Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə10/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
1   2   3   4   5   6   7   8   9   10
BEHİŞTDƏ ƏBƏDİ AĞACLAR

“Üddətüd-dai” kitabında rəvayət olunub ki, Rəsuli Əkrəm bağda xurma əkən bir kişinin yanından keçəndə buyurdu: “İstəyirsənmi səni kökü sair bütün ağaclardan daha davamlı və daha möhkəm, meyvəsi sair ağacların meyvələrindən daha pak və pakizə, başqa ağaclardan daha tez yetişən və onlardan daha çox əbədi qalan bir ağaca tərəf hidayət edim?” Kişi “Bəli ya Rəsuləllah” deyə cavab verdi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: “Hər sübh və axşam

“Əlhəmdu lillah və la ilahə illəllahu vəllahu əkbər” desən, sənin üçün Cənnətdə on ağacda müxtəlif meyvələr göyərəcək.” O kişi bu sözü eşidəndən sonra ərz etdi: “Mən bu xurma ağaclarını müsəlmanların fəqirlərinə sədəqə verdim.”

Həmin kitabda nəql olunub ki, Allah-Taala Süleyman peyğəmbəri insanların və cinlərin hakimi etmişdi. Cinlər onun üçün ipəkdən eni və uzunu 2 fərsəx olan bir xalça toxumuşdular. Süleyman peyğəmbərin minbərinin ətrafında altı yüz min kürsü qurulmuşdu ki, onların üstündə peyğəmbərlər və alimlər əyləşirdi. Onların arxasında insanlar, onların da arxasında cinlər əyləşirdi. Quşlar öz qanadları ilə onların üstünə kölgə salırdı. Səba yeli o həzrətin taxt-tacını yerdən qaldırırdı. Bir aylıq yolu bir gündə keçirdilər. Allah küləyə əmr etmişdi ki, bütün səsləri onun qulağına çatdırsın. Günlərin birində külək Süleyman peyğəmbərin səltənət taxtını havada hərəkət etdirəndə bir kəndli bunu görüb dedi: Allah Davudun oğluna (yəni Süleyman peyğəmbərə) mülk əta etmişdir. Külək bu sözü Süleyman peyğəmbərin qulağına çatdırdı. O, elə oradaca yerə enib kəndliyə tərəf getdi və buyurdu: Sənin yanına gəlmişəm ki, qüdrətin çatmadığı şeyi arzu edəsən. Sonra buyurdu: Allahın qəbul etdiyi bir təsbih Davudun oğluna verdiyindən qat-qat yaxşıdır. Çünki təsbihin savabı əbədi olaraq qalır, bu mülk isə fani olub gedir... Bəli, həmin səbəbə görə də Süleyman peyğəmbər öz qəsrinin damında əsaya söykənən halda öz mülkünə tamaşa edirdi. Birdən ölüm mələyi Əzrail gəlib onun aşağıya düşməsinə möhlət vermədən canını aldı. Uzunu müddət bədəni elə əsaya söykənmiş halda qaldı. İnsanlar və cinlər onun diri olduğunu güman edərək yaxınlaşmağa cür”ət etmədilər. Nəhayət qurdlar əsanını iç tərəfdən yedilər. Onun cansız bədəni yerə düşdü. Süleyman peyğəmbərin padşahlığının axırı budur. Deməli aqil insan əbədi, qalarlı həyatın fikrində olmalıdır. Ona da çatmağın yeganə yolu iman və saleh əməldir.

Həmçinin, “İddətud-dai” kitabında Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunubdur ki, həzrət səhabələrə buyurdu: “Sizə dildə tələffüzü asan, əməl mizanında dəyərli, Rəhman Allahı xoşhal edən, şeytanı uzaqlaşdıran, behiştin xəzinələri olan beş kəlməni öyrədimmi?” Dedilər: “Əlbəttə, ya Rəsuləllah!” Həzrət buyurdu:

“Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər və la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim”.

Başqa bir rəvayətdə Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurur: “Me”rac gecəsi bir behiştə daxil oldum, orada müşkdən olan bir səhra gördüm. Məlaikələr orada imarətlər tikirdilər. Kərpicləri qızıl-gümüşdən idi. Arada bəzən dayanırdılar. Mən onlardan soruşdum ki, “siz nə üçün arada bəzən dayanır və sonra işi davam etdirirsiniz?” Dedilər ki, biz nəfəqə gözləyirik. Dedim ki, nəfəqə nə deməkdir? Dedilər ki, Möminin “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” deməsidir. Bunların əsli və kökü yerdə, budaqları isə asimanlardadır. Bu kəlmələr insanı asimani bəlalardan, ağır ölümdən, uçurumun altında qalmaqdan qoruyub hifz edirlər. Bu kəlmələr insanın həmişəlik qalan saleh əməlləridir.

Diqqət yetirilməlidir ki, bu kəlmələrin savabını əldə edib onlardan faydalanmaq o halda mümkün ola bilər ki, gələcəkdə Allahın və Peyğəmbərin əmrindən boyun qaçırmasın, günah etməklə onları puça çıxartmasın. Peyğəmbərdən rəvayət olunub ki, hər kəs bir dəfə “subhanəllah” desə, cənnətdə onun üçün bir ağac əkilir. Hər kəs “əlhəmdu lillah” desə, onun üçün cənnətdə bir ağac əkilir. Hər kəs “la ilahə illəllah” desə, onun üçün cənnətdə bir ağac əkilir. Hər kəs “Allahu əkbər” desə, onun üçün cənnətdə bir ağac əkilir.” Qüreyşdən bir kişi dedi: “Onda bizim behiştdəki ağaclarımız nə çoxdur!” Həzrət buyurdu: “Bəli, amma ehtiyatlı olun ki, od parçası göndərib onları yandırmayasınız. Bu həmin Allahın kəlamıdır ki, buyurur:

“Ey iman gətirənlər, Allaha itaət edin, Onun Rəsuluna itaət edin və (Allahın əmrlərindən boyun qaçırmaqla) öz əməllərinizi batil (puç) etməyin.”

“Gecənin bir qismində Ona (Allaha) təsbih de və namaz qıl, Allahı yad et, ulduzların qayıtdığı vaxt, fəcrin açıldığı zaman–gündüz olanda.”

Bu ayədə Allahı zikr etməyin mühüm olan və buna da əmr olunan iki yeri bəyan edir və buyurur ki, birincisi gecənin bir qismidir. Həzrət İmam Baqir və İmam Sadiq əleyhissalam-dan nəql olunub ki, səhər vaxtı dedikdə, məqsəd gecənin axırıncı üçdə bir hissəsi nəzərdə tutulur. Həmin vaxtda təsbih deməkdən məqsəd, on bir rəkətdən ibarət olan gecə namazıdır. Onlardan dörd dənə iki rəkətli namaz gecə namazı, iki rəkəti şəf” və bir rəkəti vətr namazı niyyəti ilə qılınmalıdır. Ayədəki “İdbarənnəhar”dan məqsəd sübhün iki rəkət nafiləsi və iki rəkət sübh namazının özüdür. Bəzi müfəssirlər də demişlər ki, bu şərif ayə zikrin davamlı olmasına işarədir. Yəni yuxudan ayılandan gecə yatan vaxta qədər hər bir halda və zamanda Allahı yad et. Çünki Allah bir an belə səndən qafil qalmır və daimi olaraq sənin keşikçindir. Və bəlkə də

ayəsi məhz həmin mənaya dəlalət edir. Lakin bu ayənin zahiri Allah zikrinin zikr olunduğu vaxtlardakı xüsusiyyətlərinə işarədir. Xüsusilə sair ayələrin də işarə etdiyi kimi, səhər çağlarında istiğfar edənlər...

Rəsuli Əkrəmin Besətinin əvvəllərində gecə namazı qılmaq onun əhəmiyyətinə görə bütün müsəlmanlara vacib idi. Sonradan müsəlmanlara asan olsun deyə, müstəhəb edildi və “Müzzəmmil” surəsində bəyan olunduğu kimi, yalnız Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə vacib oldu. Hər hansı çətinlikdə, məşəqqətdə olmayan hər bir müsəlmana layiqdir ki, gecə namazını tərk etməsin və özünü bu böyük səadətdən məhrum etməsin. Məhz bu səbəbdən də bəzi rəvayətlərdə Əli əleyhissalam-ın şiələri olmağın əlaməti gecə namazına durmaq kimi təbir olunmuşdur.
ƏLİ əleyhissalam-IN BƏYANINDA ŞİƏLƏRİN NİŞANƏLƏRİ
Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhissalam Əhnəf ibni Qeys üçün öz şiələrinin əlamətlərini bəyan edərək buyurdu ki, “...onların qədəmləri gecə namazına duran, rüku və səcdə halında əyilənlərdir; Quran oxuyurlar, onların Allahın xovfundan etdikləri ah-nalələri ucalar...”

Burada bir hədislə kifayətlənirik: Əli əleyhissalam bir aylı gecədə camat namazını qılıb qurtarandan sonra məsciddən çölə çıxdı. Səhabələrindən bir dəstəsi onun ardınca gəlirdilər. Həzrət soruşdu ki, siz kimsiniz? Ərz etdilər ki, biz sənin şiələrinik. Buyurdu: “Mən şiələrin əlamətlərini sizlərdə görmürəm.” Ərz etdilər ki, şiələrin əlamətləri hansılardır? Buyurdu: “Bizim şiələrimiz o kəslərdir ki, gecələr oyaq qalmaq nəticəsində üzləri saralar, zəifləyər, ağlamaq nəticəsində gözlərinin nuru azalar, qarınları oruc tutmaq nəticəsində arxaya çəkilmiş, kürəkləri rüku və səcdə etməkdən əyilmiş olar, ağızları çox dua oxumaq nəticəsində qurumuşdur. Budur Əhli-beyt əleyhissalam-ın şiələrinin sifətləri!”



GECƏ NAMAZI QILMAĞIN DÜNYƏVİ FAYDALARI
İmam Həsən Əsgəri əleyhissalam İbni Babəveyh Qumiyə yazdığı bir məktubda ona üç dəfə gecə namazı qılmağı tövsiyə edir. (Ələykə bisəlatilləyli).

İndi isə nümunə üçün gecə namazının bir neçə dünyəvi və bir neçə axirət faydalarını qeyd edirik:

Gecənin axır vaxtlarında yuxudan durub gecə namazı qılmaq cismi sağlamlığa səbəb olur. Həzrət Əli əleyhissalam-dan rəvayət olunub ki, “Hər kəs çox yatsa, xüsusilə də sübh vaxtı, bədənində ağırlıq və kəsalət olar.”

Gecə namazı gözün nurunu artırır, ruzini bol edir, məhəbbətə səbəb olur. Bir hədisdə buyurulur ki, bir qadın Həzrət İmam Sadiq əleyhissalam-ın yanına gəlib dedi: Ey Peyğəmbərin övladı, ərim məni çox istəmir, mən nə edim? Həzrət buyurdu: Get gecə namazı qıl. O qadın bir müddətdən sonra yenidən həzrətin hüzuruna gəlib təşəkkür edərək dedi ki, o vaxtdan bəri ərim məni istədiyi qədər heç kəsi istəmir.

Həzrət buyurdu ki, Allah rəhmət eləsin o qadına ki, gecə namazına durub ərini də namaza oyatsın, həmçinin, Allah rəhmət eləsin o kişiyə ki, özü gecə namazına qalxıb arvadını da namaz üçün oyatsın.
GECƏ NAMAZININ AXİRƏT FAYDALARI

Allah taala gecə namazı qılan şəxslərlə iftixar edir. Gecə namazı qəbirdə, Siratda, Mizanda onu qılan şəxs üçün bir nurdur. Allah gecə namazı qılanlardan razıdır, onları elə bir məqama çatdırar ki, bu əməli yerinə yetirmədən bir kəs həmin məqama çata bilməz. Zəhmət çəkmədən xəzinə tapmaq olmaz, sə”y edib çalışanlar muzd ala bilər.


MƏRHUM MÜQƏDDƏS ƏRDƏBİLİNİN ÇATDIĞI YÜKSƏK MƏQAMLAR GECƏ NAMIZININ BƏRƏKƏTİNDƏN İDİ
Müqəddəs Ərdəbili Həzrət İmam Zaman əleyhissalam-ın hüzuruna dəfələrlə çatmışdı, həzrət İmam Əli əleyhissalam-ın qəbri üzərində o həzrətlə danışırdı. Onun özündən bu yüksək mənəvi dərəcələrə çatmağın səbəbi barədə nəql olunub ki, təhsilinin əvvəllərində bir tələbə ilə bir hücrədə qalırdım. Onunla sözləşib əhd bağladıq ki, bizim üçün hər nə baş versə, bir kəsə açıb deməyək. Nəhayət bir zaman oldu ki, heç nəyimiz olmadı, dostum aclıq nəticəsində çox zəiflədi, əhd bağladığımız üçün bunu heç kəsə açıb demirdi. Bir gün bir nəfər mədrəsəyə gəlib dostumun zəifləməsinin səbəbini (mən orada olmadığım halda) onun özündən soruşub. O, əvvəldə heç nə deməmişdi, amma onu and verdikdən sonra işin həqiqətini açır və deyir ki, aclığın və yoxsulluğun şiddətindən mən və dostum belə arıqlayıb zəifləmişik.

O şəxs dərhal hər ikisi üçün təam gətirib bir kisə də pul verir. Molla Əhməd (Müqəddəs Ərdəbili) gələndə hal-əhvaldan xəbərdar olur və dostuna e”tiraz edir ki, nə üçün açıb demisən, məgər əhd bağlamamışdıq? Xülasə, yeməyi bir yerdə yeyib pulları da yarıya bölürlər.

Müqəddəs Ərdəbili yatıb gecə yarısı oyanır görür ki, boynuna qusul düşmüşdür. Hamama gedir ki, qüsl etsin. Hamamçı qapını içəridən bağlayıb açmır. Müqəddəs Ərdəbili nə qədər israr edirsə hamamçı qapını açmır ki, açmır. Deyir ki, pulunu iki qat artıqlaması ilə verəcəyəm. Yenə də açmır, nəhayət pullarının hamısını verməyə razılaşır ki, təki qusl alıb gecə namazını əldən verməsin.

Həmin gecədən Allah taala ona xas bir lütf inayət edir və ondan cürbəcür kəramətlər görünməyə başlayır.




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə