Quran və QİyaməT “Tur” surəsinin təfsiri ŞƏHİd ayətullah seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb



Yüklə 1,64 Mb.
səhifə7/10
tarix21.04.2018
ölçüsü1,64 Mb.
#39749
1   2   3   4   5   6   7   8   9   10

Yəni, əksər vaxtlarda bəda barəsində, müqəddəratın Allah tərəfindən dəyişdi-rilməsindən söhbət edərdilər.”

Başqa bir hədisdə buyurulur: “Allah-Taala heç nədə bədaya etiqad bəsləmək kimi pərəstiş olunmayıb. Çünki, bəndələrin mənafe və məsləhətlərinin çoxu və Allaha pərəstiş mərtəbələri bədaya etiqad bəsləməkdədir. Çünki, əgər bədaya etiqad olmazsa, dua, sədəqə və s. kimi əməlləri tərk edib böyük bir səadətdən məhrum olarlar. Çətinliklərdən, giriftarçılıqlardan xilas ola bilməzlər. Həmçinin, Allahı yeganə bilməyin qəti şərtlərindən olan qorxu və ümid haləti də bədəndə vücuda gəlməz və iman naqis qalar. Xülasə şəkildə demək olar ki, bədanı inkar etmək “müqəddər olunmuş hər şey mütləq baş verəcəkdir, onda heç bir dəyişiklik ola bilməz, hadisələrin hansısa bir qaydada, səbəb-nəticə qanunu üzrə ötüb keçəcək” kimi sözlər yanlış söz olub imanda naqisliyə, müxtəlif məhrumiyyətlərə səbəb olar. Həmçinin bu etiqadı inkar etmək Qurani-Məcidin ayələrini, həqiqətləri, mütavatir rəvayətlərin inkar olunmasına gətirib çıxarır. Çünki, ayə və rəvayətlərdən məlum olur ki, insan üçün yazılan müqəddəratlar iki qismdir: hətmiyyə və qeyri-hətmiyyə, yaxud müəlləq. Yəni, əcəl barəsində deyilir ki, hər insan üçün iki növ əcəl vardır. birincisi hətmi, hökmən baş verəcək əcəldir. Yəni, ömür müəyyən olunmuş həddə çatdı. Ondan o tərəfə keçə bilməz, heç bir vəchlə onun əcəli təxirə düşməz. İkinci qism isə müəlləq, asılı əcəldir ki, hətmi əcəli çatmazdan qabaq irəlidə öldürücü hadisələr var, insanın o hadisə səbəbi ilə ölə bilmək ehtimalı var, həm də dua, sədəqə, sileyi-rəhim və s. saleh əməllər səbəbilə onun əcəli təxirə düşə bilər. Xülasə, ola bilər ki, bu vasitələrlə Allah insanın ölümünü hətmi əcəl çatana qədər təxirə salsın. Habelə, duanı dərk etmək, ehsan etməkdə paxıllıq, qohum-əqrəba ilə əlaqələri kəsmək və s. günahların səbəbi ilə onun əcəli tez çatar. Bəyənilən, layiqli işlərin tərk olunması ilə bağlı olan əcəl ilə ölər. Bu bəyandan agah olur ki, hər kəsin müqəddəratı müəyyən qədər onun öz əlindədir. Bəziləri ibadət və s. bəyənilən əməllər vasitəsilə ömrünü uzadır, bəziləri isə günah vasitəsilə ömürlərini qısaldırlar. “Biharül-ənvar”da Əmirəl-Möminin Əli əleyhis-salamdan belə nəql olunub:

“İnsanların günah səbəbi ilə ölmələri, hətmi əcəlləri ilə ölmələrindən, habelə yaxşı əməl səbəbilə uzun ömür sürmələri müqəddər olunan ömürdən çoxdur.”

Misal üçün, günahlardan biri yeyinti məhsullarında–kəmiyyət və ya keyfiyyət baxımından–israfdan ibarətdir. Çoxlu insanlar bu günah səbəbilə özlərini xəstəliyə salıb, bəzi hallarda hətta ömrlərini qısaldırlar, nəticədə hətmi əcəl gəlməmişdən qabaq ölürlər.

Əcəl barəsində deyilənlər eynilə sağlamlıq və xəstəlik, yoxsulluq və varlılıq, əzizlik və zəlillik və s. barəsində də tətbiq olunmalıdır. Yəni, bütün bu işlər və dəyişikliklər, azalıb çoxalmaları tamamilə Allahın əlindədir. Lakin onların baş vermə səbəbi insanın rəftar, söz və müxtəlif halətləridir. Bu məsələnin şərhi kəlamın uzanmasına səbəb olduğundan, qeyd olunanlarla kifayətlənirik.

Bunu da qeyd edək ki, insanın taleyinin öz əlində olması təkcə bu dünya işlərinin deyil, həm də axirət həyatı və oradakı taleyi də öz əlindədir. Məsələn, axir-aqibəti xeyirlə qurtarmaq, imanlı halda dünyadan getmək, mənəvi dərəcələrə yüksəlmək ümumi halda insanın əməllərinə bağlıdır. Əgər bir insan Allaha ibadətdən boyun qaçırıb günah və məsiyətdə cür”ət tapsa, axir-aqibəti şərlə qurtaracaq, imansız dünyadan gedəcək. Amma Allaha müt”i olub günah əməldən qorxub uzaq olsa, ibadətə, xeyir əmələ tələssə, axir-aqibəti xeyirlə qurtaracaq, imanlı dünyadan gedəcək, dünya və axirət səadətinə nail olacaq. Bu deyilənləri isbat etmək üçün çoxlu ayə və rəvayətlər var ki, bir neçəsini qeyd edirik.

“Üsuli-kafi”nin “dua” bölməsində İmam Səccad əleyhis-salamdan belə nəql olunur:

“Dua həm nazil olan, həm də hələ nazil olmamış bəlanı dəf edir və qarşısını alır.”

Məzmunu bu hədislə eyni olan səkkiz belə hədis də nəql olunub. Həmçinin İmam Sadiq əleyhis-salam Müyəssər ibni Əbdül Əzizə buyurdu:

“Dua et və demə ki, iş-işdən keçib. Doğrusu Allah yanında bir məqam var ki, yalnız dua edib istəməklə o məqama çatmaq olar. Əgər bəndə sidqini bağlayıb Allahdan bir şey istəməsə, ona heç nə verilməz. Sən Allahdan istə ki, versin. Ey Müysəsr, elə bir qapı yoxdur ki, döyüləndə ev sahibi gəlib onu döyənin üzünə açmasın.”

Həmçinin, “Kafi”nin “Məarin” kitabında İmam Sadiq əleyhis-salamdan belə nəql olunub:

“Möminlərdən bəzisinin imanı icarə imandır (yəni, zatlarında əvvəldən iman olmamış, qəlbləri iman nuru ilə nurlanmamışdır). Amma əgər onlar dua etsələr və duada israr etsələr, imanla dünyadan gedərlər.”

Bu hədisdə xeyir aqibətli olmaq, imanlı ölmək üçün hər vaxt dua oxuyub duada israr etmək, Xaliqin dərgahında ahü-nalə etmək çox təsirli səbəblər kimi göstərilib. Həzrəti Musəbni Cəfər əleyhis-salamdan belə nəql olunub: “Bəni İsrail dövründə əməli saleh bir kişi var idi. Arvadı da əməli saleh idi. Yuxuda ona deyilir ki, Allah sənə filan qədər ömür vermişdir ki, bir yarısı naz-ne”mət, bolluq ilədir, o biri yarısı isə yoxsulluqda keçəcəkdir. Sənə ixtiyar verib ki, hansı yarısını istəyirsən birinci əta etsin. Kişi dedi ki, əməli saleh bir arvadım var ki, mənimlə həyatımda şərikdir. Qoy onunla məşvərət edim. Elə ki, sübh açıldı, öz yuxusunu arvadına dedi. Əməli saleh arvad dedi: “Ne”mət bolluğu olan birinci yarısının əvvəlcə verilməsini seç. Bəlkə Allah bizə rəhm etdi və o biri yarısında da o ne”mətləri bizdən almadı.”

İkinci gecə yuxuda ondan soruşdular ki, birinci hansını seçdin? Dedi, birinci yarısını naz-ne”mət içərisində olmağı seçdim. Sabahısı gündən dünya naz-ne”mətləri hər tərəfdən ona tərəf gəlməyə başladı. Sonra arvadı ona dedi: “Allahın sənə verdiyi ne”mətlərdən qohum-əqrəbaya, möhtaclara, yoxsullara, qonşulara, filan qardaşlarına ver!” Müntəzəm surətdə ərinə əmr edirdi ki, Allahın ne”mətlərini xeyir işlərə sərf etsin. O kişi də onun sözlərinə əməl edirdi. ömrünün yarısı keçəndə həmin şəxs yenə də yuxusuna gəlib dedi: “Etdiyin ehsanlar, şükr-ne”mət xatirinə Allah ömrünün o biri yarısını da naz-ne”mət içərisində müqəddər etdi.”

Həmçinin nəql olunub ki, Həzrət İsa əleyhis-salam toy mərasimi keçirilən bir evin qabağından keçəndə səhabələrinə buyurdu: “Bu gecə gəlin öləcək və onların şadlığı şivənə dönəcək.” Sabah yenə o yerdən keçəndə gördülər ki, şivən səsindən bir əsər-əlamət yoxdur. Soruşdular, dedilər ki, gəlin sağlamdır. Sonra ev sahibindən icazə alıb evə varid oldular, buyurdu: “Gəlinin döşəyini qaldırın.” Döşəyi qaldıranda böyük bir ilanın yatdığını gördülər. Həzrət buyurdu ki, bu ilana əmr olunmuşdu ki, keçən gecə səni öldürsün. De görüm dünən gecə nə etmisən? Gəlin dedi: axşama bir fəqir “mənə təam verin” deyə səslənirdi. Heç kəs ona cavab vermirdi. Mən öz xörəyimi götürüb ona verdim. Həzrət buyurdu: “Elə o əməlinə görə ölümü özündən uzaqlaşdırmısan.”

Bu rəvayətə oxşar olan bir neçə rəvayət də nəql olunur.

“Biharül-ənvar”ın 13-cü cildində “intizari-fərəc“ babında İmam Sadiq əleyhis-salamdan belə nəql olunub: “Allah-Taala Bəni İsraili müqəddər etdi ki, dörd yüz il fironçuların pəncəsində giriftar olsunlar. iki yüz otuz il keçəndən sonra Bəni İsrail qövmü qırx gün Allah dərgahında ah-nalə edib ağladılar, Ondan kömək istədilər. Bu vaxt Allah Musa və Haruna vəhy etdi ki, qalan yüz yetmiş illik əzab onların üzərindən götürüldü.” Sonra Həzrət buyurdu: “Əgər siz də Bəni İsrail qövmü kimi Allah dərgahında ahü-nalə edərək Ondan kömək istəsəniz, Allah fərəci (yəni, Həzrəti Məhdi əleyhis-salamın zühurunu) tezləşdirər; yox əgər belə etməsəniz, bu cür ağır vəziyyət müqəddər olunan vaxta qədər davam edəcək.”

Qeyd olunanlarda bəda məsələsi, duanın müqəddəratda təsirli dəyişiklik yaratması aydın olur. Hər bir şəxs ömrünün keçən hissəsinə nəzər salsa,aydın olar ki, dua və sədəqə vasitəsilə onun həyatında müəyyən dəyişikliklər baş vermiş və istəyi yerinə yetmişdir. Əgər bəziləri desə ki, bu məsələ müəyyən qədər düzdür, amma bəs nə üçün əksər dualar qəbul olunmur? Cavabında deyirik ki, bir dua qəbul olunmursa, ya onun qəbul olunması şərtləri mövcud olmamış, yaxud Allahın məsləhəti onu qəbul etməmək olmuşdur. Əvəzində isə ona başqa bir şey əta etmiş və ya axirət zəxirəsi qərar vermişdir.

Dua barəsində olan mətləblərin hansının şərt mövzusundan xaric olması ilə nəticələndiyini qeyd olunan mətləblərlə kifayətlənirik.

“Fəzzəkkir” kəlməsi bu münasibətlədir ki, qorxu, şəfqət və dua səbəbi ilə Cənnətə çatır. Sən ey Peyğəmbər! Xatırlatmaqdan əl çəkmə ki, camaat Allahı çağırsın və dua səbəbi ilə ilahi savaba nail olsunlar.

Müfəssirlər qeyd etmişlər ki, Peyğəmbəri Əkrəm bütləri və ya bütpərəstləri məzəmmət etdikdən sonra, Həzrətin Qüreyş qəbiləsindən olan düşmənləri qərara gəldilər ki, bir dəstə adamlarını göndərib Məkkə yolunu bağlasınlar. Məkkə mərkəz olduğuna görə ora gediş-gəliş çox idi. Onlar o yolun üstündə dayanır və yolu camaat üçün kəsirdilər və deyirdilər ki, bu şəhərdə Mühəmməd adlı bir şəxs nazil olmuş və bəzi iddialar edir. Məbadə siz o iddialara aldanasınız. Bu sözlərdən sonra Peyğəmbərə töhmət vururdular və bəzən deyirdilər ki, o kahin və sehrkardır. Bəzi vaxtlar da deyirdilər ki, divanə və şairdir. Halbuki, bu töhmətlər və iftiraların heç biri Rəsuli Əkrəmə tətbiq oluna bilməz. Çünki, sehrkarlıq, divanəlik və şairlik bir-biri ilə uyğun gəlməyən sifətlərdir.
KƏHANƏT NƏDİR VƏ KAHİN KİMDİR?
Kəhanət–cinləri təsxir etməkdir. Bu yolla bəzi qeybi işlərdən agahlıq tapmaq olur. Cinin vasitəsilə oğurlanmış bir malı tapmaq olar.

İslamdan əvvəl kəhanət çox rəvac tapmışdır və bu peşənin çoxlu rəvayətləri vardır. Bəzi şəxslər olurdu ki, bu şeytani rizayətlərə dözür və ruhları xəbisləşirdi. Nəticədə cin onların qabağında ram olurdu. Cinin vasitəsilə keçmişdən və gələcəkdəki hadisələr barəsində agahlıq əldə edirdilər.

İslamda təsxirin bütün növləri, istər cin təsxiri olsun, istərsə də ruh təsxiri, hamısı haramdır və mənfur işlərdən sayılır.

Kəhanət işində hər hansı bir xəbərin doğru və yalan olması bir-birinə qarışmışdır və bu iş insanları çox alçaq dərəcələrə aparıb çıxarır. Məsələn, riyazətlərdən biri budur ki, qırx gecə-gündüz öz sidiyi ilə dəstəmaz alsın və qırx gün Quranı ayağı altına qoysun və bu işlərindən sonra cinin kahinə verdiyi xəbərlər çox az və əhəmiyyətsizdir.

İbni Məhbubun səhih hədisində Leysəndən belə rəvayət etmişdir ki, İmam Sadiq əleyhis-salamın hüzuruna gedib ərz etdi ki, orada bir kahin vardır, itmiş və oğurlanmış şeyləri tapır. Camaatdan bir şey oğurlandıqda həmin kahindən soruşaqmı,-deyə sual etdilər. Həzrət buyurdu: “Hər kəs kahinin, sehrkarın yanına getsə və onu təsdiq eləsə, Allahın kitabına, yəni Qurani-Məcidə qarşı kafir olmuşdur.”

Kəhanət, kahinlik kəbirə günahlardandır. Müşriklərdən bir qrupu Peyğəmbəri Əkrəmə kahinlik töhməti vurdular. Bu insafsızlar bilmirdilər ki, Peyğəmbərin işi heç də kahinliyə oxşamır. Nübüvvət məqamı bu kimi dəyərsiz sözlərdən çox-çox yüksəkdədir. Peyğəmbər Allahdan və məaddan söhbət edir. Bunun kahinliyə və onun kimi işlərə heç bir dəxli yoxdur. Buna görə də Xudavənd bu ayədə Peyğəmbərə xitabən buyurur: “Bu töhmətlər səni öz işindən saxlamasın (yəni hər nə istəyirlər desinlər). Sən Allahın verdiyi ne”mət səbəbilə sehrkar, kahin və divanə deyilsən.”

Ola bilsin ki, “bi ni”əməti Rəbbikə” kəlməsindəki “ba” hərfi and içmək kimi olsun. Yəni, mənası “and olsun sənin Rəbbinə ki, sən kahin və divanə deyilsən” ola bilər.

İslam Peyğəmbəri mütləq əqlə malik idi. İslamın gətirdiyi şər”i vəzifələrdən boyun qaçırmaq istəyən şəxslər, Peyğəmbərə hər gün töhmət vururdular. Bəzisi onu divanə, bəzisi şair və bəzisi də kahin adlandırırdılar. Hətta iş o yerə gəlib çatmışdı kı, Peyğəmbərimiz buyururdu: “Heç bir Peyğəmbər mənim kimi xalqın əlindən əziyyət görməyib.”

Bu qədər əzab-əziyyətlərlə belə qarğış etmirdi, əksinə buyururdu: “İlahi, mənim ümmətimə rəhm elə, həqiqətən onlar nadandırlar.”

Əllamə Məclisi (r.ə) “Həyatul-qulub” kitabında belə bir rəvayət nəql etmişdir: “Allah Peyğəmbərə buyurdu ki, Qüreyş tayfasının içində aşkar də”vət etsin, Həcc mövsümündə, camaatın Məkkənin ətrafında və Məkkəni dolandıqları yerdə Səfa dağının üstünə çıxsın və uca səslə nida etsin. Nida etdi: “Əyyühənnas! Mən aləmlərə, Pərvərdigarın göndərdiyi Rəsulam” Bütün camaat təəccüblə o Həzrətin üzünə baxırdılar. Sonra Həzrət Mərva dağının üstünə gedib üç dəfə həmin sözü təkrar etdi. Əbu Cəhl bunu eşidəndə, Peyğəmbərin mübarək alnına bir daş vurdu və alnını yaraladı. Sair müşriklər də əllərinə daş alıb Həzrətin dalınca qaçdılar. Həzrət Əbu Qübeys dağına çıxıb hal-hazırda Müttəka adlanan yerdə dayandı. Müşriklər o Həzrəti axtarırdılar. Bir nəfər Əmirəl-Möminin əleyhis-salamı gördü və dedi ki, Mühəmməd öldürülüb. Həzrət Əli əleyhis-salam ağlaya-ağlaya Xədicənin evinə gəldi və buyurdu: “Müşriklər Rəsuli Əkrəmi daşa basmışlar. Bəziləri deyirlər Peyğəmbər öldürülüb. Bir qabda mənə su ver və özün də yemək götür. Birlikdə Həzrətin yanına gedib onu tapaq və bu yeməkləri ona çatdıraq.

Sonra hər ikisi Əbu Qübeys dağının yanına gəldi. Əmirəl Möminin Əli əleyhis-salam Xədicəyə buyurdu: “Sən düzənlik tərəfdən get, mən isə dağın başından gedirəm. Əmirəl-Möminin Əli əleyhis-salam ağlaya-ağlaya fəryad edib deyirdi: “Ya Rəsuləllah! Canım Sənə fəda olsun! Hansı vadidə teşnə və acsan və məni özünlə aparmamısan.” Xədicə də fəryad edib deyirdi: “Allahın seçdiyi, Allah yolunda əzab-əziyyət görən Peyğəmbəri mənə göstərin.” Bu vaxt Cəbrail Peyğəmbərə nazil oldu, o Həzrəti qaldırıb Cənnətdən gətirdiyi bir kürsüdə əyləşdirdi. Sonra, asimanların, yerin, dəryaların, dağların məmuru olan mələklərin hər biri O Həzrətin hüzuruna gəlib ərz etdilər ki, biz hamımız Haqq-Taala tərəfindən məmur olunmuşuq ki, sənə itaət edək. Əgər izn versən səninlə bu cür rəftar edən qövmü həlak edək. Həzrət buyurdu: “Mən rəhmət Peyğəmbəriyəm. Mənim qövmümü boşlayın, çünki onlar nadandırlar.”

Sonra Cəbrail dedi: “Ya Rəsuləllah, Xədicəyə nəzər sal, o sənin dalınca gəlir. Onun ağlamaq səsi məlaikələri ağlatmışdır. Allahın və mənim salamımı ona çatdır. Ona Cənnətə getməklə müqdə ver.”

Sonra o Həzrət Xədicəni və Əmirəl Möminin Əli əleyhis-salamı çağırdı. Onun mübarək üzündən qan axırdı.

Axşam olduqda Xədicə və Əli Peyğəmbəri Xədicənin evinə gətirdilər. Müşriklər bu işdən agah olduqda gəlib Xədicənin evini hər tərəfdən daşa basdılar. Xədicə və Əli Peyğəmbərin qarşısında dayanıb özlərini Ona sipər qərar verdilər ki, atılan daşlar Peyğəmbərə dəyməsin. Xədicə ucadan fəryad etdi: “Ey Qüreyş tayfası! Xəcalət çəkmirsiniz ki, sizin içərinizdə ən nəcabətli olan bir nəfərin evini daşa basırsınız?! Məgər Allahdan qorxmursunuz, ağlınıza başınıza yığın.”

Bu sözlərdən sonra müşriklər qayıtdılar.

Xülasə, Allah öz Peyğəmbərini düşmənlərin vurduğu ittihamlar qarşısında müdafiə edir.

Həzrəti İsa əleyhis-salamın zamanında şeytanlar dördüncü asimana qədər gedirdilər. İslam Peyğəmbərinin təvəllüdündən sonra daha cinlər və şeytanların asimanlara getmələrinə icazə verilmirdi. Bundan da əlavə cinlərin arasında doğru və yalan danışanlar var idi. Digər tərəfdən cinin verdiyi xəbərlər naqisdir. Onların İslam dini barəsində verdiyi xəbərlər naqis və ya yalan ola bilər.

İslam dinində qeybdən xəbər vermək, sehr və kəhanət hamısı haram işlərdəndir. Məsələn, bir kəs rəmmala müraciət etsə və öz gələcəyini ondan soruşsa bu iş haram, İslama qarşı kafir olmaqdır. Məgər qeyd edilən belə işləri haram və ya batil hesab edən bir şəxsə–Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə aid etmək olarmı?

Peyğəmbəri Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə vurulan töhmətlərdən biri də şairlik töhmətidir ki, tərəbbəs və intizar mənasındadır. “Rəybəl-mənun” müsibət və ağır, acınacaqlı hadisələr və ya ölüm, fəlakət mənasındadır. Müşriklərin gücü Peyğəmbərə çatmayanda (çünki Onu hifz edən Allah idi) deyirlər ki, ruzigarın ağır və müsibətləri onu öldürəcək, Onun sözləri də onunla birgə məhv olub aradan gedəcək. Atası cavanlıqda dünyadan getdi, o da cavanlıq vaxtında öləcək. Biz Onun əlindən rahat olacağıq.

Allah öz Peyğəmbərinə buyurur:

“De, siz mənim ölümümün intizarında olun! Mən də sizin ölümünüzün intizarındayam.”

Peyğəmbərə töhmət vuranların əksəriyyəti ondan əvvəlcə öldülər və yaxud islamı qəbul etdilər. Amma görəsən, şairlik ittihamını Peyğəmbərə vurmağın nə kimi mənası var idi. Hamı bilirdi ki, Peyğəmbər dərs oxumurdu. Ühüd qəzvəsində buyurduğu: “Ənən-nəbiyyü la əkzibu, ənəbnu Əbidil-Mütəllib” kəlməsindən başqa bir şer deməmişdir. Quran da nəzm deyil, nəsr formasında gəlmişdir. İndi görək Peyğəmbərə şair demələrinin əsas səbəbi nə idi.

Şerin iki mənası var:

1) İki və ya daha artıq beytdən təşkil olunmuş mətn;

2) Həqiqəti olmayan bəzədilmiş kəlamlar; Buna görə də demişlər ki, şerin ən yalanı, ən gözəl olanıdır. Yəni, şerdə nə qədər yalan və həqiqətlərin əksi daha çox olarsa, o şer daha gözəldir.

HAQQ VƏ BATİL ŞAİRLƏRİ


Batil şairlər o şairlərdir ki, pul üçün əxlaqsızları, facirləri mədh edir, bir kəsdən istəklərinin xilafına bir şey gördükdə, hətta məzəmmətə layiq olmadığı təqdirdə belə, o kəsi məzəmmət edirdilər. Bu özü də kəbirə günahlardan biridir. Həmçinin onların şerlərinin bir qismi eşqbazlıqda şəhvətləri, iffətə zidd olan şeyləri həyəcana gətirmək barəsində idi. Şer və şairliyin mənasını bildikdən sonra görəsən Qurani Məcidə, habelə hər bir çirkin sifətlərdən uzaq, gözəl fəzilətlərə malik olan Mühəmməd də”vətinə meylinin mənasını aid etmək, yaxud o Həzrətə şair demək olarmı? Görəsən rəbbani, ruhani və ilahi bir Peyğəmbərin müqəddəs vücudu öz ardıcıllarını mal-dövlətə, cah-cəlala pərəstişdən, şəhvətin ardınca düşməkdən çəkindirən bir şəxsə belə bir töhmət vurmaq olarmı? Ar olsun o kəslərə ki, bu töhmətləri o Həzrətə vururdular. Bəli düşmənin ən böyük zərbəsi töhmət və iftiradır. Şəkk yoxdur ki, onların özləri də dediklərinin yalan olmasını bilirdilər. Bu şərif hədisə diqqət edək. “Həyatul-qülub” kitabının 2-ci cildinin 23-cü babında mərhum Məclisi nəql edir ki, Məkkə müşrikləri camaatın çoxunun Həzrət Mühəmmədin dininə iman gətirməklərini gördükdə Əbu Talibin yanına gəlib dedilər ki, sənin qardaşın oğlu bizim bütləri söyür, bizi səfeh hesab edir, cavanlarımızı fəsada çəkir, camaatımızın arasına təfriqə salır. Əgər pərişanlıq və yoxsulluq onu bu yola çəkmişdirsə, o da mal-dövlət istəyirsə, onda biz ona mal-dövlət verərik ki, Qüreyş tayfası içərisində hamıdan varlı olar. Qüreyş tayfasının hər qadınını istəsə, ona ərə verər, onu özümüzün əmiri, Məkkənin sultanı seçərik. Bu şərtlə ki, bizim allahlarımızdan əl çəksin. Əbu Talib Qüreyş başçılarının təklifini Peyğəmbərə çatdırdı. Həzrət buyurdu: “Əgər günəşi sağ əlimə, ayı sol əlimə versələr yer üzərində olan hər şeyi mənim ixtiyarımda qoysalar da, öz Pərvərdigarıma qarşı müxalifət etməyəcək, ilahi risaləti yerinə yetirəcəyəm və öz yolumdan qayıtmayacağam.”

Şer və şairliyin mənasında deyilənlərdən gözəl şəkildə məlum olur ki, əgər hər hansı bir kəlam mübaliğə, yalan, həqiqətin xilafı və yersiz məzəmmətə səbəb olmazsa, əksinə, həqiqəti çatdırıb öyüd-nəsihətə nüsrət etmək olarsa, hətta şer halında olsa belə, bəyənilmiş, üstəlik bir növ cihad da sayılır.

Bu qrupdan olan şerlər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in tərəfindən hörmətə layiq görülmüşlər. Məsələn, Qeys ibni Ədi, Kə”b ibni Malik Ənsari, Kə”b ibni Züheyr, Əbdillah ibni Rəvayi Ənsari (Rəsuli Əkrəm ona “şairlərin ağası” ləqəbini vermişdi), Vəlid ibni Rəbiyyə, Amiri, Həssani ibni Sabit Ənsari.

Amma Həssan Peyğəmbəri Əkrəmin zamanında tutduğu yolda sabit qalmadığı və o Həzrətin vəfatından sonra mal-dövlət, dünya məhəbbəti onun Müaviyəyə tərəfdar olmasına vadar etdiyindən, Əmirəl-Möminin əleyhis-salam ilə müxalifət etdiyindən, Rəsuli Əkrəm ümumi şəkildə onu mədh etməmiş, əksinə buyurmuşdu:

“Ey Həssan, nə qədər ki, öz dilinlə bizə kömək etmisən həmişə Ruhul-qüdüsün səbəbi ilə qüvvətləndiriləcəksən.”

Rəvayət olunmuşdur ki, Rəsuli Əkrəmin məscidində bu Həzrətin əmri ilə mənbərə oturdu və İslam və müsəlmanlaın nüsrətinə, Rəsuli Əkrəmin mədhinə şirk və müşriklərin məzəmmətinə dair yazdığı şerləri oxuyurdu. Həmçinin Qədir-xum günündəki qəsidəsi məşhurdur.

İmamlarımızın zamanlarında ölən və Əhli-Beytin haqqını müdafiə etməkdə həqiqətən dilləri ilə cihad edən və bu yolla da İmamlarımızın lütf və ikramına layiq görülən şairlər: Kumeyt, Seyyid İsmail Himyəri (Həzrət Sadiq əleyhis-salammın tərəfindən mərhəmətə layiq görülmüşdür), Fərəzdəq İmam Səccad əleyhis-salamın tərəfindən mərhəmətə layiq görülmüşdür. Dəbbəl Xəzal İmam Riza əleyhis-salamın tərəfindən ikrama layiq görülmüşdür. O öz qəsidəsini imam Riza əleyhis-salam üçün oxuyanda əvvəli aşağıdakı beytdən olan şeri oxudu:

Həzrət buyurdu: “Allah səni Qiyamətin böyük qorxusundan amanda saxlasın.”

Sonra o bu şeri oxuyanda,

İmamın əleyhinə çıxan, şübhəsiz Allahın adına və bərəkətlərə qarşı qiyam etmişdir.

Həzrət buyurdu:

“Ey Xuzai! Ruhul-qudus bu iki şeri sənin dilində cari etdi. Bilirsənmi ki, bu İmam kimdir və hansı zamanda qiyam edəcək?”

Dedi: “Yox, ey mənim mövlam, Amma eşitmişəm ki, siz Əhli-beytdən olan İmam qiyam edəcək yer üzünü fəsaddan təmizləyəcək, ədaləti bərqərar edəcək.”

Buyurdu: “Ey Dəbəl, məndən sonrakı imam oğlum Mühəmməd və ondan sonra onun oğlu Əli və ondan sonra da Höccət əleyhis-salamdır ki, uzun müddət nəzərlərdən qaib olacaq, və Allah özü məsləhət bildiyi vaxtda onu aşkar edəcək. O, yer üzünü ədalətlə dolduracaq. Onun zühurunun vaxtı Qiyamətə kimi hamıya gizlidir.”

Sonra o Həzrət özü iki beyt inşa etdi. Dəbələ buyurdu ki, bunları öz qəsidənə artır. Və buyurdu:

“Bu qəbir mənim qəbrimdir ki, Tusda yerləşcək, hər kəs məni ziyarət etsə, mənimlədir. Qiyamətdə də günahları bağışlanmış olacaq.”

Sonra Həzrət onun öz adına kəsilmiş yüz sikkə dinarı Dəbələyə mərhəmət etdi. Dəbələ ərz etdi: “Allaha and olsun ki, bunun üçün gəlməmişdim və bu qəsidəni dünya tamahı niyyətinə deməmişdim.” Sonra pulları geri qaytardı, Həzrətin paltarlarından birini təbərrük üçün istədi. Həzrət öz paltarını həmin kisədəki pullarla birlikdə Dəbələyə göndərdi. Xadimlərinə buyurdu ki, ona desinlər ki, bu kisəni götürsün çünki, çox keçməz ona ehtiyac duyarsan. Dəbələ kisəni və paltarını götürüb qayıtdı. Vətəninə çatanda gördü ki, oğrular evində olan var-yoxunu aparıblar. Sonra Həzrət Riza əleyhis-salamın verdiyi paltarları on min dirhəmə onun şiələrinə satıb ev ləvazimatlarını aldı. Sonra Həzrətin “çox keçməz ki, yüz dinara ehdiyaclı olarsan” kəlamını xatırladı. Onun bir kənizi var idi ki, onu çox istəyirdi. O da göz ağrısına tutlmuşdu. Təbiblər demişdilər ki, sağ gözü kor olub, sol gözünü isə müalicə edəcəyik. Ola bilsin ki, sağalsın.

Dəbələ çox qəmgin oldu, ah-nalə etdi. Yadına Həzrətin verdiyi köynək düşdü. O köynəyi Qum əhli ondan min dinara aldılar və onun kiçik bir parçasını özünə verdilər. O parçanı kənizin gözünə bağladı. Sübh açılanda gördülər ki, hər iki gözü sağalmışdır. Bu Həzrətin verdiyi paltarın bərəkətinə görə idi.

“Biharül-ənvar”-ın 11-ci cildində Səhl ibni Zəbyandan rəvayət olunmuşdur ki, bir gün Həzrət Əliyyibni Musa Riza əleyhis-salamı görməyə getdim. Elə ki, hüzuruna çatdım, buyurdu: “Yaxşı oldu ki, gəldin. Sənin ardınca adam göndərmək istəyirdim. Dünən gecə yuxuda gördüm ki, yanımda yüz pilləli bir nərdivan var. Onu mənim üçün qoymuşdular. Mən o pilələrlə yuxarı çıxdım.”

Səhl dedi: “Sizin ömrünüz çox uzun olacaq və yüz ildən artıq həyat sürəcəksiniz.”

Həzrət buyurdu: “Allah nə istəyirsə, o da olacaq. Sonra buyurdu: Elə ki, yuxarı çatdım, bir qəsr gördüm ki, Rəsuli Əkrəm orada oturmuşdu. Sağ və sol tərəfində Həsən və Hüseyn əleyhis-salam var idi. Fatimə onun yanında, Əmirəl-Möminin isə Həzrətin müqabilində oturmuşdu. Başqa bir kişini gördüm ki, cəddimin qarşısında dayanaraq, məzmunu aşağıdakılardan ibarət olan qəsidəni oxuyur. “Həzrət Peyğəmbər buyurdu: Salam de atan Əliyə və atan Həsən və Hüseynə sonra anan Fatiməyə və sonra bizi mədh edən şair Seyyid İsmail Himyəriyə. Sonra ona salam verdim və oturdum. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm Seyyidə buyurdu: Qəsidəni oxu! Sonra buyurdu: “Hər kəs bunun oxuduğu bu qəsidəni əzbərləsə və onu təkrar etsə, Cənnət əhlidir.”

“Biharül-ənvar”da nəql olunmuşdur ki, İmam Sadiq əleyhis-salam Himyəri üçün hənut və kəfən göndərdi, onun vəfat xəbərini eşidəndə dua edib rəhmət göndərdi. Bir nəfər dedi: Ağa, Himyəri şərab içirdi. Həzrət buyurdu: Atamdan eşitmişəm ki, o da Rəsuli Əkrəmdən rəvayət edib ki:


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə