Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə4/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
1   2   3   4   5   6   7   8   9   10

Cənnət ne”mətlərindən biri də ünsiyyətin yaranmasıdır. Rəvayət olunur ki, Möminlər bir-biri ilə görüşmək istəyəndə onların taxtları hərəkət edərək bir-birinə çatırlar. Əgər bir Möminin dərəcəsi o birisinin dərəcəsindən böyük olsa, onlar üçün bir sərhəd düzəlir gi, bir-biri ilə görüşsünlər. Ola bilər ki, Seyyid Cəzayirinin və başqalarının dediyi mətləb burada kiminsə yadına düşsün. Həmin mətləb bundan ibarətdir: Əgər Cənnətdə qəm-qüssə yoxdursa, bəs necə olur ki, aşağı dərəcədə olan şəxs, yüksək dərəcələrə çatmadığı üçün qəm-qüssə yemir? Bu sual idi. Amma onun cavabına gəldikdə isə Qu”ran buyurur:

“Onların qəlbərində olan kini, həsədi çıxartdıq və bir-birinin qarşısında taxtlara söykəniblər.”

Hər kəs Cənnətə girsə, əvvəl bir bulaqla qüsl edir və ikinci bulaqdan içir. İkinci bulaqdan su içəndən sonra bütün daxili xəstəlikləri aradan gedir, artıq paxıllıq, həsəd, kin və s. onda qalmır.

Bu zaman Mömin başqasının paxıllığını çəkmir, başqasına həsəd etmir, üstəlik o Möminin dərəcələrindən ləzzət çəkir, kef edir.

Xülasə, orada kin yoxdur. Cənnətin çölündə qüssəsi vardır, qəbirdən çölə ki, baş çıxartdılar, qüssələri vardır. Hətta Cənnətin qapısına gedənə qədər də qüssələri vardır. Amma Cənnətdə heç cür qəm-qüssə yoxdur. Bilmək lazımdır ki, deyilən sözlər iman əhlinin çoxu üçündür. Allahın elə bəndələri vardır ki, həmin ölüm saatından şaddırlar və hər dərddən, qüssədən uzaqdırlar. Onlar imanın yəqin məqamına çatanlardır. Onlar Allaha ibadət və bəndəlik etməkdə xatircəm və sabit idilər. Heç bir azğınlıqları yox idi. Necə ki, Qurani-Məcid onların hamısını bəyan edir. Və həmçinin buyurur:

Yuxarıdakı sualın başqa

cavabı şəxsi idrakla əlaqəlidir. Məsələn, bir nəfər bir əndazəyə qədər ləzzət çəkir, ondan artıq ləzzətləri dərk etmir və həmin ləzzətlərə malik olmadığı üçün əziyyət çəkmir. Ümumiyyətlə, bu qədər bilin ki, hər kəs Cənnətə getsə qəm-qüssəsi olmaz. “Fatir” surəsində Möminlərin Cənnətə daxil olmasını bəyan edəndən sonra 33-cü ayəsində buyurur:

“Allaha şükür olsun ki, qəm-qüssəni bizdən uzaqlaşdırdı və artıq bizim üçün heç bir əziyyət və narahatçılıq yoxdur.”

Allah-Taala Mühəmməd və Ali-Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm xatirinə bizi Cənnət ne”mətləri ilə bəhrələndirsin və onların yanında bizə yer versin. Möminlər bir-biri ilə Cənnətdə görüşən zaman etdikləri söhbətlərdən biri də dünyanın vəziyyəti haqqındakı sual-cavabdır.

“Yətəsaəlunə”: təsaul təfaul babından olub qarşılıqlı söhbət deməkdir. O bundan soruşur, bu da ondan soruşur. Xülasə bir-birinin halını soruşurlar. Deyirlər: Bu dərəcələrə çatmağının səbəbi nədir? Dünyada nə edibsən? Cavabında deyirlər:

“Bu qədər ne”mət və günahların bağışlanmasının səbəbi, dünyada öz ailəmə mehriban olmağımdır.”

“Məcməul-bəyan” təfsirində deyilir:

Yəni insan bir şeydən qorxduğu üçün ürəyində yaranan qorxu səbəbi ilə ürəyin yumşalmasına səbəb deyilir.

Şəfaət–qəlizlik və qəsavətin ziddidir. Buna görə də şərif ayənin mənası aşağıdakı kimi olacaq:

“Cənnət əhli bir-biri ilə danışarlar ki, biz bundan qabaq, yəni dünyada öz əhlimizin arasında, Allah qarşısında günah etmək qorxusundan ürəklərimiz yumşalmışdı və öz aqibətimizin necə olmasına görə çox qorxurduq. Elə həmin Allah qorxusu bizim nicat tapmağımıza səbəb oldu.”

Cənnət əhlinin “biz dünyada öz əhlimizin arasında qorxurduq” deməkləri ondan ötəridir ki, adam bəzi vaxt öz əhlinin yanında olduğu üçün ünsiyyətdə, xoşluqda və rahatlıqda olur. Bəs belə bir vəziyyətdə də mehriban olub, Allahın əzabını yaddan çıxartmayıb. Allahın əzabından qorxan adam, başqa hallarda daha da qorxu içində olar. Xülasə, yəni bütün hallarda qəlbimiz qəsavətli olmayıbdır. Həmişə günahdan, Allahla müxalifətçilikdən qorxurduq.

Bəzi təfsirçilər deyiblər, ehtimal vardır ki, “əhlimizin arasında yumşaq qəlb idik”, cümləsindən məqsəd onların öz əhli üçün ürəkləri yanmasıdır. Yəni biz onlara görə Allahın əzabından onların qəsavət və bədbəxtçiliyindən qorxuda idik.

Allah-Taala bizim boynumuza minnət qoydu; lütfü ilə, rəhməti ilə itaət etməkdə tövfiq verməklə, günahdan qorunmaqla və axirətdə Cənnətə daxil etməklə. Bizi odun əzabından qorudu. Odun əzabı, nəhayət istidə bədənin dərisindən tərin xaric olması üçün olan kiçik-kiçik məsamələrə nüfuz edən külək kimidir.

Bəzi təfsirçilər deyirlər “Səmum” Cəhənnəmin adıdır. Bilmək lazımdır ki, “fəminəllah”-ın farsı təfsiri nəticə almaq üçündür. Yəni dünyada Allahdan qorxmağın nəticəsi ilahi hədiyyələr, Cəhənnəmdən xilas olmaq və Cənnətə daxil olmaqdır. öləndən sonra çətinliklərdən amanda olmağın miqdarı, insanın ölməsindən qabaq qorxusu qədərdir. Yəni insan ölməmişdən qabaq nə qədər qorxusu olsa, o qədər də öləndən sonra çətinliklərdən amanda olacaq. Çünki, nə qədər qorxu çox olsa insan günahı tərk etməkdə, itaətdə, ibadətdə daha çox çalışqan olur. Doğrudan da nə qədər ki, ürək Allah qorxusundan yanıb kövrəlməyib, ölüm vaxtı Allahın mehribançılığına, lütfünə rəhmət nidasına layiq olmayacaq. Necə ki, “Füssilət” surəsində buyurur:

“ölüm anında mələklər onların yanına enərək onlar üçün Cənnəti müqdə verirlər və deyirlər: Qorxmayın! qəmgin olmayın!”

Nə qədər (Allahdan ) qorxsan, bir o qədər ölən vaxt rahat olacaqsan və əksinə, nə qədər çox asi, itaətsiz olsan və təkəbbür etsən bir o qədər ölən vaxt qorxu və biçarəliyin artacaq.

öLÜMDƏN SONRA ƏMİN-AMANLIQ
Həzrət Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunur ki, o Həzrət buyurdu:

–Allah-Taala iki qorxunu bir ürəkdə toplamaz. Bir nəfər dünyada Allahdan qorxsa mümkün deyil ki, Allah-Taala onu öləndən sonra da qorxaq saxlaya. Həmçinin iki əmin amanlıq birlikdə yığılmaz. Bu dünyada Allahdan qorxmayan daşürəkli adam o dünyada qorxu içində olmalıdır.

Quranın bu ayələri, bu biçarələrin qəlbində niyə öz təsirini qoymur? Elə bir Quran ki, ayələri dağları titrədir.

Sən nə bilirsən ki, imanla dünyadan gedəcəksən? Böyük şəxsiyyətlərin bəyan etdikləri qorxu bundan ibarətdir ki, qəlb, ürək ağrıya. İndi qəlbinə müraciət et, gör dərdli və ağrılısan, yoxsa yox? Əgər canavar sənin üstünə gəlirsə gör necə ürəyin sıxılır, əgər evinin, mağazanın yanında od alovlanıbsa və indi bütün evin, mağazan yanacaqsa, gör necə qorxursan, necə titrəyirsən! Qəbrin, bərzəxin, Qiyamətin odlanmasına səbəb olan günahdan da o cür qorxursan? İmam Həsən əleyhis-salam ölümü yadına salıb ağlayırdı.

Şeyx Səduq “Əmali” kitabında rəvayət edib ki, İmam Həsən əleyhis-salam elə ki, qəbri, həşri, siratdan keçməyi yadına salırdı, ağlayırdı, elə ki, “ərz ə”ləllahı” yadına salırdı, fəryad çəkib qəşş edirdi, elə ki, Cənnəti, Cəhənnəmi yadına salırdı ilan vuran adam kimi titrəyirdi və qıvrılırdı. Cəhənnəmdən Allaha pənah aparıb Cənnəti istəyirdi.

Şeyx Şuştəri deyir:

“Mənə deyirlər bu qədər xalqı qorxutma! Necə onları qəbrdən, bərzəxdən, siratdan hesabdan, qorxutmayım? Nədən qorxutmayım? Şeytan sizə deyir ki, qorxmayın, mən də şeytana kömək edim? Şeyx sizə Allah və Onun Rəsulu tərəfindən deyir ki, qorxun! Amma siz qorxmursunuz, sizdə qorxu yaranmır.”

Yəni qorxu yəqin əhlinindir.

Əgər insan yəqin dərəcəsinə çatsa başa düşər ki, qorxmaq nə deməkdir. Əli əleyhis-salamın qorxusunu eşitmisiniz ki, Allah qorxusundan ağac kimi quruyurdu. Əgər insanda Allah qorxusu və liqaullah Allah görüşünün şövqü yaransa, bu dünyaya meyl etmək öz işinin dalınca gedir. Buna görə də Mömin gərək Allah qorxusunu ələ gətirsin.

Bir neçə cümlə ərz edim. Ola bilsin ki, biz də ömrümüzün bu axır çağında Möminlərə oxşayaq. Allah qorxusunu ələ gətirmək üçün ən mühüm yollardan biri, bizim dövrdə çətin və az tapılsa da qorxu əhli ilə oturub durmaqdır. Əgər bu cür adam tapdın, onun yanında otur, təki onun qorxu nuru sənin üstünə də saçsın. O cümlədən, alimlərlə oturub durmaq lazımdır. Alimlərlə söhbət etməyə rəğbət bəsləməyin səbəbi budur ki, alimin qəlbi atəşlə doludur. Əgər bir nəfər alimlərin məclislərindən qaçsa xəcalətli olacaq. Hətta İmam Səccad əleyhis-salam alimlərlə bir yerdə oturmağı təmənna edirdi:

“İlahi, alimlərin məclisində olmadığıma görə məni öz başıma buraxdın, xar etdin.”

İbni Babəveyh nəql edir ki, bir gün Rəsuli Əkrəm bir ağacın kölgəsində oturmuşdu. O gün çox isti idi. Birdən bir şəxs gəldi. Paltarını soyunub yerin üstündə qıvrılmağa başladı. Gah qarnını, gah da alnını isti torpağa sürtərək deyirdi: Ey nəfs! Dad bu əzabı! Allahın əzabı bundan da böyükdür. Həzrəti Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ona baxırdı. Sonra həmin şəxs paltarını geydi. Həzrət onu yanına çağırdı və buyurdu: Ey Allahın bəndəsi! Səndə bir iş gördüm ki, onu heç kəsdə görməmişdim. Sənin bu işi görməyinə nə bais oldu?

Həmin şəxs dedi: Allah qorxusu məni bu işə vadar etdi. öz nəfsimə bu istiliyi dadızdırıram bilsin ki, Allahın əzabı bundan da şiddətlidir və ona dözməyə tabı yoxdur.

Həzrət buyurdu: Allahdan qorxmağın ləyaqətli qorxudur. Həqiqətən sənin Allahın sənə görə asiman mələkləri ilə iftixar edir.

Sonra Həzrət öz əshablarına buyurdu: Bu kişiyə yaxınlaşın, sizi dua etsin.

Elə ki, əshablar o kişinin yanına getdilər o dedi: Ey Allah! Hamını hidayət yoluna topla! Bizim üçün təqvanı azuqə et! Bizim qayıdacaq yerimizi Cənnət et!

Bu hədisin axırından başa düşürük ki, xovf əhli Allah dərgahına yaxındır və onun duası qəbul olunur. Hər kəs dünyada xof əhlidirsə axirət aləmində rahat olacaq. Allah-Taala “Səmum”un dəhşətli əzabından onu qoruyur. “Səmum” isti şiddətli külək deməkdir. Bu külək Ərəbistanın ən isti hissələrində olur. Onun istiliyi qulaq, burun və boğazdan bədənə daxil olaraq öz zəhərli təsirini qoyur. Elə vaxt olur ki, dəvəni o cür böyük olmağı ilə belə gicəldib yerə sərir və ya öldürür. Bu dünya aləminin “Səmum”udur. Aman axirət aləminin “Səmum”undan! Bu “Səmum” Cəhənnəmdə də vardır. “Səmum” əzabından xilas olanlara deyirlər: Allah-Taala bizi Cəhənnəmin “Səmum”unun əzabından qorusun!

QORXU ATƏŞİ ÜRƏK XƏSTƏLİKLƏRİNİ ARADAN APARIR


“Həl əta” surəsində pak və məsum Əhli-beytin tərifində buyurur:

“Bütün günahkar və tüğyan əhlini çətinliyə, əzaba salan Qiyamət günündən qorxurlar.”

Həmçinin buyurur:

Onlar Qiyamətin dəhşətli günündən qorxduqları üçün Allah-Taala onları həmin günün pisliyindən qorudu. Onlara təzə ruhiyyə, üzüaçıqlıq və şad ürək verdi. Deməli dünyada Qiyamətdən qorxmağın nəticəsi axirətdə əmin-amanlıqda olmaqdır. Düzgün qorxu budur ki, insanı da hər bir günahadan və itaətlə müxalifətçilik etməkdən saxlasın.

Bu ümumi bir və”dədir. Elə buna görə ərz edirəm ki, hər kəs öz qəlbinə müraciət etsin. Nə qədər ürəyində qorxu çox olsa, ölən vaxt daha da rahat olacaqsan. Əgər ürəyində qorxu olmasa da gərək öz əməlinə görə nalə və fəryad çəkəsən. Qorxu təkamül sifətlərindəndir. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurur: “Elm və hikmətin əsası Allahdan qorxmaqdır.”

Xovf Allah qorxusu alimlərin sifətidir. Qorxu əhli ən uca dərəcədədir. Qorxu əhlinin hesab-kitabı yoxdur. Bir cümlə yada salıram, təki qorxu atəşi ürəklərdə alovlansın. Əgər bu cür olsa, ən kiçik nəticəsi dünya məhəbbətinin məhv olması, həsəd, paxıllıq, rəyasət məhəbbətinin və s. ürəkdən çıxması olacaq. Arzu, istəklər azalacaq. Bir nəfər qorxu əhli olsa artıq başqası ilə dava-dalaşı olmayacaq. Qorxu atəşi ilanın sancması kimidir. Əgər ilan çalanın üstündə milçək də olsa hiss etməz. Həmçinin qorxu əhlinin ürəyi başqa yerdədir, özünü iki böyük xətərin arasında görür, biri Cənnətə getməmək, o birisi isə Cəhənnəmə getmək. Bu cür adam Cənnət və Cəhənnəmdən başqa heç bir yaxşı və pisliyi başa düşmür. Bu qədər zülmlər, həsədlər, paxıllıqlar, əzablar və başqa şəhvətlərin insanda tapılmasının səbəbi qorxunun olmamasıdır. Əgər bir nəfər qorxu əhli olsa, yəni ilan çalan adam kimi olsa, nə qədər gözəl qadın da onun qarşısına çıxsa diqqəti ona yönəlməyəcək.


QORXU GƏTİRƏN FİKİRLƏR
Ruhun ağrısı da cismin ağrısı kimidir. Ruh ağrısı olan insana dünyanın bütün səs-küyləri təsir etmir. İmamlar əleyhimussalam Allah qorxusunu nur adlandırıblar. Bu nur ürəyə saçsa ürək sahibi çox xoşbəxt olar. Qorxunun əlaqə tapdığı şeylər iki yerə bölünür: keçmiş və gələcək. Kimin günahı yoxdur? Deyirsən tövbə vardır, yəqinin vardır ki, tövbən qəbul olubdur? Fərz edək ki, tövbən qəbul olubdur. Bəs sabah Qiyamət günü etdiyin günahın xəcalətini çəkməyəcəksənmi? Məgər hər bir etdiyin günaha görə düzgün tövbə etməyinə yəqinin vardırmı? Halbuki, çoxlu günahlar insanın nameyi-əməlində yazılıbdır, lakin o bunlardan xəbərsizdir, ya da həmin günahlardan tövbə etməyi yaddan çıxardıbdır.

Ola bilsin ki, çoxlu etdiyin günahlar yadında deyil. Amma öz xəyalında fikirləşirsən ki, günah etməyibsən, halbuki, sənin nameyi-əməlində yazılıbdır. (Bəlkə də mində bir günah insanın yadından çıxır.) Bəzi vaxt kiçik işlər Allahın yanında böyükdür. Məsələn: əgər anana üzünü turşutmusansa bu böyük günahdır. Lakin özün də ona diqqət etmirsən. Kim nə bilir? İnsan iş görəndə xəbəri olmur, sonra da yadından çıxarır və ya onu kiçik hesab edir. Halbuki, Allahın yanında böyükdür.

Keçmiş əməllərinin qəbul və düzgün olmaq şərtlərinə əməl etmisənmi?

Keçən işlər də iki cürdür; günah və savab.

Keçmişdə etdiyin işlərin ikincisi yaxşılıqlar və savab işlərdir. Yaxşı işlərinin qəbul olmasına yəqinliyin vardırmı? Riya və qurur onu məhv etməyibmi? Buna kimin yəqinliyi vardır? İmam Cavad əleyhis-salam buyurur:

“Kişinin əqli onun işlərinin ehtimallarının çoxluğu ilə tanınır. Əgər fikrin fəaliyyəti çoxdursa əql vardır. Əgər bu cür deyilsə əql işləmir. Bunların hamısına göz yumsaq, fərz etsək ki, keçmiş əməllər qəbul və düzgünlük şərti ilə qəbul olubdursa, qorxmursan ki, sabah fəzl və kərəmlə (Allah öz fəzl və kərəmi ilə) səninlə rəftar etməz. Bəlkə Allah öz ədaləti ilə səninlə rəftar edəcək. Əgər səndən Allahın dərgahında qəbul olan bir əməli istəsələr, məsələn, Allahın əzəmətinə layiqli olan iki rəkət namaz qılıbsanmı? ömründə bir gün Allahın həqiqi bəndəçiliyini keçirmisənmi? Əgər Qiyamət günündə əməllərinin muzdunu hesab edib sənə vermək istəsələr, bil ki, bütün əməllərin sənə dünyada verilən ne”mətlərin qarşısında heçdir və yüz faiz borclu da qalacaqsan. Buna baxmayaraq, əgər hər əməlin qarşısında onun layiqli muzdunu sənə vermək istəsələr, görərik ki, insanın əməli düzgün qiymətə malik deyildir. Məsələni daha da aydın bəyan etmək istəyirəm. İnsanın bədəni, yaxud malı ilə yerinə yetirdiyi hər bir ibadət və itaət Allahın ne”mətləridir. Məsələn, qıldığı namaz Allahın onun üçün xəlq etdiyi bədənlədir, sağlamlığı Allah veribdir, tövfiqi Allah veribdir. Əgər bir malı infaq edirsə, malın özü Allahındır. O malı infaq etmək tövfiqi də Allah tərəfindəndir. Həmçinin başqa əməllər. Elə buna görə, Həzrət Davud əleyhis-salam ərz etdi: “Ey Allah, necə Sənə şükür edim ki, həmin şükür də Sənin tərəfindəndir və Sənin ne”mətinin vasitəsi ilədir.”

Gərək bunun özünə də şükr edəsən. Allah-Taala ona vəhy etdi: “Ey Davud! Sən, Mənə şükr etməyə aciz olduğunu e”tiraf etdiyinə görə səndən razıyam.”

Xülasə, bədəni, ruhu, var-dövləti, ümumiyyətlə bütün varlığı Allahın sırf mülkü olan bir adamın vəzifəsi bəndəlik edib Allahın hökmlərini yerinə yetirməkdir. Eyni zamanda bunun qarşısında heç bir əcr və muzd almaq haqqına malik deyil. Bu həqiqətdən əlavə (hələ bu həqiqətə göz yumsaq da) hər gün yüzlərlə təzə ne”mət bir insana çatırsa, əqlin hökmü ilə gərək o ibadət və itaətlə onun şükrünü yerinə yetirsin. Belə olan halda, əgər başa düşüb, insafla gecə-gündüz dayanmadan ibadət və itaət etsə, o günün bir ne”mətinin də şükrünü yerinə yetirə bilməz.

Rəvayət olunur elə ki, Həzrəti Zeynül-abidin əleyhis-salam Əbdülməlikin yanına getdi, Əbdülməlik gördü İmamın bədəni ibadətin çoxluğundan zəifləmişdir, gözləri çuxura düşüb, alnı səcdə etmək nəticəsində qabar bağlayıb. Əbdülməlik narahat olaraq dedi: Ağa! Niyə özünü ibadətin çətinliyində çox saxlayırsan. Halbuki, sənin yerin Cənnətdədir. və cəddin Rəsulullahın şəfaəti sənin üçündür.

İmam buyurdu:

“And olsun Allaha, əgər ibadət və səcdənin çoxluğu nəticəsində bədən üzvlərim tikə-tikə olsa, iki gözüm yerindən çıxsa, yenə də Allahın saysız-hesabsız ne”mətlərinin içində, bir ne”mətin onda bir hissəsinin şükrünün öhdəsindən gələ bilməyəcəyəm.

Bu dastana diqqət edin! Bir gün bir vaiz Harunər-rəşidin yanına gəldi. Harun ondan nəsihət almaq istədi. Vaiz dedi: Əgər susuz olasan, suzuzluqdan həlak olmağa yaxınlaşasan, su da tapılmaya, bu zaman hansı məbləğə su almağa hazırsan.

Harun dedi: Mülkümün yarısını verməyə hazıram.

Vaiz dedi: Əgər sidik kanalın tutulsa, sidiyini xaric etmək üçün hansı məbləği verməyə hazırsan?

Harun dedi: Mülkümün qalan yarısını verməyə hazıram.

Vaiz dedi: Belə isə, gərək səni mülk aldatmasın. Çünki, sənin mülkünün qiyməti içdiyin bir qurtum su və səndən xaric olan bir qətrə sidik qədərdir. Deməli, bir adam gecə-gündüz Harunun məmləkətinə bərabər olan suyu dəfələrlə içir. Amma adamın işlərinin qiymətini onun fəhləlik haqqını nəzərə alaraq, sübhdən axşama qədər zəhmət çəkdiyi işin pulunu, sübhə qədər yatmayıb daim qarovul çəkdiyinin pulunu ona verirlər. Bəs sübhə qədər namazla, Quran zikri ilə gecəsini keçirən şəxs əgər öz muzdunu istəsə, işinin qiyməti məlumdur. Lakin mənim dediyim sözlərdən məqsəd Allahın ədalətini bəyan etməkdir. Bu qədər məsələni şərh verməkdən məqsədimiz bu idi ki, Möminlər qürura düçar olub, Allahın qəzəbindən xəbərsiz olmasınlar. Necə ki İmam əleyhis-salam ərz edir:

“İlahi, Sən cəlal sahibisən, sənin yalnız ədlətindən qorxarlar, Sənin yalnız ehsan və fəzlinə ümid bəsləyərlər.”

Allah-Taala Mömini yaradandan sonra ona əql və ixtiyar verdi. Ona itaət və bəndəlik yolunu göstərdi. Onun imanı və bəndəliyi üçün elə savab nəzərə aldı ki, heç göz görməyib, heç qulaq eşitməyib, heç qəlbdən keçməyibdir. Necə ki, buyurubdur:

“Hətta əgər bir dəfə “subhanəllah” desə onun üçün behiştdə heç vaxt qurumayan bir ağac əkilir və onu suvarmağa da ehtiyac yoxdur.”

Mömin nə vaxt ürəyi hər növ meyvə istəsə o ağacda görür və dərir. Bəli, əgər adamın danışığı və rəftarı özünə və ya başqasına xatir olsa, həqiqi qiyməti olmaz. Amma əgər Allaha xatir olsa, Allah böyük olduğu üçün o da böyük olacaq. Bu mətləbin şərhi çoxdur. İşarə etdiyimiz qədər kifayətdir. Məqsəd Möminin həmişə qorxu və ümid arasında olmasıdır, yəni Allahın ədalətindən şərh etdiyimiz kimi qorxsun, Allah fəzlinə ümidvar olsun, onu istəsin. Əgər Allahın ədalətindən qorxmayıb öz işləri ilə qürurlansa bilsin ki, çox böyük səhvə yol veribdir. Bu cür vəziyyət, ilahinin fəzlindən məhrum olub, ondan bəhrələnməmək əlamətidir. Dediklərimin xülasəsi bundan ibarətdir ki, əməlsiz, savab və ilahi fəzlə ümid bəsləmək qürur və axmaqlıqdır. Elə bil ki, toxumu səpməyir, amma gözü xırman dalındandır. Həmçinin, yalnız əməl sahibi olmaqla öz əməlinə fəxr etmək də nadanlıqdır. Gərək elə əkinçi kimi olasan; belə ki, Allah-Taalanın onun torpağa əkdiyi toxuma bərəkət verməsinə ümidi vardır. Belə olarsa, Allah-Taala artıqlaması ilə rəhmət edəcək.

Yəni gərək Allahın hədsiz fəzl, rəhmət və kərəminə ümidvar olub sevinək.

Amma gələcəyinin pis olmamağına, qəlbinin qəsavət bağlamamağına, imtahan qarşısına çıxanda onun öhdəsindən gəlməyinə necə xatircəm ola bilərsən? Fəqirliyə, xəstəliyə düçar olsan, şikayət və giley qapısını açma. Bunlardan əlavə, aman ölüm saatından! Allahdan qorxanlardan birinin haqqında yazıblar, o dostuna vəsiyyət etdi ki, ölən vaxtı iman əlamətini məndə görsən sevinə-sevinə mal-dövlətimin üçdə birini infaq edib Allah yolunda verərsən. Əgər gördün ki, iman əlaməti yoxumdur və imansız dünyadan gedirəm, camaata de, mənim cənazə mərasimimdə iştirak etməsinlər.

Axırıncı saatda kim bilir necə öləcək? ölüm saatının qorxusu hər şeydən şiddətlidir. Hətta İmam Zeynül-abidin əleyhis-salam buyurur: “Ey Allah ömrümün axırıncı saatını həyatımın ən yaxşı saatı qərar ver!”

Əgər öləndən sonra bərzəx aləmini, qəbri, siratı, məhşəri də nəzərə alsaq gərək daha da çox qorxaq. İnsanların çoxlarının qəlbi qorxu ilə doludur, amma şeytani qorxu ilə, rəhmani qorxu ilə yox.

Allah qorxusu olan adama canım qurban olsun!

Dünya yaşayışına aid olan xoşagəlməz hadisələrdən qorxmaq şeytani qorxmaqdır. Məsələn, kasıblıqdan qorxmaq, xəstəlikdən qorxmaq, arzulara çatmamaqdan qorxmaq, nəfsani həvəslər..., insanların çoxu bu cür qorxulara giriftardırlar. Halbuki, bu qorxuların hamısı mövhumatdır və şeytanın vəsvəsələri ilə yaranır. Çünki, hər bir insan gələcəkdə yaşamasına yəqini yoxdur. Buna görə də gərək onun qəm-qüssəsini çəkməsin. Çoxlu insanlar gələcəyinə qüssəli idilər, lakin yaşamadılar və torpaq altında qaldılar. Əgər fərz edək gələcəyi də görəcək, amma ola bilsin ki, qorxduğu hadisə baş verməyəcək. Başqa bir tərəfdən, Mömin Allaha təvəkkül edir və Allahı özünün vəkili edir, hər bir hadisədə heç vaxt şeytanın vəsvəsəsinə aldanmır, həmişə əmin-amanlıqda olur, ürəksıxıcı vəziyyətlərə düçar olmur.

Müvəffəqiyyətsizlikdən, ilahi fəzldən məhrum olmaqdan qorxmaq isə rəhmani qorxudur. Rəhmani qorxu aqibətin pis olmasından, öləndən sonra “əqəbatın” qorxulu olmasından qorxmaqdır. Elə buna görə də Əmirəl-Möminin Əli əleyhis-salam buyurur:

“Heç kim öz günahından başqa heç nədən qorxmasın və Allahdan başqa heç kəsə ümidi olmasın.”


BƏNİ-İSRAİL QöVMÜNDƏKİ ALLAHDAN QORXAN ABİD
Allahdan qorxanların hekayələri çoxlu kitablarda yazılıbdır. Bəzi kitablarda yazıblar ki, Bəni-İsrail tayfasında xəbis fahişə bir qadın olubdur. Onun adəti evinin qapısını açıq qoyub, özünü bəzəyib, qapının qarşısında oturmaq idi. Hər kəs onun qapısının ağzından keçmək istəsəydi, dərhal tələyə düşərdi. İslam dinindən qabaq fahişələr evinin üstünə bayraq sancardılar, taxta vurardılar.

Bu fahişə qadının xasiyyətlərindən biri on dinar pulu qabaqcadan almaq idi. Bir gün, bu cür işlərin əhli olmayan br nəfər saleh və abid bir nəfər həmin fahişənin evinin yanından keçdi. Bu abid ömrü boyu təqva toplamaqdan və Allaha bəndəlik etməkdən başqa heç bir iş görməmişdi. Elə ki, bu yerdən keçirdi, gözü bu fahişəyə sataşdı, ayaqları süstləşdi, qadının camalı, gözəlliyi onu özünə cəlb etdi. İllər boyu etdiyi ibadətdən sonra istədi həmin evə girsin. Gördü, məmur deyir ki, on dinar ver, sonra evə gir. Pulu yox idi. Tez gedib bir şey satdı və on dinarı verib fahişənin evinə girdi. Fahişənin yanında oturdu. Haram işi görənə qədər bir dəfə bədəni titrədi. Rəhmani fikirləri zehnindən keçirdi, elə titrədi ki, qadın da onun vəziyyətini gördü. Qadın dedi: Niyə titrəyirsən? Bu fikirləri at başından!

Abid dedi: Allah burada hazırdır (görür), Ondan qorxuram.

Qadın dedi: Bunu çoxları arzulayır. Sən gedirsən!?

Abid dedi: Verdiyim pulu da sənə bağışlayıram, amma məni burax gedim.

Abid evdən çölə çıxdı və arası kəsilmədən bu işinə görə fəryad çəkirdi. O özünü ələ ala bilmirdi. Buna görə də şəhərdən çıxıb başqa yerə getdi. İndi görün bu abidin işinin nəticəsi nə olacaq? Həmin zinakar qadın fikrə getdi. öz-özünə dedi: “Kül başına! Bu kişi indiyə qədər günah etməmişdi. İndi ki, günah etmək istədi, bu cür halı biri-birinə dəydi. Sən ki, bir ömür xarab iş görmüsən, bəs indi nə etmək istəyirsən?

Həmin qadın o saat gedib evin həmişə açıq qapısını bağladı. Peşman oldu öz pis əməlindən. Həmin abidin dalınca gedib onunla evlənmək fikrinə düşdü, təki Allah-Taala onu bağışlasın. Abidin dalınca getdi. Ona göstərdilər ki, həmin abid filan kəndə gedibdir. Qadın o kəndə gəldi. Elə ki, o pak kişinin yanına çatdı çadrasını üzündən çəkdi ki, onu kişi tanısın. Qadın dedi: Tövbə etmək üçün gəlmişəm. Sonra üzünü çadra ilə bağladı. Elə bu zaman abid kişi qışqırdı və dünyadan getdi. Qadın üzünü göylərə tutub dedi: Ey Allah! Keçmiş işlərimdən peşman olmuşam. Bu pak kişinin yanına gəlib onunla evlənmək istədim, təki keçmiş səhvlərimi düzəldim. İndi ki, o dünyadan getdi, mənim də canımı al və ona qovuşdur.

Elə bu qadın da dünyadn getdi. Axirət aləmində də bir yerdə olmaqlarına yəqinliyim var.

Elm və mərifət öz batini vəziyyətinin xovf və Allah qorxusunu artırmaq üçün ən gözəl vasitədir. Elə buna görə də tövsiyyə olubdur ki özünüz haqqında çox fikirləşin. Qeybət, töhmət və s. başqa xoşagəlməz fikirlərə əl atmayın. Həzrət Əli əleyhis-salam buyurur:

“Allah rəhmət etsin o adama ki, elə öz eybləri haqqında fikrə gedibdir, hətta başqalarının eybləri yadına düşmür.”

Həmçinin buyurur:

“Elə ki, Allah-Taala bir bəndənin xeyrini istəyir, eyblərini gözünün qabağına gətirir.”

öz eybindən xəbərsiz olmaq bədbəxtçilikdir.

HƏSƏNAT SƏHİFƏSİ BOŞDUR


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə