7
ÖN SÖZ
(ixtisarla)
Mütəal Allah Qurani-Kərimi belə vəsf edir:
... ُﻡَﻮْﻗَﺃ َﻰِﻫ ﻰِﺘﱠﻠِﻟ ﻯِﺪْﻬَﻳ َﻥﺍَءْﺮُﻘْﻟﺍ ﺍَﺬﻫ ﱠﻥِﺇ
“Həqiqətən bu Quran ən səbatlı, ən doğru yol və ayinə yönəldir...”
1
Qurani-Kərim İslam maarifinin ən etibarlı mənbəyi və İslam
peyğəmbərinin
(s) əbədi möcüzəsidir. Bu kitab təhrifə uğramayan yeganə səmavi kitabdır. Bəşər
onun kiçik surəsi kimi bir surə yaratmaqda acizdir.
Qurani-Kərim bir nurdur:
.ﺎًﻨﻴِﺒُﻣ ﺍًﺭﻮُﻧ ْﻢُﻜْﻴَﻟِﺇ ﺎَﻨْﻟَﺰْﻧَﺃ َﻭ ...
“... Biz sizə parlaq bir nur nazil etdik.”
2
Qurani-Kərim səadət zamini və hidayət mənbəyidir:
... ْﻢِﻬﱢﺑَﺭ ِﻥْﺫِﺈِﺑ ِﺭﻮﱡﻨﻟﺍ ﻰَﻟِﺇ ِﺕﺎَﻤُﻠﱡﻈﻟﺍ َﻦِﻣ َﺱﺎﱠﻨﻟﺍ َﺝِﺮْﺨُﺘِﻟ َﻚْﻴَﻟِﺇ ُﻩﺎَﻨْﻟَﺰْﻧَﺃ ٌﺏﺎَﺘِﻛ ...
“Bu elə bir kitabdır ki, Rəbbin izni ilə insanları zülmətdən nura çıxarasan
deyə Biz onu sənə nazil etdik...”
3
Qurani-Kərim başdan-başa şəfa və rəhmətdir:
... َﻦﻴِﻨِﻣ ْﺆُﻤْﻠِﻟ ٌﺔَﻤْﺣَﺭ َﻭ ٌءﺎَﻔِﺷ َﻮُﻫ ﺎَﻣ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻦِﻣ ُﻝﱢﺰَﻨُﻧ َﻭ
“Biz Qurandan möminlər üçün şəfa və rəhmət olanı nazil edirik...”
4
Qurani-Kərim Allah tərəfindən göndərilən aydın həqiqətdir:
... َﻝَﺰَﻧ ﱢﻖَﺤْﻟﺎِﺑ َﻭ ُﻩﺎَﻨْﻟَﺰْﻧَﺃ ﱢﻖَﺤْﻟﺎِﺑ َﻭ
“Biz onu (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu...”
5
Qurani-Kərimin qorunacağına və təhrifə uğramayacağına açıq şəkildə zəmanət
verilib:
. َﻥﻮُﻈِﻓﺎَﺤَﻟ ُﻪَﻟ ﺎﱠﻧِﺇ َﻭ َﺮْﻛﱢﺬﻟﺍ ﺎَﻨْﻟﱠﺰَﻧ ُﻦْﺤَﻧ ﺎﱠﻧِﺇ
1
İsra surəsi, ayə: 9.
2
Nisa surəsi, ayə: 174.
3
İbrahim surəsi, ayə: 1.
4
İsra surəsi, ayə: 82.
5
İsra surəsi, ayə: 105.