Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
105
66. (Ya Rəsulum!) Sənin camaatın onu (Qur’anı), haqq olduğu halda, yalan hesab etdi.
(Onlara) de: "Mən sizin vəkiliniz deyiləm!"
67. Hər bir xəbərin (Qur’anda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir
olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz.
68. (Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə
qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa,
xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.
69. Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz.
Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun tə’sirilə) pis əməllərdən çəkinsinlər.
70. Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı)
şəxsləri boşla getsinlər. (Onlara Qur’anı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü
həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi
(havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə
görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi
həmim) və şiddətli əzab gözləyir!
71. De: "Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi
tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən
şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu:
"Bizə tərəf gəl!" - deyərək haqq yola çağırırdılar! De: "Allahın hidayəti (islam dini)
doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
72. Həmçinin: "Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!"
(deyə buyurulmuşdur)".
73. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey)
dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm
Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
74. (Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri
tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"
75. Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və
gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə
inananlardan olsun!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
106
76. Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" dedi.
(Ulduz) batdıqda isə: "Mən batanları sevmirəm", söylədi.
77. (Sonra) doğan ayı görüb: "Bu mənim Rəbbimdir!" - dedi. (Ay) batdıqda isə:
"Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən
olardım", - söylədi.
78. (Daha sonra) doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu, daha böyükdür!" -
dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik
qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam!
79. Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri
yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!"
80. Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: "Allah məni doğru
yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi
hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz
bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə
(Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
81. Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik
qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən
qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət
əzabından) əmin olmağa daha layiqdir?
82. İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola
yönəlmişlər də onlardır!
83. Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi
dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
84. Biz İshaqı və Yə’qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə)
çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu,
Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq
edənləri) belə mükafatlandırırıq.
85. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı
əməlisalehlərdən idi.
86. Biz, həmçinin İsmaili, Əlyəsə’i, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları
aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
107
87. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə
çatdırdıq), onları seçdik və düz yola yönəltdik.
88. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar
(Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.
89. Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi)
bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin
dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar
etməyəcək bir zümrə gətirərik).
90. Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən
də onların haqq yolunu tutub get. De: "Mən bunun (islam dinin təbliği) müqabilində
sizdən bir əvəz istəmirəm. Bu (Qur’an) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir
moizədir (öyüd-nəsihətdir)".
91. Onlar (yəhudilər): "Allah heç bir bəşərə bir şey (Qur’an) nazil etməmişdir", -
deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlara bir nur və
hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb
göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Qur’an vasitəsilə) özünüzün və
atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: "Allah!" deyib çağır,
sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin
dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).
92. Bu (Qur’an) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri
təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın
əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər,
namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar).
93. Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: "Mənə də vəhy
olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm", - deyən
şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan,
mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı
nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir
əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!
94. Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə
verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin
(vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq
Dostları ilə paylaş: |