Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə106/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

313
Fəslin əsas mətləbləri:
1.  Qədim alimlər “tə`vil”i “şərh və  təfsir” olaraq, son dövrün alimləri isə 
“sözün zahirinə zidd olan məna” olaraq mənalandırmışlar. 
2. Əllamə Təbatəbainin nəzərinə görə, “tə`vil” Qurani-Kərimin bütün bəyan-
larının söykəndiyi bir həqiqət və gerçəklikdir. “Tə`vil” sözünün Quranda işləndiyi 
məqamlar göstərir ki, “tə`vil” məfhum və  məna qismindən deyildir. Beləliklə, 
bütün Quranın – istər möhkəm, istərsə də mütəşabih ayələrin tə`vili vardır.
3. Bəzi alimlərin nəzərinə görə, “tə`vil”in iki terminoloji mənası vardır: “mütə-
şabihin izahı” və “kəlamın ikinci mənası”. 
4. “Tə`vili bilmək yalnız Allaha aiddirmi, yoxsa yox?” – sualının cavabı sözü-
ge dən ayədən  əldə olunmasa da, “tə`vil”i bilməyin yalnız Allaha aid olmadığı 
başqa dəlillərlə əldə olunur. 
5.  Əhli-sünnə alimlərinin  əksəriyyəti “vəqf” ilə qiraəti qəbul edirlər, yəni 
“tə`vil”i bilməyin yalnız Allaha aid olduğunu qəbul edirlər. Onların müqabilində 
şiə alimlərinin əksəriyyəti “ətf” ilə qiraəti qəbul edirlər, yəni “tə`vil”i bilməyin 
yalnız Allaha aid olmadığını bildirirlər. 
Doqquzuncu hissənin sualları:
1. Hansı səbəbə görə sapqın firqələrin meydana gəlməsinin mühüm səbəb lə rin-
dən biri Quranın mütəşabih ayələridir?
2. “Möhkəm” və “mütəşabih”in tərifini deyin.
3. Quranda möhkəm və mütəşabihi müəyyən etmək xüsusunda bir neçə nəzə-
riy yəni bəyan edin. 
4. Əllamə Təbatəbainin nəzərinə görə Quranda mütəşabih ayələrin olmasının 
səbəbi nədir?
5. Quranda mütəşabih ayələrin olmasına dair başqa bir səbəb də göstərmək olarmı?
6. Səhv nəticə çıxarılan mütəşabih ayələrdən beş ayəni göstərin.
7.  Tə`vil nədir?
8. Quranda “tə`vil” sözü hansı mənalarda işlənmişdir?
9. Tə`vili bilmək yalnız Allaha aiddirmi?
Araşdırma üçün suallar:
1. Quran elmlərinin əsas mövzularından olan “nasix və mənsux” və “möhkəm 
və mütəşabih” mövzularının hansı biri daha böyük əhəmiyyət daşıyır? Hansı 
səbəbə görə?
2. Quranda mütəşabihlərin olmasına dair başqa bir səbəb söyləyə bilərsinizmi?
3. Qurani-Kərimdə  qəzavü-qədər barədə ayələr vardır ki, onlardan da səhv 
nəticələr çıxarılmışdır. Bu ayələrdən bir neçəsini açıqlayın. 
4. “Tə`vil elmi” mövzusunda araşdırma aparın.


314


315
    
ONUNCU HŽSS€
QURANŽ-K€RŽM BAR€D€ 
YETMŽš DŽQQ€T€LAYŽQ 
M€QAM


316
Azad mütaliə
Müqəddimə
Kitabın ötən hissələrində Quran elmlərinin bir sıra mühüm mövzuları ilə tanış 
olduq. Quran tədqiqatçısı Ustad Bəhauddin Xürrəmşahi “Quran şenaxt” (Quran 
tanıma) adlı əsərinin bir fəslində Quranla bağlı 101 diqqətəlayiq məqamı qeyd 
etmişdir. Bunlar Quranla tanışlıq zəminində faydalı və dəyərli məlumatlardır.
Biz bu məlumatların bir çoxunu qarşınızdakı kitabın müxtəlif hissələrində 
bəyan etdik. Lakin bunları yenidən xatırlatmaq bir növ kitabın əhatə etdiyi möv-
zu ları təkrarlamaq olduğundan onuncu hissəni adı çəkilən kitabda 101 məlumat 
arasından seçdiyimiz 70 məlumatın bəyanına həsr edirik.
Qeyd etmək istərdik ki, məlumatların tərtibatında müəyyən dəyişikliklər etsək 
də, lakin məlumatları olduğu kimi qeyd etmiş, izaha ehtiyac olduğu təqdirdə 
lazımi izahları mətnaltı qeyddə açıqlamışıq.
Qurani-Kərim barədə yetmiş diqqətəlayiq məqam:
1. Qurani-Kərimi daha dərindən və daha dəqiq başa düşmək və başa salmaq, 
tanımaq və tanıtmaq üçün ortaya çıxan elmlərə “Quran elmləri” deyilir. İslam 
tari xi boyu bu elmlərin sayı getdikcə artmışdır. Təcvid, tərtil və tərcümə bu elm-
lərdəndir. Quran elmləri aşağıdakılardan ibarətdir:
1) Quranın tarixi; 2) Osmani rəsmul-xətt (yazı  xətti) elmi; 3) Məkki və 
mədəni surələri tanımaq; 4) Şəni-nüzul (ayələrin nazil olma səbəbi) elmi; 5) 
Nasix və  mənsuxu tanıma elmi; 6) Möhkəm və mütəşabih elmi; 7) Təhəddi, 
Quranın möcüzəliyi və  təhrif olunmaması; 8) Təfsir və  təvil; 9) Qiraət, təcvid 
və  tərtil; 10) Quran fiqhi və ya Quran ehkamı; 11) Quranın erabı  və Quranın 
qrammatik qaydaları; 12) Quran qissələri; 13) “Ğəribul-Quran” elmi və ya Quran 
leksikologiyası; 14) Quran tərcüməsi elmi.
1
2. Qurani-Kərim tövhid (təkallahlıq) dinlərinin və İbrahimi dinlərin sonuncu 
ilahi vəhynaməsi,  İslam dininin müqəddəs kitabıdır. Bu kitabın kəlmələri belə 
ilahi vəhydir. Səmavi kitabların tarixində  təhrifə  uğramayan yeganə kitabdır. 
Həzrət Peyğəmbər (s) həyatda olduğu dövrdə Qurani-Kərim bir kitab və mushəf 
şəklində olmasa da, lakin xəlifə Osmanın xilafəti dövründə Həzrət Peyğəmbərin 
1
   Müasir Quran tədqiqatçılarının “Quran elmləri” termini üçün müəyyən etdikləri hüdudları nəzərə alaraq, 
hal-hazırda Quran elmləri termini təfsir, təcvid, ehkam ayələri, Quran qissələri və Quran tərcüməsi 
elmlərinə aid edilmir.


317
(s) zamanında yazılan nüsxələr  əsasında Qurani-Kərim mushəf  şəklinə salındı. 
(Belə ki, Həzrət Peyğəmbər (s) hicri-qəməri 11-ci ildə vəfat etdi və Quran hicri-
qəməri 30-cu ildə, yəni Osmanın xilafətinin başa çatmasına beş il qaldığı dövrdə 
bir kitab şəklində yığıldı.)
3. “İmam mushəflər” Osmani mushəflərdir. Onların sayı beş və ya altı nüsxə 
olmuş, o dövrdə İslam məmləkətinin mərkəzi şəhərlərinə bir Quran hafizi ilə birlikdə 
göndərilmişdir. (Bir nüsxə Məkkəyə, bir nüsxə Mədinəyə
1
, bir nüsxə Bəsrəyə, bir 
nüsxə Kufəyə, bir nüsxə Bəhreynə və bir nüsxə də Şama göndərilmişdir.)
4.  İmam mushəflər, yəni Osmani mushəflər  əsrlərcə qorunub saxlanılmışdır. 
Belə ki, İslam dünyasının üç tanınmış səyyahı İbn Cubeyr (vəfat tarixi: h.q. 614-cü 
il), Yaqut (vəfat tarixi: h.q. 626-cı il) və  İbn Bətutə (vəfat tarixi: h.q. 779-cu il) 
öz dövrlərində Dəməşqin “Cami-kəbir”ində (böyük mərkəzi məscidində) qorunub 
sax lanılan Osmani mushəfi görmüşlər. Onların yazdıqlarına görə, camaat həmin 
mushəfi böyük ehtiramla ziyarət edirmiş. Amma çox təəssüflər olsun ki, həmin 
mushəf hicri-qəməri 1310-cu ildə baş verən yanğın zamanı yanıb aradan getdi. 
Deyilənlərə görə, Osmani mushəflərdən biri hal-hazırda Qahirə şəhərində “Misir 
kitabxanası”nda qorunub saxlanmaqdadır. Bu nüsxənin ölçüləri “rəhli” ölçülərdən 
bir qədər böyükdür və son zamanlarda onun üzərində peşəkar ustadlar bərpa işləri 
aparırlar. 
5. Quranın təxminən üçdə ikisi Məkkədə, üçdə birindən bir qədər çoxu isə 
Mədinədə nazil olmuşdur (Dr. Ramyar, “Quran tarixi”, səh.263). Məkkədə nazil 
olan ayələrin sayı 4468 ayə, Mədində nazil olan ayələrin sayı isə 1768 ayədir 
(“Qurani-Kərimin kəlmələrinin sayının lüğəti”, c.1, səh.39).
6. Peyğəmbərlərin (ə) qissə və hekayətləri daha çox məkki surələrdə, Quran 
fiqhi və ehkamı isə daha çox mədəni surələrdə bəyan olunmuşdur.
7. Peyğəmbərlərin (ə) hekayətləri hissə-hissə  şəklində Qurani-Kərimdə 
bəyan olunmuşdur, yəni bu hekayətlər Quranda bir yerdə və bütövlükdə bəyan 
olunmamışdır. Təkcə Yusif peyğəmbər (ə) və onun qardaşlarının hekayəti bütöv-
lük də Quranın 12-ci surəsi olan “Yusuf” surəsində bəyan olunmuşdur.
8. Qurani-Kərimin 2 nüzulu vardır: 1) Dəf`i, yəni birdəfəyə nüzul; 2) Tədri ci, 
yəni hissə-hissə 23 il ərzində olan nüzul. Quran ilk dəfə bütövlükdə Qədr gecə-
sin də “Lövhi-məhfuz”dan “Beytul-izzə”yə  və ya “Beytul-mə`mur”a (dördüncü 
səmaya) nazil olmuş, sonralar “ﺎًﻣﻮُﺠُﻧ” və ya “ﺎًﻤﱢﺠَﻨُﻣ”, yəni hissə-hissə 23 il ərzində 
nazil olmuşdur (Biharul-ənvar, c.18, səh.253254-). Qurani-Kərimin iki nüzulu 
barədə Molla Möhsin Feyz Kaşaninin  fikri belədir: (əvvəlcə) Quranın mənası 
Peyğəmbərin (s) qəlbinə nazil oldu... Sonra iyirmi (iyirmi üç) il ərzində Cəbrail 
1
  Osmani  mushəflər Mədinədə, yəni  İslam xilafə nin paytax nda tər b olunduğu üçün bir nüsxənin 
Mədinəyə göndərilməsi məna daşımır. Bu o deməkdir ki, əsas nüsxə Mədinədə saxlanılmışdır.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə