«qurani–KƏRİMİN» QƏLBİDİR


«Əntakiyyə» peyğəmbərlərinin dastanı



Yüklə 2,11 Mb.
səhifə2/12
tarix25.06.2018
ölçüsü2,11 Mb.
#51323
1   2   3   4   5   6   7   8   9   ...   12

1. «Əntakiyyə» peyğəmbərlərinin dastanı

Əntakiyyə Şamın ən qədim şəhərlərindən biri olmuşdur. Bəzilərinin dediyinə görə bura İsanın (ə) miladından üç yüz il öncə bərpa edilmişdir. Qədim zamanlarda bu şəhər sərvət, elm və ticarət zənginliyi ilə məşhur olmuş və Roma imperiyasının üç əsas şəhərlərindən biri hesab olunurdu.

Əntakiyyə Hələb şəhərindən 100 kilometrdən az, İskəndəriyyə şəhərindən isə təxminən 60 kilometr uzaqlıqda yerləşir.

Bu şəhər ikinci xəlifənin (Ömərin) dövründə «Əbu Übeydə Cərrah»ın başçılığı ilə fəth olmuş və Romalıların müstəmləkəsindən azad olmuşdur. Oranın əhalisi məsihi olduğuna görə müsəlmanlara ildə müəyyən məbləğdə pul ödəmək (cizyə vermək) şərtilə öz dinlərində qalmışlar.

Birinci dünya müharibəsindən sonra bu şəhər fransızların müstəmləkəsinə çevrildi. Fransızlar Şamdan çıxıb gedən zaman Əntakiyyə camaatını onlarla bir dində olan Türkiyənin ixtiyarına verdilər. Bunun da səbəbi o idi ki, fransızlar Şamdan çıxıb getdikdən sonra oranın əhalisinə bir zərər dəyməsini istəmirdilər. Bu səbəbdən Əntakiyyəni Türkiyəyə verdilər.

Əntakiyyə məsihilər üçün Beytül-müqəddəsdən sonra ikinci məzhəbi şəhər hesab olunurdu. Necə ki, Mədinə müsəlmanlar üçün Məkkədən sonra ikinci məzhəbi şəhərdir. Beytül-müqəddəs həzrəti İsa (ə)-ın dəvətinin başladığı yerdir. Ona iman gətirənlərdən bir neçəsi oradan Əntakiyyəyə hicrət etdilər .

Daha sonra Pavel və Bornaba13 da oraya gedib həzrəti Məsihin dinini təbliğ etməyə başladılar. Beləliklə də həzrəti İsa (ə)-ın dini dünyada tanınmış bir dinə çevrildi. Buna görə də bu şəhər barədə (xüsusən Yasin surəsində) söhbət açılmışdır.

Böyük təfsirçi olan Təbərsi «Məcməül-bəyan»təfsirində belə deyir:

Həzrəti İsa(ə) öz dinini təbliğ etmək üçün həvarilərdən 14 iki nəfərini Əntakiyyəyə göndərdi. Onlar şəhərə yaxınlaşdıqda orada qoyun otaran qoca bir kişi gördülər. O kişi «Yasin» surəsində haqqında söhbət gedən Həbibi-Nəccar idi. Həvarilər ona salam verdilər. O, salamın cavabını verib onlardan kim olduqlarını soruşdu. Onlar cavab verdilər: «Biz İsanın göndərdiyi təbliğçilərik. Gəlmişik sizi bütlərə itaət etməkdən çəkindirib Rəhman Allaha ibadət etməyə dəvət edək».

Qoca kişi soruşdu: -«Sizin möcüzəniz varmı?» «Onlar bəli deyə cavab verdilər.» «Biz anadangəlmə korları və alalıq xəstəliyinə tutulanları Allahın izni ilə sağaldırıq.

Qoca kişi dedi: -«Mənim illərlə yataq xəstəsi bir övladım var.»

Onlar dedilər: -«Gəl, sənin evinə gedib ona bir nəzər salaq.»

Qoca onları da götürüb evinə gəldi. Həvarilərdən biri onun övladının bədəninə əlini sürtən kimi xəstə Allahın izni ilə şəfa tapdı. Bu xəbər bütün şəhərə yayıldı. Bundan sonra onlar bir çox xəstələrə də şəfa verdilər.

Şəhərin bütpərəst bir padşahı var idi. Həvarilərin xəbəri ona çatdıqda dərhal onları hüzuruna çağırtdırıb soruşdu:- «Siz kimsiniz?» Onlar cavabında dedilər:-«Biz İsanın göndərdiyi təbliğçilərik.» Biz səni və sənin rəiyyətini eşitməyi və görməyi bacarmayan bütlərin itaətindən çəkindirib həm eşidən və həm də görən Allaha ibadət etməyə dəvət edirik.

Padşah soruşdu: - Bizim Allahlarımızdan başqa da Allah var?

Cavab verdilər: «Bəli. Səni və sənin məbudlarını yaradan Allah bütün yeri-göyü yaradandır.»

Padşah dedi: - «Qalxın. Mən sizin barənizdə fikirləşərəm (Bununla onları hədələyirdi). Sonra isə camaat bazarda onları tutub döydülər.

Ancaq başqa bir rəvayətdə belə deyilir. Həvarilər padşahın əlinə düşmədilər. Bir müddət həmin şəhərdə qaldılar. Bir gün padşah sarayından çıxanda onların təkbir («Allahu əkbər» ) səsini eşidib hirsləndi. Onların hərəsinə yüz şallaq vurdurub zindana atdırdı.

İsa (ə) elə ki, gördü göndərdiyi iki nəfəri dandılar, həvarilərin böyüyü olan Şəmunu onların dalınca göndərdi.

Şəmun naməlum şəxs kimi şəhərə daxil oldu. O, özünü şahın yaxın adamlarına dost kimi qələmə verdi. Onun bu işi şahın ətrafındakılarının xoşuna gəldi. Onlar bu məsələni şaha çatdırdıqda şah da onu öz sarayına dəvət edib yanında saxladı.

Günlərin birində Şəmun dedi:- «Şah sağ olsun mən eşitmişəm ki, iki nəfər sənin zindanında əsirdi. Onlar səni başqa bir dinə dəvət etdikdə sən onları cəzalandırmısan. Heç onların nə dediyinə qulaq asdın?»

Şah dedi:-«Hirsimdən heç onlara qulaq da asmadım?»

Şəmun şaha dedi: - Əgər məsləhət görürürsünüzsə onları çağırtdırıb bir az dinləyək. Görək nə deyirlər?

Şah onun sözünü qəbul edib həvariləri çağırtdırdı. Şəmun (elə bil ki, heç onları tanımırdı) onlardan soruşdu:-«Sizi kim bura göndərib?»

Həvarilər:-«Biz bütün şeyləri» yaradan və şəriki olmayan Allahın elçiləriyiyik.

Şəmun:-«Möcüzəniz nədir?»

Həvarilər:-«Sən nə istəsən.»

Şah əmr etdi ki, kor qul gətirsinlər. Həvarilər onu Allahın izni ilə sağaltdılar. Bu zaman Şəmun sözə başlayaraq şaha dedi:-«Əgər sən öz məbudlarından bu işi (korun sağaltmasını ) istəsəydin onların buna qüdrəti çatardı?»

Şah dedi:-«Səndən nə gizlin, bizim sitayiş etdiyimiz Allahların nə bir ziyanı var, nə də bir xeyri. Sonra şah üzünü həvarilərə tutaraq dedi:-«Əgər sizin Allah ölünü dirildə bilsə biz Ona və sizə iman gətirərik.» Həvarilər cavab verdilər ki, bizim Allah hər şeyə qadirdir. Şah dedi:-«Burada yeddi gün bundan qabaq ölmüş bir meyit var. Atası səfərdə olduğu üçün hələ dəfn olunmayıb. Gözləyirik ki, atası səfərdən qayıtsın. Ölünü gətirdilər. O iki həvari açıqcasına, Şəmun isə ürəyində dua edirdi. Birdən ölü hərəkətə gəlib ayağa qalxdı. Allahın iznilə dilə gəlib dedi:-«Mən yeddi gündür ki, ölmüşəm. Cəhənnəm odunu öz gözlərimlə görmüşəm. Sizə xəbərdarlıq edirəm ki, tək olan Allaha iman gətirin.»

Padşah çox təəccübləndi. Şəmun bunların padşaha təsir etdiyini gördükdə ondan iman gətirməsini istədi. Şah tək olan Allaha iman gətirdi. Camaat da ona qoşuldu. Buna baxmayaraq bir dəstə öz müşrikliyində qaldı.

Bu rəvayətə oxşar daha bir rəvayət Əyyaşi təfsirində İmam Baqir (ə) və İmam Sadiq (ə) dan söylənilmişdir. Baxmayaraq ki, aralarında bəzi fərq var.

Əvvəlki ayələrin zahirindən belə başa düşülür ki, həmin şəhərin əhalisi iman gətirməmişdi. Məhz buna görə, «Quran»nın buyurduğu kimi onlar dəhşətli bir bağırtı ilə məhv oldular (Əgər iman gətirsəydilər bəlkə belə olmazdı).

Ola bilsin ki, bu rəvayətlərdə rəvayət söyləyənlər tərəfdən anlaşılmazlıq olub.

Daha nəzərə çarpan məsələ bu elçilərin «Quran»da «mursəlun» adlandırılmasıdır. Burdan belə aydın olur ki, onlar həzrəti İsanın (ə) yox, Allahın öz elçiləri olmuşlar. Bundan əlavə şəhər əhalisi onlara «siz də bizim kimi adi bəşərsiniz və Allah heç bir şey nazil etməmişdir» deyirdi.

Belə ifadələr də «Quran»da yalnız peyğəmbərlər haqqında işlənmişdi. Ola bilər deyilsin ki, peyğəmbərlərin göndərdikləri elçilər də elə Allahın öz elçiləridir. Bu nəzəriyyə isə həqiqətlə bir o qədər uyğun deyildir.

2.Bu dastanda olan örnəklər.

Bu dastan yuxarıda qeyd etdiyimiz ayələrdən çoxlu örnəklər var. Bunlar aşağıdakılardır:

1)Mömin şəxslər Allah yolunda tək olmalarından heç vaxt qorxmurlar. Necə ki, Həbibi-Nəccar şəhər əhalisinin müqabilində tək olmasından vəhşətə gəlmədi. Həzrəti Əli(ə) bu barədə buyurur:

«Ey camaat! Hidayət yolunda camaatın azlığına görə vəhşət etməyin!»15

2) Mömin həmişə camaatı düz yola dəvət edir və onların azğın yolda olmalarından əziyyət çəkir. Hətta şəhid olduqdan sonra da arzu edir ki, kaş başqaları onun məqamını görüb iman gətirəydilər.

3) Peyğəmbər lərin dəvətinin mənasının məfhumunun özündən başa düşülür ki, onlar düz yolda olmuşlar.

4) Camaatı Allah yoluna dəvət etməkdə gərək heç bir mənfəət güdülməsin. Əgər belə olarsa bu dəvət müsbət təsir edəcək.

5) Azğınlıqlar bəzi vaxtlar məxfi və gizlin, bəzi vaxlar isə aşkar olur. Bütpərəstlik və müşriklik isə azğınlığın aydın-aşkar nümunələrindəndir.

6) Haqq yolunda çalışan insanlar həmişə həqiqətə, azğınlar isə güman və həqiqətə uyğun olmayan şeylərə arxalanırlar.

7) Bütün bədbəxtçiliklərin əsas səbəbi insanın özüdür.

8) İsrafçılıq bir çox bədbəxtçiliklərə səbəb olur.

9) Peyğəmbər lərin və onların yolunu davam edənlərin vəzifəsi açıq-aşkar təbliğ etməkdir. İstər camaat qəbul etsin, istərsə də etməsin.

10) Cəmiyyətin çoxluğu zəfər çalmanın əsas səbəblərindəndir. «Və əzzəznahuma bisalisin».

11) Allah zalımları həlak etmək üçün qeybdən qoşun göndərmir. Təkcə bir işarə ilə onların hamısını məhv edir.

12) Şəhid olmaqla Behiştə girmək arasında heç bir an belə fasilə yoxdur. Şəhid yerə düşməzdən qabaq hurinin qolları üstünə düşür.

13) Allah insanı əzizləməzdən qabaq onun günahlarını bağışlayır, sonra isə onu əzizlənənlər zümrəsinə daxil edir.

14) Düşmənin müxalifətindən gərək qorxu insana yol tapmaya. Ona görə ki, insan həmişə bu yolda təbliğ edəcək. Əgər bu müxalifət nəticəsində qorxu insana yol taparsa onda insan öz təbliğində müvəffəq olmayacaq.

İnsan düşmənçilik və təkəbbürlüyün səbəbinə hidayət qapılarını öz üzünə bağlayır və hidayət yolunun günəş kimi parlaq olan həqiqətini görmür. Daha bundan böyük bədbəxtlik olarmı?

15) Peyğəmbərlərə hamıdan qabaq məzlum insanlar iman gətirmişdir.

16) Bu insanlar (məzlumlar) öz yollarında heç vaxt yorulmur və bu yolda çalışmaqlarının həddi-hüdudu yoxdur.

17) Təbliğ etməyin yollarını Peyğəmbərlərdən öyrənmək olar. Onlar bu yolda təsir edən bütün vasitə və taktikalardan istifadə etmişlər. Yuxarıda qeyd olunan ayə və rəvayətlərdə bunlardan nümunələr müşahidə olunur.



2-Bərzəx aləminin mükafat və əzabı.

Yuxarıdakı ayələrdə bəyan olurdu ki, Həbibi-Nəccar şəhid olduqdan sonra Cənnətə girdi. Həbibi-Nəccarın ilə həmişə bir arzusu var idi, ki, kaş tayfası onun bu vəziyyətindən xəbərdar olaydı. Məlumdur ki, bu ayə də digər Cənnətə gedən şəhidlərə aid olan ayələr əbədi Cənnətdən yox Bərzəx aləminin Cənnətindən danışır. Buna görə ki, Quran ayələrindən istifadə olunur ki, əbədi cənnətə giriş qiyamət günü və hesab-kitab aparıldıqdan sonra olacaq.

Buradan məlum olur ki, Bərzəx aləmində də Cənnət və Cəhənnəm var. Şəhidlər bu Cənnətdən bəhrələnir, günahkarlar isə Fironun nəsli kimi Cəhənnəmin əzabından dadırlar. Bunu nəzərə almaqla «merac» rəvayətlərində gəldiyi kimi Cənnət və Cəhənnəm barədə deyilən bir çox rəvayətlərin mənası aydın olur.

3-Ümmətlərin qabaqcılları

«Sələbi» təfsirində Peyğəmbərdən belə rəvayət olunur:

«Ümmətlərin qabaqcıl insanları üç nəfərdir. Onlar bir an belə Allah-dan qafil olmamışlar. Birinci həzrəti Əli (ə), ikinci Həbibi-Nəccar, üçüncüsü isə Fironun yaxın qohumlarından olan mömin kişidir. Onlar öz dövrlərinin Peyğəmbərlərini sidq qəlbdən qəbul etmişlər. Həzrəti Əli (ə) isə onların ən üstünüdür.»16

Bu hədis «Durrul-mənsur» təfsirində başqa bir ibarət ilə Peyğəmbərdən rəvayət olunmuşdur:

«Öz dövrünün peyğəmbərini sidq qəlbdən qəbul edən üç nəfərdir. «Ey mənim tayfam! Peyğəmbərlərə itaət edin» deyən Həbibi-Nəccar, (Fironun adamları Musanı öldürmək istəyən zaman onlara xitab edib) «Allah mənim Rəbbimdir deyən adamı öldürmək istəyirsiniz?» deyən Hizqil və onların hamısından üstün və fəzilətli olan Əli (ə)».

Tərcümə:

Onlardan qabaq nə çox insanları həlak etdiyimizi görməyirlərmi? Onlar bir daha bunlara sarı qayıtmayacaqlar(31). Amma insanların hamısı toplanmış olaraq (qiyamət günü) hüzurumuza qayıdacaqlar(32).

Təfsir:

Əbədi qəflət.



Bu iki ayədə əsrlər boyu qafil olan insanlardan söhbət açılmışdır. Əvvəl buyurur: «Onlardan qabaq nə çox insanları həlak etdiyimizi görməyirlərmi?»

Əntakiyyənin camaatı dünyaya ilk dəfə qədəm qoymuş qafil insanlar deyildirlər. Onlardan qabaq da çox qafil tayfa və qövmlər yer üzünə qədəm basmışlar. Həmin tayfaların acınacaqlı aqibəti tarixin səhifələrində yazılmış, abad məntəqələri xarabalığa çevrilərək izləri onların gözü qabağında qalmışdır. Ancaq Əntakiyyəlilər bunların heç birindən ibrət almamışlar.

«Onlar görmədilərmi?»-«Ələm yərəv» cümləsindəki şəxs əvəzliyinin kimə aid olması haqqında təfsirçilər bir neçə ehtimal vermişlər. Birinci ehtimal budur ki, bu ayədə işlənmiş şəxs əvəzliyi ötən ayələrdə gələn «şəhər əhalisi»-nə («əshabül qəryəti») aiddir.

Daha bir ehtimal da budur ki, şəxs əvəzliyi «Məkkə əhalisi»-nə aiddir. Ona görə ki, bu ayələr onları xəbərdar etmək üçün nazil olmuşdur. Ancaq 30-cu ayəyə diqqət etdikdə aydın olur ki, ayədə bütün yer üzünün əhalisi nəzərdə tutulur (yəni şəxs əvəzliyi bütün insanlara aiddir). Buna da dəlil budur ki, 30-cu ayədə gələn «bəndələr» «ibad» sözü Peyğəmbərləri danan bütün insanlara şamil olur. Bir sözlə bu ayə insanlardan keçmiş nəsillərin tarixini diqqətlə mütaliə etməsini, onların yaşadığı yerlərin abidə kimi qorunub saxlanılmasından və zalimlərin viran olan qəsirlərindən ibrət almalarını istəyir.

Bu ayənin sonunda isə belə buyurulur:

«Onlar bir daha bunlara sarı qaıtmayacaqlar».

Ən çətini də budur ki, onların bu dünyaya bir daha qayıdıb günahlarından tövbə etmələri mümkmn deyildir. Onlar arxalarındakı körpüləri elə uçurublar ki, daha geri qayıtmağa imkanları yoxdur.

Bu təfsir eynilə həzrəti Əli(ə)-ın insanların ölülərdən ibrət almaları barədə Nəhcül-bəlağədə buyurduğu xütbə kimidir. Həzrəti Əli(ə) buyurur:

«Onların (ölülərin) nə pisliklərdən tövbə etmələri, nə də yaxşılıqlarını çoxaltmağa imkanları yoxdur». (Ona görə ki,geriyə qayıdan yol bağlanmış və heç cür imkan yoxdur) (Nəhcül-bəlağə. xütbə-188).

Sonrakı ayədə deyilir:

«Amma insanların hamısı (istisna olmayaraq) bizim hüzurumuza qayıdacaqlar».

Bu o demək deyil ki, günahla ölmək getmiş və bir daha bu dünyaya qayıda bilməməklə iş sona yetir. Əksinə əsas iş hələ bundan sonra başlanır. Tezliklə onlar qiyamət günündə hesab-kitab vermək üçün bizim hüzurumuza gələcəklər və ondan sonra öz əməlləri əvəzində əbədi əzaba düçar olacaqlar.

Bütün bunlar günahkarlar üçün ibrət deyilmi? Bunları eşidib gördükdə onlar elə eləməlidirlər ki, onların başına gələn aqibətə düçar olmayanlar və nə qədər fürsət var bu bataqlıqdan qırağa çıxarlar.

Əgər ölümlə hər şey sona yetsəydi ola bilərdi ki, onlar rahat olalar. Əfsus ki, ölümlə heç bir şey başa çatmır. Əksinə əbədi həyat ölümdən sonra başlayır. Şair bu məzmunda belə bir şer demişdir:

Əgər biz öldükdən sonra hesab-kitab olmadan öz başımıza buraxılsaq, onda ölmək bütün canlılar üçün ən rahat şey olar. Yox əgər öldükdən sonra yenidən dirilsək, o zaman bizdən hər şeyin hesab-kitabını çəkəcəklər.

Tərcümə:

Ölü torpağı diriltməyimiz onlar üçün bir nişanədir. Sonra yedikləri toxumları (torpaqdan) çıxartdıq(33). Biz orada xurmalıq və üzümlüklərdən bağlar düzəltdik və onların içində bulaqlar axıtdıq (34) ki, onun məhsullarından və öz əllərinin zəhmətindən yesinlər. Onlar şükür etmirlərmi? (35) İstər yerdən göyərənləri, istər insanların nəfsindən, istərsə də onların tanımadıqları şeyləri cüt yaradan Allah pakdır (36).

Təfsir:


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə