Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə16/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   110

49
(Bu Quran) çox möhtərəm, mötəbər səhifələrdə, 
Qədir-qiyməti uca, pak səhifələrdədir. 
(O, Lövhi-məhfuzdan) elçi mələklərin əli ilə köçürülür. 
O mələklər ki, çox möhtərəm və çox mütidirlər.”
1
Ehtimal olunur ki, mələklərin bu xüsusi müşayiəti ilahi vəhyin cin və  şey-
tanların təhlükəsindən qorunması üçün imiş. Buna görə də bir dəstə mələk vəhy 
əmanətdarı Cəbrail ilə birlikdə enirlərmiş. 
Fəslin əsas mətləbləri:
1. Müstəqim vəhydə olan ağırlıq və gərginlik qeyri-müstəqim vəhydə mövcud 
olmayıb.
2. Şuəra surəsinin 192-194-cü ayələrinə əsasən, Cəbrail Həzrət Peyğəmbərin 
(s) qəlbinə Quran ayələrini nazil edərkən o həzrət vəhyi bütün ruhu ilə alırmış, 
göz və qulaq kimi bədən üzvlərinin vəhyin alınmasında heç bir iştirakı yox idi.
3. Cəbrail bəzən insan surətində Peyğəmbərin (s) hüzuruna gəlirdi.
İkinci hissənin sualları:
1. Vəhyin tərifini deyin.
2. Biz nə üçün peyğəmbərlərə gələn vəhyin həqiqətini dərk edə bilmərik?
3. Qurani-Kərimdə “vəhy” sözü hansı mənalarda işlənib? Bu ayələri qeyd edin.
4. Peyğəmbərlərə gələn vəhyin qisimlərini açıqlayan Quran ayəsini söyləyin 
və onu qısa şəkildə şərh edin.
5. Müstəqim vəhyin əlamətlərini sadalayın.
Araşdırma üçün suallar:
1. Bəzilərinin nəzərinə görə, vəhy hadisəsi peyğəmbərlərin dühasından (yüksək 
zəka və istedad) qaynaqlanır. Bu nəzər düzgündürmü? Nə üçün? 
2. “Əql” və “vəhy” bir-birinə uyğundur, yoxsa zidd? Yaxud onların bir-biri ilə 
əsla əlaqəsi yoxdur? Bu barədə araşdırma aparıb fikrinizi söyləyin. 
3. Bəziləri “Fussilət” surəsinin 12-ci ayəsinə əsaslanaraq:
...ﺎَﻫَﺮْﻣَﺃ ٍءﺎَﻤَﺳ ِّ ﱢﻞُﻛ ﻰِﻓ  ﻰَﺣْﻭَﺃ َﻭ ...
Quranda “vəhy”in “səmaya” da aid edildiyini söyləyirlər. Sizin bu barədə 
nəzə   riniz  nədir?
4. Bəzi müfəssirlər “Nəcm” surəsinin əvvəlinci bir neçə ayəsinə əsaslanaraq 
bildirirlər ki, Cəbrail iki dəfə öz simasında Peyğəmbərə (s) nazil olub. Bu söz 
düzgündürmü?
5. Dəhyə ibn Xəlifə Kəlbi kim olub?

 Əbəsə surəsi, ayə: 11-16.


50


51
ÜÇÜNCÜ HŽSS€
QURAN¯N TARŽXŽ (2) 
QURAN¯N 
NÜZULU


52
Üçüncü hissə: Quranın nüzulu
Birinci fəsil: Quranın nüzulu və Be`sət
İkinci fəsil: Birdəfəyə və tədrici nüzul
Üçüncü fəsil: Şə`ni-nüzul
Dördüncü fəsil: Quranda ayə və surə
Beşinci fəsil: Birinci və sonuncu ayə. Birinci və sonuncu surə.
Altıncı fəsil: “Məkki” və “mədəni” surələr
Bu hissədə nəzərdə tutulan hədəflər:
- “Quranın nüzulu” və “Be`sət” arasında olan əlaqə zəminində yara-
nan mübahisələrin Quranın birdəfəyə və tədrici nüzulu ilə həll olun-
duğunu bilmək;
- Tədrici nüzulun səbəblərini bilmək;
- Ayələrin şə`ni-nüzulu barədə məlumatlanmaq və bunun əhəmiyyətini 
bilmək;
- Quranın surə və ayələrə ayrılması barədə, eləcə də, ayələrin, surələrin 
və kəlmələrin sayı barədə məlumat əldə etmək;
- Nazil olan birinci və sonuncu ayə, birinci və sonuncu surə barədə 
məlumatlanmaq;
- “Məkki” və “mədəni” surələrin təyin edilməsi meyarları, bu 
surə lərin xüsusiyyətləri və surələrin nazil olma ardıcıllığı barədə 
məlumatlanmaq.
Bu hissədə istifadə olunan əsas mənbələr:
Biharul-ənvar;  əl-İtqan fi Ulumil-Quran;  ət-Təmhid fi Ulumil-
Quran;  Tarix-e Quran, Dr. Mahmud RamyarPəjuheşi dər tarix-e 
Quran (Quranın tarixinin araşdırılması), Dr. Seyid Məhəmmədbaqir 
Huccəti; Tarixul-Quran, Abdullah Zəncani; əl-Mizan, c.2; Quran dər 
İslam (Quran İslamda); Ferhəng-e amariye  kələmat-e Qurani-Kərim 
(Qurani-Kərimin kəlmələrinin sayı barədə lüğət); Mənahilul-irfan.


53
Birinci fəsil
Quranın nüzulu və Be`sət
Bəqərə surəsinin 185-ci ayəsində buyurulur:
...ِﻥﺎَﻗْﺮُﻔْﻟﺍ َﻭ  ٰﻯَﺪُﻬْﻟﺍ  َﻦِﻣ ٍﺕﺎَﻨﱢﻴَﺑ َﻭ ِﺱﺎﱠﻨﻠِﻟ ﻯًﺪُﻫ  ُﻥﺍَءْﺮُﻘْﻟﺍ ِﻪﻴِﻓ َﻝِﺰْﻧُﺍ ﻯِﺬﱠﻟﺍ  َﻥﺎَﻀَﻣَﺭ ُﺮْﻬَﺷ
“Ramazan ayı insanlara doğru yolu göstərən, bu yolu möhkəm dəlilləri ilə 
aydınlaşdıran və haqqı batildən ayıran Quranın nazil olduğu bir aydır...”
Duxan surəsinin 3-cü ayəsində buyurulur:
  ...ٍﺔَﻛَﺭﺎَﺒُﻣ ٍﺔَﻠْﻴَﻟ ﻰِﻓ ُﻩﺎَﻨْﻟَﺰْﻧﺃ ﺎﱠﻧﺇ
“Biz onu (Quranı) mübarək (çox bərəkətli) bir gecədə nazil etdik.”
Qədr surəsinin 1-ci ayəsində də buyurulur: 
...ِﺭْﺪَﻘْﻟﺍ ِﺔَﻠْﻴَﻟ ﻰِﻓ ُﻩﺎَﻨْﻟَﺰْﻧﺃ ﺎﱠﻧﺇ
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.”
Bildiyiniz kimi, Həzrət Məhəmmədə (s) qırx yaşında (miladi 610-cu və ya 
611-ci ildə) peyğəmbərlik verildi. Məkkə ətrafındakı Həra mağarasında mübarək 
“Ələq” surəsinin ilk ayələrinin nazil olması ilə o həzrətin peyğəmbərliyi başlandı. 
Bu barədə müsəlmanlar arasında heç bir fikirayrılığı yoxdur. Amma “be`sət”in 
(yəni Həzrət Məhəmmədə (s) peyğəmbərliyin verilməsi) hansı tarixdə baş 
verməsi barədə müsəlmanlar arasında fikirayrılığı vardır. Bu da Quranın nüzul 
(nazil olma) tarixi barədə fikirayrılığına bais olmuşdur.
Quranın nüzul tarixi və “be`sət”in tarixi barədə aşağıdakı nəzərlər mövcuddur:
1. Rəcəb ayının 27-i;
2. Ramazan ayının 17-i;
3. Ramazan ayının 18-i;
4. Ramazan ayının 24-ü;
5. Rəbiəl-əvvəl ayının 12-i
1
;
6. Şaban ayının 15-ci gecəsi
2
;
7. Rəbiəl-əvvəl ayının 8-i;
8. Rəbiəl-əvvəl ayının 3-ü
3
.

 Müraciət edin: Biharul-ənvar, c.18, s.190; ət-Təmhid, c.1, s.78. 
2
  Pəjuheşi dər tarix-e Quran, s.38.
3  
ət-Təmhid fi Ulumil-Quran, c.1, s.78.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə