«qurani–KƏRİMİN» QƏLBİDİR



Yüklə 2,11 Mb.
səhifə3/12
tarix25.06.2018
ölçüsü2,11 Mb.
#51323
1   2   3   4   5   6   7   8   9   ...   12

Daha başqa nişanələr


Ötən ayələrdə Peyğəmbər lərin müşrik və bütpərəstlərlə mübarizəsinə və axırıncı ayədə məad məsələsinə işarə olunmuşdur. Bu ayələr tövhid və məadı birlikdə bəyan etməklə müşrik və bütpərəstləri oyatmaq istəyir.

Bu ayələrdə isə əvvəl ölü torpaqların dirilməsini və ondan insanın əlinə gələn məhsullardan bəhs edərək buyurur:

«Ölü torpağı diriltməyimiz onlar üçün (məadın olmasına) bir ayətdir. Sonra yedikləri toxumları (torpaqdan) çıxartdıq».

Həyat və yaşayış tövhidin əsas dəlillərindən biridir. Həyat məsələsi çox qarışıq, heyrətli və həddən artıq fövqəladə bir məsələdir. Bu məsələ alimlərin əqlini öz dəqiqliyi ilə heyran qoymuşdur. Elm və texnikanın bu qədər inkişaf etməsinə baxmayaraq hələ heç kim bu məsələnin müəmmasını açıqlaya bilməmişdir. Heç kim bilmir ki, hansı səbəblər üzündən cansız məxluqat canlı bakteriyalara çevrilir? Hələ heç kim bitkilərin toxumlarının və onun müxtəlif təbəqələrinin necə cücərməsini dəqiq bilmir. Hansı qanun və qaydalar əsasında bu bitkilər lazımi şərait cəm olduqda cücərib böyüməyə başlayır və ölü torpağın zərrələrini özünə cəlb edir. Beləliklə də ölü məxluqatı canlı bakteriyalara çevirir və hər gün onlara təzə bir həyat bağışlayır.

Bitki və heyvanların həyat məsələsi və ölü torpaqların yenidən cana gəlməsindən məlum olur ki, bu dünyanın yaranmasında böyük rol oynamış, və bu məsələnin özü qiyamətin olmasına aydın bir sübutdur .

Məlumdur ki, «onlar üçün» ibarəsindəki «onlar» şəxs əvəzliyi ötən ayədə olan «bəndələr» sözünə aiddir. «Bəndələr»dən məqsəd isə məad haqqında səhv fikirlərə düşmüş bütün bəndələrdir. «Quran»da bu məsələ pislənmiş və onunla ciddi mübarizə aparmağın vacibliyi göstərilmişdir.

«Ayət» (nişanə) sözünün qeyri-müəyyən gətirilməsindən məqsəd də bu tövhidi nişanənin əzəmət və böyüklüyünü bildirməkdir.

«Yedikləri toxumları» ibarəsi bir tərəfdən bunu ifadə edir ki, insan bitkilərin bəzisini yeyir, bəzisini isə yeyə bilmir. Çünki onların insana zərəri var. Ancaq həmin zərərli bitkilərin çoxlu faydaları da var. O cümlədən bu bitkiləri heyvanlar yeyir, onlardan boyakarlıqda, dava-dərman istehsalında və bir çox başqa şeylərdə istifadə olunur. Digər tərəfdən isə bunu bəyan edir ki, insan qidasının çoxu (bəlkə də ən yaxşısı) bitkilərdən hazırlanır. Hətta demək olar ki, bütün qida və yeyinti məhsulları bitkilərdən hazırlanır.

Sonrakı ayə özündən əvvəlki ayəni izah edərək ölü torpağın necə dirilməsini açıqlayır. Ayədə deyilir :

«Biz orada xurmalıq və üzümlüklərdən bağlar saldıq və onların içində bulaqlar axıtdıq».

Əvvəlki ayədə insanın yediyi toxumlardan söz açılmışdır. Ancaq indiki ayədə qüvvə verən və əsas meyvələrdən danışılır. Xurma və üzüm hərəsi ayrı-ayrılıqda kamil bir qida məhsulu hesab olunur.

Alimlərin araşdırması nəticəsində məlum olmuşdur ki, bu iki meyvənin tərkibində insan həyatı üçün lazımlı vitamin və digər maddələr vardır. Bundan əlavə bu iki meyvəni bütün il boyu təzə və ya qurudulmuş şəkildə saxlamaq və istənilən zamanda istifadə etmək mümkündür.

«Ənab» (üzümlər) «inəb» (üzüm) sözünün və «nəxil» (xurmalar) «nəxl» (xurma) sözünün cəmidir.17 Ancaq bir fərqləri var ki, «inəb» üzümün özünə «nəxl» isə xurmanın özünə yox ağacına deyilir. Onun meyvəsinə «rübət» və «təmr» yəni təzə və quru xurmalar deyilir. Bəziləri demişlər ki, bir yerdə ağacın özünü başqa bir yerdə isə meyvəni deməkdə məqsəd budur ki, xurma ağacının meüvəsindən əlavə onun gövdə, budaq və yarpaqlarından da istifadə edilir. Bunların ən başlıcası isə onun meyvəsidir. Ancaq üzüm ağacın təkcə meyvəsindən (yarpaqlarından) istifadə olunur. Budaq və gövdəsi bir o qədər də istifadə olunmur.

Bu iki meyvənin cəm şəkildə onla ola bilsin ki, bunların müxtəlif növlərinə işarədir. Burada diqqəti özünə cəlb edən bir məsələ var. Bu məsələ ölü yerin necə dirilməsidir. «Quran»da bu məsələ dəfələrlə yağışın yağması ilə bəyan olunmuşdur. Ancaq ayədə axar bulaqlardanda söhbət açılmışdır. Səbəbi də budur ki, əkinlərin çoxuna təkcə yağış kifayət etmir. Xüsusi ilə meyvə ağaclarına yağışdan başqa axar su da lazımdır.

«Fəccərna» (bulaqlar axıtdıq) felinin məsdəri «təfcir» sözüdür. Təfcir sözünün mənası geniş «deşik əmələ gəlməsi» deməkdir. Bulaqların yeri aralayıb bayıra çıxmasına görə bu sözü bulaqlar barəsində işlənmişdir.

Sonrakı ayə bu səmərəli və barlı ağacların yaranmasının səbəbini bəyan edir:

Bu meyvələr kamil bir qida məhsulu kimi ağac budaqlarında zahir olur, onların əmələ gəlməsində insanın heç bir rolu olmadığı halda bu meyvələr ağacdan dərilən kimi istifadə olunur. Bu da Allahın insanlara göndərdiyi lütf və mərhəmətinin son həddidir.

Hətta bu hazır məhsullar elə hazırlanıb ki, xarab olmadan uzun müddət saxlanılır. Ancaq insanın Allah verdiyi nemətlərdən özü bir yemək hazırladıqda o tez bir müddətdə xarab olur.

Bu ayə üçün bir başqa təfsir də vermişlər. Yaxşı olar ki, o təfsiri də nəzərdən keçirək. O təfsirdə deyilir; «Quran» bu ayədə həm insanın rolu olmadan yetişən, sonra istifadə edilən, həm də insanın əli ilə müxtəlif şəkillərdə hazırlanan yeməklərə işarə edir. (Birinci təfsirə əsasən «və ma əmiləthu əydihim» cümləsində «ma» şəkilçisi mənfi şəkilçi, ikinci təfsirə əsasən «ma» mosulə olur (işarə əvəzliyi).

Hər iki təfsirdən məqsəd budur ki, insanda haqtanıma və şükür etmə hissi oyansın və bu yolla Allahın mərifət yolunda qədəm götürsün.

Nemət müqabilində şükür etmək isə Allahın mərifəti yolunda atılan ilk addımdır.

Bu hissənin sonuncu ayəsində Allahın paklığından söhbət açılmışdır. Bu ayə, müşriklərin seçdiyi yolun üstündən qırmızı xətt çəkərək bütün insanlara tövhidin yolunu göstərir. Ayədə deyilir:

«İstər yerdən göyərənləri, istər insanların nəfsindən, istərsə də onların tanımadıqları şeyləri cüt yaradan Allah pakdır».

Dünyada bu qədər cütləri yaradan Allahın elm və qüdrəti sonsuzdur. Onun vücüdunda heç bir eyb və nöqsan yoxdur. Məhz bu səbəbdən onun şərik və misli yoxdur. Müşriklərin Ona şərik göstərdiyi daş, taxta və ya başqa məxluqatlar Onun əzəmətindən heç bir şey əskik etmir.

Məlumdur ki, Allahın özünü pak hesab etməsinə heç bir ehtiyac yoxdur. Allah bu yolla insanlara Özünün pak olmasını və təkamülə yetişməyi öyrədir .

«Əzvac (cütlər) sözündə əsas nə olması barəsində təfsirçilər bir neçə ehtimal irəli sürmüşlər.

Ən dəqiqi budur ki, «əzvac» (cütlər) «zövc» (cüt) sözünün cəm şəklidir. «Zövc» (cüt) sözü həm insanlarda, həm də heyvanlarda kişi və qadın cinsini ifadə etmək üçün istifadə olunur. Sonra bu məna genişlənmiş və bir-birinə müvafiq hətta bir-birilə müxalif və zidd olan iki şey barəsində işlədilmişdir. Beləliklə də dünyada hər şeyin cütü var.

Ancaq sox güman ki, bu ayədə zövciyyətdən məqsəd öz xüsusi mənası, yəni kişi və qadın cinsindən olan iki şeydir və «Qurani-Məcid» bu ayədə insanlar, heyvanlar, bitkilər və insanların tanımadığı digər məxluqatın arasında zövciyyətin olmasını isbat edir.

Ola bilər insanın tanımadığı digər məxluqat elə bitkilərin özü olsun. Çünki, hələ o vaxtlar bitkilər arasında zövciyyətin olması kəşf olmamışdı. Ola da bilər ki, bu məxluqat dənizin dibində olan heyvanlar olsun. İndi dənizin dibindəki məxluqatın bir hissəsi bizim üçün kəşf olsa da, o vaxtlar bu məxluqat kəşf olunmamışdı. Bu barədə bir neçə ehtimallar da vardır. Bəziləri demişdir: Ola bilər bu məxluqatda məqsəd başqa planetlərdə yaşayan və insanlar üçün məlum olmayan cütlərdir. Bir başqa ehtimal budur ki, bu məxluqat mikroskopla gözə görünən şeylərdir. Düzdür, bu günkü alimlər mikroskopla gözə görünən şeylərin arasında kişi və qadın cinsinin olmasını müəyyənləşdirməyiblər. Bu məxluqat aləmi o qədər gizlindir ki, alimlər hələ bura qədəm basmamışlar. «Quran»ın nazil olduğu zaman bitkilərdə alimlər təkcə xurma və bir neçə başqa ağacların arasında zövciyyətin olmasını müəyyənləşdirmişlər. Ancaq «Quran» bu məsələnin üstündən pərdəni götürmüş və son zamanlar alimlərə məlum olub ki, zövciyyət məsələsi bitkilər aləmində ümumidir. Daha bir başqa ehtimal da budur ki, bu məxluqatda məqsəd atomların tərkibində olan müsbət və mənfi zərrəciklərdir. Bunu da bilirik ki, bu dünyanın bütün əşyaları atomlardan təşkil olunmuşdur. Atom da bu düyanın quruluşunda rol oynayan əsas şeydir.

Atom parçalanmamışdan qabaq onun tərkibində bu zövciyyətdən heç bir xəbər yox idi. Ancaq atom parçalandıqdan sonra onun içində dövr edən müsbət və mənfi olan cüt zərrəciklər kəşf olunmuşdur.

Bəzi təfsirçilər də demişdir ki, bu məxluqat «maddə» «surət» və ya «cövhər» bu, «ərəz»18-dən təşkil olunmuş əşyalardır. Başqa bir nəzəriyyə də budur ki, məxluqat insan, heyvan, insan və sairənin müxtəlif sinif və növlərinə işarədir (bu məcazi mənada olur).

Ancaq yuxarıda qeyd olunan təfsirlərdə cüt məxluqatı həqiqi mənasında, yəni kişi və qadın cinsindən olan iki şey mənasında işlətdikdə daha bu cür məcazi mənalara ehtiyac olmur. Gördüyümüz kimi həqiqi mənalarda cüt sözü üçün gözəl təfsirlər vardır.

Bir sözlə desək bu ayə insan elminin məhdud olmasını bildirən ayələrdən biridir. Bu ayə göstərir ki, bu dünyada insan üçün üstü açılmamış bir çox həqiqətlər var.

Tərcümə :

Gecə də onlar üçün başqa bir nişanədir (Allah-ın əzəmətindən). Gündüzü ondan alarıq və hamı qaranlığa dolar (37). Və günəş qərar tapacağı yerə doğru getməkdədir. Bu Əziz və Bilən (Allah-ın) əmridir (38). Biz aya də mənzillər müəyyən etdik ki, xurmanın qurumuş budağı kimi incə olsun (39). Nə günəşin aya yetişməsi yararlıdır və nə gecənin gündüzü ötüb keçməsi. Hərəsi müəyyən bir orbit hədəqədə dolanır (40).

Təfsir.


Günəş və Ay hərəsi bir nişanədir. Bu ayələr Allah əzəmətinin və ötən ayələrdə bəhs olunan tövhid nişanələrinin daha bir hissəsini bəyan edir. Əvvəl buyurur:

«Gecə də onlar üçün Allah əzəmətinin daha bir ayət və nişanəsidir». Günəşin hər tərəfə işıq saçdığı və zülmətin keçib getdiyi zaman «gündüzü» ondan alarıq və hamı qaranlığa dolar».

«Nəsləxu» (siyirərək) sözü «səlx» (siyirmək) sözündən götürülmüş və əslində heyvanın dərisini bədənindən çıxarmağa deyilir. Böu çox incə ibarədir. Gündüz ağ bir paltara bənzədilmiş və gecənin əyninə geydirilmişdir. Gün batan zaman bu paltarı heyvanın dərisini soyan kimi gündüzdən siyirib üzürlər. Beləliklə onun batini, yəni gecə aşkar olur və hər yeri zülmət qaranlıq bürüyür.

Bu ifadəyə diqqət etdikdə belə məlum olur ki, yer kürəsinin əsl təbiəti qaranlıqdır. Nur və ziya sonradan başqa bir mənbədən ona verilmiş sifətdir. Bu sifət aradan getdikdə təbiətin əsil rəngi aşkar olur. Necə ki, insan paltarını çıxartdıqda onun bədənin əsl və təbii rəngi aşkar olur.

«Qurani-Məcid» bu ayədə gecənin qaranlığının üstünə barmaq qoyaraq gündüzün işıqlığını gecənin qaranlığına döndərməklə həyatdan sonrakı ölüm üçün bir nümunə bəyan etmişdir. Necə ki, bundan qabaqkı ayələrdə ölü torpağı diriltməyi Allahın ayətlərindən bir nümunə kimi qələmə vermişdir.

Ümumiyyətlə, insan gecənin zülmətinə qərq olduqda gündüzü onun bərəkətini, həyəcanını və mənbəyini xatırlayır. Gecə ilə gündüzü müqayisə etdikdə diqqətimiz «nur və zülmətin Xaliqi» cəlb edir.

Gecə nişanəsindən sonra deyilən üçüncü nişanə Günəş və onun nurudur. «Quran»da bu barədə belə buyurulur:

«Günəş də qərar tapacağı yerə doğru getməkdədir». (Bu da insanlar üçün Allahın bir nişanəsidir).

Məlumdur ki, bu ayə günəşin daimi hərəkətini bəyan edir. Ancaq bu hərəkətin nə olmasında təfsirçilər müxtəlif nəzəriyyələr vermişlər.

Bir qrup təfsirçilər bu hərəkətin günəşin yerin ətrafında zahiri hərəkəti bilmişlər. Bu hərəkət dünyanın və günəşin ömrünün axırına qədər davam etməlidir.

Bəziləri bu hərəkəti günəşin yayda və qışda yerin şimal və cənub hissəsinə meyl etməsi kimi qəbul etmişlər. Bilirik ki, Günəş yazın əvvəlində orta vəziyyətindən çıxaraq şimala tərəf meyl edir və 230 altında şimala irəliləyir. Yayın əvvəlindən geriyə qayıdır. Tam payızın əvvəllərindən öz orta xəttinə qayıdır. Və elə həmin hərəkəti qışın əvvəlinə qədər Cənuba tərəf idamə verir. Və qışın əvvəlindən yenə də orta xəttinə tərəf qayıdır. Baharın əvvəlində həmin xəttə (orta xəttə) çatır.

Əlbəttə, bütün bu hərəkətlər həqiqətdə yerin hərəkətinə daxil deyil və onun mühəvvərəsinin mədarının sətihinə nisbətdir. Hərçənd ki, zahirdə və aid olan hissə əsasən günəşin hərəkətidir

Başqa bir nəzəriyyə budur ki, bu hərəkətdə məqsəd günəşin vəzi hərəkəti, yəni günəşin öz oxu ətrafında da dövr edir.

Yuxarıdakı ayə üçün sonuncu və ən yeni təfsir alimlərin bu axırlarda kəşf etdiyi nəzəriyyədir. O nəzəriyyə bundan ibarətdir ki, Günəş bütövlükdə bizim qalaktikanın ortasında yerləşib, müəyyən bir səmtə və uzaqda yerləşən «Viqi» adlanan ulduza doğru hərəkət edir.

Bu təfsirlərin bir-birilə heç bir müxalifəti yoxdur. Ola bilər «təcri» (dövr edir) cümləsi bu hərəkətlərin hamısına və eləcə də insan elminin kəşf etmədiyi hərəkətlərə şamil olsun.

Bir sözlə bu böyüklükdə və yer kürəsindən təxminən 1200000 dəfə böyük olan bu planeti qüdrəti bütün qüdrətlərdən üstün elmi sonsuz olan Allahdan başqa heç kim bu cür böyük fəzada hərəkət etdirə bilməz. Özüdə diqqət və hesab üzündən görülmüş hərəkət. Məhz bu səbəbdən ayənin sonunda buyurur: «Bu əziz və Bilən Allahın əmridir”.

Bu ayənin haqqında son söz budur ki, bu ayədə günəşin bürclər ətrafına fırlanaraq bir il olmasını və ümumiyyətlə günəş ilinin olmması bəyan olunmuşdur. Bu ilin vasitəsilə insanlar öz yaşayışında həyata keçirəcək proqramları tənzimləyirlər.

Sonrakı ayədə bu bəhsin mükəmməl olması üçün ayın hərəkət və günlərini təşkil edən mənzillərdən söz açaraq buyurur:

«Biz ay üçün də mənzillər müəyyən etdik ki, bu mənzilləri ötüb keçdikdən sonra nəhayət xurmanın sarı, qurumuş, qövsvarı budağı şəklinə düşür».

Mənzillərdə məqsəd ayın iyirmi səkkiz günüdür.

Əgər ay otuz gün olarsa Ay iyirmi səkkiz gün asimanda müşahidə olunur. İyirmi səkkizinci gün müşahidə olunan Ay çox nazik və nursuz şəkildə olur. İyirmi səkkiz gündən sonrakı iki gecədə isə ay görünmür. Bu iki gün «məhaq» adlanır. Ancaq ay iyirmi doqquz gün olduqda iyirmi yeddinci gecəyədək görünür və son iki gün isə məhaq olur.

Bu mənzillərin hamısı çox dəqiq və incədir. Hətta münəccim və astronomlar yüz il qabaqcadan dəqiq hesablamalar nəticəsində bunu hesablayıb məlumat verə bilərlər.

Bu incə nizam-intizam insanların həyatını da nizama salır, təbii və asimani bir təqvimdir. Bu təqvimi həm savadlı, həm də savadsız başa düşə bilər. Əgər insan (istər savadlı, istərsə də savadsız) bir müddət ayın müxtəlif hallarına diqqət etsə, bundan sonra həmişə Aya baxdıqda onun neçənci gecənin ayı olduğunu təyin edə bilər. (Bu məsələ təcrübə də olunmuşdur). Çünki ayın əvvəllərində Ayın ucları yuxarıya tərəf olur. Bu minvalla Ayın həcmi yavaş-yavaş böyüyür və yeddinci gecəyə çatdıqda bədirlənmiş Ayın tən yarısı əmələ gəlir. Günlər keçdikcə ay böyüyür və nəhayət on dördüncü gecədə Ay kamil və bədirmənmiş surətdə olur. Bundan sonra tədricən ay aşağı tərəfdən kiçilməyə başlayır. İyirmi birinci gecə yenə də bədirlənmiş ayın tən yarısı qalır. Sonra yenə də kiçilməyə başlayır. Nəhayət iyirimi səkkizinci gecədə çox zəif və rəngsiz şəklə düşür. O halda isə onun ucları aşağıya tərəf olur.

Həqiqətən də, insanın həyatı nizamsız şəkildə mümkün deyil. İnsan həyatını təşkil edən nizamdır. Nizam isə zaman müəyyən olmadan əmələ gəlməz. Allahda bu dəqiq aylıq və illik təqvimi asimanda məhz insanların həyatını nizama salmaq üçün qərar vermişdir. Beləliklə də «urcunil-qədim» (xurmanın qurumuş budağı )ibarəsinin mənası asanlıqla başa düşülür.

Bir çox təfsirçi və lüğətçilərin dediyinə görə «urcun» xurma salxımının ağaca bitişdiyi yerə deyilir. Bunun izahı: Xurma salxımla ağacda bitir. Bu salxımın kökü sarı rəngli, qövs şəkilində çubuq kimi xurma ağacına birləşir. Xurmalar isə üzüm salxımı kimi onun saplaqlarına birləşir. Xurma salxımını kəsdikdə onun qövs şəkilində olan hissəsi ağacınüstündə qalır. Bu hissə ağacda qalıb quruduqdan sonra ayın ən sonuncu gecə olduğu hala bənzəyir. Çünki ay axır vaxtında göyün məşriqindənsübhə yaxın çıxan zaman əyilmiş, sarı rəngdə və ucları aşağı əyilmiş halda olur. «Urcunil qədim» də bu şəkildə olur.

Həqiqətdə isə bu oxşarlıq müxtəlif cəhətlər üzündəndir. O cümlədən, xurma salxımının çubuğunun qövs şəkildə olması, bu çubuğun sarı rəngdə quruyub solmuş, onun uclarının aşağıya tərəf yönəlməsi və bu saralmış çubuğun xurma ağacının saralmış budaqları arasında yerləşməsini göstərmək olar. Necə ki, sarı rəngli ay da qara asimanda qərar tapmışdır.

«Qədim» sözü «urxun»üçün sifət gətirməkdən məqsəd isə onun köhnəlməsinə işarədir. Çünki bu çubuqlar nə qədər köhnələrsə bir o qədər nazikləşə, quruyar və saralar. Nəticədə aya daha çox bənzərlik tapır.

«Pak və münəzzəhdir» ifadəsində bu qədər incəliklər pünhan olmuşdur.

Bu hissənin axırıncı ayəsində il, ay, gecə və gündüzün sabitlik və davamlılığından söhbət edilmişdir. Allah bunlar üçün elə bir proqram tənzim etmişdir ki, bir an belə öz hərəkətlərindən qalmırlar. Bəşəriyyətin tarixi də məhz bu səbəbdən səliqə ilə tənzimləşmişdir. Ayədə deyilir:

«Nə günəşin aya yetişməsi yararlıdır və nə də gecənin gündüzü ötməsi. Hərəsi müəyyən bir dairə üzrə dolanırlar».

Bildiyimiz kimi günəş on iki bürcün ətrafında ildə bir dəfə dolanır. Ancaq ay öz mənzillərini ayda bir dəfə dövr edir. Elə buna görə də ayın öz oxu ətrafında dövr etməsi günəşin öz oxu ətrafına dövründən on iki dəfə tez olur. Buna görə də Allah buyurur ki, Günəş heç öz hərəkətində aya çatmaz. Yəni günəş öz bir illik hərəkətini bir ayda başa vura bilməz. Bu cür olarsa bütün nizam-intizam dəyişər.

Eləcə də gecə gündüzü ötə bilməz. Bunlar hamısı milyon illərlə öz yollarında hərəkət etmiş və bundan sonra da hərəkət edəcəklər.

Dediklərimizdən belə nəticə çıxarmaq olar ki, bu ayədə deyilən günəşin hərəkəti bizim hiss etdiyimiz hərəkətdir. Təəccüblü budur ki, bu ayədə deyilən hərəkət günəşin sabit qalması və yerin bir il ərzində onun ətrafına bir dəfə dövr etməsinə də şamil olur. (Bu nəzəriyyə sonralardan kəşf olmuşdur).

Bu ifadələrin hamısından belə başa düşülür ki, hətta günəşin sabit qalması və yerin onun ətrafına fırlanması nəzəriyyəsi kəşf olduqdan sonra da bu ifadələrdə hərəkət günəşin öz hərəkətidir. Çünki insan belə hiss edir ki, günəş hərəkətdədir. Bu ifadələr də buradan aydın olur.

Elə günəş və ayın da öz yollarında hərəkət etmələri buradan aydın olur.

Belə ehtimalda vardır ki, Günəşin öz dairəsi ətrafına hərəkəti, günəşin öz ətrafı və bizim yerləşdiyimiz qalaktika ilə birlikdədir, baxmayaraq ki, bu gün günəşin ətrafı (mənzuməsi) bu böyük qalaktikanın bir hissəsidir və orada hərəkətdədir.19

«Fələk» (müəyyən bir ox) sözünün leksik mənası qızların döşünün çıxması və dairəvi şəkilə çevrilməsidir. Sonra yerin dairəvi hissələrinə və digər dairəvi əşyalara da bu sözü tətbiq etdilər. Elə bu səbəbdən səyyarələrin dövr edəcəyi məsafəyə də «fələk» deyilir.

«Hərəsi müəyyən bir dairədə dolanır» cümləsi təfsirçilərin çoxunun nəzərinə görə öz yollarında dövr edən günəş, ay və hətta ulduzlara da işarədir. Düzdür ki, ötən ayələrdə ulduzlardan söhbət olunmamışdır, ancaq (gecə ) sözündən və ulduzların günəş və ay ilə yanaşı və bir sırada olmasından məlum olur ki, bu ayə ulduzlara da aiddir. «Yəsbəhun» «Dolanırlar» felinin cəm şəkildə gətirilməsindən də bu mətləbi istifadə etmək olar.

Başqa bir təfsir də budur ki, bu cümlə günəş, ay, gecə və gündüzə işarədir.

Çünki, gecə və gündüz də hərəsi müəyyən bir proqram üzündən hərəkət edirlər. Qaranlıq yer kürəsinin yarısını işıqlıq da digər yarı hissəsini tutmuş və 24 saat ərzində bunlar ikisi yerin ətrafına bir dəfə dövr edirlər.

«Yəsbəhun» kəliməsi «səbahət» sözündən götürülmüş və Rağibi İsfahaninin «Müfrədat»kitabında dediyinə görə suda və havada sürətli hərəkətə deyilir. Bu ayədə də bu sözü deməklə göydəki cisim və planetlərin sürətli hərəkətinə işarə edilir. Allah bu planetləri aqil məxluqata bənzətmişdir. Yəni onlar aqil və şüurlu məxluqat kimi öz hərəkətlərindədirlər. Bu günkü zəmanədə dəkəşf olunmuşdur ki, göy cisimləri çox iti və ağlasığmaz sürətlə hərəkətdədirlər.

İncəliklər:



1-Günəşin «dairəvi» dövri və və «cərəyani»irəliləmə hərəkəti.

Ərəb dilində «dövrani» bir şeyin dairəvi hərəkətinə deyilir. «Cərəyani» isə bir şeyin (irəliləmə) uzunluq hərəkətinə deyilir. Təəccüblü budur ki,ötən ayələrdə günəş üçün həm dairəvi, həmdə cərəyani hərəkət sabit olmuşdur. Bir yerdə deyilir: «Vəşşəmsu təcri» (günəşin cərəyani hərəkəti). Başqa bir yerdə isə günəşin öz oxu ətrafındakı dairəvi hərəkəti bəyan olur: «Kullun fi fələkin yəsbəhun».

Bu ayələr nazil olan zaman bütün elmi məclislərə «Bətlimus» heyətinin fərziyyəsi başçılıq edirdi. Bu nəzəriyyəyə əsasən göy cisimləri öz-özlüklərində hərəkət etmirdilər. Onlar öz fələklərinə tabe idilər. Buna görə də o zaman nə günəşin öz hərəkəti və nə onu dairəvi və cərəyani hərəkətinin heç ğir mənası olmayacaqdı.

Bu fərziyyə son əsrlərdəki kəşflər nəticəsində batil olduqdan sonra alimlər müəyyən etdilər ki, günəş öz yerində sabit qalır, digər planetlər isə onun ətrafına dövr edirlər.

Bu nəzəriyyəyə əsasən də günəşin ayədə qeyd olunan hərəkətlərinin heç bir mənası olmayacaq.

Elm inkişaf edib zəndinləşdikcə günəş üçün bir neçə hərəkət sübuta yetmişdir. O cümlədən, günəşin öz oxu ətrafında hərəkəti, onun planetlərlə birgə göyün müəyyən bir nöqtəsinə hərəkəti, onun özünün bir hissəsi olan kəhkəşanlarla yanaşı hərəkəti.

Bununla da «Quran»ın elmi möcüzələrindən biri də sübuta yetmişdi.

Bu mətləbin daha aydın olması üçün ensiklopediyalardan birinin günəş haqqında yazdıqlarını burada gətiririk.

«Günəşin bir «zahiri» (günəşin gündəlik və illik hərəkəti) bir də «həqiqi» hərəkəti var.

Günəş yer kürəsinin zahiri gündəlik hərəkətinə şərikdir. Bizim kürənin yarısında şərqdən çıxır. Cənubda günortadan sonra olur. Qərbdə batır, onun günorta cənubda olması həqiqi Zöhr (gündüzü) vaxtını müəyyən edir.

Günəşin yer ətrafına zahiri illik hərəkəti də vardır. Hər gün təqribən bir dərəcə Günəşi qərbdən şərqə tərəf aparır. Bu hərəkətdə günəş ildə bir dəfə bürclərin qarşısından keçir. Bu hərəkətin mədarı «Dairətül-burun» səhifəsində vardır. Bu hərəkətin nücum tarixində çoxlu əhəmiyyəti vardır.

«Etidmin», «inqilab», «Meyle kulli» (bütöv bir meyl)və şəmsi il buna əsasəndir.

Bundan əlavə bu zahiri hərəkətlərlə qalaktikanın dairəvi hərəkəti günəşi sürətlə təqribən saatda 1130000 kilometr sürnətlə fəzada fırladır. Amma qalaktikanın daxilində də günəş sabit deyil. Əksinə sürətlə təqribən 72400 kilometr sürətlə dairənin sürətinə tərəf (fələkin sürətinə tərəf) «Can əli rükbətəy hiyə 20 tərəf hərəkətdədir.

Bizim günəşin fəzada olan bu hərəkətindən xəbərsizliyimiz fələkin ərmağanının bizdən uzaq qalmasıdır ki,bu məxsus vəzi hərəkətin tanınmasından aydın olmur (alınmır).

Günəşin vəzi hərəkətinin dövrəsi onun dövrəsində 25 gündür.

2-«Tüdrikə» (yetişmək) və «sabiq» (ötmək) ibarələri.

«Quran»da olan incəliklər o qədərdir ki, saymaqla qurtarmır. Yuxarıdakı ayələrdə Günəş və Ayın illik və aylıq zahiri hərəkətlərindən danışdıqda belə deyilir: «Nə günəşin Aya yetişməsi yararlıdır və nə də gecənin gündüzü ötüb keçməsi». Günəşin aya çata bilməməsinin səbəbi budur ki, Ay öz hərəkətini bir ay, Günəş isə öz hərəkətini bir il ərzində başa vurur. Bu qədər müddətin fərqi o qədərdir ki, Allah buyurur günəş aya çata bilməz. Ancaq gecə ilə gündüz arasındakı fərqin az olduğu üçün daha bu ibarəni işlətmir və «gecə gündüzü ötə bilməz» ibarəsini işlədir.

3-Bəşəriyyət həyatında nur və zülmət

Yuxarıdakı ayələrdə insan həyatının ən əsas iki məsələsi Allah ayətlərindən bir nümunə kimi qeyd olunmuşdur. Bu iki məsələ zülmət və nur məsələsidir.

Nur maddə aləminin ən incə və bərəkətli nemətidir. Təkcə insan həyatında yox, bütün yağış damcıları, bitkilərin cücərməsi, qönçələrin açılması, meyvələrin yetişməsi, arxlardan suyun axması, yeyinti məhsulatı, hətta zavod, fabriklərin işləməsi və elektirikin ələ gəlməsində də Günəşin nurunun böyük rolu vardır.

Ümumiyyətlə, yer üzündəki bütün enerjilər (atom parçalanmasından əmələ gələn enerjidən başqa) hamısı Günəş nurundan bəhrələnir. Əgər Günəşin nuru olmasaydı hər tərəf cansız və hərəkətsiz olardı.

Günəş nurunun bu qədər faydalı olmasına baxmayaraq əgər Günəş həmişə Günəş saçmaqda davam edərsə bu insan həyatı üçün çox zərərli olar. Bu səbəbdən gecə qaranlığının da insan həyatında çox böyük rolu vardır. Qaranlığın ölüm iyi verməsinə baxmayaraq o, günəş nurunun həmişə saçmaqla insan həyatı üçün yaratdığı zəfərləri dəf edir və insanın cism və canı üçün asayiş vaxtıdır. Əgər qaranlıq olsaydı günəş hərarəti yer kürəsini yandırıb məhv edərdi. Necə ki, Ayda gündüzün istiliyi və gecənin soyuqluğu o qədərdir ki, hər şeyi məhv edir. (Bunuda qeyd edək ki, ayın bir gecə və ya gündüzü yer kürəsinin 15 gecə və gündüzünə bərabərdir).

Buna görə də bu iki nemət (nur və zülmət) Allah nişanələrin nümunələrdirlər.

Bundan əlavə bu iki nümunə arasında olan nizam-intizam o qədər dəqiqdir ki, insan həyatının tarixini vücuda gətirmişdir. Əgər bu nizam- intizam olsaydı ictimai əlaqələr bir-birinə dəyərli və həyat insan üçün çox çətin olardı.

Diqqəti cəlb edən budur ki, ayədə deyilir: «Gecə gündüzdün qabağa keçə bilməz». Bu ifadədən belə məlum olur ki, gündüz gecədən qabaq xəlq olmuşdur. Düzdür ki, əgər yer kürəsindən kənardan bu iki ayəti müşahidə etsələr, onlar yer kürəsini əhatə etmiş və bir-birindən fərqlənməyən şəkildə görünər.

Ancaq diqqət etdikdə məlum olur ki, biz yaşadığımız yer kürəsi əvvəllər günəşin bir hissəsi və gecə olmadan həmişə gündüz olmuşdur. Elə ki, yer kürəsi günəşdən ayrıldı və günəş nurunun qabağını kölgə kəsdikdə gecə yarandı. Həmin gecə də həmişə gündüzün ardınca gəlir.

Biz dedik ki, gecə və güngüz də Ay və Günəş kimi bu geniş fəzada yer kürəsinin ətrafında hərəkətdədirlər. Və hər birinin öz yolu var.

Gündüzün gecədən qabaq yaranması Əhli-beytdən nəql olunan bir çox rəvayətlərdə də söylənilmişdir.

İmam Sadiq (ə)-dan olan rəvayətdə deyilir:

«Gündüz gecədən qabaq xəlq olunmuşdur».21

İmam Rza (ə)-dan başqa bir rəvayətdə gəlmişdir:

«Gündüz gecədən xəlq olmuşdur». Sonra İmam Rza (ə) «ləşşəmsu yənbəğiy ləha ən tudrikəl-qəmərə və ləl-ləylü sabiqun–nəhar» ayəsini bu məsələ üçün sübut gətirdi.22

Buna oxşar başqa bir hədis imam Baqir (ə)-dan rəvayət olunur:

«Allah-təala Günəşi Aydan gündüzü isə gecədən qabaq yaratmışdır».23

Tərcümə:

Onların övladlarını yüklə dolu olan gəminin içərisində daşıdığımız da onlar üçün bir nişanədir (41). Və onlar üçün minməyə gəmiyə oxşar başqa şeylər yaratdıq (42). Əgər istəsəydik, onları batırıb, boğardıq. Bu vəziyyətdə nə onların köməyinə gələn olar, nə də çarə tapa bilərdilər (43). Məgər bizim rəhmətimiz olsaydı və ölüm zamanına qədər bu rəhmətdən faydalanaydılar(44).

Təfsir:


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə