Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə65/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   61   62   63   64   65   66   67   68   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

194 



64. (Yə’qub) dedi: "Bundan əvvəl qardaşını (Yusifi) sizə e’tibar etdiyim kimi, heç onu 

sizə e’tibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən 

rəhmlisidir!"  

65. Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: "Ata! Daha 

nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’ 

bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü 

də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!"  

66. (Yə’qub) dedi: "Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini 

(sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz 

verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!" Onlar and içib söz verdikdə 

(Yə’qub): "Allah dediyimizə şahiddir!" - dedi.  

67. (Yə’qub) dedi: "Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan 

daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir 

şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy 

təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!"  

68. Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda 

(bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda 

ittiham olundular), ancaq Yə’qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) 

yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə’qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi 

idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham 

yolu ilə elm öyrətməsini) bilməz!  

69. Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini) 

bağrına basıb dedi: "Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza 

gətirdikləri) işlərdən kədərlənmə!"  

70. (Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı 

(piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: "Ey karvan əhli! 

Siz, həqiqətən, oğrusunuz!" - deyə haray çəkdi.  

71. (Yə’qubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: "Nə itirmisiniz?" - deyə 

soruşdular.  

72. Onlar belə cavab verdilər: "Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə 

(müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!" (Carçı: ) "Mən də buna zaminəm!" - 

(dedi).  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

195 



73. (Yə’qubun oğlanları) dedilər: "Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu 

yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!"  

74. Onlar soruşdular: "Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını 

götürənin) cəzası nədir?"  

75. (Qardaşlar: ) "Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun 

kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!" - deyə cavab verdilər.  

76. (Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa 

başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını 

yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) 

dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. 

Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz 

istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!  

77. (Qardaşlar) dedilər: "Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir 

qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı 

və dedi: "Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və 

qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!"  

78. (Qardaşlar) dedilər: "Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim 

birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük".  

79. (Yusif) belə cavab verdi: "Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu 

tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!"  

80. Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar 

(pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: "Məgər atanız 

sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi 

bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması 

haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) 

ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.  

81. Atanızın yanına qayıdıb deyin: "Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq 

bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz 

gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə 

edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz 

verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-

olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də 

bizi üzrlü hesab et).  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

196 



82. Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da 

soruş. Biz, həqiqətən, doğru danışanlarıq!"  

83. (Qardaşlar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: 

"Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə 

yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt 

oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. 

Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız 

gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) 

hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!"  

84. (Bu sözlərdən sonra Yə’qub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin 

başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: "(Heyf sənə) 

yazıq Yusif!" - dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə’qubun) gözlərinə ağ gəldi. 

O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).  

85. (Oğlanları Yə’quba) dedilər: "Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib 

əldən düşəcək, ya da öləcəksən!"  

86. (Yə’qub) belə cavab verdi: "Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan 

(gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, 

sizin və mənim ona tə’zim edəcəyimizi) bilirəm!  

87. Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın 

mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini 

üzər!"  

88. (Yə’qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: "Ey vəzir! 

Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla 

(sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün 

ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə 

verənləri mükafatlandırar!"  

89. (Yusif) onlardan: "Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi 

bilirsinizmi?" - deyə soruşdu.  

90. Onlar: "Yoxsa sən Yusifin özüsən?!" - dedilər. O da: "Mən Yusifəm, bu da 

qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr 

etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!" - deyə cavab 

verdi.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə