Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə2/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
1   2   3   4   5   6   7   8   9   10

Yəvmə təmurus-səmau məvrən.

Bütün təlatüm şeylərə məvr deyirlər. Yəni, bir gün olar ki, bütün kürələr və başqa yaranmışlar bir-birinə dəyərlər. Göylərin zahiri forması dəhşətli olar, Qiyamət səhrasının ətrafından vəhşət yağar.

Ulduzlar öz nəzmlərini itirməklə bir-birinə dəyərlər. Yer titrəyər, xarabaya dönər, dağlar bütün möhkəmliyi ilə, əzəməti ilə hərəkətə gələr. Bütün dağlar zəlzələnin nəticəsində dağılıb yumşalar, parçalanıb tikə-tikə olar. Qiyamət Allah-Taalanın mütləq səltənət və hakimiyyətinin nişanəsidir. Sinəsini döyüb mənəm-mənəm deyən insan öz səhvini başa düşəcək ki, qüdrət yalnız Allaha məxsusdur. Qüdrətli Odur, qadir Odur, vəssalam.

Bir dəstə iman əhli bu dünyada başa düşürlər ki: la məlikə illa huvə” yəni,

mülk yalnız Allah üçündür. “La əzizə illa huvə”, yəni qüdrətli yalnız Allahdır. Bunlar öz elmləri ilə başa düşürlər, başqalarının başa salmasına ehtiyacları yoxdur. Lakin insanların çoxu bunu Qiyamət günü başa düşürlər. Amma Qiyamətdə başa düşməyin artıq faydası yoxdur.

Aləmlərin Allahına layiq olan sifətləri Qiyamətdə başa düşməyin əsla xeyri yoxdur. Bu zəif bəşər bəzi vaxt öz ailəsində, əhli-əyalı üçün Allahlıq edir, başqası şagirdi üçün, Fir”on isə Misir diyarına görə Allahçılıq iddiası edir. Hamı məxluqdur, hamı bir olan Allahın xəlq etdikləridir. Hamı bir olan Allahın ruzisini yeyir. Bir damcı nütfədən yaranmış və axırı iylənmiş leşə dönən insan hansı üzlə, hansı əsasla mənəm-mənəm deyə bilər? “Mən etdim”, “mən edəcəyəm” və s. Əgər bəşər düz deyirsə, onda tükünü ağarmağa, qulağını ağır eşitməyə, gözünü kor olmağa, dişlərin tökülməyə qoymasın. Qurban olsun o ağıllı adama ki, Allahın əzəmətinin nişanələri zahir olmamışdan qabaq (Qiyamət gününə işarədir) başa düşə və bilə ki, mənim kimi zəif bəndənin əlindən heç bir iş gəlmir: bilə ki, hər şey Allah tərəfindəndir. Bir damcı suyu heykəl şəklinə salan məhz Allahdır. O, cansız maddə olan çörəyi insanın bədəninə bədəninə daxil edərək orqanizmə döndərir. Kim insana can verir? Bəşəriyyətin çoxu cəhl və nadanlıq qaranlıqlarında qərq olubdur, qeyb aləminə diqqət etməyə ləyaqətləri yoxdur.

Elə buna görə də Qiyamət günündə bəşərə həqiqətlər başa salınar və Allahın əzəməti məlum olar.

Allah-Taalanın əzəmətini bu dünyada başa düşənlərin və bütün qüdrətlərin Allah üçün olduğunu başa düşənlərin xoş halına! Xoş onların halına ki, Allah-Taalanın qüdrətinin möcudların arasında paylaşdırmasını bilirlər. Xülasə, Qiyamət ilahi qüdrət və əzəmətin zahir olduğu bir gündür.


QİYAMƏT ƏCAİBLƏRİ QORXU

DOĞURUR
Qiyamətdə qorxu və vəhşətin səbəblərindən biri, onun misilsiz mənzərələridir. Yəni bəşər yenidən dirilib torpaqdan baş qaldırdığı zaman elə şeylər görür ki, onu heç vaxt dünyada görməyibdir. Dünyada baş verən zəlzələlər nə qədər şiddətli olsa da Qiyamətdəki zəlzələ ilə müqayisə olunası deyil. Qiyamət zəlzələsi elə bir zəlzələdir ki, dağları xarabaya çevirir.

Hamı həyəcanlanar, yalnız öz haylarında olar və özlərini fikirləşərlər.

Hədisdə nəql olunur ki, Rəsuli Əkrəm buyurdu:

“Camaat Qiyamətdə ayaqyalın, başı açıq məhşur olacaq.”

Ümmü Sələmə Həzrətdən soruşdu: “Qadınlar nə halda olacaqlar?”

Rəsuli Əkrəm buyurdu: “O gündə, hər kəsin başı öz nameyi-əməlinə elə qarışacaq ki, başqasına diqqət edə bilməyəcək.” (Başqası ilə maraqlana bilməyəcək.)
GƏMİNİN QƏRQ OLMASI QİYAMƏTİN KİÇİK BİR NÜMUNƏSİDİR
Yelkənli gəmilərdə dəryaya səfərə çıxanlar bilirlər ki, dəryada tufan olanda, bəzən dəryanın dibindəki çirkab da suyun üzünə qalxır, dəryadan elə bir dalğa gəlir ki, hətta gəminin içini su basır. Belə olan halda gəmidəki sərnişinlərin yadına heç kəs və heç nə düşmür, elə öz haylarında elə olurlar ki, heç nəyə diqqət yetirə bilmirlər. Qiyamətdə də qadın və kişilər yalnız öz haylarında olarlar.
XƏDİCƏ QİYAMƏTİN ÇILPAQ VƏZİYYƏTİNDƏN QORXURDU
Rəsuli Əkrəm bir neçə qadına zamin durdu ki, məhşərə çılpaq vəziyyətdə gəlməyəcəklər. Onlardan biri Fatimeyi-Zəhra əleyha salam, o birisi isə Möminlərin anası olan Xədiceyi Kübra idi. Həmin Xədicə idi ki, Allah-Taala Cəbrailin vasitəsilə ona salam göndərdi. Xədicə o qədər Qiyamətdən qorxurdu ki, Fatimədən xahiş etdi, Allahın Rəsuluna desin, Xədicə öləndə Peyğəmbərin köynəyini onun üçün kəfən etsin. Həmin qadınlardan biri də Əli ibni Əbitalibin anası Fatimə binti Əsəd idi.

CÜBEYRİ öZ BAŞINA ÇARƏ QILMAĞA VADAR EDİR


Cübeyr Peyğəmbərin əshablarından biridir. O, “Bədr” müharibəsindən sonra əsir olmuş müşriklər haqqında Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ilə söhbət etmək üçün Məkkədən Mədinəyə səfər etdi. Cübeyr həmin vaxt kafir idi. Cübeyr əsirləri azad etdirmək istəyirdi. Buna görə də Mədinə şəhərinə, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gəldi. O, sübh azanı vaxtı Peyğəmbər məscidinin qapısının ağzına yetişdi. Həmin vaxt Xatəmül-Ənbiya səlləllahu əleyhi və alihi və səlləm sübh namazını qılırdı. Birinci rəkətdə “Həmd” surəsindən sonra mübarək “Tur” surəsini oxudu. Cübeyr deyir ki, müşriklərə məscidə daxil olmaq üçün icazə verilmədiyinə görə bu surəyə bayrdan qulaq asırdım. Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm Ï; ayəsini qiraətinə çatan zaman

bədənimə titrətmə düşdü. Ayəni eşidən kimi oturdum. özümə əlac qılmaq üçün fikirləşdim. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm namazı qurtarandan sonra, Allahın əzabından canımı qurtarmaq üçün icazə alaraq məscidə girdim və müsəlman oldum.

Bu cür hadisələr Allahın, bəndəsinə olan mehribançılığından irəli gəlir. Nəhayət, Cübeyr müsəlman oldu.
QURAN AYƏSİNİN PAK FİTRƏTDƏ QOYDUĞU TƏSİR
Mərhum Hacı Şeyx Əliəkbər Nəhavəndi yazır:

“Bir kişi öz oğlunu dərs oxumaq üçün məktəbə göndərmişdi. Məktəbdə həm fars dili, həm də Quran dərsi tədris olunurdu. Bir gün günorta çağı uşaq məktəbdən evə qayıtdı. Atası gördü ki, oğlunun rəngi saralıb, deyəsən qızdırması var. Ona dedi: Oğul sənə nə olubdur! Uşaq ağlaya-ağlaya cavab verdi ki, müəllim bu gün bizə aşağıdakı ayəni öyrətdi:

“Vəttəqu yövmən yəc“əlül

vildanə şəybən” Yəni qorxun o gündən ki, uşaqları qocaldır.

Ata fikrə getdi. Xülasə, uşağın qızdırması çoxaldı və dünya ilə vidalaşdı. Həddi buluğa çatmamışdan qabaq onun cənazəsini dəfn etdilər. Atası oğlunun qəbri üstə gəlib, deyərdi: “Kaş ki, sən günahsızın yerinə mən öz napaklığımdan öləydim!”

Yövmə təmurus-səma”u məvrən.

“Məvr” iztirab və yerindən qopmaq deməkdir. Təfsirçilərin bəzisi buyurubdur ki, məvr, dövri hərəkətdir. Yer o cür möhkəmliyi ilə parça-parça olacağı halda, görəsən zərif insan nə hala düşəcək? Qiyamətin vəziyyəti o qədər qəribə və təəccüblüdür ki, insanın gözü, heyrətdə qaldığı üçün 40 il hərəkətsiz olar. İnsan ölüm vaxtı gözünü bir yerə dikdiyi kimi Qiyamətdə də o cür olar.

“Və təsirül cibalu səyrən”

Yəni dağlar Qiyamətdə bir-birinə dəyib darmadağın olacaq, toza dönəcəklər.

Onda Qiyamətdə nə olacaq?!

“Fə vəylün yəvməizin lil-

mükəzzibinə” “Vəyl” sözünün mənası şiddətli əzab və ya Cəhənnəmdə olan quyu deməkdir. “Lil mükəzzibin, yəni Qiyaməti inkar edənlər üçün şiddətli əzab vardır, o adamlar üçün ki, bu gün “axı kim o dünyadan gəlibdir ki, xəbər də gətirə?” deyirlər.

Həzrəti Loğman buyurur: “Bəzi insanlara təəccüb edirəm ki hər gecə-gündüz ölür, yenə də dirilir və bununla belə, Qiyaməti danır. Burada ölməkdən məqsəd yatmaqdır. İnsan yatdığı vaxt ruhun rabitəsi onun cismi ilə bir az azalır, amma yenə də ruh cisimlə əlaqədə olur. Lakin, bəzi vaxt ruh tamamilə cisimdən ayrılır, əlaqəsi kəsilir, yəni insan yatdığı yerdə də ölür. Belə isə, Mömin yatarkən vəsiyyətnamə və kəfənini öz yanında qoymalıdır.

Əgər ölməsə yuxudan ayılsa gərək desin:

Həmd olsun O Allaha ki, məni öldürdükdən sonra diriltdi. Yalnız ona tərəfdir dirilib qalxmaq.”
QİYAMƏT ƏQLİN HöKMÜ İLƏ
Əql və təhqiq əhlinin nəzərində, Qiyamətdən açıq-aydın nə ola bilər? Əgər peyğəmbərlər də Qiyamətdən xəbər verməsəydilər, ağıllı adam başa düşərdi ki, bu dünyadan sonra başqa bir dünya da vardır. Əgər yalnız bu dünya olsaydı yaşayış əbəs və mənasız olardı. Həkim olan Allah da əbəs iş görmür. Bu dünya oyuncaqdır. Bu dünyanın büsatı yığışdırılacaq, hökmən bundan yaxşı büsat qurulacaq. Allah-Taala elə bir ev hazırlayıbdır ki, onun içindən çıxmaq mümkün deyil. Bu dünyanın paltarları istər istəməz köhnəlir amma o dünyanın paltarları dəyişilməz qalır.
GÜNAHKAR MöminİN ƏZABI AZDIR
Müfəssirlərdən bəzisi deyirlər ki, mükəzzibin mənası Qiyaməti inkar edən deməkdir. Amma iman əhlinin içində günah edənlər necə? Bunlar mükəzzib deyil, günahkardırlar. “Vəyl”, yəni şiddətli əzab Qiyaməti inkar edən şəxs üçündür. Amma günahkar Möminin əzabı yüngül olacaq. Rəvayətdə vardır ki, Cəhənnəm yeddi mərtəbədir. Onun əzabı az olan birinci mərtəbəsi, günahkar Möminlər üçündür, iman nuru öz sahibini çox da alçalmağa qoymur üstəlik onu hər iki dünyada paklaşdırır.

“Əlləzinə hum fi xəvzin

yəl”əbunə” “Xəvz”, batmaq, qərq olmaq mənasındadır, batilin içində batmaq deməkdir, həmişə bu mənada işlənir. Və hətta batil kəlməsindən ayrı da işlənsə həmin mənanı itirmir. Batil kəlməsini işlətməyə də ehtiyac yoxdur. “Xaiz”, yəni hər kəs ki, batilin içinə batar, batildə qərq olur. “Əlləzinə hum fi xəvzin yəl”əbunə”, yəni o kəslər ki, batilin içində qərq olublar.

Əxlaq elmində zikr olduğu kimi, batildə qərq olmaq üç hissəyə bölünür.


BATİLDƏ QƏRQ OLMAĞIN ÜÇ QİSMİ
Batildə qərq olmağın birinci qismi kafir və mürtəd olmaq, ikinci qismi haram, üçüncü qismi isə məkruhdur (xoşa gəlməz işlər).

Birinci qisim, küfr və mürtədlik üsulid-dinə aiddir. Məsələn Qiyaməti ələ salıb onu danmaq, məada, İslamın əziz Peyğəmbərinə, on iki İmam əleyhis-salamın imamətinə aid olan məsələləri inkar etmək birinci qismə misal ola bilər. Bir sözlə batildə qərq olmaq (birinci qismə əsasən) yəni tovhidi, nübüvvəti, imaməti və məadı inkar etmək deməkdir.

Yuxarıdakı ayə də birinci qisim barəsindədir. İkinci qisim haramdır. Bu da günah əhlinin əməlini təkrarlamaq və danışmaqdır. Məsələn, iki nəfər bir-birinin yanında oturan kimi günah əhlinin əməlini, günah məclislərini, o cümlədən rəqs, qeyri-şər”i kino, üzdəniraq teatr və s. kimi məclislər haqqında söhbət etməyə, başlayırlar ki, bu iş haramdır.

İkinci qism məkruhdur. Məkruh odur ki, bir yerdə otururlar və varlıların eyş-işrəti haqqında söhbət edirlər, əlbəttə bu şərtlə ki, içində qeybət olmasın.

“Yövmə yuddəunə ila nari Cəhənnəmə də”ən.”

“Yəvm” yəni gün, “yud”əvnə”, hər hansı bir şeyin şiddətlə bir yerə atılmağına deyirlər.

O kəslər ki, batilin içində qərq olublar, onları şiddətlə Cəhənnəmə atacaqlar.

Rəvayət olunur ki, əvvəl Cəhənnəm əhlinin əllərini boyunlarına bağlayar, sonra onların tüklərini ayaqlarına dolayıb üzü üstə Cəhənnəmə atan zaman Cəhənnəm məmurları onlara deyəcəklər: “Bu həmin Cəhənnəmdir ki, dünyada onu inkar edirdiniz!”

Doğrudan da bəşər necə iddialara, necə inkarlara əl atır! Bəşər hansı cür”ətlə məadı danır? Heç olmasa gərək Cəhənnəmin və Cənnətin haqq olmasını ehtimal versin! Məgər Cəhənnəm və Cənnətin yoxluğuna yəqinliyi vardır? Rəvayətdə vardır ki, Cəhənnəm əhlinin əl- ayaqlarını bağlayan zaman nə”rə çəkirlər. Mələk onlara deyir ki, bu hələ əzab deyil, Cəhənnəmə gedəndən sonra əzabı görəcəksən!

Hazihin-narul-ləti kuntum biha tukəzzibun”

Bu həmin oddur ki, siz bunu inkar edirdiniz.

CƏHƏNNƏM DƏ SEHRDİR?


Kafirlər və müşriklər peyğəmbərlərin qarşısında iki söz deyirdilər; deyirdilər ki, o ya sehrkardır, ya da şair. O cümlədən müşriklərdən biri olan Ütbə başqa müşriklərin təzyiqi ilə Peyğəmbərin yanına getdi və dedi: Ey Mühəmməd! Şerlərindən bir az mənim üçün oxu! Peyğəmbər buyurdu: Quran şer deyil. Həzrət onun üçün bir ayəni tilavət etdi. Ütbənin canına lərzə düşdü, öz-özünə əsməyə başladı və dedi: Ey Mühəmməd! Daha bəsdir, oxuma!

O evə qayıtdı, içəri girib qapını bağladı. Bu hadisədən sonra müşriklər onun ətrafına toplaşıb dedilər:

Sən bizi rüsvay etdin. Nə isə, onlar sonra da sehr töhmətini peyğəmbərin adına çıxararaq deyirdilər: peyğəmbər bizi sehr edibdir. Cəhənnəmin məmuru Qiyamətdə buyuracaq: Bu sehrdir? Bu ilahi vəhyin Qurandan bariz nümunəsidir.

Peyğəmbərə və İlahi kitaba bu cür nahaq töhmət vuranlar çox həyasız idilər. Quranın nəyi sehrə oxşayır? Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-in hansı işi sehrkarların işinə oxşayır? Sehrkar xalqın içində ən alçaq və tamahkar insandır. Sehr əməli də ən çirkin və alçaq işdir. Belə olan halda Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bütün paklığı və mö”cüzə olan Quranı ilə sehr edirdi?! Bəşər övladı çoxlu iftira, böhtan atır, töhmət vurur, üstəlik e”tinasızlıq da edir. Buna görə də Qiyamətdə onlara deyərlər: Bu Cəhənnəm də sehrdir? Ya siz görmürsüz?

Hazihi Cəhənnəmul-ləti kuntum tu”ədun”

Sözün qısası “Məgər bu sehrdir, yoxsa siz görmürsünüz?!”

Sonra onları daha da çox danlamaq üçün deyirlər:

Yəni, sizin üçün fərqi yoxdur, istər səbr edin, istərsə də səbr etməyin. Hər iki halda gərək Cəhənnəm odunu dadasınız.

Siz yalnız etdiyiniz çirkin əməllərin qarşısında cəzalanırsınız. Qışqırsanız da, qışqırmasanız da Cəhənnəmin odunu dadacaqsınız!

Dözsəniz də, dözməsəniz də Cəhənnəm odunu dadın!

Səbrin o dünyada yox, bu dünyada qiyməti vardır. Cəhənnəmdə Cəhənnəm əhli səbr etsələr də, etməsələr də, (hər iki halda) əzabları azalmayacaq.

Dünya ilə Cəhənnəmin fərqi budur ki, əgər Cəhənnəmdə qışqırsalar, səbirsizlik etsələr şeytanın danlağı, məzəmməti ilə üzbəüz olacaqlar.

Cəhənnəmin hər şeyi əzabdır. O cümlədən, əzaba görə səbirsizlik etsələr də onların fəryadına e”tina etməyəcəklər. Əgər səbr etsələr də bağışlanmayacaqlar. Amma bu dünyada insan bir an səbr etsə Allah-Taalanın həmişəlik lütfünə nail olması mümkündür. Başqasını vura bilər, amma vurmur, naməhrəm qadına baxa bilər, amma baxmır və ya sübh tezdən, ya gecə yarısı həddindən artıq yuxuya meyli vardır, amma ayağa qalxır namaz qılır, oruc tutur və aclığa dözür. Sözün qısası səbr etmək yaxşıdır. Baş vermiş müsibətdə Allaha xatir səbr edir, dözür, ürəyi yanır, ağlasa da fəryad etmir. Bu cür səbr çox qiymətlidir.

“İnnəlllahə məəs-sabirinə”.

Səadətin zəminəsi dünyada səbrdir Bu cür ayələr ki, (səbr haqqında) Quranda zikr olunur, iman və təqva əhli bu ayələri oxuyanda özlərini eybsiz bilmirlər. Həqiqətən, kim bilir ki, imanla dünyadan gedəcək? Mömin gərək həmişə diqqətli olsun, yadında olsun, elə ki, Quranda əzab ayələrinə çatır belə desin:

Ya Allah, Sən mənə nicat ver! Məni imanla dünyadan apar!


ƏLİ əleyhis-salam CƏHƏNNƏM ODUNDAN QORXUR!
Ənbiya və böyük şəxsiyyətlər qorxurdular, əsirdilər. Möminin hər nə qədər yaxşı əməli olsa gərək öz canını əzabdan qurtarmış kimi bilməsin. Gərək özü ilə Cəhənnəmin arasında maneə olan Allahın fəzl pərdəsini görsün. Əli əleyhis-salamdan da yuxarı bir adam tanıyırsanmı? Əli əleyhis-salam özünü əzabdan qorxmağa vadar edir. Bir gün Həzrət bir yetimin evinə girir. Gəlib təndiri qalayır. Elə ki, od şölələnir başını təndirə yaxınlaş-dırıb öz özünə deyir: “Əli! Odun məzəsini dad!”

Əgər Əli əleyhis-salam bu cür edirsə, biz nə edək? Gərək başımıza vurub “va qəfləta!” deyək.

QORXU VƏ ÜMİD–İNKİŞAFIN İKİ SÜTUNU

Əxlaq elmində qeyd olunur ki, nə qədər insan bu dünyadadır, onun kamilləşməyi üçün həm qorxu, həm də ümid lazımdır. Təki təklif yükünü axirət səfərinə qədər öz üstündən götürə bilsin. Əgər taziyanə qorxusu olmasa, ehtiraslara, nəfsani istəklərə tabeçilikdən başqa heç bir iş odan baş verməz. Eləcə də buyurur: Mömin iki nurun arasındadır, onların heç biri o birisinə qalib gəlmir və heç biri təklikdə səfər yükünü mənzilə çatdırmır. Hər iki nur gərək bərabər olsunlar.

Hədisdə var ki, əgər günahın ilk və sonuncu günah olsa da yenə Allahın əfvindən məyus olma. Çünki, əgər Allahın dərgahına gəlsən, səni bağışlayar. Nə olar ki Allah-Taala səni paklaşdıra? Buyurur, qorxu məqamında da əgər bütün Allahdan qorxan insanların əməli olsa, yenə də Allahdan qorx! Məgər qorxmursan ki, Allah-Taala bir anlığa sənin üstündən öz nəzərini çəkər, səni öz başına buraxar. Əgər Allah-Taala səni öz başına buraxsa çirkin işlərə mürtəkib olarsan.

NİYƏ BƏL”ƏM VƏ OVURUN AQİBƏTİ ŞƏR OLDU?


Bir nəfər Həzrəti Musəbni Cə”fər əleyhis-salamdan soruşdu: “Nə üçün Bəl”əm və Ovur o qədər elmləri ilə yanaşı aqibətləri itə döndü?”

Həzrət buyurdu: “Çünki, Allah-Taala bir anlığa onları öz başına buraxdı.”

Həmin şəxs ərz etdi: “Nə üçün onları öz başına buraxdı?”

Həzrət buyurdu: “Çünki, ne”mətin şükrünü yerinə yetirmədilər.”

Ağıllı Mömin gərək ənbiyanın çırağa oxşadılmış sifət və xüsusiyyətlərinə malik olsun. Gərək çırağın həm yağı, həm də alışqanı olsun. Əgər yağı olmasa, piltə yanar; əgər alışdırıcısı olmasa, ümumiyyətlə, yanmaz. Möminin qəlbi də çıraq kimidir. Məbadə şeytan onu aldatsın. Mömin bir tərəfdən bilməlidir ki, Allah bağışlayır, digər tərəfdən də qorxu kibriti ilə yanmalıdır (işıqlanmamalıdır), təki öz sifətini başa çatdıra bilsin.
ÜSTÜN İŞLƏRİ GöRMƏDİYİNƏ GöRƏ DAVUD əleyhis-salam IN QORXUSU
Həzrəti Davudun qorxusu haqqında yazılıbdır ki, hər vaxt, üstün işləri yerinə yetirməməsi və Allahın qəzəbi yadına düşsəydi, oynaqları bir-birindən ayrılar, daha sonra Allah-Taalanın lütfünə diqqət yetirər, və yenidən oynaqları bir-biri ilə birləşərdi. Əli əleyhis-salam Allahın qorxusundan qəşş edərdi. Xülasə, bəyan olduğu kimi gərək Möminin qorxu və ümidi olsun. Allaha və onun lütfünə ümidi olsun. Aləmin Allahı qənidir, kərimdir. Bir adam otuz il, qırx il, yetmiş il, ya Allah deyəndən sonra Allah-Taalanın onu qəbul etməməsi ağlasığan bir iş deyil.

Başqa tərəfdən insan qorxmalıdır ki, məbadə əməlimin qəbul olmamasının səbəbi (belə olan halda) əməllərimdəki ücb və riya ola!

Qurani-Məciddə həm Cənnət , hə də Cəhənnəm haqqında söhbət olunması qorxu və ümidlə uyğunlaşır. Əvvəlki şərif ayələr insanın qəlbini titrədən ayələrdən idi.

Kimin dünyadan pak gedəcəyinə dəlili vardır? Deməli, bu şərif ayələrdə təqva əhli olanlar üçün müqdə verilir.

İnnəl müttəqinə fi cənnatin və nəimin, fakihinə bima atahum rəbbuhum və vəqahum rəbbuhum ə”zabəl-cəhimi”

Təqva “viqayə” məsdərindən düzəlib, pəhrizkar mənasında işlənir. “Müttəqin”, yəni o kəslər ki, Allahdan qorxurlar, Allah da onlara Cənnət və nəimdə (naz-ne”mətdə, xoş gündə) yer verdi. Fakihunə, yəni “mütələzzizinə” Dünya evində ləzzət üçün minlərlə zəminə hazırlansa da ləzzət olmayacaq, onun bir guşəsi xarab çıxacaq, qəm qüssəsi olacaq. Cənnətdə isə bunun əksinədir, heç qəm qüssəsi yoxdur, hamısı ləzzət, naz-ne”mətdir.

Dünyanın xoşluqları ləzzət deyil, dərd və ağrıları aradan aparmaqdır.

Məsələn, yemək aclığı, içməli su susuzluq xəstəliyini aradan aparmaq üçündür. Amma Cənnətdə bu cür deyil. Cənnətdə Möminlərə deyərlər: Allah sizin üçün qərar verdiyi hər şeyi yeyin və için. Cənnətin əcəb ləzzətli şeyləri vardır. Bu ayədən sonrakı ayələr Cənnət haqqındadır. Xatəmül-Ənbiya Mühəmməd səlləllahu əleyhi və alihi və səlləmdən bir hədis nəql olunub ki, Həzrət buyurur: Dünya meyvələrinin hər birinin bir dadı var. Başqa meyvədə isə bu dad yoxdur. Hamısı şirindir və xas ləzzəti var. Amma birinin xas ləzzəti o birisində yoxdur.

Cənnətin bir meyvəsi bütün meyvələrin məzəsinə ləzzətinə malikdir. Rəsulullah səlləllahu əleyhi və alihi və səlləm buyurdu: “Cənnətin bir meyvəsində bütün başqa növ meyvələrin ləzzəti vardır. Bu dünyada eyni zamanda müxtəlif şirniləri bizim dilimiz dada bilməz. Məsələn, əgər bir neçə qarpızı dadmaq istəsək gərək hər birini ayrılıqda yeyək, bəzi vaxt olur ki, bir-birindən seçilmir. Amma Cənnətdə bütün meyvələrin dadı bir meyvədə dadılır, ləzzət alınır. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu ki, dünyada bəşərə ləzzət verən bütün iyləri, Cənnətdə bir anda iyləmək olur. Hər vaxt Mömin yemək istəsə, o saat onun üçün hazır olar. Təəccüblü məsələ odur ki, dünyada yemək-içməyin bir həddi vardır, bir müddətdən sonra meyl və iştaha aradan gedir. Lakin Cənnətdə bunun əksinədir. Rəsulullah səlləllahu əleyhi və alihi və səlləm buyurdu ki, Cənnətin meyvələrinin ləzzəti yeməyin axırında yeməyin əvvəlindəki kimi və onun iştahası yeməyin axırında da əvvəlindəki iştahası kimidir.” Bir nəfər Həzrətdən soruşdu: “Siz buyurubsunuz cənnətdəkilər yeyib-içirlər?”

Həzrət buyurdu: “Bəli, Cənnətin bir kişisinin iştahası yüz kişinin iştahası ilə bərabərdir.”


NƏ ÜÇÜN TƏNBƏLLİK EDİRLƏR?
Əli əleyhis-salam buyurdu: Cənnəti istəyənlər azdır, üstəlik həmin az bir dəstə də tənbəldirlər. Ey kaş o dünya üçün çox vaxt sərf edərdilər. Böyük şəxsiyyətlərdən biri buyurdu: Sübh çağı məni yuxu tutdu, gecə namazı qılmaq üçün ayağa qaxmadım, öz-özümə dedim ki, yatıram. Yatdım və gözəl sifətli bir nəfəri yuxuda gördüm. Ondan soruşdum: Sən kimsən? Dedi: Mən səhər çağı sənin bir damcı göz yaşınam, əgər mənim vüsalıma çatmaq istəyirsənsə tənbəllik etmə. Həmin böyük şəxsiyyət buyurdu: Şiddətli sevinclə, yuxudan ayılıb, ayağa qalxdım.

Dedik ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Bir nəfər Cənnət əhli yüz nəfərin iştahasına malikdir. Yeyəndən sonra onda ağırlıq və kəsalət baş vermir, ifrazatı da tər şəklində xaric olur. Oranı (Cənnəti) bu dünya ilə müqayisə etmək olmaz. Bu dünyanın o dünya ilə müqayisəsi, ana bətnindəki uşağın həyatını bu dünya ilə müqayisə etmək kimidir. İndi biz bu fasid dünyanın bətnindəyik. ölənlər başa düşürlər ki, bu dünyada hansı oyuncaqlarla məşğul idilər və hansı oyuncaqlara şadlanırdılar.


ORUC VƏ CAMAAT NAMAZI
Böyük şəxsiyyətlərdən biri dedi: Yuxuda gördüm ki, böyük bir sarayın taxtının üstündə bir soltan oturubdur (o dünyada). Elə bildim ki, peyğəmbərlərdən biridir. Getdim ona salam verdim, dedim sən kimsən? Dedi: Ənəl həmmalu, yəni mən o dünyada hambal idim. Soruşdum: Necə oldu ki, bu məqama çatdın? Dedi iki əməlin vasitəsi ilə, biri oruc tutmaqla, o birisi camaat namazına müntəzəm getdiyimə görə.

Dünya oyuncaqdır, uşaq xasiyyətlilər onunla şadlanırlar. Elə bil ki, uşaq bahar ətirli narınc ağacını yox, onun şəklini görür. Vərəqin üstündə çəkib uşağın əlinə verirsən, o, nə qədərdə zövqə gəlir. Xalqın çoxu uşaq sifətindədirlər.

Əsl məsələyə diqqət yetirmirlər. Canım qurban olsun o adama ki, bu dünyanın nişanələrini görməklə, onun əslini başa düşür. Başa düşür ki, bu qədər şirinliklərin hamısı onun əslinin bir zərrəsi deyil. Bəs onun əsli nədir? Əgər şövq və qorxu olsa, insan bəzi vaxt şövqdən, bəzi vaxt isə qorxudan yata bilməz.
BEHİŞTİN ŞöVQÜNDƏN öLÜR...
Nəql olubdur ki, bir neçə il bundan qabaq sadə bir kişi var imiş. Bərzəx aləminin bir nümunəsini ona yuxuda göstərilməsini təmənna edirmiş. Bir gecə bərzəx Cənnətindən bir qədər ona göstərirlər. O sevindiyindən iki ay ağladı, axırda da öldü.

Nə əzaba səbr etmək mümkündür, nə də ki, rəhmətdən ayrılmağa səbr etmək. Ne”mətdən məhrum olanların vay halına! Zeynül-abidin əleyhis-salam Allaha ərz edir: Mənə, axırda əzab verəcəksən? Bəs mənim ümidlərim necə oldu? Cənnətdə heç qəm qüssə yoxdur və darus-səlamdır (yəni salamatçılıq evidir.) Allah-Taala Mömin bəndəsini, öz lütfü ilə oddan qoruyur. Buyurur, əməlin təsiri olsa da əsas Allah-Taalanın lütfüdür. Əgər Allah-Taalanın lütfü olmasa əməlin də o qədər faydası olmaz.

Allahın lütfü əməli səmərəyə yetirir. (əmələ səmərə verir).

Əkinçi əvvəl yeri belləyir, sonra toxumu səpir. Sonra isə tarlada olan tikan və alaq otunu və s çıxardıb kənara atır. Amma yağış və günəş də lazımdır. Lakin bunlar əkinçinin əlində deyil. O cümlədən, tarlanın səmərə verməsi, çoxalması və bərəkəti də eynilə onun kimidir.

Əgər insan qəsavət, ləcacətli (inadkar) ruhi xəstəliklərindən nicat tapsa, iman toxumu onun qəlbində əkilər. (Belə olan halda) Allahın lütfü günəş kimi onun qəlbinə saçaraq səmərə verər. Əkinçi gərək özü də çalışsın. Məsələn, tikan və alaq otunu özündən uzaqlaşdıra, ibadət yolundakı maneələri aradan apara, yəni bütün günahlardan pəhriz etsin. Həmçinin xeyir iş görəndən sonra, həmin xeyir işi batil edən başqa bir iş görməsin.

Rəvayət olunur ki, məsciddə oturmaq ibadətdir, xüsusən camaatı gözləmək məqsədi ilə. Lakin bu şərtlə ki, dünya söhbəti ilə onu batil etməsin. Elə ki, ibadət yolundakı maneələr aradan getdi, insan böyük dərəcələrə çatar, onu qoruyub saxlamaq xeyir iş görməkdən də çətindir.

“Külu vəşrəbu həni”-ən bima kuntum təməlun.”

Tərifi mümkün olmayan meyvələr və xörəkləri yeyin, için. Təfsirdə yazılır ki, Mömin bir quşu görür, onu yemək istəyir, quş həmin saat onun qarşısında qol qanadı ayrılmış halda kabab olur. Mömin onu yeyir. Yeyəndən sonra “əlhəmdü lillahi rəbbil aləmin” deyir. Birdən həmin quş dirilir və uçur. “Kulu vəşrəbu həniən” dünyada olmayan yeməkləri yeyin için.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə