Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə15/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   110

46
Dördüncü fəsil
Müstəqim vəhy və onun əlamətləri
Muzzəmmil surəsinin 5-ci ayəsində buyurulur:
. ًﻼﻴِﻘَﺛ  ًﻻ ْﻮَﻗ َﻚْﻴَﻠَﻋ ﻰِﻘْﻠُﻨَﺳ ﺎﱠﻧِﺇ
“Həqiqətən, tezliklə Biz sənə ağır bir kəlam vəhy edəcəyik.”
Ən ağır vəhy, müstəqim vəhy olmuşdur. Bu zaman arada heç bir vasitə ol-
madan peyğəmbər ilə varlıq mənbəyi arasında birbaşa əlaqə və bağlantı yaranır. 
Bu hadisənin necə baş verdiyi təsəvvürə sığmasa da, lakin Qurani-Kərimin çox 
sayda ayələrinə, eləcə də, sünni və şiə qaynaqlarındakı saysız hədislərə əsasən 
müstəqim vəhyin ən ağır vəhy olduğu danılmazdır.
Burada bir neçə hədisə nəzər salaq:
1. Əminul-İslam Təbərsi “Muzzəmmil” surəsinin 5-ci ayəsinin təfsirində bu 
hədisi qeyd edib:
Haris ibn Hişam Həzrət Peyğəmbərdən (s) soruşdu: “Vəhy sizə necə nazil 
olur?” Peyğəmbər (s) buyurdu: “Vəhy bəzən bir zəng səsi kimi gəlir və bu, mənə 
gələn vəhyin ən ağırıdır. Məni taqətdən salır və yorur, lakin eyni zamanda bütün 
sözləri (vəhy olunanları) yadda saxlayıram. Bəzən də bir mələk kişi surətində 
gəlir və onun dedikləri yadımda qalır.”
1
2. Abdullah ibn Ömər deyir:
Həzrət Peyğəmbərdən (s) vəhy zamanı hansı hissləri keçirdiyini, bu vaxt nə baş 
verdiyini soruşdum. O həzrət buyurdu: “Zəng səsləri eşidirəm və bu zaman tamamilə 
sakit dayanıram. Mənə vəhy olunanda, sanki canımı bədənimdəm çıxarırlar.”
2
Şeyx Səduq “Tövhid” adlı kitabında Zurarənin bu hədisini qeyd etmişdir:
Zurarə deyir ki, mən İmam Sadiqə (ə) ərz etdim: “Sənə fəda olum, Peyğəmbər 
(s) qəşş etdiyi vaxt ona vəhymi nazil olurdu?” İmam Sadiq (ə) buyurdu: “Bu, 
onunla Allah arasında heç bir vasitə olmadan vəhy nazil olduğu zaman olurdu. Bu 
zaman Allah Öz əzəmət və cəlalı ilə ona təcəlli edirdi.”
3
3. Ümmül-möminin Aişə nəql edir ki, çox soyuq bir gündə Peyğəmbərə (s) 
vəhy nazil oldu. Vəhy kəsildikdən sonra onun alnından tər axırdı.
4
1
  Məcməul-bəyan, c.1, s.570; Biharul-ənvar, c.18, s.260; Səhih-Buxari, c.1, s.58. 
2  
əl-İtqan, c.1, s.141.
3
  Biharul-ənvar, c.18, s.256; əl-Mizan, c.18, s.79.
4  
Biharul-ənvar, c.18, s.261; əl-Mizan, c.18, s.79.


47
Həzrət Peyğəmbər (s) üçün çox ağır olan müstəqim vəhy zamanı o həzrətdə 
yaranan hallar, bəzi hədislərdə    “ﻰﺣَﻭ  ءﺎﺣَﺮُﺑ”,  yəni “vəhyin hərarətinin  şiddəti” 
deyə ifadə olunub. Burada Dr. Mahmud Ramyarın “Tarix-e Quran” (Quranın ta-
rixi) əsərində qeyd etdiyi hədislərə əsaslanaraq, müstəqim vəhyin əlamətlərindən 
bəzilərini nəzərinizə çatdırırıq:
1. Zəng səsinin, yaxud iki dəmir parçasının bir-birinə  dəydiyi zaman çıxan 
cingiltili səsin, yaxud da bal arısının vızıltısına bənzər bir səsin eşidilməsi;
2. Bədən hərarətinin artması: bu zaman hərarəti endirmək üçün Peyğəmbəri (s) 
soyuq su ilə yuyundurub, sonra geyindirirdilər;
3. Peyğəmbərin (s) bədən hərarəti o qədər artırdı ki, soyuq havada belə başın-
dan və üzündən tər axırdı;
4. Bəzən üzü qızarır, bəzən isə göyərirdi;
5. Qəşş edirdi;
6. Bəzən möhkəm ağrı çəkirdi;
7. Mübarək vücudu bəzən elə ağırlaşırdı ki, onun süvar olduğu minik də hərəkət 
edə bilmirdi;
8. Bəzən o həzrətdə başağrısı yaranırdı.
1
Fəslin əsas mətləbləri:
1. Müstəqim vəhy Həzrət Peyğəmbərə (s) nazil olan ən ağır vəhy idi.
2. Həzrət Peyğəmbərə (s) müstəqim vəhy nazil olarkən o həzrətdə bu hallar baş 
verirdi: bəzən vücudu ağırlaşırdı, bəzən möhkəm ağrı çəkirdi, bəzən başı ağrıyır-
dı, bəzən üzü qızarır və bəzən isə göyərirdi, bədən hərarəti artırdı, bədən hərarəti 
artdığından soyuq havada belə tərləyirdi, ağır səslər eşidirdi, bəzən qəşş edirdi.  
1
  Tarix-e Quran, s.108-109.


48
Beşinci fəsil
Qeyri-müstəqim vəhy
Şuəra surəsinin 192-194-cü ayələrində buyurulur:
. َﻦﻳِﺭِﺬْﻨُﻤْﻟﺍ  َﻦِﻣ  َﻥﻮُﻜَﺘِﻟ َﻚِﺒْﻠَﻗ  ﻰَﻠَﻋ . ُﻦﻴِﻣَ ْﻷﺍ ُﺡﻭﱡﺮﻟﺍ ِﻪِﺑ َﻝَﺰَﻧ . َﻦﻴِﻤَﻟﺎَﻌْﻟﺍ ِ ﱢﺏَﺭ ُﻞﻳِﺰْﻨَﺘَﻟ ُﻪﱠﻧِﺇ َﻭ
“Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbinin nazil etdiyidir. Ruhul-Əmin 
(Cəbrail) onu nazil etdi; Sənin qəlbinə; ondan ötrü ki, qorxudanlardan olasan.”
Əllamə Təbatəbai deyir:
““Qəlb” sözü Qurani-Kərimdə işləndikdə sinənin sol tərəfində yerləşən bədən 
üzvü nəzərdə tutulmur. Burada insan ruhu nəzərdə tutulur ki, idraka malikdir 
və insanın duyğuları, iradəsi ona bağlıdır. Ayədə: “Sənin qəlbinə nazil etdi” – 
deyə buyurulması bu həqiqətə işarə edir ki, Peyğəmbərin (s) mübarək ruhu zahiri 
hisslərin iştirakı olmadan vəhyi qəbul edirmiş.”
1
Başqa sözlə, Həzrət Peyğəmbər (s) vəhyi bütün ruhu ilə alırmış, göz və qulaq 
kimi bədən üzvlərinin (görmə və eşitmə qabiliyyətlərinin) bu işdə heç bir iştira-
kı olmurmuş. Əks təqdirdə, ətrafdakı insanlar da Peyğəmbərin (s) gördüklərini 
görər, eşitdiklərini eşidərdilər.
Qeyri-müstəqim vəhy barədəki hədislərdən əldə olunur ki, bu zaman Peyğəmbər 
(s) çox çətinlik çəkməzdi. Cəbrail (ə) bəzən insan simasında Peyğəmbərin (s) hü-
zuruna gələrdi. İmam Sadiq (ə) buyurmuşdur:
“Cəbrail Peyğəmbərin (s) hüzuruna gəldikdə bir qul kimi onun qarşısında 
əyləşər və icazəsiz içəriyə daxil olmazdı.”
2
Hədisə görə, Cəbrail, Dəhyə ibn Xəlifə Kəlbinin surətində Peyğəmbərə (s) za-
hir olarmış. Çünki Dəhyə, Mədinədə ən gözəl insan idi.
 3
İlahi vəhyin  əmanətdarı  və daşıyıcısı olan Cəbrail Quran ayələrini bir dəstə 
mələyin xüsusi müşayiəti və mühafizəsi ilə nazil edərmiş:
.ٍﺓَﺭَﺮَﺑ ٍﻡﺍَﺮِﻛ .ٍﺓَﺮَﻔَﺳ ﻯﺪْﻳَﺄِﺑ .ٍﺓَﺮﱠﻬَﻄُﻣ ٍﺔَﻋﻮُﻓْﺮَﻣ .ٍﺔَﻣﱠﺮَﻜُﻣ ٍﻒُﺤُﺻ ﻰِﻓ .ُﻩَﺮَﻛَﺫ َءﺎَﺷ  ْﻦَﻤَﻓ .ٌﺓَﺮِﻛْﺬَﺗ ﺎَﻬﱠﻧﺇ  ﱠﻼَﻛ
“Xeyr (belə yaramaz)! Həqiqətən bu (Quran ayələri) bir xatırlatmadır (öyüd-
nəsihətdir). 
Kim istəsə, ondan öyüd alar. 
1  
əl-Mizan, c. 15, s. 317.
2
  Biharul-ənvar, c. 18, s. 256; əl-Mizan, c. 18, s. 79.
3
  ət-Təmhid fi Ulumil-Quran, c. 1, s. 36.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə