Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə107/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

318
(ə) zahir olub ona vəhy gətirdi və Quranın kəlmələrini ona oxudu. Peyğəmbərin (s) 
qəlbindən hissə-hissə onun dilinə nüzul etdi. (“Safi” təfsirinin 9-cu müqəddiməsi.)
9.  Qırx nəfərə yaxın savadlı  səhabənin vəhy katibi olduğu qeyd edilmişdir. Bu 
səhabələrdən on nəfərin adını burada sadalayırıq: dörd böyük xəlifə, Ubəyy ibn Kə`b, 
Zeyd ibn Sabit, Təlhə, Zubeyr, Sə`d ibn Əbi Vəqqas, Salim Mövla Əbi Huzeyfə.
10.  Həzrət Peyğəmbərin (s) səhabələri arasından Qurani-Kərimin ilk 
hafizlərindən on nəfərin adını burada sadalayırıq: Əli ibn Əbu Talib (ə), Osman, 
İbn Məs`ud, Ubəyy ibn Kə`b, Zeyd ibn Sabit, Əbud-Dərda, Salim Mövla Əbi 
Huzeyfə, Məaz ibn Cəbəl, Əbu Zeyd, Təmim əd-Dari.
11. Zeyd ibn Sabit xəlifə Osmanın dövründə Quranın kitabəti və tərtibi, imam 
mushəflərin (Osmani mushəflərin) yazılması üçün təşkil olunan heyətin rəhbəri 
idi. O, həm vəhy katibi, həm də Quran hafizi idi. Zeyd ibn Sabit xəlifə Əbu Bəkrin 
dövründə onun göstərişi ilə Həzrət Peyğəmbərdən (s) miras qalan və pərakəndə 
yazılmış vəhy kitabələri əsasında kamil bir mushəf hazırlamışdı. Həmin mushəf 
Ömərin, Ömərdən sonra onun qızı Həfsənin yanında əmanət idi. Xəlifə Osmanın 
dövründə bu mushəf əsas istinad mənbəyi oldu.
12. Qurani-Kərim otuz cüzdən, yəni otuz eyni həcmdə olan hissədən ibarətdir. 
Belə ehtimal verilir ki, Həzrət Peyğəmbər (s)
1
 və ya onun canişinləri gün ərzində 
Quranın qiraətini asanlaşdırmaqdan ötrü bu bölgünü aparmışlar. İslam dünyasının 
bugünkü rəsmi mushəfində, yəni Osman Taha kitabəti ilə olan Mədinə mushəfində 
hər cüz iyirmi səhifədə və hər səhifədə on beş sətir olmaqla yazılmışdır.
13. Quranın otuz cüzünün hər birinin dörd və ya iki hizbi vardır. Ümumilikdə 
Quran 120 və ya 60 hizbdən ibarət olacaqdır. Ola bilsin ki, bu bölgü də “Fatihə 
məclisləri”ndə (mərhum üçün təşkil olunan yas məclislərində) Quran qiraətini 
asanlaşdırmaqdan ötrü aparılmışdır.
2
14.  Hər beş ayəni “xums” (ﺲﻤُﺧ), hər on ayəni “uşr” (ﺮﺸُﻋ) olaraq ayırmış, 
bunu “təxmis”  (ﺲﻴﻤﺨﺗ) və “tə`şir” (ﺮﻴﺸﻌﺗ) adlandırmışlar. Bu bölgülərə Quranın 
haşiyəsində işarə olunub.
15. Quranın daxili bölgülərindən biri də “ruku`at”dır (ﺕﺎﻋﻮﻛﺭ). Quranın digər 
bölgülərindən fərqli olaraq, “ruku`at” eyni və müəyyən bir həcmdə deyildir. 
Quranşünaslar mövzu və  məna  əsasında Quranı bir neçə ayədən ibarət olan 
hissələrə ayırmışlar ki, bu hissələr namazda “Həmd”dən sonra oxunur və namaz 
qılan şəxs onu oxuduqdan sonra rükuya gedir. Quranın “ruku`at”ının sayı məşhur 
nəzəriyyəyə görə 540 hissədir.
16. Quran ayələrinin sayı ən düzgün hədislərə əsasən 6236 ayədir.
17. Quranın kəlmələrinin sayı 77807 kəlmədir.
1
  Bu bölgünün Həzrət Peyğəmbər (s) tərəfindən aparıldığına dair əldə sənəd yoxdur.
2
  Başqa bir eh mal da Quranı əzbərləməyin asanlaşdırılmasıdır.


319
18. Qurani-Kərimdə Allah kəlməsi 2699 dəfə işlənmişdir.
19. “Səb`i-tuvəl”, yəni yeddi böyük surə bunlardır: “Ənfal”surəsini çıxmaqla 
“Bəqərə” surəsindən “Tövbə” surəsinə qədər.
1
20. “Mufəssəlat”, yəni kiçik surələr “Hucurat” surəsindən sonra gələn Quranın 
66 kiçik surəsidir: yəni “Qaf” surəsindən başlayaraq Quranın axırınadək. Bura 
Quranın birinci surəsi olan “Fatihə” surəsi də əlavə olunur. (Şenaxt-e sureha-ye 
Quran, s.47.)
2
21. “Hamidat”, yəni “əl-Həmdu lilləh” kəlməsi ilə başlanan surələr aşagıdakı 
beş surədir:
Fatihə, Ənan, Kəhf, Səba, Fatir.
22. “Musəbbəhat” aşağıdakı surələrdir:
İsra, Hədid, Həşr, Səff, Cumuə, Təğabun, Ə`la.
23. “Zəhravan”, yaxud “Zəhravəyn” Quranın iki surəsidir: “Bəqərə” və “Ali-
İmran”.
24. “Muəvvəzətəyn” Quranın axırıncı iki surəsi olan “Fələq” və “Nas” surə-
lərinə deyilir. Həzrət Peyğəmbər (s) bu surələri oxumaqla nəvələri Həsən (ə) və 
Hüseyni (ə) Allahın pənahına tapşırarmış.
25.  “Muqəttə`ə  hərflər”, yaxud “Fəvatihi-suvər” (yəni surələri başlayan) 
Quranın 28 surəsinin ilk ayəsidir ki, burada hərflər öz adı ilə oxunur. “Bəqərə” və 
“Ali-İmran” surəsindən başqa qalan 26 surə məkki surələrdir.
26.  Bəzi  şiə  tədqiqatçıları qeyd etmişlər ki, əgər “muqəttə`ə  hərflər”də 
təkrarlanan hərfləri nəzərə almasaq, bu hərflərdən bu cümlə yaranar:
.ُﻪُﻜﱢﺴَﻤُﻧ ﱞﻖَﺣ ﱟﻰِﻠَﻋ ُﻁﺍَﺮِﺻ
“Əlinin yolu haqqdır, bu yolu tutub gedirik.
Bəzi  əhli-sünnı  tədqiatçıları  bəlkə  də buna cavab olaraq demişlər ki, bu 
hərflərdən bu cümlə yaranır:
.ِﺔﱠﻨﱡﺴﻟﺍ َﻊَﻣ َﻚُﻘﻳِﺮَﻁ ﱠﺢَﺻ
“Sənin yolun sunnə ilə doğrudur.”
27. “Muqəttə`ə  hərflər” arasında  ən kiçik ayə Quranın 20-ci surəsi “Taha” 
surəsinin ilk ayəsi olan“ﻪﻁ” (Taha) ayəsidir. Həmçinin Quranın 36-cı surəsi 
“Yasin” surəsinin ilk ayəsi olan “ﺲﻳ” ayəsidir. Bilməlisiniz ki, “Qaf” surəsinin ilk 
ayəsi olan “ﻕ” ayəsi və “Qələm” surəsinin ilk ayəsi olan “ﻥ”  ayəsi bir ayə hesab 
olunmurlar.
3
 “Muqəttə`ə hərflər” olan bu kiçik ayələrdən sonra Quranın ən kiçik 

  “Tövbə” surəsini yeddi böyük surədən hesab etməmişlər. Bəziləri yeddinci böyük surəni “Yunus” surəsi, 
bəziləri isə “Kəhf” surəsi olduğunu söyləmişlər. (Müraciət edin: əl-İtqan, c.1, s.199.) 

  Əksər alimlərin fikrincə, kiçik surələr “ər-Rəhman” surəsindən başlanır. (ət-Təmhid, c.1, s.251.) Bəziləri isə 
kiçik surələrin “Hucurat” surəsindən başlandığını qeyd etmişlər. (Mənahilul-irfan, c.1, s.352.) 

 Həmçinin “Sad” surəsinin ilk ayəsi olan “ﺹ”  ayəsi.


320
ayəsi “ər-Rəhman” surəsinin 64-cü ayəsidir: “ِﻥﺎَﺘﱠﻣﺎَﻫْﺪُﻣ”. Ayənin mənası belədir: 
“Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar.”
Quranın ən uzun ayəsi isə “Bəqərə” surəsinin 282-ci ayəsidir və “Tədayun” 
(borc verib alma) ayəsi adlanır. Mədinə mushəfində “Osman Taha” kitabəti ilə on 
beş sətirlik bir səhifəni tutur (48-ci səhifəni). Quranın ən uzun surəsi də “Bəqərə” 
surəsidir (“Osman Taha” kitabəti ilə mushəfdə 48 səhifəni tutur). Quranın ən kiçik 
surəsi isə “Kövsər” surəsidir, həcmi bir sətir yarımdır.
28. “Məun” (yaxud “Məin”) yüz ayədən artıq ayəsi olan surələrdir: “Yunus” 
surəsindən başlayaraq “Şuəra” surəsinədək. Əlbəttə, İbrahim, Rə`d, Hicr, Məryəm, 
Nur və Furqan surələrini çıxmaqla, çünki bu surələrin ayələrinin sayı yüz ayədən 
azdır. “Saffat” surəsi də “Məun” surələrə daxildir və beləliklə, bu surələr 11 surə 
olub aşağıdakılardan ibarətdir:
Yunus, Hud, Yusuf, Nəhl, İsra, Kəhf, Taha, Ənbiya, Mu`minun, Şuəra, Saffat. 
(Şenaxte surehaye Quran, s.46.)
29. Quran elmlərində  “ﻰﻧﺎﺜﻣ” (məsani) termini, ayələrinin sayı yüzdən az 
olan surələrə deyilir ki, “Şuəra” surəsindən sonra “Hucurat” surəsinə qədər olan 
surələri təşkil edir. Bu surələr Quranın 27-ci surəsindən (“Nəml” surəsi) 49-cu 
surəsinə  qədər (“Hucurat” surəsi) olan surələrdir: “Saffat” surəsini çıxmaqla, 
çünki bu surə 182 ayədən ibarətdir. Həmçinin bunlara daha 8 surə daxildir ki, 
onların ayələrinin sayı yüzdən azdır: Ənfal, Rə`d, İbrahim, Hicr, Məryəm, Həcc, 
Nur, Furqan. (Şenaxte surehaye Quran, s.4648-.)
30. Quranda iki ayə vardır ki, əlifbanın bütün hərfləri bu ayələrdə işlənmişdir: 
“Ali-İmran” surəsinin 154-cü ayəsi və “Fəth” surəsinin 29-cu ayəsi.
31. Quranda iki ayə vardır ki, geriyə də o cur oxunur: “Yasin” surəsinin 40-cı 
ayəsi (ﻚَﻠَﻓ ﻰِﻓ ﱞﻞُﻛ) və “Muddəssir” surəsinin 3-cü ayəsi (ﺮّﺒﻜﻓ ﻚّﺑﺭ). 
32. Qurani-Kərimin tam ortası, yəni iki bərabər hissəyə ayrıldığı yer “Kəhf” 
surəsinin 19-cu ayəsindəki:
“ﻒّﻄﻠﺘﻴﻟ ﻭ” kəlməsidir.
33. Quranda dörd ifadədə dörd təşdid ardıcıl işlənmişdir:
1- “Məryəm” surəsinin 6465--ci ayələri: “ِﺕﺍَﻭﺎَﻤﱠﺴﻟﺍ  ﱡﺏﱠﺭ ﺎًّﻴِﺴَﻧ”
2- “Nur” surəsinin 40-cı ayəsi: “ُﻩﺎَﺸْﻐﱠﻳ ﱟﻰﱢﺠﱡﻟ ٍﺮْﺤَﺑ ﻰِﻓ”
3- “Yasin” surəsinin 58-ci ayəsi: “ ٍﻢﻴِﺣﱠﺭ  ﱟﺏﱠﺭ ﻦﱢﻣ  ًﻻ ْﻮَﻗ”
4- “Mulk” surəsinin 5-ci ayəsi: “ﺎَﻴْﻧﱡﺪﻟﺍ َءﺎَﻤﱠﺴﻟﺍ ﺎﱠﻨﱠﻳَﺯ ْﺪَﻘَﻟ َﻭ”
34. Qurani-Kərimdə  ən geniş “tərcibənd” (təkrarlanan hissə) “ər-Rəhman” 
surə  sindədir. 
Bu surədə “ِﻥﺎَﺑﱢﺬَﻜُﺗ ﺎَﻤُﻜﱢﺑَﺭ ِء َﻻﺍَء ﱢﻯَﺄِﺒَﻓ” ayəsi 31 dəfə təkrarlanmışdır. Ayənin mənası 
belədir: “Rəbbinizin hansı bir nemətini inkar edirsiniz?


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə