Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə105/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

310
Dördüncü fəsil 
Tə`vil
“Möhkəm və mütəşabih” hissəsində axırıncı bəhsimiz “Tə`vil” mövzusudur. 
“ﻞﻳِﻭْﺄَﺗ” (tə`vil) sözü “ﻞﻴِﻌْﻔَﺗ” (təf`il) babının məsdəridir və sözün kökü “ﻝْﻭﺃ”  olub 
“müraciət etmək, qayıtmaq” mənasını bildirir. 
Bu söz təfsir və Quran elmlərinin əsas terminlərindən biridir və qədimdən bəri 
quranşünasların, müfəssirlərin diqqət nəzərində olmuş, onun barəsində müxtəlif 
fikirlər irəli sürülmüşdür. “Tə`vil” sözü Qurani-Kərimdə 17 dəfə işlənmişdir və 
bunlardan biri “Ali-İmran” surəsinin 7-ci ayəsidir. Bu ayədə  bəyan olunur ki, 
Quran ayələri “möhkəm” və “mütəşabih” ayələrə ayrılır. Yolunu azmış  kəslər 
fitnə-fəsad törətməkdən ötrü mütəşabih ayələrin axtarışındadırlar və onları tə`vil 
etməyə səy göstərirlər. Burada iki mühüm məsələ mövcuddur: 1) Tə`vil nədir? 2) 
Tə`vili bilmək Allaha aiddirmi?
Birinci məsələ: Tə`vil nədir?
Əllamə Təbatəbai deyir: 
“Qədim alimlər arasında məşhur  fikir bu olmuşdur ki, “tə`vil” elə  təfsir və 
kəlamda nəzərdə tutulan mənadır. Halbuki, son dövrün alimləri deyirlər: Tə`vil, 
sözün zahirinin ziddinə olan mənadır. Bu əqidə o qədər geniş yayılmışdır ki, leksik 
mənası “müraciət etmək və ya müraciət yeri” olan “tə`vil” sözü özünə ikinci bir 
məna – “ sözün zahirinin ziddinə olan məna” tapmışdır.”
1
 
Əllamə  Təbatəbai müxtəlif  fikirləri qeyd etdikdən və onların qeyri-məqbul 
olduğunu sübuta yetirdikdən sonra belə bir nəticəyə gəlir: 
““Tə`vil”in izahında bunu demək doğru olardı: “Tə`vil” bir həqiqət və 
gerçəklikdir ki, Quranın bəyanları – istər dini hökmlər olsun, istər hikmət olsun, 
istərsə də moizə və öyüd-nəsihət – bu gerçəkliyə söykənir.  Tə`vil, Quranın bütün 
ayələri – istər möhkəm, istərsə  də mütəşabih ayələr – üçün mövcuddur. Bu, 
məfhum və  məna qismindən deyildir ki, sözlər bu məfhum və  mənaya dəlalət 
etsin. Əksinə, tə`vil “eyni həqiqətlər”dir (yəni zehindən xaric fenomenlərdir) və 
söz qəlibinə  sığmaqdan ucadır. Bizim zehnimizdə  təsəvvür yaratmaqdan ötrü 
bu “eyni həqiqətlər”, söz və kəlmə qəlibinə salınmışdır. Bu söz və kəlmələr, bir 
növ çəkilən misallara bənzəyir ki, insanı nəzərdə tutulan mənaya yaxınlaşdırır. 
1
  əl-Mizan, c.3, s.44.


311
Quranda “tə`vil” sözünün işləndiyi hər bir yerdə həmin “eyni həqiqətlər” nəzərdə 
tutulmuşdur.”
1
“Tə`vil” kəlməsinin işləndiyi məqamlar, o cümlədən, Həzrət Musa (ə) ilə 
Həzrət Xızırın (ə) əhvalatı
2
, Həzrət Yusufin (ə) əhvalatı və s. bu iddiaya şahidlik 
edir.
3
 Nümunə olaraq, “Yusuf” surəsinin başlanğıcında Həzrət Yusufin (ə) yuxusu 
əhvalatı bu şəkildə bəyan olunur:
.ﻦﻳِﺪِﺟﺎَﺳ ﻰِﻟ ْﻢُﻬُﺘْﻳَﺃَﺭ َﺮَﻤَﻘْﻟﺍ َﻭ  َﺲْﻤﱠﺸﻟﺍ َﻭ ﺎًﺒَﻛْﻮَﻛ َﺮَﺸَﻋ َﺪَﺣَﺃ  ُﺖْﻳَﺃَﺭ ِﻰﱢﻧِﺇ ِﺖَﺑَﺄٰﻳ ِﻪﻴِﺑَ ِﻷ  ُﻒُﺳﻮُﻳ َﻝﺎَﻗ ْﺫِﺇ
“(Xatırla) o zamanı ki, Yusif öz atasına (Yəquba) dedi: “Atacan, həqiqətən mən 
(yuxuda) on bir ulduz, günəş və ay gördüm; onları mənə səcdə edən gör düm.””
4
  
İllər ötdükdən və çoxlu hadisələr baş verdikdən sonra bu yuxunun tə`vili həmin 
surənin axırında belə çatdırılır:
.ﺎًّﻘَﺣ ﻰﱢﺑَﺭ ﺎَﻬَﻠَﻌَﺟ ْﺪَﻗ ُﻞْﺒَﻗ ﻦِﻣ َﻯﺎَﻳْءُﺭ ُﻞﻳِﻭْﺄَﺗ ﺍَﺬٰﻫ ِﺖَﺑَﺄٰﻳ َﻝﺎَﻗ َﻭ ﺍًﺪﱠﺠُﺳ ُﻪَﻟ ﺍﻭﱡﺮَﺧ َﻭ ِﺵْﺮَﻌْﻟﺍ ﻰَﻠَﻋ ِﻪْﻳَﻮَﺑَﺃ َﻊَﻓَﺭ َﻭ
“Və ata-anasını öz taxtına çıxartdı və (o, daxil olan zaman hamısı) onun qar-
şısında səcdəyə düşdülər. Və (Yusif) dedi: “Ey ata, (bu səcdələr) mənim əvvəlki 
yuxumun təvilidir ki, Allah onu gerçəkləşdirdi.””
5
Burada Yusifin yuxuda gördükləri ata, ana və qardaşların səcdəsinə qayıdır. 
Bu tə`vil və müraciət, “misal”ın “muməssəl”ə  və “eyni həqiqət”ə qayıtması 
qismindəndir.  
Əllamə Təbatəbainin nəzərinin müqabilində Ustad Mərifət bu əqidədədir ki
terminoloji “tə`vil” 2 mənada işlənir:
1) “Mütəşabih”in izahı: istər bu mütəşabih “mütəşabih kəlam” olsun, istərsə 
də, şəkk-şübhə yaradan bir əməl olsun. Tə`vilin bu qismi mütəşabih ayələrə aiddir. 
2) Kəlamın ikinci mənası: bu məna “kəlamın zahiri” kimi ifadə olunan birinci 
mənanın müqabilində dayanır və “kəlamın bətni” kimi də ifadə olunur. Bu mənada 
“tə`vil” təkcə mütəşabih ayələrə aid olmur, bütün Qurana kölgə salır. 
Ustad Mərifətin  əqidəsinə görə  əgər tə`vili “eyni həqiqət” kimi götürsək, 
“misdaq”ı “tə`vil” ilə qarışdırmış olarıq. Quranda “tə`vil” kəlməsinin işləndiyi 
ayələri üç qrupda cəmləmək olar ki, yuxarıdakı iki mənadan birinə dəlalət edir: 
1) Yuxunun tə`vili: bu, səkkiz yerdə işlənmiş və “kəlamın ikinci mənası”, yəni 
“kəlamın batini” anlamını daşıyır.  
2) İşin müraciət və istinad yeri: bu, beş yerdə işlənib. 
3) Mütəşabihin izahı: bu, dörd yerdə işlənib.
6

 Öncəki qaynaq, s.49.  

 Kəhf surəsi, ayə: 78.
3
  Müraciət edin: əl-Mizan, s.25-26.
4
  Yusuf surəsi, ayə: 4.
5
  Yusuf surəsi, ayə: 100.
6
  Müraciət edin: ət-Təmhid, c.3, s.28-34.


312
İkinci məsələ: Tə`vili bilmək Allaha aiddirmi?
Bu sual da “Ali-İmran” surəsinin 7-ci ayəsinin axırında işlənən cümlə ilə 
əlaqədar ortaya çıxmışdır. Hətta bu ayənin qiraəti barədə ciddi fikirayrılıqları 
mövcuddur ki, bəzilərinin dediyinə görə, bütün Quranda qiraət xüsusunda ən 
ciddi fikirayrılığı bu məqamdadır. Fikirayrılığı “ُﷲ  ﱠﻻِﺇ ُﻪَﻠﻳِﻭْﺄَﺗ ُﻢَﻠْﻌَﻳ ﺎَﻣ َﻭ” cümləsində 
“ﷲ” (Allah) kəlməsinin üzərində vəqf etmək və ya etməmək üzərindədir.
1
Burada “vəqf”i qəbul edənlər “tə`vil” elminin Allaha aid olduğunu bildirirlər. 
“Ətf”i (yəni vəqf etməməyi, dayanmamağı) qəbul edənlər isə “tə`vil” elminin 
yalnız Allaha aid olmadığını bildirir, “elmdə qüvvətli olanlar”ın da “tə`vil”i 
bildiklərini qəbul edirlər. 
Baxmayaraq ki, bu məsələ qədimdən indiyədək mübahisə mövzusu olmuşdur
lakin onun “əməli səmərəsi”ndən çox “elmi tərəfi” nəzərdə tutulmuşdur. Çünki 
ərəb qrammatikası baxımından hər iki nəzəriyyə - həm “vəqf”ə, həm də “ətf”ə 
icazə verilir, qrammatik baxımından heç bir nəzəriyyənin iradı yoxdur. Bu mətləbə 
ən yaxşı şahid, hər iki nəzəriyyənin tərəfdarlarının olmasıdır, onların arasında da 
tanınmış filoloqlar və dilçilər vardır.
Demək olar ki, əhli-sünnə alimlərinin böyük əksəriyyəti “vəqf” ilə qiraəti 
qəbul edirlər. O cümlədən, Ubəyy ibn Kə`b,  İbn Məs`ud, Həsən Bəsri, Malik, 
Fərra, Əxfəş, Cəbayi Mötəzili, Təbəri, Meybudi, İmam Fəxr Razi və b. “Ətf” ilə 
qiraəti qəbul edənlər arasında əhli-sünnə alimləri də vardır, lakin şiə alimlərinin 
böyük əksəriyyəti bu nəzəriyyənin tərəfdarıdır. Əhli-sünnə alimlərindən Mücahid, 
Nəhhas Nəhvi, Ukbəri Nəhvi, Qazi Əbdul-Cəbbar, Zəməxşəri, İbn Əbil-Hədid, 
Bəyzavi, Zərkeşi, Alusi, Şeyx Məhəmməd Əbduh və b adını çəkmək olar.
2
Bu məsələnin əməli səmərəsinin olmadığı bu səbəbdəndir ki, bəzi alimlərin
o cümlədən,  Əllamə  Təbatəbainin nəzərinə görə sözügedən ayədən “ətf” ilə 
qiraət əldə olunmasa da, lakin eyni zamanda o, bu əqidədədir ki, tə`vil elminin 
yalnız Allaha aid olmadığı başqa dəlillərlə, o cümlədən, başqa ayələr və hədislər 
vasitəsilə əldə olunur. 
“Elmdə qüvvətli olanlar”ın mütəşabih ayələrin “tə`vil”ini bildiklərinə dair ən 
aydın əqli dəlil budur ki, Quran insanların dilində və onların hidayəti üçün nazil 
olmuşdur. Əgər Quranın tə`vilini bilmək alimlər və “elmdə qüvvətli olanlar” üçün 
müyəssər olmazsa, Quran cavabı məlum olmayan müəmmaya çevrilər. Halbuki, 
Quranın özü ayələr üzərində düşünüb-daşınmağı göstəriş verir. 
Təəccüblüsü budur ki, əgər “tə`vil”i bilmək yalnız Allaha aid olarsa, onda 
Həzrət Peyğəmbər (s) və  Məsum  İmamlar (ə) da bunu bilməkdən məhrum 
qalacaqlar. Yəni vəhyi alan və çatdıran Peyğəmbər (s) ayələrin tə`vilini bilmir!
1
  “Qətrei əz dərya” kitabında Bəhauddin Xurrəmşahinin kəlamı, s.77.
2
  Öncəki qaynaq, s.79-80.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə