Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
  1   2   3   4   5   6   7   8   9   ...   38


QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ 
ƏSASINDA
170 SUAL-CAVAB
Tərtib edən: Məhəmməd Azəri
1


Entesharate Faiz
Kitabın adı:..........170 Sual-cavab
Müəllif:..............Məhəmməd Azəri
Naşir:.............................................Faiz
Çap növbəsi:........................Birinci
Tiraj:.............................................5000
Çap tarixi:...................................2005
2


Bismillahirrəhmanirrəhim
Sual  1:
  Nə  üçün  zalım  və  günahkar  insanlardan  bir 
hissəsi nemətlər içində qərq olmuşdur?
Cavab:
 Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-
kərimin 
ayələrinə 
əsasən,
 belələri 
islahedilməz 
olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən 
öz  başına  buraxılmışlar.  Allah  tərəfindən  verilmiş  bu 
möhlət,  əslində  onları  uçuruma  aparır.   «Ali-imran» 
surəsinin 178-ci ayəsində buyurulur: «
Küfr edənlər, onlara 
verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz 
onlara  möhlət  verimişik  ki,  günahlarını  daha  da 
artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır
».
Bəzi  ayələrdən  məlum  olur  ki,  bəzən  Allah  zalım  və 
günahkarlara  verdiyi  nemətləri  hədsiz  dərəcədə  artırır  və 
onlar  ləzzət  içində  xumarlandıqları  zaman,  qəfildən  onları 
bütün  nemətlərdən  məhrum  edir.  Misilsiz  firavanlıqdan 
sonra  qəfil  səfalət  və  zəlalət  həmin  insanlar  üçün  böyük 
əzaba çevirilir. «Ənam» surəsinin 44-cü ayəsində oxuyuruq: 
«
Onlar  edilmiş  xəbərdarlıqları  unutduqları  bir  an 
bütün  nemət  qapılarını  onların  üzünə  açdıq  ki, 
şadlansınlar.  Sonra  isə  qəfildən  bütün  verdiklərimizi 
geri  aldıq.  Bununla  da,  onlar  hədsiz  narahatlığa  düçar 
oldular
».
Təsəvvür edin ki, bir zalım, kövrək budaqları qıra-qıra 
üzüyuxarı,  dayanmadan  ağaca  dırmaşır.  Yuxarı  qalxdıqca, 
daha  da  şad  olur.  Anlamır  ki,  nə  qədər  yuxarıdan  yıxılsa, 
bir o qədər də çox əziləcəkdir. Qəfil tufan qopur və bir an 
əvvəl  şadlıqdan  oynayan  sümüklər  yerə  qaxılıb,  xıncım-
xıncım olur.
3


Sual 
2:
 
Hal-hazırda 
behişt 
və 
cəhənnəm 
mövcuddurmu?
Cavab:
  Əksər  İslam  alimlərinin  fikirinə  görə,  hal-
hazırda həm behişt, həm də cəhənnəm mövcuddur. Qurani-
kərimin  müxtəlif  ayələrində  bu  fikir  yetərincə  aydın 
təsdiqlənir.   «Tövbə»  surəsinin  89-cu  ayəsində  buyurulur: 
«
Allah  onlar  üçün  əbədi  qalacaqları,  altından  çaylar 
axan cənnətlər hazırlamışdır
».
Başqa bir surədə oxuyuruq: «
And olsun ki, başqa bir 
dəfə  (Məhəmməd  əleyhissəlam  Cəbrail  mələyi)  əbədi 
behiştdə  yerləşdiyi  Sidrətül-Müntəhanın  yanında 
görmüşdür
»
1
.  Qeyd  edək  ki,  bu  ayələr  Peyğəmbərin  (s) 
merac səfərinə aiddir.
«Təkasur»  surəsində  isə  belə  buyurulur:   «Əgər 
elmül-yəqinə  malik  olsaydınız,  mütləq  cəhənnəmi 
müşahidə edərdiniz
»
2

Behişt  və  cəhənnəmin  hal-hazırda  mövcudluğunu 
təsdiq edən mötəbər  hədislər  kifayət qədərdir. Bu  hədislər 
arasında  Merac  hədisləri  xüsusi  yer  tutur.  Mövcudluğuna 
dəlillər  gətirdiyimiz,  bir  zaman  Adəmin  olduğu  behişt 
deyildir. Bu günki behişt və cəhənnəm, insanların xeyir və 
şər əməllərindən asılı olaraq genişlənməkdədir.
Sual 3:
 Hansı şəxslərdən məsləhət almaq olar?
Cavab:
 Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana 
xeyir  gətirməz.  Xaraktercə  zəif  və  nöqsanlı  məsləhətçinin 
göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur: 
«
Üç  qəbil  insanla  məsləhətləşmə:  Paxıl,  qorxaq  və 
tamahkar  insanlarla.  Paxıl  səni  kasıbçılıqla  qorxudub, 
1
 «Nəcm» surəsi, ayə 13-15.
2
 «Təkarus» surəsi, ayə 5-7.
4


başqalarına  əl  tutmaqdan  çəkindirər.  Qorxaq  mühüm 
işlərin  yerinə  yetirilməsinə  mane  olar.  Tamahkar  isə, 
var-dövlət  və  vəzifə  qazanmaq  xatirinə,  zülmə 
mərhəmət donu geyindirər
»
1

İslam  dinində  məsləhət  istəyən  adama  xəyanət  edib 
səhv  yol  göstərmək,  böyük  günahlardan  hesab  olunur. 
Bilmədiyin  bir  işdə,  hətta  qeyri-müsəlmana  məsləhət 
vermək böyük günahdır.
İmam Səccad (ə) buyurur: «
Səndən məsləhət istəyənə 
bildiyin  işlərdə  məsləhət  verməli,  bilmədiyin 
məsələlərdə  onu  bilən  şəxsin  yanına  göndərməlisən. 
Məsləhət 
aldığın 
adamı,
 könlünə 
yatmayan 
məsləhətinə görə, qınamamalısan
»
2

Sual 4:
 Adəmin övladları kiminlə evləndi?
Cavab:
 «Nisa» surəsi bu ayə ilə başlayır: «
Sizi tək bir 
şəxsdən  xəlq  edən,  ondan  zövcəsini  yaradan  və 
onlardan  da  bir  çox  kişi  və  qadınlar  törədən 
Rəbbinizdən qorxun
». 
İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, 
mübahisə  doğura  biləcək  dini  məsələri  savadsız 
müsəlmanlar  arasında  qızışdırmaqdır.  Yuxarıdakı  ayə, 
dinini  sevən  insana  kifayət  qədər  mə´lumat  verir.  Buna 
baxmayaraq,  İslam  alimləri  ayə  və  hədislərə  əsaslanaraq, 
şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər. 
Bir  qrup  alimin  fikrinə  görə,  Adəmin  övladları 
Adəmdən  əvvəlki  insan  nəslinin  qalıqları  ilə  evlənmişlər. 
Rəvayətlərə  görə,  Adəm  yer  üzündə  heç  də  ilk  insan 
olmayıb.  Elm  də  bu  fikri  təstiqləyir.  Qədim  insan 
məskənlərində  aparılan  tə´diqatlar  göstərir  ki,  yer  üzündə 
1
 «Nəhcül-bəlağə».
2
 Təfsiri Nurus-səqəleyn, 1-ci cild, səh. 405.
5


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə