Quran elmleri dersliyi indd


“Şübhəsiz ki, Biz Zikri (Quranı) tədricən nazil etdik və şübhəsiz ki, Biz onun



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə3/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110

8
“Şübhəsiz ki, Biz Zikri (Quranı) tədricən nazil etdik və şübhəsiz ki, Biz onun 
mühafizəçisi olacağıq.”
1
Qurani-Kərim əmr və qadağaları bəyan edir, düyünləri açır:
. َﻦﻴِﻤِﻠْﺴُﻤْﻠِﻟ  ﻯَﺮْﺸُﺑ َﻭ ًﺔَﻤْﺣَﺭ َﻭ ﻯًﺪُﻫ َﻭ ٍءْﻰَﺷ ِّ ﱢﻞُﻜِﻟ ﺎًﻧﺎَﻴْﺒِﺗ  َﺏﺎَﺘِﻜْﻟﺍ َﻚْﻴَﻠَﻋ ﺎَﻨْﻟﱠﺰَﻧ َﻭ ...
“Biz hər şeyi bəyan edən, müsəlmanlara hidayət, rəhmət və müjdə olan bu 
Kitabı (Quranı) sənə nazil etdik.”
2
Qurani-Kərim elə uca bir həqiqətə malikdir ki, əzəmətli Allah onu “əzəmətli 
Quran”
3
 adlandırır, onun “ağır bir kəlam”
4
 olduğunu Öz Peyğəmbərinə (s) xa-
tırladır.
Qurani-Kərim ən gözəl kəlamdır:
... ِﺚﻳِﺪَﺤْﻟﺍ  َﻦَﺴ ْﺣَﺃ َﻝﱠﺰَﻧ ُ َﷲ
“Allah sözün ən gözəlini nazil etdi...”
5
Qurani-Kərim elə gözəl bir kəlamdır ki, təkrar-təkrar oxumaq onun cəzzablığını 
azaltmır, maddi insanı mənəvi və əbədi aləmə pərvazlandırır, ona pakizə həyatı göstərir.
Bu müqəddəs əmanətin həyat bəxş edən qanun və göstərişlərinə əməl etmək 
sayəsində İslam cəmiyyəti çox az bir müddət ərzində dünyanın yarısına hakim ola, 
dövrün misilsiz və heyrətamiz bəşər mədəniyyətini yarada bildi. Məhz Qurani-
Kərim sayəsində İslam mədəniyyəti bəşər mədəniyyəti tarixinin ən əzəmətli və 
iftixarlı mərhələsi adını qazandı.
O vaxtadək ki, bu şölələnən hidayət məşəli İslam cəmiyyətinin yolunu işıqlandı-
rırdı, izzət, əzəmət, iqtidar, şövkət və bütün ali insani keyfiyyətlər müsəlmanlarda 
idi. Elə ki, Quran müsəlmanların həyat səhnəsindən yavaş-yavaş çıxarılmağa baş-
ladı, onların izzət, əzəmət və iqtidarı da zəvala uğramağa başladı. Heç şübhəsiz, 
müsəlmanların tənəzzül və geridə qalmalarını onların Quranı  kənara qoymala-
rında axtarmaq lazımdır. Əgər bu müqəddəs kitab, bu böyük və qiymətli xəzinə 
bizim düşmənlərimizin ixtiyarında olsaydı, ondan ən son həddə faydalanardılar. 
Təəssüflər olsun ki, biz müsəlmanların, hətta ali təhsillilərimizin çoxunun Qu-
ranla tanışlığı azdır. Müsəlman cəmiyyətlərində Quran özünün layiqli yerini tut-
mamışdır. Əlbəttə, İran İslam inqilabından sonra müsəlmanların Qurana qayıdış 
hərəkatı başlandı.
Dünyapərəstlərin hay-küyü, geniş  zəhərli təbliğatları  nəticəsində  dəyərlərin 
unudulduğu bu təşviş dolu çağdaş dövrdə  mənəviyyat boşluğu hər dövrdən 
daha çox görünməkdədir. Bunun da nəticəsi soyuq və cansız həyatdan yorulub 

 Hicr surəsi, ayə: 9.

 Nəhl surəsi, ayə: 89.
3
  Hicr surəsi, ayə: 87.
4
  Muzzəmmil surəsi, ayə: 5.
5
  Zumər surəsi, ayə: 23.


9
bezməkdir. Bu səbəbdən də, hal-hazırkı dövrdə  vəhy təlimlərini, qanunlarını 
həyatımızın bütün sahələrinə - fərdi, ictimai, siyasi və s. - hakim etmək zərurəti 
biz müsəlmanlar üçün həmişəkindən daha çox hiss olunur. Necə ki, Həzrət 
Peyğəmbər (s) buyurmuşdur:
 ُﻪَﻠَﻌَﺟ  ْﻦَﻣ َﻭ .ٌﻕﱠﺪَﺼُﻣ ٌﻞِﺣﺎَﻣ َﻭ ٌﻊﱠﻔَﺸُﻣ ٌﻊِﻓﺎَﺷ ُﻪﱠﻧِﺈَﻓ ؛ِﻥﺍَءْﺮُﻘْﻟﺎِﺑ ْﻢُﻜْﻴَﻠَﻌَﻓ ِﻢِﻠْﻈُﻤْﻟﺍ ِﻞْﻴﱠﻠﻟﺍ ِﻊَﻄِﻘَﻛ ُﻦَﺘِﻔْﻟﺍ ُﻢُﻜْﻴَﻠَﻋ  ْﺖَﺴَﺒَﺘْﻟﺍ ﺍَﺫِﺇ
 ... ٌﻦْﻄَﺑ َﻭ ٌﺮْﻬَﻅ ُﻪَﻟ َﻭ ...ٍﻞﻴِﺒَﺳ ِﺮْﻴَﺧ ﻰَﻠَﻋ ﱡﻝُﺪَﻳ ُﻞﻴِﻟﱠﺪﻟﺍ َﻮُﻫ َﻭ ِﺭﺎﱠﻨﻟﺍ ﻰَﻟِﺇ ُﻪَﻗﺎَﺳ ُﻪَﻔْﻠَﺧ ُﻪَﻠَﻌَﺟ  ْﻦَﻣ َﻭ ِﺔﱠﻨَﺠْﻟﺍ ﻰَﻟِﺇ ُﻩَﺩﺎَﻗ ُﻪَﻣﺎَﻣَﺃ
 ُﺢﻴِﺑﺎَﺼَﻣ ِﻪﻴِﻓ ،ُﻪُﺒِﺋﺍَﺮَﻏ ﻰَﻠْﺒُﺗ  َﻻ َﻭ ُﻪُﺒِﺋﺎَﺠَﻋ ﻰَﺼْﺤُﺗ  َﻻ ،ٌﻡﻮُﺠُﻧ ِﻪِﻣﻮُﺠُﻧ ﻰَﻠَﻋ َﻭ ٌﻡﻮُﺠُﻧ ُﻪَﻟ .ٌﻖﻴِﻤَﻋ ُﻪُﻨِﻁﺎَﺑ َﻭ ٌﻖﻴِﻧَﺃ ُﻩُﺮِﻫﺎَﻅ
...ﻢَﻜِﺤْﻟﺍ ُﺭﺎَﻨَﻣ َﻭ ﻯَﺪُﻬْﻟﺍ
“Fitnələr sizi zülmət gecə  tək bürüdüyü zaman Qurana üz tutun. Çünki 
onun şəfaəti qəbul olunur və bəndələrin əməlləri barədə verdiyi xəbərlər təsdiq 
edilir. Hər kim Quranı özünə rəhbər etsə, Quran onu Cənnətə yönəldər və hər 
kim Quranı arxaya atsa, Quran onu Cəhənnəmə tərəf çəkər. O, bir bələdçidir 
ki, insanı  ən yaxşı yollara yönəldər... Quranın zahiri və batini vardır. Onun 
zahiri cilvəli və gözəl, batini isə dərindir. Onun ulduzları, ulduzlarının da ul-
duzları vardır. Qəribəlikləri saya gəlmir və köhnəlmir. Onda hidayət və hikmət 
çıraqları vardır...”
1
Bilməlisiniz ki, Qurani-Məcidi düzgün başa düşmək üçün öncədən bir sıra 
mövzuları bilmək gərəkdir. “Quran elmləri” də  məhz bu mövzuların - Quranı 
başa düşmək və izah etməkdən ötrü gərəkli olan mövzuların – məcmusudur. “Qu-
ran elmləri”, yəni Quranla bağlı mövzular İslam tarixinin elə ilk əsrlərindən din 
alimləri və tədqiqatçılarının diqqət mərkəzində olan mövzular olmuşdur.
“Quran elmləri”nə dair yazılan əsərləri 4 dəstəyə ayırmaq olar:
1) “Quran elmləri”nin hansısa bir mövzusu barədə, məsələn, Quranın qiraəti, 
möcüzəliyi, təhrifə uğramaması, möhkəm və mütəşabih ayələri, nasix və mənsux 
ayələri və s. mövzulardan biri barədə bəhs edən əsərlər;
2) “Quran elmləri”nin bir neçə mövzusu barədə bəhs edən əsərlər;
3) “Quran  elmləri”nin bütün mövzularından bəhs edən  əsərlər, məsələn, 
Zərkeşinin “əl-Burhan fi Ulumil-Quran” və Siyutinin “əl-İtqan fi Ulumil-Quran” 
əsərləri;
4) Müfəssirlərin öz təfsir kitablarında “Quran elmləri”nin mövzuları barədə 
etdiyi bəhslər.
2
Qarşınızdakı kitab qələmə alınarkən yuxarıdakı üslublardan ikincisi nəzərdə 
tutulmuşdu. Yəni bu kitabda “Quran elmləri”nin bir sıra mühüm və əsas mövzu-
ları açıqlanmış, mövzuların məntiqi tərtibatına riayət edilməyə səy göstərilmişdir.
1
  Usuli-kafi, c.2, s.599; Biharul-ənvar, c.89, s.17, hədis: 16.

  Şiə və əhli-sünnənin əlli beş təfsir kitabından “Quran elmləri”nə aid mövzular üç cildli “Ulumil-Quran indəl-
mufəssirin” adlı kitabda yığılmışdır. Bu kitab Quran tədqiqatçıları üçün gözəl bir mənbədir.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə