Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə14/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   110

43
Üçüncü fəsil
Peyğəmbərlərə gələn vəhy və 
onun qisimləri
Bu fəsildə peyğəmbərlərə  gələn vəhy barədə danışılacaq. Qeyd etdik ki, 
Qurani-Kərimdə “vəhy” və onunla eyniköklü sözlər ən çox “peyğəmbərlərə gələn 
vəhy” mənasında işlənmişdir: təxminən yetmiş  dəfə. Halbuki, başqa xüsuslar-
da və mənalarda olduqca az işlənmişdir. Hal-hazırda isə bu söz, demək olar ki, 
yalnız “peyğəmbərlərə gələn vəhy” mənasında işlənir. Elə buna görə də, Əllamə 
Təbatəbai deyir: “İslam dininin ədəbi tələb edir ki, biz bu sözü peyğəmbərlərdən 
qeyrisi xüsusunda işlətməyək.”
1
 
“Vəhy” nədir?
Vəhy, bəşərin adi düşüncəsinə və ağlı hüdudlarına sığmayan bir hadisə, feno-
mendir: olduqca sirli bir hadisə. Burada söhbət başqa bir aləm ilə yaranan əlaqə 
və bağlantıdan gedir. Bu əlaqə və bağlantı vasitəsilə seçilmiş bir insan “hüzuri və 
şühudi elm”
2
 ilə ən ali qeybi ismarıcları alır. Odur ki, “vəhy”in və “vəhy qəbul 
etmə”nin həqiqət və mahiyyətini yalnız o seçilmiş insan bilir. Ətrafdakılar isə bu 
hadisənin yalnız əlamətlərini müşahidə edib onu qəbul edir.
“Vəhy”in bu tərifinə diqqət yetirin: 
Vəhy, bir növ səmavi (qeyri-maddi) danışıqdır, hiss və ağıl ilə dərk edilmir. 
Bu, başqa bir idrak və şüurdur ki, bəzən Allahın istəyi ilə bəzi insanlarda yaranır 
və bu insanlar qeybi göstərişləri – hiss və ağıla gizlin olan göstərişləri - vəhy və 
ilahi təlim yolu ilə alırlar.
3
Ağıl fövqündə olan bu hadisə peyğəmbərlər cərgəsini qeyrilərindən ayıran ən 
yüksək məqamlardan, məziyyətlərdən biridir. Bəşərin peyğəmbər ola bilməsini 
danan kafirlərə: “Peyğəmbərlər də  bəşərdir” – deyə  qəti cavab verən Qurani-
Kərim, peyğəmbərləri digərlərindən fərqləndirən cəhət ünvanında “onlara vəhy 
gəldiyini” vurğulayır:
 َﻝَﺰْﻧ َﻷ ُﷲ َءﺎَﺷ  ْﻮَﻟ َﻭ ْﻢُﻜْﻴَﻠَﻋ َﻞﱠﻀَﻔَﺘَﻳ  ْﻥﺃ ُﺪﻳِﺮُﻳ ْﻢُﻜُﻠْﺜِﻣ ٌﺮَﺸَﺑ  ﱠﻻﺇ ﺍَﺬﻫ ﺎَﻣ ِﻪِﻣْﻮَﻗ  ْﻦِﻣ ﺍﻭُﺮَﻔَﻛ  َﻦﻳِﺬﱠﻟﺍ ُﺆَﻠَﻤْﻟﺍ َﻝﺎَﻘَﻓ
  ... ًﺔَﻜِﺋ َﻼَﻣ
1
  əl-Mizan, c.12, s.292.
2
  Vasitəsiz idrak, in usiya.
3
  “Quran dər İslam”, s. 125.


44
“Onun (Nuhun) qövmünün kafir başçıları dedilər: “Bu (kişi) sizin kimi yal-
nız bir bəşərdir. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir.  Əgər 
Allah (peyğəmbər göndərmək) istəsəydi, mələklər göndərərdi...”
1
Ağıl fövqündə olan bu hadisəni qəbul etmək onlar üçün çətin olduğundan 
peyğəmbəri dəli hesab etdilər: 
  .ٍﻦﻴِﺣ ﻰﱠﺘَﺣ ِﻪِﺑ ﺍﻮُﺼﱠﺑَﺮَﺘَﻓ ٌﺔﱠﻨِﺟ ِﻪِﺑ ٌﻞُﺟَﺭ  ﱠﻻﺇ َﻮُﻫ  ْﻥﺇ
“O, dəli olmuş bir kişidir. Buna görə də onun barəsində bir müddət əl saxla-
yın (bəlkə sağaldı, yaxud öldü).”
 2
Yaxud bu ayəyə nəzər salaq: 
... ﺍﻮﱠﻟَﻮَﺗ َﻭ ﺍﻭُﺮَﻔَﻜَﻓ ﺎَﻨَﻧﻭُﺪْﻬَﻳ ٌﺮَﺸَﺑﺃ ﺍﻮُﻟﺎَﻘَﻓ ...
“Onlar: “Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!”- 
dedilər. Beləliklə, kafir oldular və üz çevirdilər.”
3
Qurani-Kərim onların cavabında bildirir ki, peyğəmbərlərin hamısı bəşərdir, 
onların başqa insanlarla tək bir fərqi “onlara vəhyin gəlməsi”dir:
... ﱠﻰَﻟِﺇ ﻰَﺣﻮُﻳ ْ ْﻢُﻜُﻠْﺜﱢﻣ ٌﺮَﺸَﺑ ﺎَﻧَﺃ ﺎَﻤﱠﻧِﺇ ْﻞُﻗ
 “De: “Mən də sizin kimi bir bəşərəm, (lakin) mənə vəhy olunur...”
4
Nəcm surəsinin 3-4-cü ayələrində heç bir nəfsi istəyin və səhvin “vəhy”ə yol 
tapa bilməməsi tam qətiyyətlə bildirilir:
.ﻰَﺣﻮُﻳ ٌﻰ ْﺣَﻭ  ﱠﻻِﺇ َﻮُﻫ  ْﻥِﺇ .ﻯَﻮَﻬْﻟﺍ ِﻦَﻋ ُﻖِﻄْﻨَﻳ ﺎَﻣ َﻭ
“O (Rəsulallah, ilahi göstərişləri çatdırarkən) əsla nəfsi istəkləri ilə danış-
mır. Dedikləri yalnız (yuxarı aləmdən) ona vəhy olunan vəhydir.” 
Peyğəmbərlərə gələn vəhyin qisimləri
Peyğəmbərlər ilə Allah arasındakı qeybi əlaqə və bağlantı – bu, “vəhy” adlanır 
- üç şəkildə mümkün olmuşdur:
  ...  ًﻻﻮُﺳَﺭ َﻞِﺳ ْﺮُﻳ  ْﻭﺃ ٍﺏﺎَﺠِﺣ ِءﺍَﺭَﻭ  ْﻦِﻣ  ْﻭﺃ ﺎًﻴ ْﺣَﻭ  ﱠﻻﺇ ُﷲ ُﻪَﻤﱢﻠَﻜُﻳ  ْﻥﺃ ٍﺮَﺸَﺒِﻟ  َﻥﺎَﻛ ﺎَﻣ َﻭ
“Heç bir bəşər üçün müyəssər və mümkün olmaz ki, Allah onunla vəhy 
ilə, yaxud pərdə arxasından, yaxud da bir elçi göndərməkdən qeyri bir şəkildə 
danışsın...”
5
Yuxarıdakı ayədə bəyan edilir ki, Allahın bəşər ilə danışığı yalnız üç şəkildə müm-
kündür: onlardan biri vasitəsiz və müstəqim vəhydir, digər ikisi isə vasitəli və qeyri-
1
  Mu`minun surəsi, ayə: 24.
2
  Mu`minun surəsi, ayə: 25.

 Təğabun surəsi, ayə: 6.

 Kəhf surəsi, ayə: 110; Fussilət surəsi, ayə: 6.
5
  Şura surəsi, ayə: 51.


45
müstəqim vəhydir. Vasitəli və qeyri-müstəqim vəhy zamanı Mütəal Allah bəşərlə pərdə 
arxasından və ya elçi vasitəsilə danışır. Bu ikisinin də fərqi ondadır ki, elçinin özü 
(mələk) vəhyi gətirir, pərdə isə vəhyin gerçəkləşməsi üçün bir vasitə rolunu oynayır.
1
Başqa sözlə, vəhyin 3 qismi aşağıdakılardan ibarətdir:
1. Arada heç bir vasitə olmadan Allahın bəşərlə danışığı;
2. Pərdə arxasından Allahın bəşərlə danışığı: məsələn, Musa peyğəmbər (ə) 
Tur dağındakı ağacdan vəhyi eşidirdi;
3. Vəhy mələyinin Allahın kəlamını bəşərə gətirməsi.
2
Şura surəsinin 52-ci ayəsində İslam peyğəmbərinə (s) gələn vəhyin növü bəyan 
olunmuşdur:
...  ُﻥﺎَﻤﻳ ْﻹﺍ  َﻻ َﻭ  ُﺏﺎَﺘِﻜْﻟﺍ ﺎَﻣ ﻯِﺭْﺪَﺗ  َﺖْﻨُﻛ ﺎﻣ ﺎَﻧِﺮْﻣﺃ  ْﻦِﻣ ﺎًﺣﻭُﺭ َﻚْﻴَﻟﺇ ﺎَﻨْﻴَﺣْﻭﺃ َﻚِﻟﺬَﻛ َﻭ
“Sənə də beləcə Öz əmrimizdən olan bir ruh vəhy etdik. Sən (bundan öncə) 
kitab nədir, iman nədir, bilməzdin...”
Bu ayədən aydın olur ki, Quran bəşərə “ruh” vasitəsilə vəhy olunmuşdur və 
ayədə sözükeçən “ruh” Ruhul-əmindir. Şuəra surəsinin 194-cü ayəsində də buyu-
rulur ki: Quranı Ruhul-əmin sənin qəlbinə nazil etdi. Beləliklə, Quranı və ya onun 
müəyyən hissəsini vəhy mələyi (Cəbrail və ya Ruhul-Əmin) Allah tərəfindən 
Həzrət Peyğəmbərə (s) gətirmişdir (Allahın bəşərlə danışığının üçüncü qismi).
Fəslin əsas mətləbləri:
1. Vəhyin həqiqət və mahiyyəti yalnız peyğəmbərlərə məlumdur, çünki vəhy 
ancaq onlara gəlir.
Vəhyin tərifində bunu demək mümkündür: 
Vəhy, bir növ səmavi (qeyri-maddi) danışıqdır, hiss və ağıl ilə dərk edilmir. 
Onu dərk etmək başqa bir idrak və şüur tələb ki, Allahın istəyi ilə bu idrak az 
sayda seçilmiş insanlarda yaranır. Nəticədə, göndərilən qeybi ismarıclar “hüzuri 
elm” ilə qəbul edilir.
2. “Vəhy” sözü Qurani-Kərimdə ən çox - təxminən yetmiş dəfə - “peyğəmbərlərə 
gələn vəhy” mənasında işlənib.
3. Peyğəmbərləri digər insanlardan fərqləndirən ən mühüm cəhət onlara vəhyin 
gəlməsidir.
4. Peyğəmbərlərə gələn vəhy 3 qisimdir:
1) Müstəqim vəhy; 2) Pərdə arxasından vəhy; 3) Vəhy mələyinin, yəni vəhyi 
daşıyan mələyin göndərilməsi.
5. Quran, “müstəqim vəhy” və “vəhy mələyinin göndərilməsi” şəklində nazil olub.

 əl-Mizan, c.18, s.73.
2
  Quran dər İslam, s.150.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə