Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə6/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
1   2   3   4   5   6   7   8   9   10

Allah tərəfindən vəhy oldu ki, hər kəs Rəsuli Əkrəm ilə nəcva etsə, sədəqə versin. Bu ayəyə ancaq İmam Əli əleyhis-salam əməl etdi. Sonra bu ayə nəsx olundu. Xülasə, sədəqə ürəyi şad etdiyinə görə Allah-Taala da sədəqə verənin ürəyini şad edir. Həmçinin, dua etməmişdən qabaq gərək ətir vurasan.


DUA EDƏNDƏ TƏLƏSMƏMƏLİSƏN
Dua edəndən sonra duanın qəbulu üçün tələsmək lazım deyil. Lazım deyil ki deyəsən, “niyə çox çəkdi” Əksinə, böyük səbrlə, hövsələ ilə dua etməkdən əl çəkməməlisən. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurub:

“Əgər bir qapını döysən, axır bir nəfər çıxıb sənə cavab verəcək.”

İnsan Allahla söhbət etmək istədiyinə diqqət etməlidir. Ona görə tələsməməlidir. Namaz qılanda da tələsmək lazım deyil.

Rəvayət olunur ki, əgər namazdan sonra bir nəfər dərhal durub getsə, Allah tərəfindən nida olunar: “Mənim bəndəmin mənimlə işi yox imiş!”

Gərək namazdan sonra namazın təqibatı ilə məşğul olasan. Xüsusilə bu iş, ruzinin çoxalması üçün çox yaxşı işdir.
HACƏTİ GƏRƏK DİLƏ GƏTİRƏSƏN
Duanın ədəblərindən biri də istədiyi, hacəti açıq surətdə deməkdir. Yəni, istədiyi hacətin adını da gərək desin. Məsələn, əgər borcludursa dili ilə onu qeyd etsin. Əgər ərəb dilini bilirsə, ərəb dilində desin. Xülasə, Allah istəyir ki, hacəti dilə gətirəsən. Buna baxmayaraq ki, Allah-Taala aşkar və gizli olan şeylərin hamısını bilir.
DUA EDƏNDƏ CİDDİ OLMAQ, İSRARLA İSTƏMƏK LAZIMDIR
Duanın ədəblərindən biri “ilhah” etmək, yəni israr etmək, əl çəkməməkdir. Dilənçiləri görmüsünüz? O, nə qədər çox əl çəkməsə o qədər də istədiyini alır. Çoxlu rəvayət vardır ki, Allah-Taala bir xüsusiyyəti yalnız özünə aid edibdir. Gərək onu Allahdan başqası üçün yerinə yetirməyəsən. O da bir şeyi alana qədər istəmək və əl çəkməməkdir. Allah-Taala istəyir ki, bəndələri bir şey istədikdə istədiyi şeydə Ondan əl çəkməsinlər. Heyf olsun ki, insan öz hacətini zəif bir bəndədən almayınca əl çəkmir.

Yorulmamaq, inciməmək, xatircəmli və vüqarlı olmaq bunların hamısı duaların şərtləridir.

özündən başqalarını da gərək dua edəsən.

DUADA BAŞQALARINI DA ŞƏRİK ETMƏLİSƏN


Duanın ədəblərindən biri də hamını dua etməkdir. Məsələn, əgər bir nəfərin borcu vardırsa yalnız öz borcunu ödəmək üçün dua etməyə, bütün borclu Möminləri öz borclarını ödəmək üçün dua etsin. Yəni, “mən” kəlməsinin əvəzinə “biz” desin.

Mərhum Əllamə Məclisi buyurur: “Allahummə-hdini min indik” kimi duaların əvəzinə “Allahummə ihdina min indikə” duasını oxumaq lazımdır. (Yəni “məni hidayət et” yerinə “bizi hidayət et” demək.)

Hamı bir olan Allahın bəndəsidir. Başqalarını da gərək öz duanda şərik edəsən, təki başqalarının xatirinə, Allah-Taala dua edənin hacətini də versin.

Duanın başqa bir ədəbi Allah-Taalanın qüdrətinə arxalanmaqdır. Yəni, hacəti istəyən zaman bilməlidir ki, bu hacəti vermək Allah üçün çox asandır. Sənin hacətin ölünü diriltməkdən çətindir. Allahın qüdrətinə e”timad et, sonra dua et! Yəqin etməlisən ki, əgər məsləhət olsa Allah-Taala qəbul edəcək.

Bəzi vaxtlarda qəribə əhvalatlar baş verir, kimsə infrakt keçirərək ölür, qəbrə qoyulandan sonra huşu başına gəlir. Allah-Taala onlara müxtəlif yollarla qəbirdən nicat veribdir. Bu cür hadisələri danışsaq söz uzanar.

Nəcəfi-Əşrəfdə Şeyx Mühəmməd Həsən Qumi adlı bir nəfər olubdur. O “qəbirdən çıxıb qaçan” ləqəbini özünə almışdır. Bu hadisəni sizin üçün danışıram.

O, cavan yaşında ölür. Məhəmməd Həsən Qumi anasının bircə oğlu idi. Anası evin damına çıxıb dua edərək deyir: “Ey Allah, mənim bir oğlum var idi ki, o da öldü. Onu mənə qaytar.”

O qədər Allaha yalvarır ki, elə həmin dua etdiyi zaman oğlu dirilir.

Bu cür hacətləri yerinə yetirmək Allah üçün çətin deyil. Elə bil ki, Hatəmi Tainin evinə on şahı üçün gedirsən, ya elə bil ki, bir nəfər dəryanın yanında yaşayan adamdan su istəyir. Xülasə, dua edən adam gərək Allahın qüdrətini nəzərə alsın və bilsin ki, hər nə istəsə bir göz qırpımında istədiyi şeyin qəbulu mümkündür.

Görürsən ki, kasıb varlaşır, zəif gücləşir. Axirət hacətləri də bu cürdür, günaha bulaşmış adam, ürəyi qaralmış, daş ürəkli olmuş insan, daha doğrusu ölmüş ya ölməyə az qalmış insanın qəlbini Allah-Taala bir göz qırpımında paklaşdırır, ölmüş qəlbini dirildir. İnsan gərək ürəkdən “əl”əfv” yəni, “Allah, məni bağışla!” desin. öz kiçikliyinə baxma, Allahın böyüklüyünə bax. “Səfinətül-bihar” da İmam Sadiq əleyhis-salamdan bir hədis nəql olunubdur. Həzrət buyurur: Yunus peyğəmbər bir dənə üstün işi yerinə yetirmədiyi üçün balığın qarnında həbs oldu.

Balıq hərəkət edərək Qarun olan yerə çatdı. Qarun təzə bir səs eşitdi. Onun üçün məmur olmuş mələkdən soruşdu: Bu səs nədir?

Mələk dedi: O səs, balığın qarnındakı Yunus peyğəmbərin səsidir. Qarun dedi: “İcazə verirsən onunla danışım? Mələk ona icazə verdi. Qarun Yunusdan soruşdu: Harun nə vəziyyətdədir? Yunis əleyhis-salam dedi: O dünyadan gedibdir. Qarun Musa əleyhis-salam ın vəziyyətini soruşdu. Yunus əleyhis-salam dedi: O da dünyadan gedibdir. Qarun onların hər ikisi üçün ağladı. Allah-Taala mələyə əmr elədi ki, Qarunun əzabını öz yaxın adamları üçün ağladığına görə azalt.

Başqa bir rəvayətdə yazılıbdır ki, Qarun Yunis əleyhis-salama dedi: Mənim tövbəm Musa əleyhis-salamın əlində idi. Mən o Həzrətə müraciət etdim, amma məni qəbul etmədi. Əgər sən Allaha müraciət etsən və tövbə etsən, sənin tövbəni birinci dəfə qəbul edəcək.

Qarunun günahı Musa əleyhis-salam ilə müxalifətçilik edib o Həzrətə töhmət vurmaq idi. Elə buna görə də onun tövbəsinin qəbul olması Musa əleyhis-salamı razı salmaq ilə bağlı idi. Elə Qarunun Yunus əleyhis-salam ilə söhbəti də bu haqda idi. Lakin, Yunus əleyhis-salam günahı üstün işləri yerinə yetirməməyi də özü üçün günah bilirdi. Allahın hökmündən narazı qalmaq və öz qövmünə bəlanın nazil olması idi. Elə buna görə də Yunis əleyhis-salamın günahı Allah-Taalanın qarşısında idi. Günahkar bəndə Allaha üz tutub tövbə etsə, Allah-Taala da onun birinci dəfə etdiyi tövbəni qəbul edəcək.

Bu rəvayətləri nəql etməkdə məqsəd, insanın Allaha qarşı yaxşı niyyətdə olmasıdır. Bəndə hər kim və ya hər nə cür olsa da gərək heç vaxt Allahdan məyus olmasın. Bilsin ki, Allahın rəhmətindən məyus olmaq özü də böyük günahdır. Üstəlik kafirliyə də yaxındır. Bəndənin Allaha olan ümidi möhkəm olmalıdır. Xülasə, dua edən zaman duanın Allah tərəfindən qəbul olmasına xatircəm olmaq lazımdır.

Allahlıq iddiasında olan Firondan pis olan adam ki, yoxdur. Hətta Allah-Taala onun da duasını qəbul etdi və qoşunu ilə birlikdə onu qərq olana qədər rüsvay etmədi. “Biharül-ənvarın” 5-ci cildində rəvayət nəql olur. O rəvayətin xülasəsini sizin üçün danışıram.

Nil çayının suyu azalandan sonra, misirlilər dedilər: Fir”on Allahlıq iddiası edən zamandan bəri Nil çayının suyu azalmışdır.

Fir”on qoşunu ilə səyahətə çıxdı. O, qoşundan ayrılaraq tək-tənha çayın kənarı ilə gedirdi. O gözdən itənə qədər getdi. Artıq onu heç kəs görmürdü. Fir”on özünü üzüquylu torpağın üstünə atdı. Allahın dərgahına üz tutub yalvararaq ərz edirdi: “Ey mənim Allahım! Mən yalan danışdığımı bilirəm. Lakin, mən səndən axirət istəmirəm, dünyanın rəyasətliyini istəyirəm. Sən məni rüsvay etmə, bu çayın suyunu çoxalt!” Xülasə, su çoxaldı. Elə fikirləşməyin ki, Fir”onun duasının qəbul olunması xalqın azmasına səbəb oldu. Gərək bu cür olmayaydı. Çünki, əgər Fir”on yüzlərlə qeyri-adi işlər görsəydi də onun Allahlıq iddiasında olmasının puçluğu aşkar olacaqdı. Çünki, hər bir ağıllı insan Fironun başqaları kimi bəşər və aciz məxluq olduğunu başa düşürdü.

Bəli! Fironun duasının qəbul olması misirliləri imtahan etmək üçün idi.

BİRLİKDƏ OLUNAN DUA QƏBULDUR


Duanın ədəblərindən biri də birlikdə dua etməkdir. Ola bilməz ki, 40 nəfər dua etsin və onların duası qəbul olmasın. Nə qədər çox adam dua etsə, bir o qədər dua təsirli olar. Əgər 40 dənə pak ürək “Ya Allah” desə, necə ola bilər ki, dua qəbul olmasın. Mübahilə hadisəsində Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm tək gəlmədi, İmam Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam ilə birlikdə gəldi. Allah-Taala birlikdə edilən duanı çox istəyir, sevir. İmam Sadiq əleyhis-salam buyurur: Atam İmam Baqir əleyhis-salam mühüm hacəti olanda evdəkilərin hamısını, hətta kənizləri və qulları bir yerə yığıb deyirdi: “Mən dua edirəm, siz də amin deyin!”

Məqsəd budur ki, dua birlikdə olunsa çox gözəl olar. İstər hamı birlikdə dua oxuya, istərsə də bir nəfər dua oxuya qalanları amin deyə.

Həzrəti İmam Zeynəl Abidin əleyhis-salam ramazan ayının axırıncı günü kənizləri və qulları bir yerə yığıb, onların arasında duraraq buyurardı: “Mənim üçün dua edin və Allahdan mənim bağışlanmağımı istəyin”

Rəvayətdə buyururlar: Əgər dua etmək üçün 40 nəfər olmasa, 10 nəfər bir yerə cəmləşin. Hər biriniz 4 dəfə dua edin. Əgər 10 nəfər olmazsa, 4 nəfər bir yerdə yığılın və hər biriniz 10 dəfə dua edin. Əgər bir nəfər olsan 40 dəfə dua et!


DUADAN QABAQ ALLAHA HƏMD VƏ ŞÜKR
Duanın şərtlərindən başqa biri də duadan qabaq Allaha şükr və həmd etməkdir. Məsələn, “Covşən Kəbir” duasında bir neçə fəsil oxusun, ya İmam Əli əleyhis-salamdan nəql olunmuş aşağıdakı duanı oxusun:

Allaha həmd və səna göndərəndən sonra öz günahlarına iqrar edərək onların bağışlanmasını istəsin. Həmçinin, Allahın ne”mətlərini saysın.

İmam Hüseyn əleyhis-salam “Ərəfə” duasında Allahın bütün ne”mətlərini sayır. İmam Hüseyn əleyhis-salam Allaha ərz edir: “Pərvərdigara, məni anamın qarnından dünyaya gətirdin, ne”mətləri verdin, paltar verdin.”

İmam Səccad əleyhis-salam “Əbuhəmzə Somali” duasında Allaha ərz edir:

“Ey mənim Ağam, mən kiçik idim, məni tərbiyə etdin. Heç nə bilmirdim məni alim etdin. Azmışdım, hidayət etdin. Mən kiçik bir insan idim, məni yüksəltdin.”

İmam Sadiq əleyhis-salamdan soruşdular: “Bu qədər dua edirəm nə üçün qəbul olmur?”

Buyurdu: “Çünki, duanın şərtlərinə əməl etmirsən.”

Duanın başqa bir şərti duadan qabaq salavat deməkdir. Çünki, Məhəmməd səlləllahu əleyhi və alihi və səlləm və Onun Əhli-beytinin bizim boynumuzda haqqı vardır. Həmçinin, onların hörmətinə xatir, biz də hörmət sahibi oluruq.


ZÜLEYXA HƏZRƏT MÜHƏMMƏDİN səlləllahu əleyhi və alihi və səlləm MƏHƏBBƏTİ İLƏ HöRMƏT QAZANIR

İmam Sadiq əleyhis-salamdan rəvayət olunur ki, Yusif əleyhis-salam Misirin səltənət taxtına çıxandan sonra, Züleyxa qocalıb əldən düşürdü. Bütün sərvətini də əldən vermişdi. Bir gün Züleyxa bir nəfərə dedi: Yusifin yanına get! Ona de ki, Züleyxa səninlə bir dəfə söhbət etmək istəyir. Həmin adam Züleyxaya qulaq asmadı. O, Züleyxaya dedi: Sən, bütün etdiyin əməllərlə yanaşı ikinci dəfə necə üzün gəlir Yusiflə söhbət edəsən? Züleyxa ona dedi: Həzrət Yusif dünya əhli deyil, o, Allahdan qorxur. Elə buna görə də məni incitməyəcək. Xülasə, həmin şəxs Həzrəti Yusif əleyhis-salama dedi: Züleyxa səninlə görüşmək istəyir. Yusif əleyhis-salam Züleyxaya icazə verdi. Züleyxa Yusif əleyhis-salamı görən kimi dedi: Allaha şükr olsun ki, itaət, ibadət vasitəsilə Misirin əzizinin şahlığını sənə qismət etdi. Misirin əzizini isə Allaha itaətsizlik etdiyinə görə onu alçaltdı.

Yusif əleyhis-salam Züleyxadan, onun sevgisi barəsində soruşdu. Züleyxa ərz etdi: “Sənin gözəlliyin məni sənə aşiq etdi.”

Yusif əleyhis-salam buyurdu: Əgər axırıncı Peyğəmbərin zahirdə və batində məndən gözəl olan camalını görsəydin nə edərdin?

Züleyxa ərz etdi: Düz buyurursan.

Yusif əleyhis-salam buyurdu: Sən bunu haradan bilirsən?

Züleyxa ərz etdi: Axırıncı Peyğəmbərin adını eşidən kimi onun məhəbbəti qəlbimə doldu.

Elə həmin saat Cəbrail Həzrəti Yusif əleyhis-salamın yanına nazil oldu, dedi: “Pərvərdigari-aləm buyurur ki, Biz Züleyxanı dost tuturuq, çünki, o, Həzrəti Mühəmmədi dost tutur.”

Sonra Yusifə nida çatdı ki, gərək Züleyxa ilə evlənsin. Və Yusif də Züleyxa ilə evləndi.
SALMANIN ÜÇ İSTƏYİ
Salman Farsı buyurur: “Hər vaxt sizlərdən birinin padşaha işi düşsə, onun yaxın adamlarına, qohum-əqrəbasına müraciət edin ki, həmin işi yerinə yetirsin.”

Bu yerdə Həzrəti Salman buyurur: “İlahi nizamda heç kəsin şərəfi, şərafəti Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm kimi deyildir. Ona və Onun Əhli-beytinə pənah aparın ki, sizin hacətlərinizi yerinə yetirsinlər. Münafiqlərdən bir neçəsi Salmana irad tutub dedilər ki, sən bu sözü düz deyirsənsə, Allahdan istə səni camaatın içərisində ən varlı şəxslərdən biri etsin. Salman buyurdu: “Mən Allahdan üç şey istəmişəm. Birincisi budur ki, Allahın zikrini məşğul edən dil əta etsin. İkincisi, Allahın müqabilində xaze olan qəlb əta etsin. Üçüncüsü də budur ki, dünya müsibətlərinə və bədənimə yetən zəhmətlərdə səbrli olum. Mənim Allahdan istədiklərimi Allah mənə əta etdi. Və Allahın mənə əta etdiyi şeylər, dünyanın bütün mülkü və onun içində olanlardan yüz min dəfə əfzəldir.”

Qısaca demək olar ki, məqsəd budur ki, duanın şərtlərindən biri salavat göndərməkdir. Əgər hər hansı bir duanın əvvəli və axırı qəbul olunsa, ortası hökmən qəbul olunar.

Cümə axşamı günü axşam çağından, cümə axşamı gecəsindən cümə günü axşamına qədər məlaikələr yer üzünə nazil olur və salavat göndərən şəxslərin salavatını yazırlar.

Bir nəfər Həzrəti Sadiq əleyhis-salama ərz etdi: mən elə ki, Kəbəyə getdim, o yerdə Peyğəmbər və Ali-Peyğəmbərə salavat göndərməkdən başqa yadıma bir şey düşmədi. Həzrət buyurdu: Oradan çıxan şəxslər içərisində səndən başqa heç kəs savab qazanmamışdır. Yəni, Peyğəmbər və Ali-Peyğəmbərə salavat göndərmək duaların hamısından əfzəldir. Hər kəsin Peyğəmbərə məhəbbəti varsa, bu məhəbbət məhv olub aradan getməz. Əgər o şəxs Cəhənnəmə getsə, rəvayətdə nəql olunub ki, o şəxs Cəhənnəmə gedəndə nə qədər ki, Allahı Peyğəmbərə və Onun Əhli-beytinə and verməyib, Allah onu Cəhənnəmdən xilas etməz.

Duanın şərtlərindən biri də xüzu və sidqi qəlbdir. Duanın başqa qaydalarından biri də budur ki, insan öz qəlbini xaşe”, zəlil etsin, öz qəlbinin sınıqlığı üçün lazım olan vasitələri, şərtləri hazırlasın. Əgər qəlb xaşe olsa dua müstəcəb olunar. Hətta buyurulur ki, qəbirstanlığa get və ölülərlə danış ki, bəlkə sənin halın dəyişildi. Həmçinin qəlbinin iqbalı da duanın mühüm şərtlərindən biridir. İqbalın mənası budur ki, hər hansı bir mətləbi Allahdan sidqi qəlb ilə, təkcə dillə deyil, sidqi qəlblə istəsin. Çünki, dil qəlbin mültəzimidir. Əgər həqiqi insan su istəyirsə, onun üçün su gətirirlər. Amma, adi adam nə qədər su deyə fəryad etsə də heç kəs ona cavab vermir. Həmçinin duada da qəlb işə düşməlidir. Məsələn, həyatı və yaxud evi təhlükəyə düşən insan necə kömək istəyirsə, yaxud tufanlı dəryada gəmiyə minən bir kəs necə Allahı çağırırsa və həmçinin ölüm fikrində olan bir adam ölümün axırıncı dəqiqələrində səmimi qəlbdən necə dua edirsə və yaxud Allahı çağırırsa, o cür duada çağırmaq lazımdır.

Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhis-salam buyurur:

“Allah-Taala qafil olan qəlbdən gələn duanı qəbul etməz.”

Başqa bir hədisdə gəlibdir ki, Həzrəti İsa əleyhis-salama nida yetişdi ki, bizi yalnız ağlayıb ahü-zar etdiyin halda çağır. “Şərifi Kafi” kitabında Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhis-salamdan bir hədisdə nəql olunubdur ki, buyurur:

“Elə ki, sizlərdən bir nəfər ölü üçün dua etsə, gərək ciddi dua etsin. Və qafil, qəflətdə olan qəlb ilə dua etməsin.”

Məsələn, camaat arasında adi hal olan hüzür mərasimində mərhum üçün edilən quru duaların yazıq meyyit üçün həqiqi nəticəsi yoxdur. Mərhum Məclisi buyurur: “Bu cür qaydalar camaat arasında yayıldığından, İmam əleyhis-salam buyurur: “Bu cür təriflərin meyyit üçün heç bir səmərəsi yoxdur. Bəli, əgər oturub ananın Bərzəx aləmindəki giriftarlıqlarını fikirləşsən, səmimi qəlbdən duanın bütün şərtləri ilə birlikdə onun üçün Allahdan bağışlanma tələb etsən, Allah da Bərzəx aləmində onun üçün rahatlıq bəxş edər.”
PEYĞƏMBƏR VƏ “YAĞIŞ” DUASI
“Kafi” kitabında nəql olunubdur ki, İslam Peyğəmbəri Həzrəti Mustafa səlləllahu əleyhi və alihi və səlləm-in axtında bir müddət yağış yağmadı. Səhabələr Peyğəmbərin hüzuruna gəlib ərz etdilər: “Ya Rəsuləllah, dua et ki, Allah rəhmət yağışını nazil etsin.” Rəsuli Əkrəm dua etdi, amma dua müstəcəb olmadı və yağış yağmadı. Növbəti dəfə Allaha pənah apardı və yağış yağdı. Səhabələr Peyğəmbərdən soruşdular ki, birinci dəfə duanın qəbul olunmamasının və ikinci dəfə duanın qəbul olunmasının səbəbi nədir? Həzrət buyurdu: “Birinci dəfə niyyət etməmişdim. Amma, ikinci dəfə isə niyyət ilə dua etdim.”

Məsələn, Həzrət birinci dəfə səhabələrinin xahişinə əsasən dua etdi və ciddi bir məsələ yox idi. Amma ikinci dəfə ciddi şəkildə Allahdan istədi və duası da səmimi qəlbdən idi.

Möminin də duası gərək səmimi qəlbdən ola ki, Allahın dərgahında qəbul olunsun. Əksər duaların qəbul olmamasını səbəbi budur ki, Allahı səmimi qəlbdən çağırmırlar. Qısaca demək olar ki, dua edən iqbalı yaddan çıxarmamalıdır. Hətta, əgər Allah kəlməsini demək istəsə iki rəkət təfəkkürlə qılınan namaz axşamdan səhərə kimi səmimi qəlbdən olmayan namazdan daha faydalıdır.

Ümmü Davud Həzrəti Sadiq əleyhis-salamın hüzuruna gəldi. Oğlunun, Mənsuri Dəvanəqinin zindanından azad olması üçün dua etməsini istədi. (O, Həsən əleyhis-salamın nəslindən olan Seyyid və İmam Riza əleyhis-salamın qardaşı idi. Həzrət buyurdu: “Rəcəb ayının əyyamül-biyz (yəni, 13, 14, 15-ci) günlərini oruc tut. 15-ci günü gizlin bir yerdə zöhr və əsr namazlarından sonra, həmçinin 100 dəfə “Həmd”, 10 dəfə “Ayətəl-kürsü” və İmamın təyin etdiyi Quran surələrini oxuduqdan sonra bu duanı oxu.

Ümmü-Davudun etdiyi əməllər məşhurdur və duanın sürətlə qəbul olunmasında şübhəsiz və təcrübədən çıxarılmışdır. Məfatihül cinan və s kitablarda bu dua təfsilatı ilə yazılmışdır. Xülasəsi budur ki, Ümmü Davud İmam əleyhis-salamın göstərişinə əməl etdi və Allah-Taala həmin gecə oğlunu xilas etdi. Oğlunu da sürətlə hərəkət edən dəvələrlə anasına çatdırdılar.

İnsanın Allahdan istədiyi hər şey gərək səmimi qəlbdən olsun. Əgər bir dənə “sübhanəllah” kəlməsi səmimi qəlbdən deyilərsə, səmimi qəlbdən olmayan min zikrdən yaxşıdır.


BAŞQALARINI öZÜNDƏN İRƏLİ ÇƏKMƏK
Duanın qəbul olmasının səbəblərindən biri də dini qardaşların hacətlərini özündən qabağa keçirməkdir. Məsumlardan biri buyurur: Əgər bilsən ki, Möminlərdən biri sənin dərdinə giriftar olubdur, özünü borclu bilib onun barəsində dua et. Əlbəttə, bu dua etmək həqiqi olmalıdır, yalandan yox. Yəni ona qarşı olan məhəbbəti nəticəsində onun dərdini özündə hiss etməli və onun rahatlığını öz rahatlığı bilməlidir, hətta bundan da artıq olmalıdır. Əgər belə olsa, Allah onun hacətini də rəva qılacaqdır. “İddətu” kitabında Əliyyibni İbrahimdən nəql olunmuşdur ki, o da öz atasından belə nəql edir: Əbdullah İbni Cündəbi gördüm ki, “Ərəfə” günü ərəfə çölündə gün batana qədər iki əllərini asimana qaldırmışdı və yaş gözlərindən axırdı. Camaat köçüb gedəndən sonra dedim bu gün bu çöldə səni hamıdan yaxşı gördüm. O, cavabında dedi: And olsun Allaha ki, yalnız qardaşlarımı dua etdim. Çünki mövlam Musəbni Cə”fər mənə xəbər verib buyurmuşdur ki, “hər kəs öz dini qardaşı üçün dua etsə, ərşdən onun üçün nida olunar ki, yüz min bərabər sənin üçündür”. Buna görə də qəbul olunmasına zəmanət verilmiş yüz min duanı, özüm üçün edəcəyim və hələ qəbul olunması da şəkkdə olan bir duadan üstün hesab etdim. Yəni əgər özüm üçün dua etsəydim bir dua sayılırdı, özü də qəbul olunub-olunmaması barəsində şəkkdə olacaqdım. Lakin dini qardaşım üçün dua etdiyimdən özüm üçün yüz min dua, özü də qəbul olunmuş dua qazandım. Çünki mələk dua edir, mələkin də duası geri qaytarılmır, qəbul edilir.

Rəvayətlərdə belə nəql olunur ki, dini qardaş barəsində edilən duada onun bir neçə qat əvəzini verirlər: bəzi vaxtlar 2 dəfə artıq, bəzi vaxtlar neçə dəfə artıq, nəhayət bunun sayı 100 min dəfəyə gəlib çatır və bu da dua edən şəxsin qəlbi iman və məhəbbətinin qüvvəli və ya zəif olması ilə əlaqədar olaraq müxtəlif olmasındadır.

Əbdullah ibni Cündəb İmam Sadiq və İmam Kazim əleyhiməs-salam səhabələri içərisində böyük şəxsiyyət olduğundan ilahi məhəbbətdə, yüksək qədir-qiymətə və məqamə malik olduğundan yüz min bərabər dua qazandı. Həmçinin Zeyd Mərsidən rəvayət olunubdur ki, o deyir: Müaviyət ibni Vəhəblə “Ərəfat” çölündə dua etməklə məşğul idik. Onun duasına qulaq asanda gördüm ki, özü üçün heç nə istəmir və Möminlərin, ata-babalarının adını çəkir və onlar üçün dua edir. Bu işin səbəbini ondan soruşanda dedi: Mövlam imam Sadiq əleyhis-salamdan eşitmişəm ki, buyurur: Hər kəs qardaşının olmadığı yerdə onun üçün dua etsə, birinci asimandan mələk nida edər və onun üçün etdiyi duanın yüz min bərabəri qədər dua edər. İkinci asimandan isə bir mələk nida edib deyər ki, sənin üçün etdiyin o duanın iki yüz min bərabəri olsun. Üçüncü asimandan bir mələk deyər ki, sənin üçün etdiyin duanın üç yüz min bərabəri olsun. Nəhayət yeddinci asimandan bir mələk deyər ki, sənin üçün etdiyin bu duanın yüz min bərabəri olsun. Sonra Allah-Taala buyurar: Sənin üçün olsun min-min bərabər.

Aydındır ki, bu mərtəbə o dua edənlər üçündür ki, duası yeddinci asimandan da oyana keçir.

BƏDA BƏHSİ
Dua bəhsinin sonunda dua etmək barəsində yaradılan şübhəyə cavab vermək istəyirəm. O şübhə bundan ibarətdir ki, insanın istəyi və yaxud Allahın məsləhəti üzündən verdiyi bir şeyi dua etsə də, etməsə də fərqi yoxdur. Başqa sözlə, Allah bu işi görəcək. Başqa sözlə desək, insanın müqəddəratı dəyişilmək qəbul etmir. Buna görə də dua qəbul etməyin heç bir təsiri və faydası yoxdur. Bu şübhə müqabilində müxtəlif cavablar verilmişdir ki, biz də onlardan bəzilərinə işarə edirik.

Əvvəla, bütün müqəddəratların hamısı hökmən baş vermir, əksinə onların da bəziləri duaya, sədəqəyə bağlıdır. Duanın vasitəsi ilə, sədəqə verməklə baş verəcək bəla aradan qaldırılır. Başqa sözlə desək, dua edib sədəqə verildikdən sonra məsləhətli iş baş verir. Məsələn, Yunis əleyhis-salamın qohumuna bəla yaxınlaşmışdı. Lakin onların dua edib Allah dərgahında ah-nalə etməsi səbəbi ilə bəla aradan qaldırıldı. Bu mətləb bəda adlanan məsələdir ki, ona etiqad bəsləmək vacibdir.

Bəda məsələsi şiə məzhəbinin xüsusiyyətlərindən olduğuna görə, həmçinin imamlarımızın ona etiqad bəsləmək barəsində çoxlu təkidlərinə əsasən və həmçinin bu məsələni bilib etiqad bəsləməkdə çoxlu faydalar olduğuna görə, bədanın həqiqəti barəsində müxtəsər bir şərhi zikr etmək yerinə düşərdi ki, bütün Möminlər bu böyük feyzdən bəhrələnsinlər.

Bəda, təkvini işlərdə, bəşərə məxsus olan halətlərdə və onların taleyində dəyişiklik icad etməkdir. Sağlamlığın dalınca bəla gəlməsi, bəlanın dalınca sağlamlığın gəlməsi, sağlamlıqdan sonra xəstəlik, xəstəlikdən sonra sağlamlıq, varlılıqdan sonra fəqirlik, fəqirlikdən sonra varlılıq, asanlıqdan sonra çətinlik, çətinlikdən sonra asanlıq, uzun ömürlülük və qısa ömürlülük, yəni əcəlin təxirə düşməsi və yaxud tez baş verməsi.

Məsələn, bir şəxs uca bir yerdən yerə düşür ki, qayda üzrə ölməli idi, lakin əvvəlcə qohumları və yaxud özü dua etdiyinə görə, sədəqə verdiyinə görə ölmür və əcəli təxirə düşür. Yaxud, əksinə başqa bir şəxs tam sağlamlıq halətindədir, lakin qohum-əqrəbalarla əlaqəni kəsdiyinə görə, yaxud kəbirə günahlardan başqa birini yerinə yetirdiyinə görə, qayda üzrə yəni, təbii hadisələr əsasında ölməli deyildi, lakin gözlənilmədən ölür. İlahi tərəfindən bu cür dəyişikliklərin səbəbi budur ki, bəda zahir olmaq, yəni aşkar etmək mənasındadır. Yəni Allah-Taala xalqdan, insanlardan gizlin olan bəzi şeyləri aşkar edir, belə ki, insanlar onun baş verməsini ehtimal vermirdilər. Məsələn, həkimlərin ehtimal vermədiyi, kəskin bir xəstəliyə düçar olmuş insan əgər sədəqə və yaxud dua vasitəsilə onu sağaldırsa, bu halda deyirlər ki, Allah tərəfindən bəda hasil oldu, yəni ehtimalı verilməyən sağlamlıq məsələsi Allah tərəfindən aşkar edildi. Xülasə şəkildə ayədə buyurulur ki, Allah istədiyi şeyi məhv edir, aradan aparır və istədiyi şeyi isə yerində sabit və bərqərar edir. Bədaya etiqad bəsləməyin vacib olması ona etiqad bəsləmək nəticəsində əldə edilən savab səbəbi ilədir.

“Allah-Taala istədiyini məhv edir və istədiyini sabit qərar verir.”



Bədaya etiqad bəsləməyin, nəticədə isə böyük əcr savaba çatmağın sirri budur ki, məbdəyə etiqad qorxu ümid halətinin yaranmasına səbəb olur. Bu da tovhid imanın tələbidir. Çünki Mömin bir şəxs nemət verildiyi sağlamlıq halətində hər günahdan qorxub pəhriz edir. Yəni, qorxur ki, bir günah baş versin bu səbəbdən Allah tərəfindən bəda hasil olub nemət sağlamlığı ondan alsın. Həmçinin bəndə bəla müsibətlər baş verdiyi halda Allaha ümid bağlayır. Yəni ümidvardır ki, Onun tərəfindən bəda hasil olar, sədəqə verməklə və dua etməklə bəla dəf olunar. Bu mətləblərə diqqət yetirdikdən sonra İmam Sadiq əleyhis-salamın buyurduğunun mənası aydınlaşır:

“Əgər camaat bədaya etiqad bəsləməkdə nə qədər savab olduğunu bilsəydilər, onun barəsində söhbət etməkdə e”tinasız olmazdılar.”


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə