Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə6/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110

17
Zərqani “Quran elmləri”nin tarixi haqqında bəhs etdikdən sonra belə bir 
nəticəyə gəlir:
““Quran elmləri” bir sahə, fənn kimi hicri-qəməri 4-cü əsrin sonlarında İbra-
him ibn Səid Hufi tərəfindən yaradıldı, hicri-qəməri 6-cı və 7-ci əsrlərdə isə İbn 
Cuzi (vəfat tarixi: h.q. 597-ci il), Səxavi (vəfat tarixi: h.q. 641-ci il) və Əbu Şamə 
(vəfat tarixi: h.q. 665-ci il) tərəfindən inkişaf etdirildi. Hicri-qəməri 8-ci əsrdə 
Zərkeşi, 9-cu əsrdə isə Kafici və Cəlaləddin Bəlqininin zəhmətləri sayəsində bu 
sahə  təkmilləşdi. 9-cu əsrin sonu və 10-cu əsrin  əvvəllərində Siyuti bu sahəni 
daha da təkmilləşdirdi.”
1
Quranla bağlı mövzuları  əhatə edən ilk əsər hicri-qəməri 8-ci əsrdə  Zərkeşinin 
qələmə aldığı “əl-Burhan fi Ulumil-Quran” adlı əsəridir. O vaxtadək Quranla bağ-
lı mövzuları əhatə edən belə bir mükəmməl əsər qələmə alınmamışdı. Belə ki, Si-
yuti özündən əvvəlki müəllifləri Quran elmlərini (mövzularını) əhatə edən bir əsər 
qələmə almamaqda qınayarkən, “əl-Burhan fi Ulumil-Quran” əsərini mütaliə et dikdə 
məmnun qalmış, sonra özü bu sahədə geniş bir əsər yazmaq qərarına gəlmişdir.
2
Hal-hazırda Cəlaləddin Siyutinin (vəfat tarixi: h.q. 911-ci il) “əl-İtqan fi Ulu-
mil-Quran” əsəri “Quran elmləri” sahəsində ən mühüm mənbələrdən biridir. Bu 
əsəri yazarkən Siyutinin ən mühüm istinad mənbəyi isə “əl-Burhan fi Ulumil-Qu-
ran” əsəri olmuşdur.
“əl-İtqan fi Ulumil-Quran” əsərindən sonra “Quran elmləri” sahəsində bir 
müddət əsərlər yazılmadı və bu sahə özünün durğunluq dövrünü yaşadı. Həmin 
müddət ərzində yalnız “Quran elmləri”nin bəzi mövzularına dair əsərlər qələmə 
alındı.
Sevindirici haldır ki, son yüzillikdə bir çox alimlər “Quran elmləri”nin müxtəlif 
mövzularına dair dəyərli əsərlər qələmə almışlar. O cümlədən:
1-  Əllamə  Məhəmmədcavad Bəlağinin “ﻥﺎﻤﺣﺮﻟﺍ  ءﻻﺍَء” adlı  təfsirinin 
müqəddiməsində bu mövzulardan bəhs edilir;
2- Məhəmməd Əbdul-Əzim Zərqaninin “ﻥﺍءﺮﻘﻟﺍ ﻡﻮﻠﻋ ﻰﻓ ﻥﺎﻓﺮﻌﻟﺍ ﻞﻫﺎﻨﻣ” (Mənahilul-
irfan fi Ulumil-Quran) əsəri;
3- Dr. Subhi Salehin “ﻥﺍءﺮﻘﻟﺍ ﻡﻮﻠﻋ ﻰﻓ ﺚﺣﺎﺒﻣ” (Məbahisu fi Ulumil-Quran) əsəri; 
4- Əbu Abdullah Zəncaninin  “ﻥﺍءﺮﻘﻟﺍ ﺦﻳﺭﺎﺗ” (Tarixul-Quran) əsəri;
5- Dr. Mahmud Ramyarın “ﻥﺁﺮﻗ ﺦﻳﺭﺎﺗ” (Tarix-e Quran) əsəri;
6- Dr. Seyid Məhəmmədbaqir Huccətinin “ﻢﻳﺮﻛ ﻥﺁﺮﻗ ﺦﻳﺭﺎﺗ ﺭﺩ ﻰﺸﻫﻭﮋﭙ” (Pəjuheş-e 
dər tarix-e Qurani-Kərim
3
) əsəri;
7- Əllamə Təbatəbainin “ﻡﻼﺳﺍ ﺭﺩ ﻥﺁﺮﻗ” (Quran dər İslam
4
) əsəri;
1
  “Mənahilul-irfan”. c.1,  s. 39.
2
  “əl-İtqan”, c. 1, s. 7-16.
3
  Qurani-Kərimin tarixinin araşdırılması.

 İslamda Quran.


18
8- Ayətullah əl-üzma Xoinin “ﻥﺍءﺮﻘﻟﺍ ﺮﻴﺴﻔﺗ ﻰﻓ ﻥﺎﻴﺒﻟﺍ” (əl-Bəyan fi təfsiril-Quran) 
əsəri;
9- Məhəmmədhadi Mərifətin “ﻥﺍءﺮﻘﻟﺍ ﻡﻮﻠﻋ ﻰﻓ ﺪﻴﻬﻤﺘﻟﺍ” (ət-Təmhid fi Ulumil-Qu-
ran) əsəri;
10- Dr. Davud əl-Əttarın “ﻥﺍءﺮﻘﻟﺍ ﻡﻮﻠﻋ ﺰﺟﻮﻣ” (Mucizu Ulumil-Quran) əsəri;
11- Seyid Cəfər Murtəza Amulinin “ﻢﻳﺮﻜﻟﺍ  ﻥﺍءﺮﻘﻟﺍ  ﻝﻮﺣ  ﺔﻣﺎﻫ  ﻖﺋﺎﻘﺣ” (Həqaiqun 
hammətun həuləl-Quranil-Kərim) əsəri.
Fəslin əsas mətləbləri: 
1. Quran elmləri - Quranın nüzulu, kitabəti, qiraəti, cəm edilməsi, möcüzəliyi, 
təhrif olunmaması, möhkəm və mütəşabih ayələri və s. Quranla bağlı mövzular-
dır.
2. Quranla bağlı mövzulara dair əsərlər hicri-qəməri birinci əsrin sonlarında 
yazılmağa başladı.
3. Əvvəllər təfsir və təcvid elmləri də “Quran elmləri”nə daxil idi.
4. “Quran elmləri” termini hal-hazırkı anlamında hicri-qəməri 5-ci əsrdə ya-
randı.
5. Quranla bağlı mövzuları əhatə edən ilk mükəmməl əsər hicri-qəməri 8-ci 
əsrdə Zərkeşinin qələmə aldığı dəyərli “əl-Burhan fi Ulumil-Quran” əsəridir.
6. “Quran elmləri” sahəsində  bəzi mühüm mənbələr bunlardır: “əl-İtqan fi 
Ulumil-Quran”, “Mənahilul-irfan”, “əl-Bəyan fi təfsiril-Quran”, “ət-Təmhid fi 
Ulumil-Quran”, “Tarix-e Quran”.
1
1
   “Tarix-e Quran”, yəni “Quranın tarixi” adlı əsər bir neçə müəllifə mənsubdur ki, onlardan Əbu Abdullah 
Zəncaninin, Dr. Mahmud Ramyarın, Dr. Seyid Məhəmmədbaqir Huccə nin adlarını çəkmək olar.


19
İkinci fəsil
“Quran”ın adları və vəsfləri
Qurani-Kərimin adlarının sayı barədə müfəssirlər və quranşünaslar arasında 
fikirayrılığı vardır. Əbul-Futuh Razi öz təfsirində Quran üçün 43 ad
1
 sadalamışdır. 
Zərkeşi “Şeyzələ” adı ilə tanınan Qazi Əbul-Məaliyə istinadən, Quran üçün 55 
ad
2
 sadalamışdır. Bəziləri Quran üçün hətta 80 ad qeyd etmişlər.
3
 
Qeyd etmək lazımdır ki, alimlərin Quran üçün sadaladıqları adların əksəriyyəti 
Qurani-Kərimin özündə bu səmavi kitabın adı deyil, vəsfi olaraq işlənmişdir. 
Deməli, bir tərəfdən Qurani-Kərimin adları ilə vəsfləri arasında fərq qoyulmama-
sı, digər tərəfdən də adların seçimində alimlərin özünəməxsus üslubları sözügedən 
fikirayrılığına səbəb olmuşdur.
Maraqlısı budur ki, bəzi alimlərin fikrincə, Qurani-Kərimin “Quran”dan qeyri 
adı yoxdur.
4
 
Qurana ünvanlanan adları 2 qismə bölmək daha məqsədəuyğundur: 
1- Quranın adları; 2 Quranın vəsfləri.
1- Quranın adları:
Tərəddüd etmədən demək mümkündür ki, Qurani-Kərimin özündə bu səmavi 
kitab üçün 4 ad işlənmişdir:
1. Quran
5
: “.ﹲﺪﻴ ﹺﺠﹶﻣ ﹲﻥﺍﹶﺀﹾﺮﹸﻗ ﹶﻮﹸﻫ ﹾﻞﹶﺑ”
2. Kitab 
6
: “...
ﹶﻚﹾﻴﹶﻟﹺﺇ ﹸﻩﺎﹶﻨﹾﻟﹶﺰﹾﻧﺃ ﹲﺏﺎﹶﺘﹺﻛ”
3. Zikr
7
: “...
ﹲﻙﹶﺭﺎﹶﺒﹸﻣ ﹲﺮﹾﻛﹺﺫ ﺍﹶﺬﻫ ﹶﻭ”
4. Furqan
8
: “...ﹺﻩﹺﺪﹾﺒﹶﻋ ﻰﹶﻠﹶﻋ ﹶﻥﺎﹶﻗﹾﺮﹸﻔﹾﻟﺍ ﹶﻝﱠﺰﹶﻧ ﻯﹺﺬﱠﻟﺍ ﹶﻙﹶﺭﺎﹶﺒﹶﺗ”
Zərqani “ﻞﻳِﺰْﻨَﺗ” (Tənzil) adını da bu adlara əlavə etmişdir.
9
 
1
  Rəvzul-cinan və ruhul-cinan fi təfsiril-Quran, c.1, səh.8.

 əl-Burhan fi Ulumil-Quran,  c.1, s.371-373; əl-İtqan, c.1, s.159.
3
  Dr. Mahmud Ramyar, “Tarix-e Quran”, səh. 31-32.
4
  əl-Quranul-Kərim və rəvayatul-mədrəsətəyn, c.1, s.274.

 Buruc surəsi, ayə: 21. Bu ad 55 dəfə “
ﻗﺮﺀﺍﻥﹲ”, 9 dəfə isə “ﻗﺮﺀﺍﻥﹰﺍ” kimi işlənmişdir.
6
  Sad surəsi, ayə: 29. Bu ad təxminən yüz dəfə Quranın adı kimi işlənib.
7
  Ənbiya surəsi, ayə: 50, həmçinin Hicr surəsi, ayə: 9. Bu ad Quranda 20 dəfə işlənib.
8
  Furqan surəsi, ayə:1.
9
  Mənahilul-irfan, c.1, s.15.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə