Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə11/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   110

32
“Və bu (Quran), aydın ərəb dilindədir.”
1
... ٌﻦﻴِﺒُﻣ ﱞﻰِﺑَﺮَﻋ ٍﻥﺎَﺴِﻠِﺑ ...
 “(Quranı) aydın ərəb dilində (nazil etdik)...”
2
Göründüyü kimi, Yusuf surəsinin 2-ci və Zuxruf surəsinin 3-cü ayəsində açıq-
lanır ki, Quranı  ərəb kəlmələri qəlibində nazil edən Allahdır. Zuxruf surəsinin 
4-cü ayəsində də buyurulur:
 .ٌﻢﻴِﻜَﺣ ﱞﻰِﻠَﻌَﻟ ﺎﻨْﻳَﺪَﻟ ِﺏﺎَﺘِﻜْﻟﺍ ّﻡُﺍ ﻰِﻓ ُﻪﱠﻧﺇ َﻭ
“Həqiqətən bu (Quran), Bizim yanımızda “Ummul-kitab”da (Lövhi-məh-
fuzda) uca məqam və hikmət sahibidir.”
3
Əllamə Təbatəbai deyir:
“İki cəhət - Quran kəlmələrinin ərəbcə olması və bu ərəbcə kəlmələrin “vəhy” 
olması - ayələrdəki sirlərin və maarif həqiqətlərinin qorunub saxlanmasında rol 
oynayır. Əgər “Qüdsi-hədis”də olduğu kimi, yalnız ayələrin məna və məfhumu 
Peyğəmbərə (s) ilham olunsaydı və Peyğəmbər (s) də onu öz sözləri ilə bəyan 
etsəydi, yaxud əgər başqa bir dilə tərcümə edilsəydi, ayələrdəki sirlərin bir qismi 
gizli qalar və bəşər əqlinin dərk etmə imkanlarından kənarda qalardı.”
4
*     *     *
Böyük ehtimalla, Quranın  ərəbcə olmasının səbəbini Mütəal Allah ilk dəfə 
Məryəm surəsinin 97-ci ayəsində açıqlamışdır:
.ﺍًّﺪُﻟ ﺎًﻣ ْﻮَﻗ ِﻪِﺑ َﺭِﺬْﻨُﺗ َﻭ  َﻦﻴِﻘﱠﺘُﻤْﻟﺍ ِﻪِﺑ َﺮﱢﺸَﺒُﺘِﻟ َﻚِﻧﺎَﺴِﻠِﺑ ُﻩﺎَﻧْﺮﱠﺴَﻳ ﺎَﻤﱠﻧِﺈَﻓ
“Doğrudan da Biz bunu (Quranı) sənin dilinlə asan etdik ki, onunla təq va-
lılara müjdə verəsən və inadkar camaatı qorxudasan.”
Ayədə sözügedən “asanlaşdırma”, Quranın öncəki vəziyyətindən xəbər verir. 
Belə ki, Quranın bu vəziyyətində ayələri tilavət və dərk etmək bəşər üçün müm-
kün deyildi, Zuxruf surəsinin 4-cü ayəsində buyurulduğu kimi:
 .ٌﻢﻴِﻜَﺣ ﱞﻰِﻠَﻌَﻟ ﺎﻨْﻳَﺪَﻟ ِﺏﺎَﺘِﻜْﻟﺍ ّﻡُﺍ ﻰِﻓ ُﻪﱠﻧﺇ َﻭ
*     *     *
Mübarək Nəhl surəsinin 103-cü ayəsində Quranın Peyğəmbərə (s) bir insan 
tərəfindən təlim edildiyini iddia edənlərə belə cavab verilir:
 . ٌﻦﻴِﺒُﻣ ﱞﻰِﺑَﺮَﻋ  ٌﻥﺎَﺴِﻟ ﺍَﺬﻫ َﻭ ﱞﻰِﻤَﺠْﻋﺃ ِﻪﻴَﻟﺇ  َﻥﻭُﺪِﺤْﻠُﻳ ﻯﺬَﻟﺍ  ُﻥﺎﺴِﻟ ٌﺮَﺸَﺑ ُﻪُﻤﱢﻠَﻌُﻳ ﺎَﻤﱠﻧِﺇ  َﻥﻮُﻟﻮُﻘَﻳ ْﻢُﻬﱠﻧَﺃ ُﻢَﻠْﻌَﻧ ْﺪَﻘَﻟ َﻭ 
1
  Nəhl surəsi, ayə: 103.
2
   Şuəra surəsi, ayə: 195; Əhqaf surəsi, ayə: 12; Taha surəsi, ayə: 113; Zumər surəsi, ayə: 28; Fussilət surəsi, ayə: 3.
3
  Ötən fəsildə bu ayənin izahı barədə söhbət açıldı.
4  
“əl-Mizan”, c. 11, s.75.


33
“Biz yaxşı bilirik ki, onlar deyirlər: “(Quranı) ona mütləq bir insan öyrədir.” 
Onların nəzərdə tutduqları adamın dili qeyri-ərəbdir (başqa dildir), bu (Quran) 
isə aydın ərəb dilidir.”
Böyük ehtimalla, ayədəki “ﱞﻰِﻤَﺠْﻋﺃ” (ə`cəmiyyun) kəlməsində nəzərdə tutulan 
məna budur: qeyri-fəsahətli. Rağib İsfahani deyir:
“Ərəb dilində  “ﻡﺎ َﺠْﻋِﺍ”  sözü “qeyri-müəyyən, anlaşılmaz” mənasını bildirir. 
Qeyri-ərəbə  “ﻢ َﺠَﻋ” deyilir və  “ﱞﻰِﻤَﺠَﻋ” dedikdə qeyri-ərəbə  mənsub olan şəxs 
nəzərdə tutulur. Amma “ﻢ َﺠْﻋَﺃ”, danışığı anlaşılmaz və qeyri-fəsahətli olan şəxsə 
deyilir: bu şəxs istər ərəb olsun, istərsə də qeyri-ərəb.”
1
Bu necə ola bilər ki, danışığı  fəsahətli olmayan bir şəxs fəsahətli və aydın 
ərəbcədə olan Quranı Peyğəmbərə (s) təlim etmişdir?! 
Başqa bir ehtimala görə, ayədəki “ﱞﻰِﻤَﺠْﻋﺃ” (ə`cəmiyyun) kəlməsində nəzərdə 
tutulan məna “qeyri-ərəb” mənasıdır. Yəni Quranı Peyğəmbərə (s) bir qeyri-ərəb 
təlim etmişdir. Bu ehtimalı bəzi təfsirçilər Fussilət surəsinin 44-cü ayəsi barədə 
də vermişlər:
... ﱞﻰِﺑَﺮَﻋ َﻭ ﱞﻰِﻤَﺠْﻋﺍَء ُﻪُﺗﺎَﻳﺍَء  ْﺖَﻠﱢﺼُﻓ  َﻻ ْﻮَﻟ ﺍﻮُﻟﺎَﻘﱠﻟ ﺎًّﻴِﻤَﺠْﻋَﺃ ﺎًﻧﺍَءْﺮُﻗ ُﻩﺎَﻨْﻠَﻌَﺟ ْﻮَﻟ َﻭ
“Əgər bunu (bu kitabı) qeyri-ərəbcə bir Quran etsəydik, mütləq deyərdilər: 
“Nə üçün onun ayələri aydın bəyan olunmayıb? Qeyri-ərəbcə olan bir kitab 
ərəb dillilər üçünmü?”
Bu ehtimala görə ayədən əldə olunur ki, o dövrün ərəblərinin təəssüb və inad-
karlığı – belə ki, bu təəssüb və inadkarlıq haqqa boyun əyməyi çətinləşdirirdi – 
qeyri-ərəbcə olan bir kitabı qəbul etmələrinə əsla yol verməzdi.
*     *     *
Deyilənlərdən məlum oldu ki, ərəb dilinin özəlliyini və İslam peyğəmbərinin 
(s) fəsahətli ərəblər arasından seçildiyini nəzərə alaraq, əgər Quran qeyri-
ərəbcə olsaydı, etiraz və irada yer olardı. Quranın ərəbcə olması təbii haldır. 
Amma “Nə üçün İslam peyğəmbəri (s) ərəblər arasından seçilib?”, “Nə üçün 
sonuncu din Ərəbistan yarımadasında zühur etdi?” və başqa bu kimi sualları 
cavablandırmaq “Quran elmləri”nin  əhatəsindən xaricdir. Bu sualların cavabı 
“Kəlam” elminin “Nübüvvət” bölməsində araşdırılır.
Fəslin əsas mətləbləri:    
1. Quranın  ərəb dilində olması Quranda da sözükeçən bu ümumi qayda 
əsasındadır: 
.ِﻪِﻣ ْﻮَﻗ ِﻥﺎَﺴِﻠِﺑ  ﱠﻻﺇ ٍﻝﻮُﺳَﺭ  ْﻦِﻣ ﺎَﻨْﻠَﺳْﺭﺃ ﺎَﻣ َﻭ

 Rağib İsfahani, “Mufrədat” kitabı, 
ﻉﹶﺝﹶﻡ” kəlməsi; əl- Mizan, c.2, s.348; Məcməul-bəyan, c.5 və 6, s.595.


34
2. Dilçilər bu fikirdədirlər ki, ərəb dili başqa dillərdən daha zəngin və daha 
artıq qabiliyyətlərə malikdir.
3. Quranın ərəbcə olması həqiqətlərin və maarif sirlərinin ötürülməsində rol 
oynayır. 
4. Quranın “ ٌﻦﻴِﺒُﻣ ﱞﻰِﺑَﺮَﻋ  ٌﻥﺎﺴِﻟ” – “aydın ərəb dilində” nazil olması onu digər ərəb 
ləhcələrindən üstün etmişdir.
Azad mütaliə 
Quran – müsəlmanların səmavi kitabının xüsusi adı
Qeyd etdik ki, Həzrət Peyğəmbərə (s) nazil olan səmavi kitabın adları içərisində 
“Quran” adı müsəlmanlar arasında daha məşhur və işləkdir. Bir çox alimlər bu 
fikirdədirlər ki, “Quran” adı bu səmavi kitabın xüsusi adıdır.
1
 
Amma görəsən, “Quran” adı bu səmavi kitabın elə əvvəldən xüsusi adı olmuş 
və Quran ayələrindən qaynaqlanmışdır, yoxsa sonralar müsəlmanların ürfündə 
tədricən xüsusi ada çevrilmişdir? Bır sıra dəlillərə  əsasən, “Quran” adı elə 
əvvəldən xüsusi ad kimi işlənmişdir:
1. Bir neçə ayədə səmavi kitablardan söz açıldığı zaman “Quran” adı “Tövrat” 
və “İncil”in kənarında çəkilmişdir:
   ... ِﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻭ ِﻞﻴِﺠْﻧ ْﻹﺍ َﻭ ِﺓﺍَﺭْﻮﱠﺘﻟﺍ ﻰِﻓ ﺎًّﻘَﺣ ِﻪْﻴَﻠَﻋ ﺍًﺪْﻋَﻭ ...
“(Bu,) Tövrat, İncil və Quranda (yazılmış) haqq bir vədə olaraq Onun 
(Mütəal Allahın) öhdəsindədir...”
2
2. Mütəal Allah “Qaf”, “Yasin” və “Sad” surələrində Öz müqəddəs kitabına and 
içdiyi zaman tərtiblə “Qurani-Məcid”, “Qurani-Kərim”, “Qurani-Ziz-zikr”ə and 
içir. Əlbəttə, iki yerdə, yəni “Zuxruf” və “Duxan” surələrində “Kitabi-Mubin”ə 
and içir.
3. İkinci fəsildə bu səmavi kitab üçün qeyd etdiyimiz dörd ad arasında “Quran” 
adı xüsusi addır, çünki digər üç ad (yəni Kitab, Zikr və Furqan) əvvəlki səmavi 
kitablar üçün də işlənibdir:
۳
. َﻥﻭُﺪَﺘْﻬَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ  َﻥﺎَﻗ ْﺮُﻔْﻟﺍ َﻭ  َﺏﺎَﺘِﻜْﻟﺍ ﻰَﺳﻮُﻣ ﺎَﻨْﻴَﺗﺍَء ْﺫِﺇ َﻭ
٤
. َﻦﻴِﻘﱠﺘُﻤْﻠِﻟ ﺍًﺮْﻛِﺫ َﻭ ًءﺎَﻴِﺿ َﻭ  َﻥﺎَﻗ ْﺮُﻔْﻟﺍ  َﻥﻭُﺭﺎَﻫ َﻭ  ﻰَﺳﻮُﻣ ﺎَﻨْﻴَﺗﺍَء ْﺪَﻘَﻟ َﻭ

  Rağib İsfahani, “Mufrədat”; Mənahilul-irfan, c.1, s.21; Nəfəhatur-Rəhman, c.1, s.13-14;  Mustafa Xomeyni, 
“Təfsirul-Quranil-Kərim”, c. 1, s. 13-14.
2
  Tövbə surəsi, ayə: 111.

 Bəqərə surəsi, ayə: 53. 

 Ənbiya surəsi, ayə: 48.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə