Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə17/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   110

54
Şiələr Məsum  İmamların (ə) hədislərinə  əsaslanaraq, be`sətin rəcəb ayının 
27-i baş verdiyini qəbul edirlər. Bu barədə mövcud olan çoxsaylı hədislərdən bir 
neçəsinə nəzər salaq:
1. Şeyx Tusi “Əmali”də İmam Sadiqin (ə) bu hədisini qeyd edib: “Rəcəb ayı-
nın 27-i Rəsulallaha (s) peyğəmbərlik verildi. Kim bu gündə oruc tutsa, altmış ay 
oruc tutan şəxsin savabını əldə edər.”
1
2. İmam Kazim (ə) buyurub: “Mütəal Allah, aləmlərə rəhmət olan Məhəmmədə 
(s) rəcəb ayının 27-də peyğəmbərlik verdi. Kim bu gündə oruc tutsa, Allah-Təala 
ona altmış ayın orucunun savabını yazar.”
2
3. İmam Sadiq (ə) buyurub: “Rəcəb ayının 27-ci gününün orucunu tərk etmə, 
çünki bu gündə Məhəmmədə (s) peyğəmbərlik verilib. Bu günün orucunun savabı 
altmış ayın orucunun savabına bərabərdir.”
3
Bu məzmunda çox sayda hədislər vardır.
4
Əhli-sünnə alimləri be`sətin ramazan ayında olduğunu isbat etmək üçün Bəqərə, 
Duxan və Qədr surələrindəki ayələrə (bu fəslin başlanğıcında qeyd edilən ayələrə) 
istinad etmişlər. Onlar söyləyirlər ki, Quranda rəcəb ayından və be`sətin bu ayda 
olduğundan söz açılmayıb. Sözügedən ayələr aydın şəkildə bu mətləbə dəlalət edir 
ki: Quran ramazan ayında mübarək bir gecə olan Qədr gecəsində nazil olmuşdur. 
Be`sət də (yəni Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilməsi) Quranın nüzulu ilə 
eyni zamanda olduğundan, deməli, be`sət ramazan ayında olmuşdur.
Bu nəzərə aşağıdakı iradları bildirmək mümkündür:
1) Bu üç ayədə təkcə Quranın nüzul zamanı bəyan olunub, nüzul məkanına 
isə heç bir işarə olunmayıb. Yəni bu ayələrdən əldə olunmur ki, ramazan ayın-
dakı nüzul həmin Həra mağarasındakı nüzuldur. (Halbuki, bütün müsəlmanlar 
bu  əqidədədirlər ki, Həzrət Peyğəmbər (s) Həra mağarasında ibadətlə  məşğul 
olarkən Cəbrail Əminullah “Ələq” surəsinin ilk beş ayəsini nazil edib, peyğəmbər 
seçildiyini ona xəbər verdi.)  
2) Bəqərə surəsinin 185-ci ayəsi və Qədr surəsinin 1-ci ayəsinin zahiri Qura-
nın Ramazan ayında və Qədr gecəsində birdəfəyə nüzuluna dəlalət edir. Duxan 
surəsinin 3-cü ayəsi isə Quranın birdəfəyə nüzuluna daha aydın dəlalət edir:
.ٍﺔَﻛَﺭﺎَﺒُﻣ ٍﺔَﻠْﻴَﻟ ﻰِﻓ ُﻩﺎَﻨْﻟَﺰْﻧﺃ ﺎﱠﻧﺇ .ِﻦﻴِﺒُﻤْﻟﺍ ِﺏﺎَﺘِﻜْﻟﺍ َﻭ .ﻢﺣ
“Ha-mim. And olsun bu aydın (aydınlıq gətirən) kitaba ki, Biz onu mübarək 
bir gecədə nazil etdik.”
5

 Vəsailuş-şiə, c.7, s.330.
2
  Öncəki qaynaq.
3
  Vasailuş-şiə, c.7, s.357.
4
   Vəsailuş-şiə, c.7, “Müstəhəb oruc” bölümlərinin 15-ci və 19-cu bölümləri, həmçinin c.5, “Məb`əs gecəsi və 
məb`əs gününün namazının müstəhəbliyi” bölümü.  
5
  Duxan surəsi, ayə: 1-3.


55
Belə ki, 3-cü ayədəki “ُﻩﺎَﻨْﻟَﺰْﻧﺃ” sözündə olan “ُﻩ” zəmiri (əvəzliyi) 2-ci ayədəki 
“ِﺏﺎَﺘِﻜْﻟﺍ” sözünə qayıdır və Mütəal Allah bu kitaba and içir. Ayə aydın  şəkildə 
dəlalət edir ki, burada sözükeçən “kitab”, Quran ayələrinin məcmusu və “ilahi 
kitab”dır. Halbuki, be`sət zamanı təkcə “Ələq” surəsinin beş ayəsi nazil olmuşdu. 
Buna görə də deyə bilmərik ki, bu ayələr be`sətə dəlalət edir.
*   *   *
Dəyərli “ət-Təmhid” kitabının müəllifi Məhəmmədhadi Mərifət bu mübahisəli 
məsələni başqa bir şəkildə həll etməyə çalışmışdır. Yəni o, be`sətin rəcəb ayının 
27-də, Quranın nüzulunun isə ramazan ayında olduğunu aşağıdakı şəkildə izah edir:
Əhli-beytin hədislərinə  əsasən, “be`sət” rəcəb ayında olmuşdur. Lakin Qu-
ran bir səmavi kitab və əbədi ilahi qanunnamə kimi üç il fasilədən sonra Həzrət 
Peyğəmbərə (s) nazil olmağa başlamışdır. Bu üç il ərzində Həzrət Peyğəmbər (s) 
dinə gizli dəvət ilə məşğul olmuşdur və bu barədə saysız hədislər vardır. Be`sətdən 
üç il keçdikdən sonra “Hicr” surəsinin 94-95-ci ayələri nazil oldu:
. َﻦﻳِءِﺰْﻬَﺘْﺴُﻤْﻟﺍ َﻙﺎَﻨْﻴَﻔَﻛ ﺎﱠﻧِﺇ . َﻦﻴِﻛِﺮْﺸُﻤْﻟﺍ ِﻦَﻋ  ْﺽِﺮْﻋَﺃ َﻭ ُﺮَﻣْﺆُﺗ ﺎَﻤِﺑ ْﻉَﺪْﺻﺎَﻓ
“Elə isə, sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz 
döndər. Şübhəsiz ki, Biz istehza edənlərin (şərini) səndən uzaqlaşdıracağıq.”
 Bundan sonra Quran davamlı olaraq nazil olmağa başladı.
Digər tərəfdən də bir sıra hədislərdə Quranın 20 il ərzində nazil olduğu qeyd 
olunub. Beləliklə, nəticə alırıq ki, Quranın nazil olmağa başlanması ilə be`sətin 
başlanması arasında 3 il fasilə olmuşdur və Quranın nüzulu ramazan ayının Qədr 
gecəsində olmuşdur.
1
*   *   *
“ət-Təmhid”də qeyd olunan bu və digər mətləblərdən aşağıdakı nəticələr əldə 
olunur:
1) Be`sət ilə Quranın nüzulu arasında heç bir əlaqə yoxdur;
2) Be`sət zamanı nazil olan “Ələq” surəinin ilk ayələri bir müjdə idi və Qura-
nın nüzulu (Quranın nazil olmağa başlanması) hesab olunmurdu;
3) Bir səmavi kitab ünvanında Quranın davamlı nüzulu Həzrət Peyğəmbəin (s) 
be`sətindən 3 il sonra ramazan ayında olmuşdur;
4) Quranın nazil olma müddəti 20 il olmuşdur və bu mətləb hədislərdə bəyan 
olunub;
5) Quranın “ramazan ayında nazil olduğu” dedikdə, nüzulun başlanması, yəni 
Quran ayələrinin həmin aydan etibarən nazil olmağa başlanması nəzərdə tutulur. 
1
  Müraciət edin: ət-Təmhid fi Ulumil-Quran, c.1, s.81-82. 


56
Çünki müəyyən müddət davam edən mühüm bir tarixi hadisənin “filan vaxt”da 
baş verdiyi deyildikdə, həmin hadisənin “filan vaxt”dan edtibarən başlandığı 
nəzərdə tutulur.
Qeyd edək ki, “ət-Təmhid” əsərinin hörmətli müəllifi belə bir nəticəyə 2 qrup 
hədislərə əsaslanaraq gəlmişdir:
Birincisi,  tarixi hədislərdir ki, bu hədislərdə be`sətin ilk 3 ilində  Həzrət 
Peyğəmbərin (s) Məkkədə gizli dəvət ilə məşğul olduğu bildirilir.
İkincisi, Quranın Həzrət Peyğəmbərə (s) 23 il deyil, 20 il ərzində nazil oldu-
ğunu bəyan edən hədislərdir.
Lakin “ət-Təmhid”in müəllifinin bu nəzərinə aşağıdakı iradlar bildirilir:
1- Əli ibn İbrahim Qummi, Yəqubi və Məhəmməd ibn İshaqın nəql etdikləri 
hədislərdə (bu hədislər əvvəlki səhifədə qeyd olundu), həmçinin İmam Sadiqin 
(ə) buyurduğu hədisdə be`sətin ilk üç ilində Həzrət Peyğəmbərin (s) dinə gizli 
dəvətlə məşğul olduğu açıqlanır. Lakin bu hədislərin heç birində işarə olunmur 
ki, bu üç il ərzində Quran ayələri nazil olmamışdır. Başqa sözlə, 3 il dinə gizli 
dəvətin Quranın nüzulu ilə heç bir ziddiyyəti yoxdur. Heç şübhəsiz, belə də ol-
muşdur. Bu 3 il ərzində təkcə “Ələq” surəsinin ilk beş ayəsinin nazil olması iddi-
ası təəccübləndiricidir. Çünki bu, nə tarixi faktlara uyğun gəlir, nə də gizli dəvət 
barədə olan hədislər bunu təsdiqləyir.
2- Qeyd edildi ki, bir səmavi kitab ünvanında Quranın davamlı nüzulu “Sənə 
əmr olunanı açıq-aşkar təbliğ et...” ayəsi nazil olduqdan sonra başlandı. Hal-
buki, bu ayə mübarək “Hicr” surəsinin ayələrindəndir. “Hicr” surəsi isə “məkki” 
surələrdəndir və surələrin nüzul ardıcıllığına görə – belə ki, “ət-Təmhid”in 
müəllifi bu ardıcıllığı  İbn Abbasın, Cabir ibn Zeydin və başqalarının hədisinə 
istinadən nəql etmişdir – bu surə Quranın 54-cü surəsidir.
1
Əgər “ət-Təmhid”in də düzgün hesab etdiyi bu nüzul ardıcıllığını  qəbul 
ediriksə, onda deməliyik ki“Sənə əmr olunanı açıq-aşkar təbliğ et...” ayəsindən 
qabaq 53 surə nazil olmuşdur. Bunun özü, gizli dəvət ilə Quranın nüzulu arasında 
ziddiyyətin olmadığına dəlalət edir.
3- Heç şübhəsiz, be`sətin əvvəlində Quran ayələrinin nazil olmasına hər za-
mandan daha çox ehtiyac olmuşdur. Bu məsələni “mədəni surələr”lə müqayisədə 
“məkki surələr”in daha çox olması, habelə, 3 il gizli dəvət  ərzində nazil olan 
surələrin sayının (53 surə) Məkkədə aşkar dəvət zamanı nazil olan surələrin sayı 
ilə müqayisədə çoxluğu təsdiq edir. 
4- Bir çox hədislərdə Quranın 23 il ərzində nazil olduğu qeyd olunubdur.
5- (Ramazan ayından başlayaraq) Quranın 20 il ərzində nazil olduğunu isbat 
etmək üçün “ət-Təmhid”in müəllifinin “Usulu-kafi” və  “Əyaşinin təfsiri”ndən 
1
  ət-Təmhid fi Ulumil-Quran, c.1, s.105.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə