, Allahın üzü 
oradır.”
11) “ər-Rəhman” surəsi 27-ci ayə:
. ِﻡﺍَﺮْﻛِ ْﻹﺍ َﻭ ِﻝ َﻼَﺠْﻟﺍ ﻭُﺫ َﻚﱢﺑَﺭ ُﻪْﺟَﻭ  ٰﻰَﻘْﺒَﻳ َﻭ .ٍﻥﺎَﻓ ﺎَﻬْﻴَﻠَﻋ  ْﻦَﻣ ﱡﻞُﻛ
“Bunun (yerin) üzərində olan hər bir kəs fənaya məhkumdur. Yalnız əzəmət və 
ikram sahibi olan Allahın üzü (zatı) qalacaqdır.”
“Allahın gəlməsi” barədə olan ayə:
12) “Fəcr” surəsinin 22-ci ayəsi:
.ﺎًّﻔَﺻ ﺎًّﻔَﺻ ُﻚَﻠَﻤْﻟﺍ َﻭ َﻚﱡﺑَﺭ َءﺎَﺟ َﻭ
“Rəbbinin və mələklərin səf-səf gələcəyi.”
Yuxarıda qeyd edilən ayələr üzərində bir qədər düşünmək və möhkəm ayələr 
olan digər qisim ayələri nəzərə almaq sözügedən ayələrdə olan qeyri-aydınlığı 
aradan qaldırır, Allahın cisim olması barədə yaranan yanlış düşüncəni zehindən 
uzaqlaşdırır.
Mütəal Allah buyurur:
.ُﺮﻴِﺒَﺨْﻟﺍ  ُﻒﻴِﻄﱠﻠﻟﺍ َﻮُﻫ َﻭ  َﺭﺎَﺼْﺑَ ْﻷﺍ ُﻙِﺭْﺪُﻳ َﻮُﻫ َﻭ ُﺭﺎَﺼْﺑَ ْﻷﺍ ُﻪُﻛِﺭْﺪُﺗ  َﻻ
“Gözlər Onu görməz və O, gözləri görür. O, lətif və xəbərdardır.”
1
Həmçinin buyurur:
.ُﺮﻴِﺼَﺒْﻟﺍ ُﻊﻴِﻤﱠﺴﻟﺍ َﻮُﻫ َﻭ  ٌءْ ْﻰَﺷ ِﻪِﻠْﺜِﻤَﻛ  َﺲْﻴَﻟ
“Heç nə Onun kimi deyil və eşidən və görən Odur.”
2
Bu və digər ayələr Allahın insanlara və başqa varlıqlara bənzəmə düşüncəsini 
aradan qaldırır.
Quranda Allah barəsində işlənən “ərş və kürsi” ifadəsində “yaradılışın işlərinin 
idarə edilməsi və kainata hökmdarlıq” mənası nəzərdə tutulur. Bu ifadə hədislərdə 
iki şəkildə qeyd edilmişdir: 1) Elm; 2) Allahdan qeyri bütün varlıqlar. Ola bilsin 
ki, burada Allahın elm və qüdrətindən qaynaqlanan bütün kainatın idarəçiliyi 
nəzərdə tutulur.
3
  
b) Allahın felləri:
Aşağıdakı ayələrin zahiri “məcburiliyə” və “tam ixtiyara” dəlalət edir, insanların 
hidayət və azğınlığının, iman və küfrünün, xoşbəxtlik və bədbəxtliyinin Allahın 
istəyi ilə olduğunu bəyan edir:
1) “Fatir” surəsinin 8-ci ayəsi:
.ُءﺎَﺸَﻳ  ْﻦَﻣ ﻯِﺪْﻬَﻳ َﻭ ُءﺎَﺸَﻳ  ْﻦَﻣ ﱡﻞِﻀُﻳ َﷲ  ﱠﻥِﺈَﻓ

 Ən`am surəsi, ayə: 103.

 Şura surəsi, ayə: 11.
3  
ət-Təmhid, c.3, s.122-126.


306
“Həqiqətən Allah istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola 
yönəldər.”
2) “Bəqərə” surəsinin 26-cı ayəsi:
.ﺍًﺮﻴِﺜَﻛ ِﻪِﺑ ﻯِﺪْﻬَﻳ َﻭ ﺍًﺮﻴِﺜَﻛ ِﻪِﺑ ﱡﻞِﻀُﻳ
“(Allah) onunla çoxlarını azdırır və onunla çoxlarını hidayət edir.”
3) “İbrahim” surəsi 4-cü ayə:
.ُءﺎَﺸَﻳ  ْﻦَﻣ ﻯِﺪْﻬَﻳ َﻭ ُءﺎَﺸَﻳ  ْﻦَﻣ ُﷲ ﱡﻞِﻀُﻴَﻓ
“Beləliklə, Allah istədiyini azğınlıqda boşlayır və istədiyini hidayət edir.”
4) “Ən`am” surəsi 111-ci ayə:
... ُﷲ َءﺎَﺸَﻳ  ْﻥَﺃ  ﱠﻻِﺇ ﺍﻮُﻨِﻣْﺆُﻴِﻟ ﺍﻮُﻧﺎَﻛ ﺎَﻣ
“Allahın istəyi istisna olmaqla, onlar yenə də iman gətirməyəcəkdilər.”
5) “Ən`am” surəsi 107-ci ayə:
.ﺍﻮُﻛَﺮْﺷَﺃ ﺎَﻣ ُﷲ َءﺎَﺷ ْﻮَﻟ َﻭ
“Əgər Allah istəsəydi, onlar (Allaha) şərik qoşmazdılar.”
6) “Ə`raf” surəsi 30-cu ayə:
.ُﺔَﻟ َﻼﱠﻀﻟﺍ ُﻢِﻬْﻴَﻠَﻋ ﱠﻖَﺣ ﺎًﻘﻳِﺮَﻓ َﻭ  ٰﻯَﺪَﻫ ﺎًﻘﻳِﺮَﻓ
“(Allah) bir dəstəni hidayət etmiş, bir dəstə üçün isə  zəlalət və azğınlıq 
gerçəkləşdirmişdir.”
7) “Ə`raf” surəsi 178-ci ayə:
. َﻥﻭُﺮِﺳﺎَﺨْﻟﺍ ُﻢُﻫ َﻚِﺌٰﻟ ْﻭُﺄَﻓ  ْﻞِﻠ ْﻀُﻳ  ْﻦَﻣ َﻭ ﻯِﺪَﺘْﻬُﻤْﻟﺍ َﻮُﻬَﻓ ُﷲ ِﺪْﻬَﻳ  ْﻦَﻣ
“Allah kimi hidayət etsə, o, hidayət olunmuşdur və kimi azğınlıqda boşlasa, 
həqiqətən ziyana uğrayanlar onlardır.”
8) “Bəqərə” surəsi 142-ci ayə:
. ٍﻢﻴِﻘَﺘْﺴُﻣ ٍﻁﺍَﺮِﺻ  ٰﻰَﻟِﺇ ُءﺎَﺸَﻳ  ْﻦَﻣ ﻯِﺪْﻬَﻳ
“(Allah) istədiyini doğru yola hidayət edir.”
9) “İnsan” surəsi 30-cu ayə:
... ُﷲ َءﺎَﺸَﻳ  ْﻥَﺃ  ﱠﻻِﺇ  َﻥﻭُءﺎَﺸَﺗ ﺎَﻣ َﻭ
“Allah istəməsə, siz əsla istəyə bilməzsiniz.”
İnsanın öz əməlinin ixtiyar sahibi olmaması barədə ayə:
10) “Ənfal” surəsi 17-ci ayə:
...  ٰﻰَﻣَﺭ َﷲ  ﱠﻦِﻜٰﻟ َﻭ  َﺖْﻴَﻣَﺭ ْﺫِﺇ  َﺖْﻴَﻣَﺭ ﺎَﻣ َﻭ ْﻢُﻬَﻠَﺘَﻗ َﷲ  ﱠﻦِﻜٰﻟ َﻭ ْﻢُﻫﻮُﻠُﺘْﻘَﺗ ْﻢَﻠَﻓ
“Onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən onlara tərəf (daş) atan 
zaman, sən atmadın, Allah atdı.”


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə