Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə13/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   110

40
olmasından asılı olmayaraq ona təlqin edilən, çatdırılan müəyyən bir məlumat 
“vəhy”dir. “Vəhy” sözünün müxtəlif mənalarının kökündə məhz bu məna durur.”
İbn Faris açıq-aydın deyir: 
. َﻥﺎَﻛ  َﻒْﻴَﻛ ٌﻰ ْﺣَﻭ َﻮُﻬَﻓ ُﻪَﻤِﻠَﻋ ﻰﱠﺘَﺣ َﻙِﺮْﻴَﻏ ﻰَﻟﺇ ُﻪَﺘْﻴَﻘْﻟﺃ ﺎَﻣ ﱡﻞُﻛ
“Hansı  şəkildə olmasından asılı olmayaraq, tərəf müqabilinə  təlqin etdiyin, 
çatdırdığın müəyyən bir məlumat “vəhy”dir.”
Bu mənanı İbn Mənzur da qeyd edibdir. Bu tərifə əsasən, “vəhy” sözü müxtəlif 
yollarla çatdırılan məlumatlara, o cümlədən, işarəyə, səsə, yuxuya, ilhama, vəs və-
səyə, yazıya və s. şamil olur. 
Bəzi lüğətşünaslar “məxfi” və “sürətli” sifətlərini “vəhy” sözünün izahında 
qeyd ediblər. Ərəblər sürətlə baş verən ölümə “ﱞﻲِﺣَﻭ  ٌﺕْﻮَﻣ” deyirlər. “Vəhy” sözü 
yara narkən bu sifət (sürətli) onun mənasında mövcud olmayıb, ola bilsin ki, 
ərəblər bu sözü işlədərkən həmin sifəti də onun mənasında nəzərdə tutublar. Bəzi 
hallarda “sürətli” sifətinin istifadəsi başqa bir sifəti də, yəni “məxfi” sifətini də 
bu sözün mənasına əlavə etmişdir. Çünki adətən, sürətlə baş verən işarə və təlqin 
tərəf müqabilindən qeyrisinə məxfi qalır.
1
Hər halda, “vəhy” sözünün “sürətli və məxfi şəkildə olan təlqinlər” xüsusunda 
işləndiyi inkar olunmasa da, lakin bu sözün hər zaman bu sifətləri daşıdığı qəbul 
olunmur. Çünki bir sıra Quran ayələrində işlənən “vəhy” sözü bu iki sifətdən heç 
birini özündə daşımır.
2
b) “Vəhy”in terminoloji mənası: 
 Vəhy, Allah elçiləri ilə qeyb aləmi arasında yaranan mənəvi bağlantı, əlaqədir. 
Peyğəmbərlər səmavi ismarıcları bu bağlantı və əlaqə vasitəsilə alırlar. Onlardan 
qeyri kimsənin belə bir əlaqəyə ləyaqəti və qüvvəsi yoxdur. Bu barədə üçüncü 
fəsildə ətraflı danışılacaqdır.
Fəslin əsas mətləbləri:
“Vəhy” sözü leksik mənada müxtəlif yollarla təlqin edilən, çatdırılan məlu-
matlara, o cümlədən, işarəyə, səsə, ilhama, yuxuya, vəsvəsəyə, yazıya şamil olur. 
Bəzi hallarda “vəhy” sözünün mənasında “sürətli” və “məxfi” sifətləri nəzərdə 
tutulur.

 ət-Təmhid, c.1, s.3.

 Nümunə üçün Məryəm surəsinin 11-ci ayəsinə baxın.


41
İkinci fəsil
“Vəhy” Quranda
“Vəhy” Qurani-Kərimdə  mələklərə,  şeytanlara, insana, heyvana və Yerə aid 
edilmişdir. Əlbəttə, Qurani-Kərimdə bu söz və ondan düzələn sözlər (eyniköklü 
sözlər)  ən çox “peyğəmbərlərə  gələn vəhy” mənasında işlənmişdir. Bu barədə 
sonrakı fəsildə ayrıca bəhs edəcəyik. 
“Vəhy” mələklərə, şeytanlara, insana, heyvana və Yerə aid edilərkən müxtəlif 
mənalar nəzərdə tutulmuşdur. Söz yox ki, bu mənalar “vəhy” sözünün lüğəvi 
mənasına müvafiqdir. Burada bir neçə nümunəyə nəzər salaq:
1) Mələklərə ilahi ilham:
... ْﻢُﻜَﻌَﻣ ﻰﱢﻧﺃ ِﺔَﻜِﺋ َﻼَﻤْﻟﺍ ﻰَﻟﺇ َﻚﱡﺑَﺭ  ٰﻰَﺣﻮُﻳ ْﺫﺇ َﻭ
“O zaman Rəbbin mələklərə vəhy edirdi ki: “Mən sizinləyəm...””
1
2) İnsana ilahi ilham: 
... ِﻪﻴِﻌِﺿ ْﺭﺃ  ْﻥﺃ  ٰﻰَﺳﻮُﻣ ﱢﻡُﺍ ﻰَﻟﺇ ﺎَﻨْﻴَﺣ ْﻭﺃ َﻭ
“Biz Musanın anasına vəhy etdik: “Onu əmizdir...””
2
3) Camadata (cansızlara) ilahi ilham:
.ﺎَﻬَﻟ  ٰﻰَﺣ ْﻭﺃ َﻚﱠﺑَﺭ  ﱠﻥﺄِﺑ .ﺎَﻫَﺭﺎَﺒْﺧﺃ  ُﺙﱢﺪَﺤُﺗ ٍﺬِﺌَﻣْﻮَﻳ
 “Həmin gün Yer öz xəbərlərini açıb söyləyər. Ona görə ki, sənin Rəbbin ona 
vəhy etmişdir.”
3
4) Şeytani vəsvəsə:
... ﺍًﺭﻭُﺮُﻏ ِﻝْﻮَﻘْﻟﺍ  َﻑُﺮْﺧُﺯ ٍﺾْﻌَﺑ  ٰﻰَﻟﺇ ْﻢُﻬُﻀْﻌَﺑ ﻰِﺣﻮُﻳ  ﱢﻦِﺠْﻟﺍ َﻭ ِﺲْﻧ ْﻹﺍ  َﻦﻴِﻁﺎَﻴَﺷ ﺍًّﻭُﺪَﻋ ﱟﻰِﺒَﻧ ﱢﻞُﻜِﻟ ﺎَﻨْﻠَﻌَﺟ َﻚِﻟﺬَﻛ َﻭ
“Beləcə, hər bir peyğəmbər üçün insan və cin şeytanlardan düşmən qoyduq. 
Aldatmaq üçün onlar bir-birinə bəzədilmiş sözlər təlqin edirlər (ötürürlər)...”
4
 ... ْﻢُﻛﻮُﻟِﺩﺎَﺠُﻴِﻟ ْﻢِﻬِﺋﺎَﻴِﻟْﻭﺃ  ٰﻰَﻟﺇ  َﻥﻮُﺣﻮُﻴَﻟ  َﻦﻴِﻁﺎَﻴﱠﺸﻟﺍ  ﱠﻥﺇ َﻭ ...
1
  Ənfal surəsi, ayə: 12.
2
  Qəsəs surəsi, ayə: 7.

 Zəlzələ surəsi, ayə: 4-5.

 Ən`am surəsi, ayə: 112.


42
“Həqiqətən şeytanlar öz dostlarına sizinlə mübahisə edib çəkişməyi vəsvəsə 
edirlər.”
1
5) İşarə:
 .ﺎًّﻴِﺸﻋ َﻭ ًﺓَﺮْﻜُﺑ ﺍﻮُﺤﱢﺒَﺳ  ْﻥﺃ ْﻢِﻬْﻴَﻟﺇ  ٰﻰَﺣْﻭﺄَﻓ ِﺏﺍَﺮْﺤِﻤْﻟﺍ  َﻦِﻣ ِﻪِﻣْﻮَﻗ  ٰﻰَﻠَﻋ َﺝَﺮَﺨَﻓ
“Beləliklə o, mehrabdan öz qövmünün qabağına çıxıb onlara belə işarə etdi: 
Səhər-axşam Allahı sitayiş edin, şəninə təriflər deyin.”
2
6) Qərizə (instinkt):         
... ِﻞْﺤﱠﻨﻟﺍ ﻰَﻟﺇ َﻚﱡﺑَﺭ  ٰﻰَﺣْﻭﺃ َﻭ
“Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini 
qoydu) ki ...”
3
Əllamə Təbatəbai deyir:
““Vəhy” sözünün işləndiyi yerlərə diqqət yetirdikdə bu qənaətə gəlirik ki, baş-
qalarından məxfi qalacaq bir tərzdə mənanın (məqsəd və fikrin) tərəf müqabilinə 
təlqin edilməsi (çatdırılması, ötürülməsi) “vəhy”dır. Beləliklə, qərizə (instinkt) 
yolu ilə heyvan şüuruna mənanın təlqin edilməsi, başqa sözlə, ilham edilməsi 
“vəhy”dir. Həmçinin yuxu (Qəsəs surəsi, 7-ci ayə), vəsvəsə, işarə (Məryəm surəsi, 
11-ci ayə) yolu ilə mənanın insan idrakına çatdırılması “vəhy”dir.”
4
Həzrət  Əli ibn Əbu Talibin (ə) buyurduğu bir hədisdə Qurani-Kərimdə 
sözükeçən vəhy “peyğəmbər vəhyi”, “ilham vəhyi”, “işarə  vəhyi”, “təqdirat 
vəhyi”, “əmr vəhyi”, “kizb vəhyi” (şeytanlar xüsusunda) və “xəbər vəhyi” 
qisimlərinə ayrılmış, hər qisimə aid ayələr qeyd olunmuşdur.
5
Fəslin əsas mətləbləri:
1. “Vəhy” Qurani-Kərimdə mələklərə, şeytanlara, insana, heyvana və Yerə aid 
edilmişdir.
2. Qurani-Kərimdə işlənən “vəhy” sözündə ilahi ilham, şeytani vəsvəsə, işarə 
və qərizə kimi mənalar nəzərdə tutulmuşdur.

 Ən`am surəsi, ayə: 121. 

 Məryəm surəsi, ayə: 11.
3
  Nəhl surəsi, ayə: 68. 

 əl-Mizan, c.12, s.292.
5
  Biharul-ənvar, c.18, s.254-255.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə