Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə3/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
1   2   3   4   5   6   7   8   9   10

Onu hazırlamağın nə qədər zəhməti vardır. Bəzi vaxt yeyəndə boğazda qalır, əgər xoşagəlməz bir hadisə baş versə yeməyin ləzzəti aradan gedir. Əgər heç bir hadisə baş verməsə də bir neçə tikə yeyəndən sonra iştaha ölür və doyur, ləzzət qurtarır.

Xörək odur ki zəhmətsiz, əziyyətsiz və istəyən kimi hazır olsun. Bu cür xörək yalnız behiştdədir. Məqsədim “həniən” kəlməsidir ki, əgər Allah-Taala “həniən” buyurursa, gör nə qədər bunun əhəmiyyəti vardır. İstəyən kimi hazır olan yeməkdir. Hazır olandan sonra da doymaq olmur. Çirkinlik də yoxdur. Həzrəti Salmanın hədisini eşitmisiniz? Seyyid ibni Tavus “Minhacüd-də”vat” kitabında rəvayət edir ki, Salman buyurubdur: Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm vəfat edəndən sonra qəm qüssə içində olduğuma görə on günə qədər evdən çölə çıxmadım. Onuncu gün mövlam Əmirəl Möminin Əli ibni Əbi Talib əleyhis-salamı ziyarət etmək üçün evdən çıxdım. O, Həzrəti görən kimi mənə dedi: Bizə cəfa etmisən? Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünyadan gedəndən sonra bizi yaddan çıxartmısan.

Dedim: Allahın Rəsulunun ayrılıq qəmi məni xanəneşin edibdir.

Həzrət buyurdu: İndi get Fatimənin yanına, o səni istəyir və sənin üçün Cənnət töhvəsi hazırlayıbdır. Salman deyir, Fatimənin ziyarətinə sürətlə getdim. O mənə buyurdu: Atamdan sonra bizi yaddan çıxartmısan? Mən dedim: Allahın Rəsulunun ayrılığı məni xanəneşin etmişdir. Fatimə əleyha salam buyurdu: Otur! Sənə dediklərimi başa düş! Keçən gün həmin yerdə oturmuşdum. Evin qapısı bağlı idi. Atamdan ayrıldığıma və vəhyin kəsildiyinə görə qəm-qüssə içində idim. Birdən üç kənizi gördüm, onların qarşısında durdum və dedim: Sizə qurban olum, siz Məkkə əhlisiniz, yoxsa Mədinə əhli? Dedilər: Biz yer əhli deyilik, Cənnət hurilərindənik. Allah-Taala bizi sənin yanına göndərdi. Biz səni görməyə aşiqik. Fatimə əleyha salam buyurdu: Onların birindən (o iki nəfərdən böyük idi.) soruşdum: Sənin adın nədir? Dedi: Mənim adım Məqdudədir. Allah-Taala məni Miqdad ibni Əsvəd Kindi üçün yaradıbdır. O birisindən soruşdum: Sənin adın nədir? Dedi: Zərrədir. Allah-Taala məni Əbuzər Ğəffari üçün yaradıbdır. Üçüncüsündən soruşdum: Adın nədir? Dedi mənim adım Səlimdir. Allah Taala məni Salman Farsi üçün yaradıbdır. Sonra qardan sərin və müşkdən iyi yaxşı olan Cənnət xurmasını mənə verdi. Fatimə əleyha salam həmin xurmadan Salmana verdi və buyurdu: Bu xurma ilə iftar et və dənəsini sabah mənim üçün gətir.

Salman deyir, xurmanı aldım, yolda Allah Rəsulunun əshabı mənə çatanda soruşurdular: Səndə müşk vardır.? Dedim bəli! Xurmanı iftar edəndən sonra gördüm xurmanın tumu yoxdur. Sabahısı günü Fatimə əleyha salam-ın hüzuruna gəldim. Ona dedim ki, həmin xurmanın dənəsi yox idi. Fatimə əleyha salam buyurdu: Düzdür, Cənnət xurmasının dənəsi olmur (hədisin davamı vardır).

Cənnətin başqa bir ne”məti Mömin üçün hazırlanmış səltənət taxtıdır. “Sürur” sərir kəlməsinin cəmidir. Lakin bu dünyanın taxtları kimi deyil. Cənnət taxtlarının uzunluğu bir milyon və eni iki min ziradır. Onun taxtlarının mismarı cəvahirdəndir.

“Ləalül-əxbar” kitabında nəql olunur ki, onun hündürlüyü 500 il yol məsafəsi qədərdir. Bilmək lazımdır ki, Cənnət taxtlarının hündürlüyünün miqdarı Möminin iradəsindən asılıdır. Çünki, Möminin taxtının hündürlüyündən məqsəd Möminin əhatəsi, səltənəti və ləzzət aparmasıdır. Mömin, Allah-Taalanın Cənnətdə ona verdiyi taxtın yanına gələn zaman o təxt sevinir. Mömin yaxınlaşan kimi taxt aşağı gəlir və sevincindən titrəyir. Ora qəribə yerdir. Dünya heç də rahatlıq yeri deyil. Bura rahatçılıq yeri deyil, bu dünya iş və əməl yeridir. “Məq”ədi sidq” nə deməkdir və onun bəyanı “Əl-qəmər” surəsinin təfsirində deyilibdir ki, “sidq” “kizbin” ziddidir. Bura ləngər salmaq yeri deyil. Yaşayış yeri, ağıllıların yeri deyil. Bu xalqın həmişə e”tiraz etməsinin səbəbi budur ki, rahatlıq axtararlar və həmişə xəstəliyə, cəhl, qəflət, paxıllıq və s. xəstəliklərinə düçardırlar. Həqiqi oturmaq, istirahət etmək və rahatlığa layiq olan yer yalnız Cənnətdir.

Taxta və sərirə söykənənlərin, başqa taxtı vardır. Onların görüşünə gələn qonaqları və dostları üçün də elə buna görə də “surur” (taxtlar) kəlməsini cəm formasında buyurubdur. “Surur”, yəni taxtlar “məsfufə” kəlməsi bir-birinə bağlanmış bir-birinin yanında (bərabərində) qoyulmuş deməkdir. Nə üçün taxta sərir deyirlər? Çünki, sərir sururdandır, çünki, həm təxtin sahibi səriri görməklə şadlanır, həm də sərir öz sahibini görməklə sevinir. Həmin münasibətə görə ərəb dilində tabuta sərir deyirlər. Təfəüül babındandır. Yəni Mömin təbiət aləminin həbsindən azad olur. Onun sevinc və nicat səbəbi tabutdur. Tabut onu qəm qüssədən, giriftarçılıqdan xilas edir. Mömin üçün giriftarçılıq olmayan bir gün vardırmı? ölmək, yəni zindanın qapısının açılması; tabut, yəni qurtuluş vasitəsi və həmin əsasla tabut sevincin səbəbidir.

Eşitməmisən Mömini qəbrə qoyan zaman onun əqidəsi haqqında ondan soruşurlar və öz əqidəsini deyir. Sonra ona deyirlər, bu qəbir sənin yatağındır. Müşk qoxusu onun qəbrindən qalxır. Möminin pak ruhu bərzəx aləmində genişlənir. İmam Sadiq əleyhis-salam buyurur:

“Möminə rahatlıq yalnız

Allahlla görüşüdyü vaxtda hasil olur.” ölüm saatında görür ki, mələklər cərgə-cərgə onu qarşılayırlar, sonra Möminlərin ruhları, daha sonra isə Allahın rəsulunun ruhu. Əgər Möminin heç sevinci olmasa da bu məsumların üzünü görməklə çox sevinirlər.

Sünnü və şiə məzhəblərinin hər ikisinin tərəfindən rəvayət olunur ki, Ayişə Həzrət Zəhra əleyha salam-a ərz etdi: Atan ölən vaxtı səni çağırmağını eşitdim. Sənin qulağına nə isə dedi və sən sevindin. De görüm, sənə nə buyurdu: Həzrəti Zəhra əleyha salam buyurdu: Atam mənə buyurdu, sən tezliklə mənə çatacaqsan, tezliklə dünyadan köçəcəksən.


HURUL-EYN CƏNNƏT KİŞİLƏRİNİN HƏYAT YOLDAŞLARIDIR

Allah-Taalanın Möminə verdiyi şeylərdən biri və əzəmətlə zikr etdiyi həmin şey hurul eyndir.

Allah-Taala öz mehmanxana-

sında belə bir lətif mövcudu və”də veribdir. Əli əleyhis-salam buyurur: Allah-Taala böyük hesab etdiyi şeyləri siz də böyük hesab edin və Allah-Taala kiçik hesab etdiyini kiçik hesab edin. Məsum əleyhis-salam dua məqamında

Allaha ərz edir “İlahi, məni huril-eynlə evləndir!”

Bu ayə də buyurur: “Hurul-eyni Möminlə evləndirdim.”

O cümlədən başa düşülür ki, Möminin hurul-eyn ilə evlənməsi bu dünyadakı evlənməsi ilə fərqlənir. Nümunə olaraq şərif bir hədisi nəql edirəm. “Biharul ənvar” kitabında Səid ibni Müs”ibdən nəql olunur:

Kufə şəhərində Həzrəti Zeynül-abidin əleyhis-salamı gördüm. O Həzrət özünü pak-pakizə edib hamamdan çıxmışdı. Şərif məhasininə həna vurub gözəl paltar geyib, ətirlənmişdi. Ərz etdim, ağa hara gedirsiniz? Buyurdu: Məscidün-nəbiyə, namaz qılmağa gedirəm. Ərz etdim: İndi ki, namaz vaxtı deyil.

Buyurdu: Hurul-eynin elçiliyinə gedirəm.

BEHİŞT HURİLƏRİ PAK-PAKİZƏDİRLƏR


Əgər insan bütün zahiri və batini çirkinliklərdən, günah və pis əxlaqlardan özünü paklaşdırsa hurilərlə evlənmək ləyaqətinə malik olarlar. “hur” gözün ağ hissəsinin həddindən çox ağ olması deməkdir. Huril eynin gözlərinin qarası da onların gözlərinin ağı kimi həddindən çox qaradır. Onların camalının incə olmasına gəldikdə isə çoxlu rəvayətlər vardır. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurur: Əgər Cənnət hurilərindən bir qadın bu dünyaya gəlsə bütün xalq həlak olar, onu görməyə taqətləri olmaz. Əgər inşallah bu dünyadan xalq özləri ilə lətif göz və lətif görən göz aparsalar o dünyada huriləri görməyə taqətləri olar. Həzrəti Yusifin həyatı haqqında Qurandakı ayələri oxumusan?

Yusif əleyhis-salam evə daxil oldu, arvadlar barmaqlarını kəsdilər, hiss də etmədilər. Yusifin gözəlliyi onların hissini aradan apardı. Bu həmin gözəlliklərdən bir damladır. Buyurur: Əgər Cənnət hurisi dünya aləminə gəlsə ayın işığını məhv edər. Hurun lətafətindən biri də budur ki, yetmiş “hallə” geyir. Hər bir təzə paltarın bir iyi vardır. Bu təzə paltarlar və hurun bədəni o qədər lətifdir ki, onun arxasından bədənin dərisi hətta sümüklərinin məğzi görünür, elə bil ki, saf suyun dibində bir dirhəm görünür. Hər bir hur Möminə hazırlanıbdır və hər birinin başında tac vardır. Biçarə aləm əhli bu təbiət aləminin qadınlarına ürəkl bağlayıbdır. Hurilər o qədər Möminlərə müştaqdırlar ki, buyurur:

yəni öz yoldaşlarından başqa-

larına baxmazlar. Əgər Mömin gec gəlsə hurilərin taqəti olmaz. Bunu da ərz etmək istəyirəm ki, bəzi yüngül fikir adamlar özlərini müqəddəs bilib deyirlər: Biz hurul eyn istəmirik. Necə ki, müqəddəslərdən biri söhbət etdi və öz kiçikliyini zahir edib dedi:–Mən Allahdan qadın, ya hurul eyn istəmirəm.

Ustad dedi: Niyə?

Dedi: Mən şəhvət əhli deyiləm. (Nə qədər ayaqlarını kilimdən çölə çıxarıblar və cahildirlər. Ey kaş öz cahilliklərini e”tiraf edələr. Ustad buyurdu: Cənnət huriləri dünya qadınları kimi deyillər. Dünya qadınları ilə söhbət etmək qəflətə səbəb olur. Əksinə Cənnət huriləri ilə söhbət etmək və yaxınlıq etmək Allahın zikrinə səbəb olur. Zikr içində zikr.

Elə ki, hur təbəssüm edir, dişlərinin işığı sarayı işıqlandırır. Xülasə şəhvət və çirkinlik yeri deyil, orada başqa hal ruhiyyə vardır.
HURİLƏR RUHANİ VƏ NURANİ HƏYAT YOLDAŞI İSTƏYİRLƏR
Allah-Taala Mömin üçün çoxlu zəxirələr hazırlayıbdır. Bu zaman belə lətafətli qadın necə ər istəyir. Bir qadın ki, təbəssümündən nur yağır, ən aşağısı iman nuruna malik olan bir kişi istəyir. Möminin nuru vardır. Necə ola bilər ki, Allah-Taala sənin üçün arvad olan huriyə nur versin, amma sənin nurun olmasın, zülmət içində olasan? Bu cür ola bilməz. Bəzilərinin etdiyi kimi də asan deyil, nə qədər ki, iman yoxdur, mümkün deyil. Məsələn, o qədər əhəmiyyətlidir ki, məsumlar onları görməyi Allahdan istəyirlər. Başqa bir mətləb bundan ibarətdir ki, Cənnətdə nəfs, həva, yəni Allahdan xəbərsiz olmaq yoxdur. Hamı Allahı yad edir. Allahın rəsulu buyurur: Cənnətdə həlqənin açılıb bağlanmasını gördüm, o səslənərək deyirdi; Ya Əli, ya Əli! Əlinin vilayəti olmasa bu qapıdan daxil olmaq mümkün deyil. Bütün bunlar, bu cür lütf və kəramətləri aydınlaşdırmaq üçündür ki, insan bu beş günlük dünyada özünü paklaşdırsın. Bilmək lazımdır ki, Cənnət əhli olan qadınlar huri kimidirlər, üstəlik bütün nur və pak-pakizəlikdən də üstündürlər. Onların batinində olan təqva və iman nuru zahirlərini də nurlu edibdir. Artıq qadınlıq adətinin çirkinliyi və hamiləlik zəhməti orada yoxdur. Həmişə nur kimi bəkarət halında olarlar. Yüz dəfələrlə ərləri ilə yaxınlıq etsələr də yenə bakirədirlər. Xülasə hurilərin haqqında olan təriflər onlar üçün də üstəlik ondan da artıq mövcuddur.

Hurul-eynin başqa xüsusiyyətlərindən biri onun zatında olan şey haqqındakı rəvayətlərdir ki, Cənnətin yaz gülünün iyinə malikdir. Hurun iyi 500 yüz illik yoldan hiss olunur. Elə ki, Mömin qəbirdən baş qaldırır, bu iyi hiss edir. Şiə və sünnü alimləri Allahın Rəsulundan nəql edir ki, Həzrət buyurur: Hurilərin iyi yaz gülünün iyi və mələklərin iyi qızıl gül iyidir. Doğrudan da ölüm saatı nə qədər ləzzətlidir. Mələklərin iyi! Elə bir vaxtda ki, bəşərin daha çox ləzzətə ehtiyacı vardır. Mələklər gəlməklə onların qızıl gül iyi Mömin üçün şövq və sevinc gətirir. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Amma qızım Zəhra hər üçünün iyini verir: həm ənbiyanın, həm hurun, həm də mələklərin iyini.

Allah rəsulu səlləllahu əleyhi və alihi və səlləm Zəhra əleyha salam-ı hədsiz dərəcədə iyləyirdi. Hətta Ayişə həsadət edərək Peyğəmbərə e”tiraz etdi. Allahın rəsulu buyurdu: Zəhranın bədənindən Cənnətin iyi burnuma gəlir.
BEHİŞTDƏ QOHUMLARI YADA SALMAQ
Cənnətin başqa ne”mətlərindən biri də budur ki, Mömin Cənnətə daxil olandan sonra ərz edir: Mənim atam, anam və zürriyyəm haradadır? Məlum olduğu kimi Mömin Cənnətdəki məqamına çatmayınca atası, anası yadına düşmür. Cənnətə daxil olmayınca atası, anası və övladı haqqında fikirləşmir. Elə ki, Cənnətdə yadına düşdü və onların vəziyyəti haqqında soruşdu, mələk cavab verər. Atan və anan Mömin olduğu üçün Cənnətdədirlər. Amma onların dərəcəsi sənin dərəcəndən aşağıdır. Bu zaman Mömin şəfaət edir və habelə, övladın şəfaəti ilə ata və ana uca dərəcələrə çatır. Ata-anası da onun dərəcəsinə çatır. Allah-Taala da lütf edir və Möminin istədiyi yerinə yetirilir. Həmçinin arvadı, əri, atası, övladı və başqaları üçün də şəfaət edir. Elə buna görə də Quranın bir neçə yerində zikr olub ki, əgər bir şəxsin yalnız imanı olsa atası, ya anasının şəfaəti ilə uca dərəcələrə çatar.
İBRAHİM VƏ SARA Mömin UŞAQLARIN QAYĞIKEŞİ
Amma kiçik övladlar necə? Həddi buluğa çatmamış dünyadan gedən uşaqlar rəvayətə əsasən Həzrəti İbrahim əleyhis-salam və həyat yoldaşı Saraya tapşırılar. Elə ki, Mömin Cənnətdə yer tutdu, uşağa paltar geyindirib hədiyyə kimi ona təqdim edərlər. Başqa rəvayətə əsasən kiçik övladlar Həzrəti Zəhraya tapşırılır. Onların valideynləri Cənnətə daxil olandan sonra ata analarına hədiyyə olurlar.

O kəslər ki, Allaha iman gətirdilər, övladları özlərinə itaət etdilər, onlara mülhəq olacaqlar (onların vüsalına çatarlar).”

Əgər övldı imansız olsa, Cənnətdə olmayacaq. Burada bir sual qarşıya çıxır, əgər övlad Cəhənnəmdə və ata Cənnətdə olsa, ata qəm-qüssə içində olar. Halbuki, Cənnət qəm-qüssə yeri deyil. Bəs bu məsələni necə həll etmək olar? Cavab budur ki, Allah-Taala həmin övladı atasının yadından çıxardır. övladın imanı iki qismdir: Biri əsl təklifi imandır, bu o vaxtdır ki, uşaq həddi-büluğ ola, dünyadan gedə və Mömin ola; İkinci budur ki, hökmi və təbii imandır. Yəni müsəlman uşağı həddi büluğdan qabaq ölə, gərək ona qüsl verəsən. Əgər altı yaşı olsa meyyit namazı onun üçün vacibdir. Xülasə, ya həddi buluğa çatandan sonra özü iman gətirə, ya da həddi büluğa çatmamışdan qabaq atasının təsiri altında iman gətirə. Hər iki surət, Cənnətə daxil olmaq üçün kifayət edir. Əgər həddi buluğ olandan sonra imansız dünyadan getsə, nə atası onu görür, nə də o atasını.

Yəni kimsənin əməlini azaltmır, bir kəsin dərəcəsini aşağı salmırlar, üstəlik aşağı dərəcəni yuxarı qadırırıq. Allahın fəzli, kərəmi çoxdur. Atanın malından onun zürriyyəsinə verməyə ehtiyac yoxdur. Xülasə, ayənin mənası budur ki, Möminlərin zürriyyələrinin dərəcəsini artırmaqla və onları atalarının dərəcəsinə çatdırmaqla, mö”milərin əməlinin savabından zərrə qədər də azaltmırıq. Üstəlik Möminlərin ləzzətinin artması üçün və onların gözlərinin aydınlığı üçün övladlarını onlara çatdırırıq. Çünki, hər kəs nə kəsb edibsə onun da girovundadır və öz əməlinin savabına bağlıdır, yəni hər bir şəxsin Qiyamətdə bütün əməllərinin savabı bütövlükdə özünə çatacaq. Buna baxmayaraq, onun əməllərinin savabından zərrə qədər də başqasına verilmir, ya zürriyyəsinin ona çatdırılmasına görə əməllərindən azalmır. Necə ki, başqasının günahının əzabı ona verilməyəcək. Əgər soruşsalar ki, bəs necə olur Qiyamətdə Möminin yaxşılıqlarından alıb haqq sahibinə verilir, ya haqq sahibinin pisliklərindən götürüb ona borcu olanın boynuna qoyurlar? Bunun cavabını belə veririk: bu cür müamilə, onun əməlinin savabına və onun günahkar olduğuna görə gərək baş versin. Bəli, bəzi Möminlər haqqında rəvayət olunur ki, Allah-Taala Möminin boynunda olan haqq sahiblərinə öz fəzlindən savab verir və onları razı salır. Eyni zamanda Möminin savablarından zərrə qədər azalmır. “Bürhan” təfsirində bu şərif ayənin bəyanı zamanı bir neçə hədis nəql olubdur, o cümlədən İmam Sadiq əleyhis-salamdan rəvayət olunur ki,

“Atanın ləyaqətli əməlindən, kiçik olan övladları, Allah-Taala öz atalarının vüsalına çatdırır, təki ataların gözləri aydın olsun. Yenə də o Həzrətdən rəvayət olunur ki, şiələrin uşaqlarını Fatimə əleyha salam tərbiyə edir və öz atalarına təhvil verir. İmam Baqir əleyhis-salamdan da rəvayət olunur ki, elə ki, Qiyamət bərqərar oldu, bir nəfər carçı ərş tərəfdən car çəkərək deyər:

–Ey camaat! Gözlərinizi yumun, Fatimə əleyha salam gəlib buradan keçsin. Cənnətdən min huri və onlarla birlikdə əlli min mələk Fatimə əleyha salam-ı qarşılayarlar. Fatimə əleyhis-salam elə ki, Cənnətə daxil oldu, onun üçün iki saray hazırlanmış olar. Ağ və sarı saray. Ağ sarayda yetmiş min ev vardır. Və həmçinin sarı sarayda Allah-Taala Fatimə əleyhis-salamın yanına bir mələyi göndərərək, buyurar:

–Ey Fatimə! Məndən istə, Mən də əta edim. Məndən hər nə istəyirsən, istə, Mən də göndərim. Fatimə əleyhas-salam deyər: Allah-Taala öz ne”mətini mənim üçün tamamlayır və əzizlədi. Allahdan istəyirəm ki, övladlarıma, zürriyyəmə və məndən sonra onları istəyib onlara kömək edənlərə etdiyim şəfaəti qəbul etsin.

Allah-Taala onun şəfaətini qəbul edir. Fatimə əleyhas-salam buyurur: Həmd olsun Allaha ki, qəm qüssəni məndən uzaq etdi Qəm qüssəni məndən uzaq edib və gözümü aydın edən Allaha, həmd olsun. Sonra İmam Baqir əleyhis-salam yuxarıdakı ayəni tilavət etdi.

Yenə də İmam Baqir əleyhis-salam) və İmam Sadiq əleyhis-salam)-dan rəvayət olunur ki, Allah-Taala İmam Hüseyn əleyhis-salamın şəhadəti əvəzində dörd şey verdi: İmaməti onun nəslinə verdi, şəfaəti onun qəbrinin torpağında qoydu, onun qəbrinin yanında edilən duanı qəbul edir və onun qəbrini ziyarət edən şəxsin ziyarətə getdiyi və qayıtdığı müddəti həmin şəxsin ömründən hesablamır.

Məhəmməd ibni Müslim İmam Sadiq əleyhis-salama ərz etdi: –Allah-Taala İmam Hüseyn əleyhis-salamın xatirinə bu dörd şeyi başqalarına veribdir. Bəs İmam Hüseynin özünə şəhadəti qarşısında nə veribdir?

İmam Sadiq əleyhis-salam buyurdu:–Allah-Taala İmam Hüseyn əleyhis-salamı babasının vüsalına çatdırdı. Buna görə də o Həzrət öz babasının yanındadır, babasının dərəcə və məqamındadır. Sonra İmam Sadiq əleyhis-salam bu ayəni tilavət etdi:

Allah-Taala bir Möminin xatirinə başqasına verdiyi ne”mət, öz fəzlindəndir. Bu rəvayətlərin xülasəsi bundan ibarətdir ki, o Mömindən heç bir şeyi azaltmır.

BEHİŞT MEYVƏLƏRİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

“Əmdədə” imdad məsdərindən olub, kömək etmək mənasındadır. Yəni, “zidnahum” onlar üçün artırırıq. Bütövlükdə fəzldən söhbət gedir, Cənnət meyvələrini təfəzzül üzündən artırdıq. Bu dünyanın meyvələri o aləmdə də həmin ada malikdir. Lakin onların həqiqətləri bir-birindən çox fərqlidir. Cənnət meyvələri lətifdir, dünya meyvələri isə lətif deyil.

Dünya meyvələrinin kalı və yetişmişi, əzilmişi, xarabı vardır. Cənnət meyvələri isə əksinə olaraq, kalı, dadsızı və xarabı yoxdur. Üstəlik bir-birindən gözəldir. Cənnət meyvələrinin başqa əzəmətindən biri də onun dənəsiz olmasıdır. Qalın qabığı da yoxdur.

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən rəvayət olunur ki, Cənnət meyvələrinin hər birinin yüz min dadı vardır.

Ora başqa aləmdir. Gör Mömin necə dərrakəyə malik olur ki, yüz min dadı bir anda dadır! Cənnət ağaclarının budağı qızıldır, tikanı, çubuğu yoxdur. Budağında da meyvə vardır. Mömin istədiyi hər hansı bir meyvə həmin saat onun qarşısında hazır olur. Daha mühüm məsələ budur ki, Mömin ağzındakı meyvəni yediyi halda həmin ağzındakı meyvə başqa bir istədiyi meyvəyə dönür.

Həzrəti Xatəmül-Ənbiya səlləllahu əleyhi və alihi və səlləm-dən aşağıdakı məzmunda bir rəvayət nəql olunur: Yuxu aləmində əmim Həmzəni gördüm (Həmzə şəhid olandan sonra). Bu zaman onun yanında bir salxım üzüm var idi. Bir də gördüm birdən üzüm xurmaya döndü. Əmimdən soruşdum ki, əməllərin ən gözəli hansıdır? O, dedi: İnsanın əli ilə susuzun sirab olması, ikincisi budur ki, Mühəmmədə səlləllahu əleyhi və alihi və səlləm salavat göndərmək, üçüncüsü isə əmin oğlu Əliyyibni Əbi Talibi sevməkdir.

Ya Allah, Səni vəlin Əlinin haqqına and verirəm, qəlblərimizi onun məhəbbəti ilə doldur və bizi onun dostlarından qərar ver!
BEHİŞTDƏ ƏT
Meyl və iştahaları olan heyvan əti, toyuq əti, özü də ki, Cənnətdə!

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunur ki, Mömin Cənnətdə öz taxtının üstündə oturur. Birdən dəvə boyda quşlar gəlirlər. Mömin onların ətindən yemək istəyən kimi quşlar o saat otururlar, quşun qanadları tökülərək kabab olur. Mömin onu yeyir, elə ki, doydu, əlhəmdü-lillah dedi, quş dirilir, uçur və quşların arasında iftixar edir.


CƏNNƏT ŞƏRABI ALLAH ZİKRİNİ VƏ HUŞU ARTIRIR

Piyalənin içi içməli sularla doludur. İçməli sular nədir? Cənnətdə bir neçə cür içməli sular vardır. Birincisi bal, özü də ki, dünya balı kimi deyil. İkincisi süd, üçüncüsü su, dördüncüsü şərab, amma necə şərab! Dünyanın çirkin şərabı kimidir? Dünya şərabı insanın ən böyük qüvvəsi olan əql qüvvəsini bəşərin əlindən alır və insanlar məst, ağılsız, yırtıcı olurlar. Bu dünyanın şərabı huş və əqli işdən salır. Keyfiyyətli şərab Cənnətdədir. Bu dünyanın şərabı keyfiyyətli deyil. Əgər bir cam Cənnət şərabı içsən, huşun, şövqün və zikrin yüz qat artır. Elə ki, Mömin şərab içdi, huşu, məhəbbəti və dərrakəsi çoxalır. Möminlər bir-biri ilə o aləmin şərabının ləzzətləri ilə çoxlu müamilə edərlər, yəni bir-birinə Cənnət şərabı verərlər və alarlar. (Əlbəttə, bu dünyadakı kimi, dava etməzlər) “Yətənazəunə” (şəraba) şiddətli olmasına görədir. Elə buna görə də “yətənazəunə” kəlməsini işlətdi. Onların arasında çəkişmə və dava olmaz. Şərabı bir-birindən alıb, bir-birinə təklif edirlər, bir-birinin sağlığına içirlər.

“La ləğvun fiha və la təsimun”

Yəni Cənnət şərabında dünya şərabının əksinə olaraq puçluq yoxdur. Bu dünyada şərab içənlər çoxlu puç sözlər deyirlər. “Yətənazəunə” kəlməsinin mənası bir-biri ilə savaşmaq, çəkişmək deməkdir. “Və la təsimun” yəni “və la hərəkatun təsimun”. Cənnət şərabı günaha, söyüşə, mənasız danışığa bais olmur. Bu məsələləri eşitməklə dərk etmək olmur. Bu eşitməli mətləblər deyil. Çünki, adam nə qədər ki, bu dünyadadır, bu dünya aləmində olan şeylərdən başqa heç nəyi dərk etmir. Halbuki, axirət aləmindəki varlıqlar başqa cür və başqa həqiqətdirlər.


Mömin ÜÇÜN BEHİŞT XİDMƏTÇİLƏRİ OLAN QULAMLAR

Hər bir Möminin Cənnətdə ən azı min qulamı vardır. Amma bu dünyanın qulamları kimi yox; “kəənnəhum lölö”un məknun”, pak və əl dəyməmiş mirvari kimi parıltılıdırlar və onlar Möminə xidmət etməklə ləzzət alırlar həm onlar kef edirlər, həm də Mömin.

Elə ki, Mömin çağırır, min qulam ləbbeyk (bəli, hazırıq!) deyir. Burada bir nəfər (Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən maraqlı bir sual soruşdu: Ey Allahın Rəsulu! Cənnət qulamı ki, bu qədər gözəldir, bəs Mömin özü necədir?

Həzrət buyurdu: Möminin gözəlliyinin qulamlarla müqayisəsi, ay işığının ulduzla müqayisəsi kimidir.

Bilmək lazımdır ki, adamın səadət və bədbəxtçiliyinin mizanı onun ömrünün axırıdır. Əgər ölüm saatında hər bir günahdan pak və imanlı olsa, ölüm onun üçün qurtuluşun, rahatlığın və xoşbəxtçiliyin başlanğıcıdır. Əgər ölüm saatı qəlbi imanlı olsa, lakin eyni zamanda günaha bulaşsa əbədi əzaba düçar olmasa da bərzəxdə və Qiyamətin çətin anlarında bir müddət günah etdiyi miqdarda əzab çəkəcək, bu şərtlə ki, şəfaət və ya rəhmət ona nicat verməyə. Əgər nə”uzu billah, imansız ölsə, əbədi əzaba düçar olacaq. Doğrudan da aqibət qorxusu mərifət əhlinin ürəklərini alovlandırıb, onları ağlar qoyubdur. Çünki heç kəs ömrünün axırının necə olduğunu bilmir. Çoxlu insanlar ömrünün bir hissəsində müsəlman idilər, bəlkə də imanlı idilər, lakin ömürlərinin axırında küfrlə, günahla öldülər! Bunun əksinə olaraq, elə adamlar olubdur ki, bir müddət ömründə imansız və günaha bulaşıbdır, lakin ömürlərinin axırında pak və imanla ölüblər, üstəlik ən böyük səadətə də çatıblar; Hürr ibni Yəzid Riyahi kimi. Elə vaxt olur ki, insan dünya məhəbbətinin onun qəlbində qələbə çalması ilə Allaha kin bəsləyərək ölür. Belə olan halda artıq onun üçün nicat yolu yoxdur. Çünki, ölüm anında başa düşür ki, onu evdən, həyatdan, əhli-əyalından, böyük zəhmətlə topladığı sərvətdən və ya rəislikdən ayırmaq istəyirlər. Bütün istədiyi şeyləri ondan alırlar. Bu hadisənin Allah əmri olmasını da başa düşür. Elə buna görə də Allah düşmənçiliyi ilə ölür. (nəuzu billah!) Elə vaxt olur ki, imanı zəif olduğu üçün ölüm saatı şübhəli fikirlərlə, şəkli halla ölür. Bunlar axırıncı keçiddir ki, o bədbəxt və şər aqibətli üçün heç bir nicat ümidi yoxdur. Elə olur ki, günah etdiyi zaman ölür; şərab içib məst halda ölən bədbəxt kimi və ya riba (sələm) yeyən və bazarda öz mənfəətini tələb edən şəxs kimi. O biçarə borclularla əlbəyaxa oldu. İş polis idarəsinə çəkildi. O söhbət etdiyi vaxt davanın səbəbini başa saldığı zaman infrakt keçirtdi və öldü. Ya bir məzlumun malını qəsb edən başqa bir bədbəxt qəsb etdiyi zaman öldü. Elə vaxt olur ki, günahı arzuladığı halda ölür. Məsələn, həmin bədbəxt ki, ölüm saatında həsrət çəkirdi. O bədbəxt bir gün pak bir qadını hiylə ilə öz evinə apardı. Pak qadın da hiylə işlədərək onun əlindən çıxıb qaçdı. O bədbəxt ölüm saatında da həmin günahın həsrətini çəkirdi. Xülasə, hər kim pis aqibətdən qorxub, yaxşı aqibəti arzulayırsa gərək bütün ömrü boyu imanını möhkəmlətməyə çalışsın, bütün günahlardan qorunsun. Əgər günaha bulaşsa həqiqi tövbə edərək özünü paklaşdırsın və Allah qarşısında zəlillik göstərərək öz aqibətinin yaxşılığını istəsin. Yəqin etmək lazımdır ki, Allah-Taala bu cür bəndənin əməllərini puç etməyəcək.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə