Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

Xurma,  əsəb  yorğunluğunu  aradan  qaldırır,  görmə 
qabiliyyətini  artırır.  Son  dövrdə  aparılan  araşdırmalara 
əsasən,  xurmanın  çox  yeyildiyi  məntəqələrdə  xərçəng 
xəstəliyinə az təsadüf olunur.
Üzümü «təbii əczaxana» adlandırırlar. Xüsusiyyətlərinə 
görə,  ana  südünə  oxşar  olan  ətdən  iki  dəfə  çox  bədənin 
hərarətini  artırır.  Üzüm  zəhəri  təsirsizləşdirir,  qanı 
saflaşdırır,  revmatizmi  aradan  qaldırır  və  güclü 
mikroböldürücü  təsir  göstərir.  Həzrət  Peyğəmbər  (s) 
buyurur:   «
Sizin  üçün  ən  yaxşı  təam  çörək,  ən  yaxşı 
meyvə isə üzümdür
».
Sual 94:
 «Zikr əhli» kimdir?
Cavab:  
«Nəhl»  surəsində  «bilmədiyinizi  zikr  əhlindən 
soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə 
tutulur? 
İmam  Əli  ibn  Musa  ər-Riza  (ə)  buyurur:   «
Zikr  əhli 
bizik  və  bizdən  də  soruşmalısınız
».  İmam  Baqir  (ə): 
«
Zikr  Quran,  zikr  əhli  isə,  Peyğəmbərin  (s)  Əhli-
beytidir. Onlardan da soruşmaq lazımdır
»
1

İbn  Abbas  uyğun  ayənin  təfsirində  deyir:   «Zikr  əhli 
Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir».
Zikrin  mənası  agahlıq  və  xatırlama  olduğundan,  bu 
sözün  Qurani-kərimə  aid  edilməsi  tam  məntiqəuyğundur. 
Quran  zikr  hesab  olunduğu  təqdirdə,  Peyğəmbər  (s)  və 
onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.
Təəccüblü  də  olsa,  bəziləri  «zikr  əhli»ni  «kitab  əhli» 
kimi tərcümə etmişdir. İmam Əli ibn Musa ər-Riza (ə) «zikr 
əhli» ifadəsini yəhudi və məsihi alimlərinə aid edənlərə belə 
buyurur:   «
Sübhanəllah!  Məgər  belə  bir  şey 
mümkündürmü?! Əgər biz yəhudi və məsihi alimlərinə 
1
 «Nurus-səqəleyn», 3-cü cild, səh. 55.
85


müraciət  etsək,  onlar  bizi  öz  məzhəblərinə  dəvət 
edərlər. Zikr əhli bizik!
»
1

Yuxarıda  deyilənlərdən  aydın  oldu  ki,  insan  onu 
maraqlandıran  məsələ  barədə  mütəxəssisə  müraciət 
etməlidir.  Hər  bir  şəxs  öz  xəstəliyinin  müalicəsi  üçün 
etibarlı  həkim  axtardığı  kimi,  dini  məsələlərdə  də  ən 
ədalətli və ən alim müctehidə üz tutmalıdır. 
Sual 95:
 İslam dini qadına nə verdi?
Cavab:
 İslamdan əvvəl təkcə cahil ərəblər arasında yox, 
o  dövrün  ən  mədəni  sayılan  ölkələrində  belə  qadına  bir 
əşya  kimi  baxılırdı.  Sözsüz  ki,  ərəb  cəmiyyətində  qadın 
şəxsiyyəti daha alçaq bir şəkildə təhqir olunurdu. Cahiliyyət 
dövrünün məşhur şerlərindən birində deyilirdi:
Oğullar olsa da, oğlumuz bizim, 
Qızlarsa, oğludur düşmənimizin.
Uyğun  dövrdə  tayfalararası  müharibələrdə  əsir  düşən 
qadınlar,  adətən,  orada  ərə  gedər  və  əsirlər  geri 
qaytarılanda  düşmən  tərəfdə  qalmağa  üstünlük  verərdilər. 
Cahil  ərəblər  bu  sayaq  hadisələrə  əsaslanaraq,  yenicə 
doğulmuş qız övladını diri-diri torpağa basdırardılar. İslam 
dininə qədərki dövrdə qadının real vəziyyəti belə idi.
Quran  nazil  oldu  və  cahil  ərəblərin  çirkin  əməllərini 
mühakimə  etdi:   «
Onlardan  birinə  qızı  olduğu  üçün 
müjdə  verdikdə,  qəzəbindən  üzü  qapqara  qaralır.  Bu 
müjdənin  pisliyi  üzündən  öz  tayfasından  qaçıb 
gizlənir.  Görəsən,  o,  körpəni  zillət  içində  saxlayacaq, 
yoxsa  torpağa  basdıracaq?  Görün,  necə  də  pis 
mühakimə yürüdürlər!
»
2
.
1
 «Nurus-səqəleyn», 3-cü cild səh. 57.
2
 «Nəhl» surəsi, ayə 58-59.
86


İslam Peyğəmbərinə (s) qızının olması xəbər veriləndə, 
ətrafda  bu  xəbəri  eşidənlərin  qanı  qaraldı.  Həzrət  (s) 
buyurdu:   «
Bu  nə  halətdir  sizdə  görürəm?!  Allah-təala 
qoxulamaq  üçün  mənə  bir  çiçək  verib.  Əgər  onun 
ruzisinə görə qəmginsinizsə, ruzisini Allah yetirəcək
»
1

Digər bir hədisdə Həzrət (s) buyurur: «Qız nə gözəl 
övladdır!  Məhəbbətli,  köməkçi,  munis,  pak,  həm  də 
pak edən
»
2
.
Həmin  dövrdə  qız,  qadın  haqqında  bu  sayaq  sözlər 
demək, yalnız Allahın lütfü ilə mümkün olurdu. Peyğəmbər 
(s)  qızı  Fatimənin  əlini  öpəndə,  hətta  yaxınları  belə 
təəccüblənərdi.
Bəli,  İslam  zühur  etdi  və  qadın  şəxsiyyətini  alçaldan 
bütün  ənənələrə  son  qoyuldu.  İslam  qanunları  ilə  yaşayan 
qadın,  həzrət  Fatimənin  (ə)  timsalında  ən  azad  qadındır. 
İslam  qadını  oyuncağa,  eyş-işrət  vasitəsinə  çevirənlərin 
ağzından vurub, ona şəxsiyyət azadlığı verdi. 
Bu  gün  dünya  istismarçıları  qadına  «hicabını  at,  azad 
ol»,  deyirlər.  Əsil  azadlıq  isə  bədən  yox,  şəxsiyyət 
azadlığıdır.  Əgər  çılpaqlıq  azadlıqdırsa,  heyvanlara  həsəd 
aparmığımız  gərəkdir!  İslam  dini  isə,  məhz  şəxsiyyətini 
qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli 
dürr  kimi  sədəfdə  örtünməyi  tövsiyə  etdi.  İslam  «behişt 
ananın  ayaqları  altdadır»  deməklə,  qadını  heç  zaman 
görünməmiş  bir  məqama  yüksəldib,  ona  mülkiyyət,  seçib-
seçilmək, ictimai-siyasi proseslərə qatılmaq hüququ verdi.
Sual 96:
 Süd necə yaranır?
Cavab:
  İnsanın  ixtiyarına  verilmiş  dəyərli  ilahi 
nemətlərdən  biri  də  süddür.  Qurani-kərimdə  buyurulur: 
1
 «Vəsailüş-şiə», 15-ci cild, səh.104.
2
 «Vəsailüş-şiə», 15-ci cild, səh.100.
87


«
Şübhəsiz ki, mal-heyvanda sizin üçün bir ibrət vardır. 
Biz  onların  qarınlarındakı  qanla  ifrazat  arasında  olan 
təmiz südü sizə içiririk
»
1
.
Bətnində körpə olan ana qidalanır və bu qidaların təsiri 
qanda  özünü  büruzə  verir.  Qan  dövranı  sisteminin  çıxışı, 
körpəni («cənin») qan dövranı sistemi ilə əlaqələnir. Körpə 
nə  qədər  ki,  ana  bətnindədir,  bu  yolla  qidalanır.  Uşaq 
doğulduqdan  sonra  anadakı  körpəni  qidalandırma  çıxışı, 
onun döşünə ötürülür. Ananın yedikləri tam həzm olmamış 
bir  növ  qida  ilə  qan  arasında  süd  yaranır.  Süd  nə  həzm 
olmuş  qida,  nə  də  qandır.  Ana  döşündə  proteinli  süd 
hazırlanarkən,  əlavə  olaraq  yalnız  bədəndəki  turşulardan 
istifadə 
olunur.
 Hazırlanan 
südün 
tərkibindəki 
vitaminlərin,  duzun,  fosfatın,  şəkərin  qandan  götürüldüyü 
məlumdur.  Süd  qida  maddələrinin  qan  vasitəsi  ilə 
sorulmasından yaranır.
Elmi hesablamalara əsasən, ana döşündə bir litr südün 
hazırlanması üçün ən azı beş yüz litr qan bu üzvdən dövr 
etməlidir. Hansı ki, bir litr qanın yaranması üçün bu qandan 
qat-qat artıq qida qəbul olunmalıdır. Demək, ana döşündə 
gedən proseslərin mahiyyəti, hələ də elm üçün qaranlıqdır. 
Həzrət Peyğəmbər (s) buyurur: «
Suyu və qidanı tam əvəz 
edə biləcək yeganə şey, süddür
».
Sual 97:
 Allah-təala hansı həşərata vəhy nazil etdi?
Cavab:
  «Nəhl»  surəsinin  68-ci  ayəsində  buyurulur: 
«
Rəbbin  bal  arısına  belə  vəhy  etdi:   «Dağlarda, 
ağaclarda  və  alaçıqlarda  (damlarda,  pətəklərdə)  özünə 
yuva sal
». Növbəti ayədə isə bu vəhyin mahiyyəti açıqlanır: 
1
 «Nəhl» surəsi, ayə 66.
88


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə