Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə5/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
1   2   3   4   5   6   7   8   9   10

Bir nəfər elm əhli dedi: Bir gecə öz haqqımda fikirləşirdim ki, əgər ölümüm çatsa necə olacağam, nicat və Cənnət əhli olacağam, yoxsa Cəhənnəm əhli? öz-özümə deyirdim: Məni Cənnətlik edəcək xatircəm olduğum bir əməlim yoxdur. Yalnız imanım və Əhli-beytin məhəbbəti qəlbimdə vardır. İman və Əhli-beytin məhəbbəti nicat tapmağıma, Cənnətə daxil olmağıma səbəb olsa da, bəs hədsiz günahlarımla nə edəcəyəm? Allah-Taala bağışlamasa, Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm və onun Əhli-beyti şəfaət etməsə, günahlarımın əzabı çox çətin olacaq.

Bu qəm-qüssədə idim. Məni yuxu apardı. özümü vəhşətli bir səhrada yalqız gördüm. Üryan idim. Yalnız göbəyimdən ayaqlarımın üstünə qədər özümü bükmüşdüm. Bədənim çibana oxşar qara dənələrlə və yanıqla dolu idi. Məkanın vəhşəti və eybəcərliyi məni olduqca biçarə etmişdi. Birdən bir nəfər aşkar oldu. O dedi: Qiyamət bərpa oldu. Səni hesaba çəkmək üçün çağırırlar. Sonra məni apardı. Başqa bir nəfər gəlib dedi: “Səni oda atmağa məmur olmuşam.” O iki məmurun şiddətli həmkarlığı ilə sol tərəfə gedirdim. Onlara dedim: “Məni Allahın Rəsulunun və İmamların yanına aparın.” Dedilər: “Bizim icazəmiz yoxdur.”

Sonra birdən gördüm ki, sağ tərəfdən Rəsuli Əkrəm və Əmirəl-Möminin Əli əleyhis-salam oturublar. Onların yanında üç nəfər də vardır. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm işarə edərək məni tələb etdi. Elə ki, o Həzrətə yetişdim, xəcalətin şiddətindən, çılpaqlığımdan, bədənimin rüsvayçılığından və oda Cəhənnəmə məhkum olmağımdan başımı aşağı salıb, salam verdim. Allhın Rəsulu mənim nameyi-əməlimi istədi. Yaxşılıqlarım olan səhifədə bir sətir yazılmışdı:

“İman və Əhli-beytin məhəbbəti”.

Daha orada başqa yaxşılıqlar yox idi. Lakin pisliklərim olan səhifə pozuldu və yaxşılıqarım olan səhifə yazı ilə doldu. Xülasə, Rəsuli Əkrəm əmr etdi ki, məni Cənnətə aparsınlar. Cənnətdə olan bir çayda qüsl etdim, bədənimin bütün çirkinlikləri pak oldu. Cənnət paltarlarından geydim və Cənnət meyvələrindən yedim.

Bu dastanı nəql etməkdən məqsədim ilahi lütfün bir numunəsini bəyan etmək idi. Allah-Taala öz bəndələrinə ölməmişdən əvvəl batini və bərzəxi sifətlərini göstərir, təki özlərini islah edib hazırlasınlar. Tövbə suyu ilə öz çirkinliklərin yusunlar. Yalnız şəfaətə arxalanmasınlar. Şəfaətə çatana qədər dəfələrlə çətinliyə və təzyiqə düşməklərini bilsinlər.

Allah-Taalanın əzəməti, böyüklüyü, intiqam alması, şiddətli əzabı, əzab edənlərin ən əzab edəni, Qurani-Məcidin bəyan etdiyinə əsasən qahiriyyəti və əzabının möhkəm olması haqqında fikirləşmək qorxunu yaradan səbəblərdən biridir.

Doğrudan da insan nə qədər Allahı yaxşı və çox tanısa, bir o qədər xəşyəti və qorxusu çoxalar.

Hətta bu cür Allah tanımaq bir həddə çatır ki, insanın həlak olmasına səbəb olur. Subhanəllah! Kitablarda qorxulu ayələrin vasitəsilə tamamilə dəyişənlər haqqında yazıblar. Mənsur Əmmar deyir: Bir məsciddə idim. Gördüm bir cavan namaz qılır. Başa düşdüm ki, hal əhlidir. Onun yanına gedib dedim: Ey cavan, Cəhənnəmdə “Ləzy” adında bir səhranın olmasını bilirsənmi?

Cavan bir nə”rə çəkdi və huşu başından getdi. Elə ki, huşa gəldi mənə dedi: Yenə də de! Dedim:

“Ey iman gətirənlər, özünüzü və əhlinizi elə bir oddan qoruyun ki, onun odunları insanlar və daşlardır, onun üzərində qəliz və şiddətli mələklər vardır.” Cavan bunu eşidərək elə bir nə”rə çəkdi ki, canını Haqqa tapşırdı Sonra onu aparmağa gəldilər. Ona qüsl verəndə gördüm ki, qüdrət qələmi ilə onun sinəsində yazılıbdır: həyatdadır, ali cənnətdə.”

Sonra isə onu yuxuda gördüm. Ona dedim: Allah-Taala sənə hansı dərəcəni verdi?

O, dedi: Allah-Taala məni şəhidlərdən də yuxarı apardı.

Dedim: Necə?

Dedi: Şəhidlər kafirlərin qılıncları ilə dünyadan köçürlər, mən isə Cəbbar Allahın qılıncı ilə.

Əgər Quranın ayələri bizə azacıq təsir etsə çox yaxşı olar. Allah eləsin ki, qorxu atəşi qəlblərdə yaransın, təki şəhvətlər və dünya məhəbbəti qəlblərdən çıxsın. Peyğəmbərlər və İmamlar qorxu ölçüsüdür. Hər kəs müraciət etsə başa düşər ki, Əhli-beytdə olan qorxunu başqalarının qorxusu ilə müqayisə etmək mümkün deyil. Bilmirəm, niyə biz bu qədər qəflətdəyik? Şeyx Şüştəri demişkən, şeytan bizim qulağımıza nə oxuyubdur ki, bu qədər qəflətdəyik? Qorxu saleh, pak adamların xasiyyətidir. Qorxu və ümid olsa, iman da olar. Hər kəsi ki, görsəniz günahdan qaçır, bilin ki, qorxu və xovf əhlidir. Hər kəs şövqlə yaxşı əməllərə doğru gedirsə-ümid əhlidir.

Bizim kimilərin qorxu mənbəsi, əimmə əleyhimussalam qorxu mənbəyi ilə fərqlidir. İmamların qorxu mənbəyi, günahsız olmaqları ilə yanaşı, məhcuriyyət qorxusudur. Onlar qorxurlar ki, öz məqamlarına çata bilməsinlər, öz məqamlarından aşağı ensinlər. Onlar Allahın ədalətindən qorxurlar. Onlar qorxurlar ki, layiqincə bəndəçilik və Allaha şükr etməyin öhdəsindən gələ bilməyələr.

Ənəs deyir: Mədinənin küçələrində Rəsuli Əkrəm ilə gedirdim. Birdən gözlənilmədən o Həzrətin halı dəyişdi, az qaldı yerə yıxılsın. Başını yuxarı qaldıraraq dedi: “Pərvərdigara! Məni

bir qırpım göz qədər də öz nəfsimin ümidinə qoyma!”

Sonra Həzrət mənə buyurdu: “Allah-Taala Yunis əleyhis-salamı bir an öz başına buraxdı və o da giriftarçılığa düçar oldu.”

Onların münacat və dualardakı nalələri, fəryadları elə buna görədir.

Bizim qorxumuzun mənbəsi kiçik və böyük günahlardır. Bizim eşitdiklərimizi imamlar görürlər, Cəhənnəmin nə”rəsini eşidirlər. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: “Cəhənnəm nə”rə çəkən vaxt, əgər Allahın əmri olsa, məhşər əhlinin hamısını udar.”

Bu barədə hədis çoxdur. Burada da yalnız bir hədisi qeyd edirəm. Hədisin məzmununun xülasəsini deyirəm. Aşağıdakı ayə

“Cəhənnəm kafirlər və müşriklər üçün və”də verilən yerdir. Onun yeddi qapısı vardır. Hər qapı bir dəstəyə məxsusdur.”

nazil olandan sonra Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in halı dəyişdi və şiddətlə ağladı. Peyğəmbərin dostları da ağladı. Amma bilmirdilər hansı ayə nazil olubdur. Onların heç biri o Həzrətin ağlamağının səbəbini soruşa bilmirdilər. Həzrəti Salman dedi: Həzrəti Zəhranın gəlib soruşmağından başqa heç bir çarə yoxdur. Həzrəti Zəhra əleyha salam-ın yanına gəlib ərz etdi: Ey Peyğəmbərin qızı! Atanın halı dəyişib, gəl soruş, gör nə olubdur?

Zəhra çadrasını başına atdı. Salman deyir ki, gördüm ki, Zəhranın çadrasında on iki yamaq vardır. Salman ağlayaraq dedi: Kəsra və Qeysərin qızlarının paltarları hərir, ipək və sündüsdür. Amma Peyğəmbərlərin ağasının qızının paltarı bu cürdür. Bu məsələni Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə ərz edəndən sonra Fatimə əleyha salam buyurdu: Beş ildir ki, mənim və Əli əleyhis-salamın yalnız bir qoyun dərisi varımızdır. Gündüzlər onun üstündə dəvəyə ot verir, gecələr isə onun üstündə yatırıq. Balışımız da xurma lifindəndir. Sonra Fatimə əleyha salam Cəbrəilin hansı ayəni gətirdiyini əziz atasından soruşdu. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm yuxarıdakı ayəni axıra qədər qiraət etdi. Fatimə Zəhra əleyha salam ayəni eşidəndən sonra üzü üstə yerə yıxıldı və buyurdu:

“Vay olsun, bir daha vay olsun o kəsə ki, cəhənnəmə daxil olar!”

Əshabın hamısı nalə çəkirdi. Əmirəl-Möminin Əli əleyhis-salam əlini başına qoyaraq qiyamət səfərinin uzun müddətindən, səfər azuqəsinin azlığından nalə edərək deyir:

O Həzrətin söhbətinin davamını “Biharül-ənvar”ın 10-cu cildində oxumaq olar.

“Kifayətül-müvəhhidin” kitabında rəvayətlərlə nəql olunur ki, Cəhənnəmin 1-ci təbəqəsinin əzabı qalan altı təbəqəsinin əzabından azdır. Onun birinci təbəqəsi axırıncı peyğəmbərin ümmətindən olan günahkarların yeridir. Həmin günahkarlar orada bir müddət qalandan sonra, Allah-Taala məsləhət bilsə, öz rəsulunun şəfaəti ilə oradan çıxıb Cənnətə gedəcəklər. Bu haqda həmin kitaba müraciət edə bilərsiz.


DUA ETMƏK GöSTƏRİŞ DEYİL, YALVARIŞDIR!

Bu ayədə başqa bir mühüm məsələyə toxunulur. Bizim Cənnətdə bu dərəcəyə çatmağımızın başqa bir səbəbi dünya evində dua əhli olmağımızdır. Cənnətə gəlməmişdən qabaq dünyada öz Allahımızı çağırardıq. Doğrudan da bizim Allahımız mehriban və bağışlayandır. “Birr” və “barr” mehriban, nazlayan deməkdir. Burada duanın əzəməti, böyüklüyü və əhəmiyyəti aydınlaşır. Duanın mənası, kiçiyin təvazö edərək böyükdən bir şey istəməsi deməkdir. Əgər mövla öz qulundan bir şeyi istəsə, buna göstəriş və hökm deyilir. Lakin qul öz ağasından bir şey istəsə, dua adlanır, hökm yox. Xülasə desək, aşağı dərəcəlinin yuxarı dərəcəlidən təvazökarlıqla və acizanə bir şey istəməsinə dua deyilir. Daha sadə bəyan etsək, dua acizlik üzündən gədalıq etməkdir. Hər qədər əcr və muzd çox istəsə gərək öz acizliyini duada daha çox bildirsin. Gədaların hər birinin bir cür dilənməyini görmüsünüz, biri bir az aciz olur, o birisi çox aciz olur, üçüncüsü daha çox aciz olur. Hər hansı birinin acizliyi artıq olsa, öz məqsədinə çox yaxşı çatır. Məsələn, sızıdaya-sızıldaya, ağlaya-ağlaya dilənən gədaya hər ürəyi rəhmli insan kömək edir. Bu duanın ədəbi mənasıdır. İndi görək Allah, bəşəri biçarə və aciz yaradıbdır? Yalnız bir yolu, o da bir tərəfli olan yolu, Allahçılıq yolunu onun üzünə açıq qoyub, təki Allahı çağırsın?

Hər bir bəşərin, ya hal hazırda müsibəti vardır ya da sonra onun üçün müsibət baş verəcək Elə bir kəs yoxdur ki, yaşadığı dövrdə onun üçün xoşagəlməz hadisə baş verməsin. Qüssəsiz ürək bu dünyada yoxdur. Allah bu cür məsləhət bilir, təki insan təzyiqə məruz qalıb, Allaha ehtiyaclı olmasını bilsin, hər tərəfə baxsın, çarə yolu tapa bilməsin, axırda bir çarə yolu taparaq “Ey mənim Sahibim! Ey mənim Allahım!”, desin:

Xülasə, dünya yaşayışının bəlaları, çətinlikləri, təzyiqləri insanı Allaha tərəf yönəlməyə və Allahı çağırmağa məcbur edir. Həmçinin böyük çətinlikləri Qiyamət və bərzəx aləminin əzablarını təsəvvür edərək, Allahı yadına salır. Bəşər insanların necə öldüyünü görüb, “Ey Allah! ölüm vaxtı mənim dadıma çat!” deyir.

İnsan görür ki, ölüləri qəbrə qoyandan sonra qayıdırlar, Bu zaman deyir: “Ey mənim Allahım! Mənim təkliyimə rəhm et!”

Siratın adı gələn kimi, nameyi-əməl və onun sağ və ya sol ələ verilməsi, əliboşluğu, biçarəliyi yadına düşür.

Dərdi olmayanlar insan deyillər. Nə qədər dərd çoxalsa o qədər də dərman istəyirsən. Dərman nədir? Dərman duadır. Acizlik, ehtiyac, biçarəlik dua etməyə bais olur. Bunların hamısı müqəddimədir. Allah qadirdir bəşərin hər birini elə yaradardı ki, aciz olmasın. Lakin, Allahın hikməti bu cür tələb edir. Allahın hər kəsə məhəbbəti çox olsa, onun dərdini çoxaldar. Hər kəs bu cür məclisə çox yaxındırsa, ona bəla camını daha da çox verirlər. Bir neçə il bundan qabaq elə burada bu məscid bir nəfər namazın vaxtı keçəndən sonra məscidə gəlirdi. O məscidin sütunlarının dalında ah-nalə ilə namaz qılıb, ağlayırdı. Bir neçə müddətdən sonra gördüm əvvəlki kimi namaz qılmır. Böyük bir dünyəvi giriftarçılığın ona üz verdiyi məlum oldu. Giriftarçılıq aradan gedəndən sonra da həmin əvvəlki ibadət halı onda yox idi. Bəndədə bu hal tapılandan sonra ona bir hadisə üz gətirir. Müqəddəs Əhədiyyət nuru! Bu nurla ürəyi işıqlanır. “Ya Allah!”, “Ya Rəbb!” deməklə nur saçır. Bunun həqiqətini, dərin mənasını diqqət və əql əhli başa düşür. Başa düşür ki, ən uca hikmət onu, ilahi feyzi başa düşməyə vadar edir, istər hacəti qəbul ola, istərsə də qəbul olmaya. “Biharül-ənvar”ın altıncı cildində belə rəvayət olunur:

Rəsuli Əkrəm ölüm yatağında olanda, Cəbrəil gecə-gündüz o Həzrətin yanına nazil olaraq deyirdi: “Allah-Taala sənə salam göndərir və sənin halını soruşur. Həmçinin sənin ümmətində xəstəni ziyarət etmək rəsmi olmalıdır.

Cəbrail deyirdi: “Ey Müəmməd, bil ki, Allah səni çətinliyə salmayıbdır və Allahın yanında səndən əzizi yoxdur. Lakin Allah Taala sənin səsini və duanı eşitməyi istəyir, təki Allah-Taala səni bütün xalqdan fəzilətli edərək hazırladığı savaba və dərəcəyə çatdırsın.

Əgər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm rahat olsaydı buyurardı: Allahı tərif və Ona şükr et! Çünki Allah-Taala istəyir ki, sən ona həmd və şükr edəsən, təki öz fəzlini sənin üçün çoxalda.

“İddətüd-da”i” kitabında bir hədis vardır. Bu hədis həqiqətləri kəşf edən Əbu Əbdillah İmam Sadiq əleyhis-salamdan nəql olunu. O Həzrət buyurur:

“Allah-Taalanın yanında

bir dərəcə vardır. O məqama duadan başqa heç bir şeylə çatmaq mümkün deyil.”

“Kafi” kitabında da İmam Sadiq əleyhis-salamdan belə nəql olunur:

“Allahı, dua edərək çağırıb öz hacətinizi istəmək sizə vacibdir. Çünki dua kimi sizi Allaha yaxınlaşdıran bir şey yoxdur. Hətta kiçik hacətləri də Allahdan istəyin və utanmayın. Çünki həm kiçik hacətləri, həmin böyük hacətləri verən Allahdır.”

Yəni, hər bir şeyi Allahdan istəyin, hətta xörəyin duzunu və ayaqqabının bağını.

Aləmlərin Rəbbi olan Allahla insanın söhbət etməsi çox böyük ne”mətdir. Həmin şəxs, mən bir saat şahla söhbət etdim deyəndə nə qədər fəxr edər? Bəşərin səadəti Allaha üz tutduğu vaxtdır. İmam Zeynül Abidin əleyhis-salam Allaha üz tutub ərz edir:

“Bizə mərhəmət etdiyin ən böyük ne”mət, dua etmək tövfiqidir. Əgər Sənin iznin və əmrin olmasaydı heç vaxt Səni çağıraraq “Ya Allah” deməyə cür”ət etməzdim.”

Allah-Taala bəndənin duasını çox istəyir. Allah-Taala Musa əleyhis-salama buyurur: “Duzu da məndən istə!”

Bu o demək deyil ki, evdə otur və de: “Ey Allah duz ver!” Bu o deməkdir ki, duz dalınca gedəndə də Allahdan kömək istə.

Həzrət Musa əleyhis-salamın dişi ağrıyanda ona vəhy oldu ki, filan bitkini gedib tapsın və ondan istifadə etsin. Musa əleyhis-salam da o cür etdi və sağaldı. İkinci dəfə Musa əleyhis-salamın dişi ağrıdı. Bu dəfə birbaşa həmin bitki üçün durub getdi. Həmin bitkini dərib yedi. Lakin dişi sağalmadı. Musa əleyhis-salam Allaha ərz etdi: “Niyə bu dəfə dişimin ağrısı kəsilmədi?”

Vəhy gəldi: “Ey Musa, birinci dəfə ümidini Mənə bağlamışdın. İkinci dəfə isə ümidini öz təcrübənə və həmin bitkiyə bağladın. Elə buna görə də sağalmadın.”

Başqa bir hədisdə buyurur ki, Allahın yanında duadan çox heç bir əməl sevimli deyil. Allah istəyir ki, ondan bir şey istəyələr. Çünki, hər dəfə “Ya Rəbb” desən Allah-Taala buyurur: “Ləbbeyk!” Yəni Mən səni eşitməyə hazıram. Əlbəttə, əgər məsləhət olsa, bəndənin hacəti qəbul olacaq, əgər məsləhət olmasa qəbul olmayacaq və həmin dua axirət üçün zəxirə olacaq. Bu qədər bəlalar insanı Allaha tərəf getməyə məcbur edir. Xoş o adamın halına ki, özü Allahı yada sala, bəlanın gəlməsini gözləməyə.. Xoş o adamın halına ki, duası qəbul olandan sonra yenə də dua edə.

Çoxlu rəvayətlərdə yazılıbdır ki, əgər vəba kimi ümumi bəla, ya fəqirlik kimi şəxsi bəla gəlsə, bu bəlanın çox çəkməsini bilmək istəsən, gör dua etməyə halın vardır yoxsa yox? Əgər dua etməyə halın olsa bəla tez çəkilər, əgər dua etməyə halın olmasa bəla çox çəkəcək.

DUA MƏQAMIN YÜKSƏLMƏSİNƏ SƏBƏB OLUR

Rəvayət olunur ki, əməlləri bərabər olan iki nəfərə Cənnətdə bir yerdə yer verəcəklər. Lakin onlardan birinin dərəcəsi o birinin dərəcəsindən böyük olacaq. Dərəcəsi kiçik olan Allahdan onun səbəbini soruşacaq. Allah-Taala belə buyuracaq: “Sənin yoldaşın dünyada məndən çoxlu hacət istəyirdi, çox dua edirdi.”

Diqqət etmək lazımdır ki, əmr formasında dua etməməliyik, əksinə gərək yalvarış formasında dua edək.

Bəzi adamlar dua əvəzinə hökm edir. özü üçün məsləhət təyin edir. Deyir, gərək bu cür olsun, o cür olsun. Əgər öz istədiyi kimi olmasa e”tiraz edir. Bu cür etmək lazım deyil. Əgər dua edəndən sonra hacətin verilsə, şükr et! Gəda hara, boynu yoğunluq etmək hara? O qədər ki, səni saxlayırlar bəsindir və buna fəxr etməlisən, bu sənin şərəfindir.

İmam Baqir əleyhis-salam buyurur: Allahın bəndələrindən bəziləri hacət istəyirlər. Allah tərəfindən mələklərə nida gəlir ki, onların hacəti qəbuldur. Amma hələ indi verməyin. Çünki mən onun naləsini sevirəm. Bəzi gədalar kimi ki, evlərə gedib Əhli-beyt (imamları) tərif edirlər. Ev sahibləri onların səsindən xoşları gəldiyinə görə hacətlərini gec verirlər.
ƏN PAXIL, ƏN ACİZ VƏ ƏN ZÜLÜMKAR XALQ
Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən duanın əzəməti haqqında bir hədis nəql olunur. Həzrət öz əshabına buyurur: İstəyirsiz xalqın ən paxıl, ən aciz, ən zülmkar, ən oğru, ən tənbəlinin kim olduğunu sizə xəbər verim?

Həzrət buyurdu: Xalqın içində ən paxıl o adamdır ki, bir müsəlmanın yanından keçə, amma ona salam verməyə. Salam vermək elə bir şey deyil ki, onda da paxıllıq edəsən. Salam verməyin yüz savabı vardır. Onun doxsanı salam verənə, qalan onu isə salamın cavabını verənə çatır. Başqa bir cəhətdən salam vermək vəhdət və birlik yaradır. Xalqın ən tənbəli o adamdır ki, bekar ola, eyni zamanda da Allahın zikri ilə məşğul olmaya. Zikr etmək ki, çətin bir iş deyil. “Kafi” kitabında rəvayət olunur ki, əgər bir adam gündə 100 dəfə “la ilahə illəllah” desə, heç kəsin ondan çox əməli olmaz. Yalnız ondan çox “la ilahə illəllah” deyənin əməli onun əməlindən çox olar.

“Xalqın içində ən zülmkar adam o kəsdir ki, mənim, (yəni Həzrət Peyğəmbərin) adımı eşidir, lakin salavat çəkmir.”

Doğrudan da bizim ruhani atamız və bizə böyük yol göstərən Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-in adını eşidib salavat çəkməmək nə qədər də böyük zülmdür. Bundan əlavə salavat çəkmək insanın özü üçün də savabdır. Bu hədis kitablarında yazılıbdır.

Xalqın ən oğrusu namazında bir hissəsini oğurlayan adamdır. Məsələn, ruku zikrini düz əda etmir, diqqətlə namaz qılmır, sözlərində və fe”llərində qərar tapmır, səcdəyə çatmamış səcdənin zikrini deyir. Namaz Allah əmanətidir, gərək ona çox əhəmiyyət verək.

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hədisin arxasınca buyurur:

“Xalqın ən acizi o adamdır ki, dua etməyə acizlik edir.” Bu hissə bizim söhbətimizə aiddir Giriftar olur, amma Allaha üz tutub kömək istəmir. Elə bil ki, ölü kimi nəfəs çəkmir, elə bil ki, oğru bir nəfərin evini çapır, amma ev sahibi heç olmasa qışqırmır. Ay cahil insan! Şeytan sənin qəlbində oğurluq edir, heç olmasa “ya Allah” demirsən, Allahdan kömək istəmirsən! İnsan qəlbinin dərdini bilib dua etmirsə necə ola bilər? Quşa da güllə dəyəndə qol-qanad çalır. Bizə güllə dəyibdir, bəlkə bizim namazımız qəbul olubdur?! Biçarə o adamdır ki, nalə də etmir. İmam Zeynül Abidin əleyhis-salam nalə edərək İlahinin dərgahına ərz edir:

“Günah məni yerə yıxıbdır, Sən məni qaldır.”

Məqsəd duanın əzəmətidir. Dua haqqında rəvayət çoxdur.
İŞLƏR DöRD ŞEYƏ QAYIDIR
Allah tərəfindən bəşərin atası Adəm əleyhis-salama vəhy oldu: Bütün mətləblər, xeyr işlər dörd kəlmədə yerləşibdir. Adəm əleyhis-salam ərz etdi: O dörd şey nədir? Allah-Taala buyurdu: Biri Mənə aiddir, biri sənə aiddir, biri sən ilə xalqa aiddir, o biri isə Mənimlə sənə aiddir.

Birinci, Mənə aid olan şey budur ki, Mənə ibadət edəsən, Mənim üçün şərik qərar verməyəsən. İkinci, sənə aid olan şey budur ki, ehtiyacın olan şeyi sənə verəcəyəm. Üçüncüsü, səninlə xalqa aid olan şey budur ki, necə ki, ürəyin istəyir xalq səninlə rəftar etsin, eləcə də sən xalqla rəftar et! Dördüncüsü, mənimlə sənə aid olan şey budur ki, sən gərək dua edəsən mən də qəbul edim. Gəda yalvarmaq bacarmırsa ev sahibinin günahı nədir? Allahdan başqa hər bir şeyi ürəkdən çıxartmaq duanın şərtidir.


ALLAHDAN QEYRİSİNDƏN ÜMİDİ KƏSMƏK DUANIN ŞƏRTİNDƏNDİR
Duanın qəbul olmasının ən mühüm şərtlərindən biri dua edən zaman Allahdan başqa hər şeyi yaddan çıxartmaqdır. Gərək ürəyini Allahdan başqa heç kəsə bağlamayasan. Bu ən mühüm şərtdir. Az olur ki, Allahı hazır bilə, başqalarını aciz. Əgər yalnız Allahı öz nəzərində tutsa duası qəbul olacaq. Elə buna görə də bir nəfər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən Allahın ismi-ə”zəmini öyrənməyi istədi. Həzrət buyurdu: “Ürəyini Allahdan başqa hər bir şeydən boşalt və “Ya Allah” de!”

HARAM MAL YEMƏK VƏ MƏZLUMUN AH-NALƏSİ DUANIN QƏBUL OLUNMASINA MANE OLUR


Duanın qəbul olmasının şərtlərindən biri haram çörək yeməməkdir. Haram tikə duanın 40 gün qəbul olmasına mane olur. Həmçinin əgər bir məzlum insanın əlindən nalə çəksə, zalımın duası qəbul olmaz. Bəzi vaxtlar məzlumun ahı insanı alçaqların ən alçağı dərəcəsinə endirir.

Tarix kitablarında yazılıbdır ki, Fir”onun adamlarından biri Bəni israil tayfasından olan bir qızın qulağından sırğanı çəkdi. Qızın qulağı qana bulaşdı. Qız başını qaldıraraq dedi: “Ey Allah sən özün bu zülmə şahidsən!”

İran sultanlarının biri haqqında yazılıbdır ki, bir gün axşam onun yuxusu gəlmirdi. öz-özünə dedi, ola bilsin bir məzlumun ahı mənim başımın üstündədir. O paltarını geydi və evdən çölə çıxdı. Bir az gəzmişdi ki, məscidin qabağından keçəndə orada kiminsə nalə etdiyini eşitdi. Məsciddə bir məzlum nalə edərək deyirdi: “Ey Allah, sultanı həlak et!” Sultan məscidə girib həmin məzluma dedi: Mən şaham, de görüm sənə kim zülm edibdir?” Həmin məzlum kişi cavab verdi: “Sənin qoşunundan bir nəfər hər gecə mənim evimə gəlir və zorla arvadımla cinsi əlaqədə olur.” Şah o kişinin evinə getdi. İşığı söndürüb həmin zinakarı öldürdü. Sonra işığı yandırıb şükr səcdəsi etdi. Ev sahibi ondan soruşdu: “Nə üçün işığı söndürdün və şükr səcdəsi etdin.?” Şah dedi: “İşığı söndürdüm ki, əgər həmin zinakar oğlum da olsa onu öldürəm. Şükr səcdəsi də buna görə idi ki, gördüm həmin zülmkar mənim oğlum deyil.”
ALLAHA ÜMİDVAR OLMAQ
Duanın şərtlərindən biri də Allaha xoşbin olub ona e”timad etməkdir. İnsan şəkk etməməlidir ki, onun hacəti nə qədər də böyük olsa Allahın qüdrəti qarşısında heçdir. İmam Sadiq əleyhis-salam buyurur: Dua edən zaman elə fikirləş ki, hacətin qəbul olmaq üzrədir.

Duanın şərtləri çoxdur. Amma Allah-Taala o şərtlərin qarşısında müəyyən vaxtları təyin edibdir ki, əgər o şərtlər olmasa da dua qəbul olur. Həmin vaxtlardan biri gecənin axırıncı 1÷3 hissəsidir. Başqa bir vaxt gecənin 2-ci hissəsinin 1÷6 hissəsidir. Əgər bu cür vaxtlarda insan namaz qılsa, hacət istəsə, qəbul olar. Başqa bir vaxt günorta çağıdır. Həmçinin, gün batan çağı, xüsusilə cümə axşamı və cümə gününün axırıncı saatı. Bu vaxtlar duanın qəbul olunan vaxtlarıdır.

Fizzə rəvayət edir ki, Həzrəti Zəhra əleyha salam mehrabda idi. Məni damın üstünə göndərdi ki, hər vaxt günəş batsa qürub etsə o Həzrətə xəbər verim.
DUA ETMƏYİN İBTİDAİ ƏDƏBLƏRİ
Zahiri və batini paklıq duanın əvvəlinci ədəblərindəndir. Bədən və paltar dua edən vaxt gərək pak olsun. İnsan duadan qabaq gərək qüsl etsin, ya dəstəmaz alsın. Müstəhəb qüsllərdən biri hacət qüslüdür. Batini paklaşdırmaq üçün gərək dua edən vaxt qəlbi pak edəsən. Məsələn, əgər bir müsəlmana qarşı kin-küdurət və ya bədbindirsə bunu ürəyindən çıxartsın, ya əgər günah edibsə tövbə etsin.

Rəvayət olunur ki, Həzrət Davud əleyhis-salam səhraya münacat etməyə getməmişdən bir həftə qabaq onun müqəddimələrini hazırlaşardı. Məsələn, bir həftə oruc tutardı. O cümlədən, əgər qəlb Allaha tərəf yönəlməsə, işlər düzəlməyəcək. Allaha tərəf ürəyi yönəldiyinə görə gərək ürəyi təmizləyəsən, sonra Allaha tərəf üz gətirəsən.

İmam Sadiq əleyhis-salamdan hədis nəql olunur ki, o Həzrət buyurur: Bəni İsrail tayfasından olan bir nəfər üç il dua edərək Allahdan oğul istəyirdi. Lakin duası qəbul olmurdu. Üç ildən sonra o kinayə edərək dedi: “Pərvərdigara, üç ildir ki, duam qəbul olmur!” Gecə yatdı və yuxuda gördü ki, bir nəfər ona deyir: “Sən üç ildir ki, Allahı çirkin dillə, napak niyyətlə, qürurlu qəlblə çağırırsan. Gərək dilini pis, nalayiq sözlərdən qoruyasan, ürəyini Allah qorxusu ilə doldurasan. Təki duan qəbul ola.”

Həmin kişi bir il qəlbini və dilini paklaşdırdı. Allah da onun duasını qəbul etdi və ona bir övlad verdi.

“İddətüd-dai” kitabının müəllifi bu hədisi nəql edəndən sonra duanın qəbul olması üçün dörd şərt sayır:

1-Dili günahdan paklaşdırmaq;

2-Qəlbin qəsavət bağlamaması (daş ürək olmaya);

3-Niyyəti gözəlləşdirmək. Məqsəd yaxşı niyyətə malik olmaqdır, yəni Allaha qarşı yaxşı niyyətə malik olmaqdır. Bilməlidir ki, Allah-Taala onun duasını qəbul edəcək. Əgər dua gec qəbul olsa bilsin ki, məsləhət o cürdür. O cümlədən məsləhət bəndənin halını islah etməkdir.

4-Etdiyi günahlardan tövbə etməkdir, yəni dua etməmişdən qabaq etdiyi günahların hər biri üçün peşman olsun və tövbə etsin.

Duanın ədəblərindən biri də duadan qabaq sədəqə verməkdir. Necə ki, Allah-Taala Qurani Məciddə buyurur:

“Mal və sərvət sahibi öz sərvətindən gərək infaq edə. Yaşayışı çətinləşən və ya fəqir olan adam da Allahın ona verdiyi ne”mətlərdən infaq etsin”.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə