Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə104/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   110

307
*   *   *
Bəziləri yuxarıda qeyd edilən ayələrə istinad edərək “cəbrilik” (məcburilik) 
inancını  qəbul etmişlər. Bu ayələrin mənasının aydın olması üçün aşağıdakı 
ayələrə diqqət yetirmək zəruridir:
1) “Əbəsə” surəsi 12-ci ayə və “Muddəssir” surəsi 55-ci ayə:
.ُﻩَﺮَﻛَﺫ َءﺎَﺷ  ْﻦَﻤَﻓ .ٌﺓَﺮِﻛْﺬَﺗ ﺎَﻬﱠﻧِﺇ  ﱠﻼَﻛ
“Belə deyil. Həqiqətən o (Quran), bir xatırlatmadır (öyüd-nəsihədir). Kim 
istəsə, onun məzmununu xatırlayar.”
2) “Muzzəmmil” surəsi 19-cu ayə:
. ًﻼﻴِﺒَﺳ ِﻪﱢﺑَﺭ  ٰﻰَﻟِﺇ َﺬَﺨﱠﺗﺍ َءﺎَﺷ  ْﻦَﻤَﻓ ٌﺓَﺮِﻛْﺬَﺗ ِﻩِﺬٰﻫ  ﱠﻥِﺇ
“Həqiqətən bu (ayələr) öyüd-nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf 
bir yol tutar.”
3) “Kəhf” surəsi 29-cu ayə:
. ْﺮُﻔْﻜَﻴْﻠَﻓ َءﺎَﺷ  ْﻦَﻣ َﻭ  ْﻦِﻣْﺆُﻴْﻠَﻓ َءﺎَﺷ  ْﻦَﻤَﻓ ْﻢُﻜﱢﺑَﺭ  ْﻦِﻣ ﱡﻖَﺤْﻟﺍ ِﻞُﻗ َﻭ
“Və de: “Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman 
gətirsin, istəyən küfr etsin.””
4) “İnsan” surəsi 3-cü ayə:
.ﺍًﺭﻮُﻔَﻛ ﺎﱠﻣِﺇ َﻭ ﺍًﺮِﻛﺎَﺷ ﺎﱠﻣِﺇ َﻞﻴِﺒﱠﺴﻟﺍ ُﻩﺎَﻨْﻳَﺪَﻫ ﺎﱠﻧِﺇ
“Həqiqətən onu düz yola yönəltdik - istər şükür edən olsun, istərsə də nankor.”
5) “Zumər” surəsi 41-ci ayə:
.ﺎَﻬْﻴَﻠَﻋ ﱡﻞِﻀَﻳ ﺎَﻤﱠﻧِﺈَﻓ ﱠﻞَﺿ ْﻦَﻣ َﻭ  ِﻪِﺴْﻔَﻨِﻠَﻓ  ٰﻯَﺪَﺘْﻫﺍ ِﻦَﻤَﻓ
“Buna görə də kim doğru yola gəlsə, öz xeyrinə hidayət olub və kim yolunu 
azsa, yalnız öz ziyanına azır.”
6) “Bəqərə” surəsi 256-cı ayə:
.ِﻦﻳﱢﺪﻟﺍ ﻰِﻓ َﻩﺍَﺮْﻛِﺇ  َﻻ
“Dində məcburiyyət yoxdur.”
7) “Ənfal” surəsi 42-ci ayə:
.ٍﺔَﻨﱢﻴَﺑ  ْﻦَﻋ ﱠﻰَﺣ  ْﻦَﻣ  ٰﻰَﻴْﺤَﻳ َﻭ ٍﺔَﻨﱢﻴَﺑ  ْﻦَﻋ َﻚَﻠَﻫ  ْﻦَﻣ َﻚِﻠْﻬَﻴِﻟ
“Həlak olan dəlil-sübut ilə  həlak olsun və  həyat tapan dəlil-sübut ilə  həyat 
tapsın.”
8) “Nəcm” surəsi 40-cı ayə:
. ٰﻯَﺮُﻳ  َﻑ ْﻮَﺳ ُﻪَﻴْﻌَﺳ  ﱠﻥَﺃ َﻭ . ٰﻰَﻌَﺳ ﺎَﻣ  ﱠﻻِﺇ ِﻥﺎَﺴْﻧِ ْﻺِﻟ  َﺲْﻴَﻟ  ْﻥَﺃ َﻭ
“Və insan üçün etdiyi səy və əməldən başqa bir şey yoxdur. Onun səy və əməli 
tezliklə görünəcəkdir.”


308
9) “Ğafir” surəsi 17-ci ayə:
.َﻡْﻮَﻴْﻟﺍ َﻢْﻠُﻅ  َﻻ  ْﺖَﺒَﺴَﻛ ﺎَﻤِﺑ ٍﺲْﻔَﻧ ﱡﻞُﻛ  ٰﻯَﺰْﺠُﺗ َﻡْﻮَﻴْﻟﺍ
“Bu gün hər kəs qazandığı əməllərin əvəzini alacaqdır. Bu gün (kimsəyə) zülm 
olunmaz.”
10) “Muddəssir” surəsi 38-ci ayə:
.ٌﺔَﻨﻴِﻫَﺭ  ْﺖَﺒَﺴَﻛ ﺎَﻤِﺑ ٍﺲْﻔَﻧ ﱡﻞُﻛ
“Hər kəs öz əməlinin girovundadır.”
11) “Bəqərə” surəsi 286-cı ayə:
. ْﺖَﺒَﺴَﺘْﻛﺍ ﺎَﻣ ﺎَﻬْﻴَﻠَﻋ َﻭ  ْﺖَﺒَﺴَﻛ ﺎَﻣ ﺎَﻬَﻟ
“Kim nə xeyir iş görübsə, öz xeyrinə və nə pis iş görübsə, öz ziyanınadır.”
12) “Kəhf” surəsi 30-cu ayə:
. ًﻼَﻤَﻋ  َﻦَﺴْﺣَﺃ  ْﻦَﻣ َﺮْﺟَﺃ ُﻊﻴِﻀُﻧ  َﻻ ﺎﱠﻧِﺇ
“Şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.”
13) “Mulk” surəsi 2-ci ayə:
. ًﻼَﻤَﻋ  ُﻦَﺴْﺣَﺃ ْﻢُﻜﱡﻳَﺃ ْﻢُﻛَﻮُﻠْﺒَﻴِﻟ َﺓ ٰﻮَﻴَﺤْﻟﺍ َﻭ  َﺕْﻮَﻤْﻟﺍ َﻖَﻠَﺧ ﻯِﺬﱠﻟﺍ
“Hansınızın  əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və  həyatı 
yaradan Odur!”
14) “Ən`am” surəsi 160-cı ayə:
.ﺎَﻬِﻟﺎَﺜْﻣَﺃ ُﺮْﺸَﻋ ُﻪَﻠَﻓ ِﺔَﻨَﺴَﺤْﻟﺎِﺑ َءﺎَﺟ  ْﻦَﻣ
“Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır.”
Göründüyü kimi, bu ayələrdə hidayət və  zəlalətin insanların öz əllərində 
olduğu, həyat və ölümün sınaq səhnəsi olduğu bilidirilir. Yəni kim istəyirsə, iman 
gətirir və istəməyən kafir olur. 
Birinci dəstə ayələrin zahirindən elə başa düşülür ki, insanların öz hidayətlərində 
və zəlalətlərində rolu yoxdur, Allah-Təala Öz istəyi ilə insanları hidayət edir və 
ya azdırır. Lakin bu ayələrdə ilahi rəhmətə ləyaqəti çatan insanlara ilahi tofiq və 
müvəffəqiyyətin  şamil olması, həmçinin Allahı unudanların ziyana uğraması 
nəzərdə tutulur. 
Əlbəttə, bəziləri ikinci dəstə ayələrdən “təfviz”, yəni “mütləq ixtiyar” 
məsələsini nəticə  çıxarmışlar. “Mufəvvəzə” adlanan bu fikir sahibləri də  səhv 
yolu tutmuşlar. Çünki hər iki dəstə ayədən çıxarılan ümumi nəticəyə istinadən, 
həmçinin Əhli-beytin (ə) hədislərinə istinadən Quran nə mütləq məcburiyyəti, nə 
də mütləq ixtiyarı bəyan edir. Həqiqət, “iki yol arasındakı yol”dur (ﻦْﻳَﺮْﻣَ ْﻷﺍ  َﻦْﻴَﺑ ٌﺮْﻣَﺍ).
1
1
  Bu  barədə geniş  məlumat üçün dini inanclara dair kitablarda bəhs olunan “məcburiyyət və ix yar” 
mövzusuna müraciət edin.


309
Fəslin əsas mətləbləri:
1. Mütəşabih ayələrin ən bariz nümunələri Allahın sifətlərinə və fellərinə aid 
olan bir sıra ayələrdir. 
2. Bir tərəfdən müəyyən bir mövzuya aid bütün ayələri araşdırmamaq, digər 
tərəfdən mütəşabih ayələri  möhkəm ayələrə istinad etdirməmək dində azğın 
firqələrin meydana gəlməsinin başlıca səbəbi olmuşdur. 
3. Ehtimal verilir ki, Quran ayələrindən səhv nəticə çıxarmanın başqa bir səbəbi 
müəyyən təmayüllər və  tərzi-düşüncələrlə Quran ayələrinə müraciət etmədir. 
Başqa sözlə, bir sıra azğın  firqələrin tərəfdarları  əvvəlcədən meyilli olduqları 
inanclara zahiri uyğun gələn ayələri əsas götürmüşlər.
4. Allahın sifətləri barədə olan bəzi ayələrdə Allahın ərş və kürsüsündən, əl və 
üzündən, görməsindən və gəlməsindən söz açılır, bu da “təşabuh” və çaşqınlıq 
yaradır. Lakin dəqiq və incə baxışda “Allahın cismaniliyi” tərzi-düşüncəsinin 
yanlış olduğu aydın olur. 
5. Allahın felləri və insanların əməlləri barədə olan bəzi ayələrdən hər şeyin 
Allahın istəyinə bağlı olduğu, Allahın hidayət etdiyi və ya azdırdığı  və s. bu 
kimi mənalar əldə olunur. Bu zahiri mənalar bəzilərini çaşqınlığa salmış, onların 
“məcburiyyət”ə inanmalarına səbəb olmuşdur. Saysız ayələr vardır ki, açıq-aydın 
insanı ixtiyar sahibi olan bir varlıq tanıtdırır, xoşbəxtlik və  bədbəxtliyin onun 
öz əlində olduğunu vurğulayır. Bu iki dəstə ayələrdən çıxarılan ümumi nəticəyə 
istinadən, həmçinin hədislərə istinadən həqiqət və doğru yol “iki yol arasındakı 
yol”dur. 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə