Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə1/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
  1   2   3   4   5   6   7   8   9   10



QURAN

VƏ QİYAMƏT

Tur” surəsinin təfsiri


ŞƏHİD AYƏTULLAH SEYYİD ƏBDÜLHÜSEYN DƏSTĞEYB


BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

GİRİŞ
Müasir dövrün ən mühüm ictimai və fərdi problemləri dinsizlikdən, əqidə zəifliyindən qaynaqlanır. Çünki Allah haqqında heç bir anlayışımız yoxdur, qəlblərimiz şeytan yuvasına çevrilib, günlərimizi dünyanın aldadıcı, yalançı əyləncələri ilə keçiririk.



Dünyanı iki əlli tutub axirət aləmindən üz çevirməyin nəticəsində kəskin, həlakedici xəstəliklər yaranır hərislik, həsəd, kin s. kimi mənfi xislətlərin hamısı maddi mənfəət əldə etmək naminə baş verir. Allahı unutduğumuz üçün mənfur çəkişmələr, rəqabətlər bizi fitnə-fəsada, hətta ölümə, fənaya doğru sürükləyir. Buna görə həyat tərzi çətinləşir, öz mahiyyətini itirir. Bu dərdlərin dərmanı Allaha Qiyamət gününə iman gətirməkdən ibarətdir. Əgər insan Qiyamət günündə rəftarı, danışığı, əqidəsi haqqında soruşulacağına, dediyi sözlərin hamısının yazılmasına, yaxşı pis işlərinin ən kiçiyinin belə qeyd elilməsinə inanırsa, necə ola bilər ki, öz əqidəsində, hərəkətində, danışığında etinasızlıq etsin?! Şübhəsiz ki, belə bir iddiaya malik olan şəxs, hətta qarışqanı da incitməz, əlindən ancaq xeyir gələr, təcrübəli tacir kimi öz zərər mənfəətini yaxşı ayırd edər. Nəticədə öz xeyrinə olan işlərə doğru hərəkət edib, ziyanlı işlərdən uzaqlaşar.

Başqa bir məsələni xatırlatmaq istəyirəm. Elm və texnika inkişaf etmiş müasir dünyamızda xalqlar ürəksıxıcı maddiyyatdan təngə gəlib, yavaş-yavaş başa düşürlər ki, əgər mənəviyyata əhəmiyyət verməsələr əzab-əziyyətlə dolu olan heyvani, həyatın daha dəqiq desək, mənasız və puç yaşayışın heç bir nəticəsi olmayacaq. Məhz buna görə də dini təbliğatlar layiqincə yerinə yetirilib şəxsi qərəzlər yaddan çıxarılmayınca insanlar mənəviyyata can atmayacaqlar.

İnsanların qəlblərinə iman nurunu salmaq, Qiyamətin haqq olmasını inandırmaq üçün yalnız kamil mənəviyyət yollarından istifadə etmək lazımdır. Çünki maddi maneələrin, məşğuliyyətlərin həddindən artıq çox olmasına görə pis əməllərdən, çirkinliklərdən uzaqlaşmaqda sadə və adi təbliğatlar çox da böyük rol oynamır. Əlbəttə böyük əmanət olan Qurani-Məciddən, İslam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm-in özündən sonra əbədi mö”cüzəsi olan bu kitabdan lazımınca bəhrələnsək, onun nurlu ayələri saf və teşnə qəlbləri hidayət edər. Tarixdə bu cür nümunələrlə çox rastlaşmaq olur. Bəzən elə olur ki, insan Qurani-Kərimin hətta bir ayəsini oxumaqla öz şəxsi yaşayışı üçün seçdiyi üslubu tamamilə dəyişir və ömrünün axırına qədər düz yolda addımlayır.

Buna əsasən qərara alındı ki, Quranın bəzi surələrində bəhs olunmuş ilahi dünyagörüşü, məbdə və məad haqqında Həzrəti Ayətullah Dəstğeybin tədris etdiyi təfsirlər çap olunsun. Onlardan biri də əlinizdəki kitabdır. Kitabı oxuduğunuza görə, siz də bu ciddi və məs”uliyyət doğuran işdə şəriksiniz. Bu mövzuda hazırlanmış kitabları mümkün qədər öz dost-tanşlarınıza təqdim edin, onları Qiyamətin haqq olduğuna inandırıb pis əməllərdən çəkindirin.

20 şə”ban, 1396-cı il (hicri qəməri), Şiraz, Seyyid Məhəmmədhaşim Dəstğeyb

TUR” SURƏSİNİN TƏFSİRİ

TUR” SURƏSİNİN AXİRƏT VƏ DÜNYA HAQQINDAKI XÜSUSİYYƏTLƏRİ
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən “Tur” surəsi barədə belə rəvayət olunur: “Hər kəs bu surəni oxusa Allah-Taala onu Cəhənnəm odundan qoruyar və Cənnəti ona qismət edər.” İmam Baqir əleyhis-salamdan da aşağıdakı hədis nəql olunur: “Hər kəs “Tur” surəsini oxusa Allah-Taala ona dünya və axirət xeyrini nəsib edər. Dünya xeyri sağlamlıq, axirət xeyri isə bağışlanmaqdan ibarətdir.”

Ey Rəbbimiz! Dünya və axirətdə bizə yaxşılıq əta et və bizi Cəhənnəm odunun əzabından qoru!”

Bu surənin xüsusiyyətlərindən biri də budur ki, əgər həbsdə olan bir kəs bu surəni lazımı mərifətlə oxusa, zindandan xilas olar. Həmçinin bu surəni oxumaq insanı səfərdəki bəlalardan qurtarar. Əlbəttə sadalanan bu xüsusiyyətlər insanın zahiri üçündür. Amma bu surənin həqiqi təsiri qəlbin cəhalət, qəflət və s. kimi ruhi xəstəliklərdən şəfa tapması, sağalmasıdır. Elə bil ki, əkinçi buğda əkir, amma buğdanın arasında arpa da bitir. Bu ayənin dünyəvi faydası həmin arpaya bənzəyir, lakin buğda onun axirət faydasıdır. Müasir xalqların əksəriyyətinin bədbəxtçiliyi Qurandan uzaq düşmələridir. İmam Riza əleyhis-salam buyurur: Mən üç gün ərzində bir dəfə Quranı xətm edirəm. Üç gündən də tez xətm edə bilərəm, amma onun ayələrində təfəkkür etdiyimə görə bu cür oxuyuram. Quran oxuyanlar Qiyamət günündə Quranı sağ əllərində tutarlar; necə ki, şərab içənlər Qiyamət günündə şərab şüşəsini əllərində tutarlar, tənbur (musiqi aləti) çalanlar da bu cür olarlar. Əfsuslar olsun ki, insan faydasız sözləri dilinə gətirir.

Bu müqəddimədən sonra “Tur” surəsinin təfsirinə başlayırıq.

Quranın ən əzəmətli ayələrindən biri də “bismillahir-rəhmanir-rəhim”dir və bu ayə Qurani-Məcidin “Tövbə surəsi istisna olmaqla bütün surələrinin tərkibinə daxildir. Xüsusilə namazda bunu nəzərə almaq vacibdir. Bədbəxtçilikdən bəziləri “bismillah” ayəsini surənin tərkib hissəsindən saymır, namazda da onu demirlər. Şeytan onların qəlblərinə elə nüfuz edibdir ki, onsuz da puç olan əməllərini daha da puç edirlər. Amma həqiqi Mömin bütün hallarda, hər vaxtda, hər yerdə, işə gedəndə, evə qayıdanda və hətta cinsi əlaqəyə başlayanda belə “bismillah” deyir. Məhz buna görə də şeytan onun işlərinə nüfuz edə bilmir.

º kəlməsindəki “vav” and içmək üçündür.

Yəni and olsun “Tur” dağına. Fəsahət və bəlağət elminə aid olan qaydalardan biri odur ki, danışan şəxs dinləyicilərin onun sözünü eşidib qəbul etməsi üçün ürəkdən and içsin. And içmək hər hansı məsələnin əhəmiyyətini daha da təkidləndirir. Məsələn, ata övladını tərbiyə etmək üçün əvvəl onunla mülayim danışır, sonra ciddi və təkidlə, daha sonra isə and içərək deyir: “Vallah, bu iş pis işdir!”

“Tur” surəsində də Allah-Taala bir neçə dəfə and içir, təkid edərək and içdiyi şeyin böyük əhəmiyyətə malik olduğunu başa salmaq istəyir. Burada and həmin şeyin əzəmətli olması üçündür ki, insan mövcudatın Xaliqinin əzəmətini tanıyıb dərk etsin.


TUR”-DAĞ MƏNASINI DAŞIYIR
Bu surədə Allah-Taalanın and içdiyi şeylərdən biri “tur”dur. “Tur” nə deməkdir? Bu haqda bir neçə ehtimal vardır ki, biri də dağ mənasındadır. Bu məna şerlərdə də işlənibdir. Allah-Taalanın dağa and içməsinin səbəbi, onun zahiri əzəmətidir. Bəşər dərindən fikirləşsə, dağın necə də əzəmətli məxluq olmasını başa düşər. Məsələn, bu möhkəm daşların arasında müxtəlif otların, bitkilərin bitməsi, meyvələrin yetişməsi bu qəbil işlərdəndir. Müşahidə etdiyimiz saysız-hesabsız dağ meyvələrinin toxumunu daşın arasında kim əkib, kim onu cücərdibdir? Bahar fəslində bəzi dağlarda necə də gözəl güllər bitir və bəşər onun ətrindən bəhrələnir. Həmçinin başqa faydalı qazıntılar dağdan hasil olur. Dağların başqa əzəməti onun ətəyindən axan sulardır, bəzi dağlardan göz yaşı kimi ayna bulaqlar axır.
DAĞLAR MİSMAR KİMİ YER KÜRƏSİNİ SAXLAYIR
Mövla Əliyyibni Əbu Talib əleyhis-salam buyurur: “Dağlar mıx kimi yer kürəsini saxlayır. Əgər dağlar olmasaydı yer kürəsi parça-parça olardı.”

Yer kürəsi günəş ətrafında olan hərəkətində hər saniyədə dörd fərsəx (30 km) yol gedir. Əgər dağlar olmasaydı belə bir sürətlə hərəkət edən yer kürəsi parça-parça olar, torpağı fəzaya dağılar və məhv olardı.

Yer kürəsinin öz ətrafında fırlanması da çox təəccüblüdür. Bunların hamısını, yer kürəsinin müxtəlif hərəkətləri ilə yanaşı nəzərə alsaq görərik ki, dağlar olmasaydı yer kürəsində heç bir əmin-amanlıq, aramlıq olmazdı.

“Dağ”, “Tur” kəlməsinin mənalarından biridir və biz bunu eşidəndə bütün dağları nəzərdə tuta bilərik. Tur kəlməsinin başqa bir mənası yalnız Həzrəti Musa əleyhis-salamın ibadət üçün getdiyi “Tur” dağına aiddir. Bu dağ Şamla (indiki Suriya) Mədyən arasında yerləşir. Bəzi müfəssirlər buyururlar ki, “Tur” kəlməsi böyük dağ deməkdir. Bəziləri isə buyurur ki, “Tur” “tarə” kəlməsindən alınıbdır.


HƏQİQİ TUR İMAM əleyhis-salamDIR
“Tur” kəlməsinin batini mənası hər zamanın İmamı deməkdir. Bizim zamanımızda onun həqiqi və batini mənası on ikinci imamımız Həzrət Höccət ibnil Əsgəri Sahibəz-zəman əleyhis-salamdır (11-ci İmamımız İmam Həsən Əsgəri əleyhis-salamın oğlu və on ikinci imamımız İmam Məhdi zəmanəmizin sahibidir.) Yəni necə ki, dağ olmasaydı yer kürəsi parça-parça olardı, eləcə də əgər bir anlıq imam olmasa bütün aləm bir-birinə dəyər. “Nüdbə duasında Allahdan əsrimizin imamının tezliklə zühur etməsini diləyir, ona xitabən deyirik: “Yəbnə Yasinə vəz-Zariyat, yəbnət-Turi vəl-Adiyat” yəni “ey Əliyyibni Əbi Talibin oğlu! Sən elə bir mövcudsan ki, dağ olmasa yer məhv olduğu kimi, sən də olmasan dünya dağılıb məhv olar.” Allah-Taala burada əzəmətli və böyük bir mövcuda and içir.
BAŞQA BİR BöYÜK MöVCUD
“Kitabun məsturun”un mənası

əvvəldən axıra qədər səliqə ilə tənzimlənmiş, sətir-sətir tərtibə salınmış, yazılmış kitabdır. Yəni, and olsun tərtiblə yazılmış kitaba! Buradakı kitab müxtəlif kitablara işarə ola bilər. O cümlədən Tövrat, Qurani-Məcid və dünyanın əvvəlindən Qiyamətə qədər bütün hadisələrin toplusu olan Lövhi-məhfuzdur. Lövhi-məhfuzdan söz düşdüyünə görə yaxşı olardı ki, bu lövhdə yazılmış cümləni qeyd edək. Orada Allah tərəfindən yazılıb: “Qüdrətli qələmlə yazılmış bu lövh dəyişilməzdir. Hər kəs “La ilahə illəllah, Mühəmmədun Rəsulullah” şəhadətini desə, onu Cənnət əhlindən etməyi özümə vacib bilirəm.”

Hafizə qüvvəsi də “kitabi məsturdur.” “Kitabi məstur”un başqa mənası insanın nəfsinin lövhüdür. Bu lövh ilahi bir “kitabi məstur”dur (yazılmış kitab). İnsanın bütün eşitdikləri, öyrəndikləri və əməllərinin hamısı həmin lövhdə qeydə alınır. Hətta keçmişdə baş verib unudulan hadisələr də lövhi-məhfuzda qeydə alınıbdır. Mən bilmirəm bu lövh nə qədər böyükdür ki, hər şey orada yazılır, qeydə alınır.
ƏN MÜHÜM KİTAB–NAMEYİ-ƏMALDIR (ƏMƏLLƏRİN YAZILDIĞI KİTAB)
“Kitabi məstur”un mənalarından biri də nameyi-əməldir. Bədəninin hər hansı bir üzvü ilə yerinə yetirdiyin iş, gördüklərinin və eşitdiklərinin hamısı, hətta haqqında fikirləşdiyin şeylərin hamısı nameyi-əməldə yazılır. Nameyi-əməl böyük əhəmiyyətə malikdir. Çünki, “kitabi məstur”un ən yaxın mənası Qurani-Kərimdən sonra nameyi-əməldir. Bu lövhə (nameyi-əməl) necə lövhdür?! Hansı qüdrətli əllə yazılır?! Təəccüblüdür ki, namənin sahibi öləndən sonra ona baxan kimi gördüyü işlərin hamısı yadına düşür. Ora başqa bir aləmdir, maddi dünyanı tərk edəndən sonra yaxşı başa düşərsən. Nameyi-əməldə əvvəldən axıra qədər nə iş görübsənsə qeyd olunubdur. Hər adamın naməsini öz əlinə verərək, deyərlər: “İqrə” kitabəkə”, yəni, “indi oxu öz kitabını!” Elə buna görə də İmam Əli əleyhis-salam buyurur: “Elə iş gör ki, sabah Qiyamət günü nameyi-əməlində onu oxuya biləsən.” Yəni gördüyün işin cavabını verə biləsən.

Amma Mömin adamın əlinə nameyi-əməlini verəndə çox sevinir. Uşaqlar uzun müddət məktəbə gedirlər, bu müddət ərzində onlar hətta qorxu hissi də keçirirlər. Amma elə ki, qəbul kağızını alırlar, hər kəsə çatsalar, deyirlər: “Bax! Bu mənim qəbul kağızımdır, mən imtahanlardan qəbul olmuşam.” Mömin adam da bu cürdür. Həmişə qorxu içində özündən soruşur ki, görəsən mən də əshabi-yəmindənəm, yoxsa yox? Nameyi-əməlimi sağ əlimə verəcəklər, ya sol əlimə? ölüm saatında birinci ona müqdə verirlər. Qiyamət günündə də nameyi-əməlini sağ əlinə verirlər. Amma vay olsun o adamların halına ki, imtahanda onlara “siz qəbul olmamısınız” deyələr. ölümün ilk anlarında əzabın əlamətlərini də sol əllərinə verərlər.

Üstündə yazı yazmaq mümkün olan hər

bir şeyə “rəqq” deyilir. Rəqqdən məqsəd ümumiyyətlə səhifədir. Yəni, hər hansı bir şeyə yazı yazmaq mümkün olarsa, istər kağız, istərsə də insanın sinəsi, qəlbi olsun (ey insan, bütün hadisələr orada yazılır)–ona rəqq deyirlər.

Qurani-Məcid, yaxud sinə, məsələn Xatəmül-Ənbiya Mühəmməd səlləllahu əleyhi və alihi və səlləmin sinəsi, həmçinin iman əhlinin sinəsi incə bir rəqqdir.

Möminin qəlbi ağdır, açıqdır, kafirin qəlbi isə qaradır, bağlıdır. Möminin qəlbi mənşur, yəni açıqdır. ömrü qurtarıb əcəli çatanda nameyi-əmalı bağlanar. İnsan öləndən sonra yaxşılıqları artmır, günahları da aradan getmir. Əgər Allah rəhm etsə daha ona sözümüz yoxdur.

Ola bilər ki, rəqqi mənşur elə nameyi-əməl olsun. Qurani-Məcidin əzəmətlərindən biri də budur ki, onun sözlərini bir neçə cür təfsir etmək olur.

cümləsi də qabaqkı cümlələr kimi

çoxlu mənaya malikdir. Beyt sözünün mənası ev, məmur sözünün mənası isə abadlaşmış deməkdir. Kəbə Allah Evidir. Allahın evində əmin-amanlıq, abadlıq olduğuna görə Kəbə Evinə də Beytül-məmur deyilir. Allah-Taala Kəbənin ziyarətini hamıya bütün istəyənlərə qismət etsin. Kəbə Evi də abadlıqdır. İslam dini zühur edəndən sonra “la ilahə illəllah” bayrağı bu evin üstündə dalğalandı, bütlər məhv oldu və bu ev Mömin insanlarla doldu. Elə onun abadlığı da bu mənadadır. Məlum olur ki, hər hansı bir məsciddə namaz qılınarsa, oraya abad məscid demək olar. Yeri gəlmişkən qeyd edək ki, Qiyamət günü xalqdan şikayət edənlərdən biri də dünyada abad olmayan məscidlərdir. Məsciddə nə qədər çox ibadət olunsa, o qədər də abadlaşar. Sözün qısası “Vəl-beytil-məmur” cümləsinin mənası, yəni “And olsun Kəbə Evinə ki, həmişə abaddır” (xüsusilə həcc mövsümündə).

“BEYTÜL-MƏMUR” MƏLƏKLƏRİN MƏSCİDİDİR


Beytül-məmurun mənalarından biri də yeddinci göydə olan bir məsciddir.

Rəvayət olunur ki, Allah-Taala bəşərin atası Adəm Peyğəmbəri xəlq etmək istəyəndə mələklər e”tiraz edərək dedilər: “Ey Allah, sən orada (yer üzündə) fəsad törədib qan axıdan bir mövcud xəlq etmək istəyirsənmi? Allah-Taala onları inkar edib buyurdu: “Mənim insan haqqında bildiklərimi siz bilmirsiniz”. Yəni siz tikanı görürsünüzsə, gülü də nəzərə alın! Aləmlərin Allahına üz tutmuş cavanları görmürsünüz. Yalnız insanların pis əməllərini görürsünüz. Məlumdur ki, yaxşı və qiymətli şeylər tapılmır, azdır. Qızıl çoxdur, yoxsa daş? Əlbəttə Möminlər həmişə fasiqlərdən sayca az olur. Allah-Taala mələkləri, e”tiraz etdiklərinə görə yeddi min il məhrum etdi. Sonra isə mələklər Allahdan bağışlanmaq istədilər. Allah-Taala yeddinci göydə bir məscid icad edərək onlara əmr etdi ki, yeddi min il bu məscidin ətrafında təvaf edib istiğfar etsinlər. Rəvayət olunur ki, əgər həmin məscidin yanından bir daş atsan, düz Kəbənin damının üstünə düşər. Yəni, o məscid Kəbə Evi ilə bir ox üzərindədir.

Əgər insan yeddi dəfə Kəbə Evinin ətrafına fırlansa, onun savabı, mələklərin yeddi min il etdiyi təvafın savabına bərabərdir. Allah-Taalanın hər gün yetmiş min mələk xəlq etməsi Beytül-məmurun başqa əzəmətinə dəlalət edir. Çünki həmin mələklər Beytül-məmura daxil olur, zikr etməklə məşğul olurlar. Onlar beytül-məmurdan çıxandan sonra ikinci dəfə oraya daxil ola bilmirlər. Çünki, Qiyamət gününədək onlara növbə çatmır.

Seyyid ibni Tavus Beytül-məmurun xüsusiyyətlərindən birini aşağıdakı kimi bəyan edir:

“Beytül-məmurda çoxlu mələk vardır. Onların bir dəstəsi sağ, başqa bir dəstəsi isə sol tərəfdə olurlar. “Kiramül-katibəyn” insanın sağ və sol çiynindəki iki mələk axşam olan kimi, Möminin nameyi-əməlini asimanda olan bu məscidə aparırlar. Məscidin sağ tərəfindəki mələklər ehtiramla həmin naməni alıb üzünü köçürürlər.”

Əgər nameyi-əməl pis əməllərlə qaralmış olsa məscidin sol tərəfindəki mələklər onu alıb üzünü köçürürlər. Belə olan halda bütün insanların əməllərinin nüsxəsi həmin məsciddə, Beytül-məmurda vardır. Bu nüsxələrə əsasən Qiyamət günündə heç kəs öz əməllərini inkar edə bilməz.


BƏDƏN ÜZVLƏRİ VƏ YERİN ŞƏHADƏTİ
Bundan əlavə bədən üzvləri də görülən işlər haqqında şəhadət verir. Elə buna görə də müstəhəbdir ki, insan müxtəlif məkanlarda namaz qılıb dua etsin. Hədisdə var ki, Möminin əməlləri ölçülər və günahları çox olanda bəzən azacıq təfavütün hesabına onun yaxşılıqları azalır, buna görə əmr olur ki, onu oda tərəf aparsınlar. Elə bu zaman kipriklərindən biri şəhadət verərək deyər: “Ey Rəbbim! Mənim sahibim bir gün Səni yadına salıb ağladı.”

Bu əməl onun xoşbəxt və nicat tapmasına səbəb olur. Mən bilmirəm bizim taleyimiz necə olacaq?

OĞUL öZ İŞLƏRİNİ ATASINA DANIŞARAQ XƏCALƏT ÇƏKİR
Böyük şəxsiyyətlərdən birinin bir oğlu var idi. Bir gün öz oğluna buyurdu:–Mənim bir istəyim vardır, əgər onu desəm yerinə yetirərsənmi?

Oğul dedi:–Bəli, ata yerinə yetirərəm!

Ata dedi:–Hər axşam evə gələndə gündəlik gördüyün işlər haqqında mənə dəqiq məlumat ver.

Axşam oldu. Oğlu evə gəldi. O, öz sözünə vəfa etmək üçün etdiyi işlərin bir hissəsini atasına danışdı. Amma bəzilərini deməkdən çəkindi. Elə bu zaman atası ona dedi:–Oğul! Mən Allah bəndələrinin içində zəif bir bəndəyəm. Əgər sən öz əməllərini mənə deyə bilmirsənsə, bəs Qiyamət günündə Allaha necə deyərsən? Məxluqatın qarşısında öz əməllərini necə oxuyarsan?

And olsun ucalmış (hündür) yük-sək tavana, yəni and olsun asimana.

And olsun dolu olan dəryaya, baş-

qa məna ilə desək, and olsun od tutmuş dəryaya.

Elə ki, təndirin içində od qalayırlar və onun içindən alov şölələri qalxır, ona məscur deyirlər. Amma bu ayədə bəhri-məscurdan məqsəd Qiyamət günüdür. Onun birinci mənasını nəzərə alsaq aşağıdakı kimi təfsir olunar. Elə ki, Qiyamət olar və zəlzələ başlar, dağlar dəryaya tökülər, dəryalar dolar.

Əlyyibni Əbu Talib əleyhis-salam “bəhri məscuru” başqa cür təfsir edərək buyurur: yeddinci asimanda ucsuz-bucaqsız bir dərya var ki, dərinliyi yerlə göy arasındakı məsafə qədərdir. Qiyamət günündə qırx gecə-gündüz yağış yağır. Çürümüş bədənlər torpağa dönər, yenidən canlanarlar, cəsədlər dirilər.
DƏRYALAR OD TUTUB YANAR
Amma dəryaların od tutub yanması haqqında olan başqa bir mənanı hədislərdə görmək olar. Hədislər göstərir ki, Qiyamət günündə şəksiz-şübhəsiz baş verən hadisələrdən biri də dəryaların od tutub yanmasıdır. Hal-hazırda dəryaların altında od vardır. Qiyamətdə bütün dəryalar birləşər, od tutub yanar və şölələnər, elə bu zaman sular oda çevrilər. Xülasə, and olsun Allahın qəhr odundan od tutub yanan dəryalara!

Misirli müfəssir Təntavi son məlumatlara əsasən deyir: “Bu ayə Qurani-Məcidin mö”cüzələrindən biridir. Bizim zamanımıza qədər onun haqqında heç kəsin xəbəri yox idi.”

Müasir elmə əsasən yer kürəsinin iç hissəsini (nüvəsini) kəşf ediblər. Hətta əgər dəmiri onun içinə atsalar əriyib mayeyə dönər. Əgər oradan yer kürəsinin üst qabığına kiçik bir deşik açılsa yüzlərlə metr ətrafı yandırar. Dağlardan çıxan vulkanlar elə buna görədir. Allah Taala bu odun ətrafında qalınlığı orta hesabla 30 km olan qabıq yaradıbdır. Bu qabığın yer kürəsinin içindəki odla müqayisədə qarpızın qabığının onun içinə olan nisbəti kimidir. Başqa sözlə desək, yer kürəsinin dərinliyi həddindən artıqdır. Əgər yer kürəsini əhatə edən qabıq olmasaydı, hər yer külə dönərdi. Yer kürəsinin bəzi hissələrində şiddətli zəlzələlərin nəticəsində onun qabığı parçalanır və od şölələnir. Bəzi yerlərdə dağı yerindən qoparır.

Bu məsələ müasir elmlə sübuta yetirilibdir ki, Qiyamətdə dəryalar birləşərlər, dəryaların suyu odların üstünə tökülərək şölələnər; bu ona oxşayır ki, bir yer od tutub yananda onun üstünə su tökərkən daha da şölələnir.

Çünki, yer kürəsində olan maddə dəryaların suyuna çatır, bütün dəryalar şölələnir (od tutub yanır). Çünki, suyun tərkibi iki ədəd hidrogen və bir ədəd oksigen atomundan təşkil olunubdur. Hər ikisi yəni hidrogen və oksigen maddələri alışma qabiliyyətinə malikdirlər. Lakin Allah-Taalanın qüdrəti ilə atəş və odun ziddinə olan su bu iki maddənin tərkibi ilə yaranmışdır. Amma Qiyamət günündə yandırıcı maddələr qələbə çalmaqla su parçalanacaq və ikinci dəfə onun ilkin maddələri olan hidrogen və oksigen (təşkil tapdığı maddələr) ayrı-ayrılıqda malik olduğu həmin yandırıcı xasiyyətini yenidən kəsb edəcəklər. Doğrudan da Qiyamət günü təəccüblüdür!
BU ANDLAR VƏ Mömin
Mənhəc təfsirində bəzi tədqiqatçılarin etiqadına əsasən bu altı and iman əhlinə aiddir.

Yəni Möminin qəlbi möhkəm dağ kimidir.

Möminin qəlbidir ki, onun üstündə

Allahın qüdrətli qələmi ilə “la ilahə illəllah” yazılıbdır və heç vaxt silinməz, məhv olmaz. Allahdan istəyirəm insan elə məqama çatsın ki, Allah-Taala onun qəlbində tovhid kəlməsini həkk etsin.

Rəqq, yəni cild, yəni Möminin qəlbidir. Möminin qəlbi həmişə açıqdır. Onun qəlbi heç vaxt Allahın lütfündən məhrum olmaz.

İman əhlinin qəlbidir.

Möminin qəlbi həmişə

Rəhman Allahın ərşidir. Allahın zikri ilə və Allahı yad etməklə abaddır, onun qəlbi qəflət yuxusuna getmir.

And olsun Möminin ruhuna ki, ta-van evə hakim kəsilən kimi, Mömin də öz qəlbinə hakim kəsilir.

Bu ayə Allahın məhəbbəti ilə alışmış iman əhlinin qəlbinə işarə edərək, ona and içir.


İSA əleyhis-salam VƏ XAİFİNİN SöZLƏRİ
Həzrəti İsa ibni Məryəm əleyhis-salam üç nəfəri qəmgin halda gördü. Bədənləri zəif və üzləri saralmışdı. İsa əleyhis-salam buyurdu: Hansı səbəb sizi bu günə salıbdır? Dedilər: Allahın qorxusu. İsa əleyhis-salam başqa üç nəfəri gördü ki, onlardan çox bu üç nəfər qəmgindir. Qəmginliyinin səbəbini onlardan soruşdu. Dedilər: Allahın rəhmətinin şövqü bizi bu hala salıbdır. İsa əleyhis-salam daha başqa üç nəfəri gördü. Onlardan soruşdu: siz nə üçün qəmginsiniz? Dedilər: Allahı istəməkdən və Onun fəraqına görə bu cür olmuşuq. İsa əleyhis-salam üç dəfə təkrar edərək onlara buyurdu:

Allahın dərgahına yaxın olanlar, sizsiniz.


ŞÜEYB VƏ MÜNACATIN ŞöVQÜ
Şüeyb Peyğəmbər o qədər ağladı ki, axırda gözləri tutuldu. Allah-Taala onun gözlərinə şəfa verdi. Yenə də o ağlamağın nəticəsində kor oldu. Allah-Taala buyurdu:–Şüeyb, biz ki, səni savaba çatdırırıq, bəs niyə belə edirsən? Şüeyb ərz etdi:–Münacatı çox istəyirəm.

Allah-Taala da dünyada Musanı onun üçün xidmətçi seçdi.Allah-Taala hər insanı xəlq etdiyi gündən bəri, gör nə qədər onunla mehribancasına rəftar edir. Ona nə qədər ləzzətli xörəklər, nə qədər paltarlar qismət edir, nə qədər onun eyblərini örtür, nə qədər onu bağışlayır!

İnnə əzabə rəbbikə lə vaqiun

Yəni, həqiqətən sənin Allahının əzabı hökmən vaqe olacaq. Yəni, Quranda yazılmış bütün əzablar baş verəcək.

Ma ləhu min dafiin

Yəni o əzabın qarşısını alan yoxdur. Heç kəs Allahın əzabının qarşısını ala bilməz.

Orada rüşvətə yer yoxdur. Yaltaqlıq fayda verməz.

HANSI ŞƏRAİTDƏ ALLAHIN ƏZABI BAŞ VERİR


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə