Quranın təhrİfİnə daİr İttİhamlara cavab



Yüklə 497,65 Kb.
səhifə8/8
tarix16.11.2017
ölçüsü497,65 Kb.
#10504
1   2   3   4   5   6   7   8
NƏTİCƏ
Araşdırılan mövzulardan alınan nəticələri qısa şəkildə diqqətinizə çatdırırıq:

1. Şiə mənbələrində Quranın təhrifinə dair nəinki 2000 səhih, heç 2000 zəif hədis də yoxdur. Bəzi əxbarilərin istinad etdiyi hədislərin çox böyük əksəriyyəti, əl-Kafi kitabından gətirdikləri müvafiq sitatların isə heç biri təhriflə əlaqəli deyil. Digər tərəfdən, bu hədislərdə ən pis halda hansısa sözlərin bəzi ayələrdən çıxarılmasından, yaxud dəyişdirilməsindən söhbət gedir, sələfilərin mənbələrində isə bütöv ayələrin, təkcə bir surədən 213 ayənin, hətta bütöv surələrin Qurandan çıxarılması və ya ona əlavə olunması söhbət mövzusudur.

2. Əhli-beyt imamları Quran sözlərinin təhrif edilmədiyini bildirmiş, onun əlavə təfsirlərinin kitaba salınmadığını və bunun da mənəvi təhrifə - yanlış təfsirlərə yol açdığını söyləmişlər. Mehdi zühur edəndə İmam Əlinin topladığı – nazilolma ardıcıllığı ilə yazılmış, bəzi təfsir və izahları olan, söz və ayələrinə görə isə əlimizdəki Qurandan əsla fərqlənməyən kitabı da gətirəcək, onun ən düzgün qiraətini öyrədəcək.

3. Əksər Şiə alimlərinin təhrif düşüncəsində olması ağ yalandır. Əslində, Şiəliyin Əxbarilik və Şeyxilik qollarına mənsub alimlərin bir qismi bu fikirdə olmuşlar. Tarix boyu əsas Şiə alimləri Quranın artma və azalmadan qorunduğunu bildirmiş, elmi dəlillərlə əsaslandırmış və bəlli düşüncədə olanları sərt məzəmmət etmişlər. Bu arada, Quranın təhrif edildiyini düşünən qeyri-şiə alimlər, səhabə və tabeilər də olmuşdur.

4. Bir çox Əhli-sünnə alimlərinə, o cümlədən sələfizmin banisi İbn Teymiyyəyə görə, ciddi şübhə səbəbindən Quranın təhrif edildiyini düşünən İslam alimlərini təkfir etmək olmaz.

5. Tarix boyu bütün şiələr mövcud Qurandan istifadə etmiş, onlarda fərqli Quran olmamış, müxtəlif Quran elmlərinə dair minlərlə kitab yazmışlar. Şiə etiqadları Qurana tam uyğun və Quranla isbatı olduqca asandır. Əslində, Qurani-kərim Əməvilərə yaxınlığı ilə seçilən sələfilərin etiqadlarına ziddir. Çünki bu müqəddəs kitabda Əhli-beytin özəl statusuna dair yetərincə ayə var.




Son söz, yaxud qara pİar təsadüfdürmü?
Uzun illərdir şiələrin Quranın təhrifinə etiqad bəsləmələrinə dair tirajı milyonlarla ölçülən kitab, məqalə və broşür çap olunur, Sələfi alimləri alovlu çıxışlar edir, hamını Şiəlik əleyhinə mübarizəyə çağırırlar. Aydın görünür ki, bu kitablarda məqsəd şiələrə yol göstərib “təhrif” fikrindən daşındırmaq yox, onlara qarşı rəy formalaşdırmaq, nifrət yaratmaqdır. Nə üçün? Bəlkə ona görə ki, şiələrin bu etiqadda olmadığını onların özləri çox yaxşı bilirlər. Bəlkə ona görə ki, bu qara piarda əsas məqsəd şiələrə qarşı terror əməliyyatlarına dini əsas formalaşdırmaqdır. Çünki sələfilərə görə, Quranın təhrif olunduğuna inanan hər kəsin boynu vurulmalıdır.

Tarix təkrar olunur. Haqqı batildən ayırd edə bilməyən avam kütlə bir zaman Quranı nizələrdə görüb Əliyə xəncər çəkdi. Bu gün də eyni düşüncə sahibləri Quranı bayraq edənlərin yalançı fəryadlarına aldanıb Əli ardıcıllarını qətlə yetirir. O zaman olduğu kimi, bu gün də Allahın müqəddəs kitabı kimlərinsə dünyəvi məqsədlərinə alət edilir.

Özünü təkfirçi, radikal saymayan sələfilər! İslam inanclarını – şiə və sünnilərin təvəssül, şəfaət, ziyarət, təbərrük kimi etiqadlarını küfr, şirk adlandırmaq təkfirçilik deyilsə, bəs nədir? Nə vaxta qədər müsəlmanlar, ölkəmizdə də əsasən Əhli-beyt firqəsi əleyhinə çirkin kampaniya aparacaq, yalan və iftiralarla onu gözdən salmağa çalışacaqsınız? Hər dəfə yalanlarınıza cavab verildikdən sonra mövzunu dəyişir və növbəti iftiralara keçirsiniz? Sizdə heçmi Allah qorxusu yoxdur?! Sizi bu çirkin işlərə vadar edən nədir: Əhli-beytə nifrət, yoxsa Əməvilərə, nasibilərə məhəbbət?

Bu gün Allahın evi və Peyğəmbərin məzarı siz sələfilərə əmanətdir, hər il dünyanın dörd tərəfindən miyonlarla ziyarətçi qəbul edirsiniz. Bu böyük imkandan, üstəgəl Allahın bəxş etdiyi tükənməz maddi sərvətlərdən necə istifadə edirsiniz?! Bəyənmədiyiniz şiələr – Əhli-beyt ardıcılları həcc mövsümlərində çətinliklə olsa da, müsəlmanların problemlərini qabardır, müsəlman qətliamlarına diqqət çəkir, heç biri şiə olmayan Fələstin məzlumlarına qarşı cinayətlərə etirazını bildirir. Əlinizdə bu qədər imkanlar ola-ola siz bu sahədə nə edirsiniz?! Peyğəmbər ziyarətçilərinə “küfr”, “şirk” bağırmaqdan, sizin kimi düşünməyənləri təkfir edən kitab və broşürlər paylamaqdan başqa nə?!

Siz şiə və sünni müsəlmanlardan çox fərqli etiqadlara malik ola, özünüz kimi düşünməyənləri təkfir edə, müsəlmanların birliyini istəyənlərə düşmən münasibət bəsləyə bilərsiniz. Nə edirsinizsə edin, nə olursunuzsa olun, Allahı başınız üstə görün, insaf və mürüvvətdən kənara çıxmayın. Quranın azaldığını düşünənləri kafir sayırsınızsa, ayrıseçkilik etməyin, lap əvvəldən başlayaraq hamısının hökmünü verin. Bunu da etmirsinizsə, ən azı böhtan atmayın, hər kəsi öz etiqad və əməlləri ilə tanıyın, bir neçə nəfərin fikrini bütöv bir məzhəbə aid etməyin.

Şiə olaraq qardaşlığa həmişə hazırıq. Bunun isə sizdən deyil, Mədinədən, Riyazdan asılı olduğunu yaxşı bilirik. Və təəssüf ki, Mədinə təkfirə son qoyacaq qardaşlıq fətvalarında, Riyaz da uyğun siyasətlərdə hələ ki maraqlı görünmür.

Sonda bir daha sizi yalanlardan çəkinməyə çağırırıq. Çünki yalan və iftiralar nəinki başucalığı gətirmir, hətta zəifliyə dəlil sayılır.

“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” (Nəhl/105)



“Hər hansı bir camaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə/8)

İstİfadə olunmuş ədəbİyyat


  1. Qurani-kərim.

  2. Nəhcül-bəlağə.

  3. Albani M. “Silsilə əhadis əs-səhihə”. Yeddi cilddə. “Məktəbə əl-məarif”. Riyaz, 1995-2002. (www.shamela.ws)

  4. Alusi M. “Ruh əl-məani”. Tədqiq edən: Əli Əbdülbari Ətiyyə. On altı cilddə. “Dar əl-kutub əl-elmiyyə”. Beyrut, 1415 h.q. (www.shamela.ws)

  5. Baqillani M. Əl-İntisar. Tədqiq edən: Məhəmməd İsam əl-Quzat. İki cilddə. “Dar İbn Həzm”. Beyrut, 2001. (www.shamela.ws)

  6. Beyhəqi Ə. “Əs-Sünən əl-kubra”. Tədqiq edən: Məhəmməd Əbdülqadir Əta. On cilddə. “Dar əl-kutub əl-elmiyyə”. Beyrut, 2003. (www.shamela.ws)

  7. Bəlaği M. “Ala ər-Rəhman fi təfsir əl-Quran”. İki cilddə. Besət. Qum, 1320 h.q. (“Came ət-təfasir” e-kitabxanası)

  8. Buxari M. Əs-Səhih. Tədqiq edən: Məhəmməd Züheyr ən-Nasir. Doqquz cilddə. “Tuq ən-nəcat”. Yersiz, 1422 h.q. (www.shamela.ws)

  9. Buxari M. “Səhih əl-ədəb əl-müfrəd”. Tədqiq edən: Məhəmməd Nasirəddin Albani. “Dar əs-sədiq”. Yersiz, 1997. (www.shamela.ws)

  10. Cəzairi N. “Əl-Ənvar ən-nomaniyyə”. Dörd cilddə. “Dar əl-qari”. Beyrut, 2008. (www.narjes-library.blogspot.com)

  11. Əbu Davud S. Əs-Sünən. Tədqiq edən: Məhəmməd Mühyiddin Əbdülhəmid. Dörd cilddə. “Əl-Məktəbə əl-əsriyyə”. Beyrut, tarixsiz. (www.shamela.ws)

  12. Əbu Həyyan Andalusi M. “Əl-Bəhr əl-mühit”. Tədqiq edən: Sidqi Məhəmməd Cəmil. On cilddə. “Dar əl-fikr”. Beyrut, 1420 h.q. (www.shamela.ws)

  13. Əbu Zöhrə M. “Əl-İmam əs-Sadiq”. Yersiz, tarixsiz. (www.archive.org)

  14. Əbülfutuh Razi H. “Rövz əl-cinan”. İyirmi cilddə. “Astani-Qüdsi-Rəzəvi”. Məşhəd, 1408 h.q. (“Came ət-təfasir” e-kitabxanası)

  15. Əhməd ibn Hənbəl. Əl-Müsnəd. Tədqiq edən: Şüeyb əl-Ərnəut və digərləri. Qırx beş cilddə. Risalət, 2001. (www.shamela.ws)

  16. Əl-Xəmis O. “Hökm Şeyxülislam limən yətəqid təhrif əl-Quran”. (www.almanhaj.net)

  17. Əl-Xəmis O. “Şiə və Quran”. (www.almanhaj.net)

  18. Əmini Ə. Əl-Qədir. On bir cilddə. “Dar əl-kitab əl-ərəbi”. Beyrut, 1977. (“Əhli-beyt” e-kitabxanası)

  19. Əsgəri M. “Əl-Quran əl-kərim və rivayat əl-mədrəsəteyn”. Tehran universiteti. Tehran, 1999. (www.ahlulbait.gigfa.com)

  20. Əs-Seyf M. “Əş-Şiə əl-isna əşəriyyə və təhrif əl-Quran”. Yersiz, tarixsiz. (www.waqfeya.com)

  21. Əstərabadi M. “Əl-Fəvaid əl-mədəniyyə”. Tədqiq edən: Rəhmətullah Rəhməti. “Ən-Nəşr əl-islami”. Qum, 1424 h.q. (“Əhli-beyt” e-kitabxanası)

  22. Əşəri Ə. “Məqalat əl-islamiyyin”. Frans Ştayz. Viesbaden (Almaniya), 1980. (www.shamela.ws)

  23. Əyyaşi M. Təfsir. Tədqiq edən: Haşim Rəsuli Məhəllati. İki cilddə. “Əl-Məktəbə əl-elmiyyə əl-islamiyyə”. Tehran, tarixsiz. (“Əhli-beyt” e-kitabxanası)

  24. Feyz Kaşani M. “Əl-Əsfa fi təfsir əl-Quran”. Tədqiq edən: Məhəmmədhüseyn Dirayəti və Məhəmmədrza Neməti. İki cilddə. İslam Təbliğatı. Qum, 1418 h.q. (“Came ət-təfasir” e-kitabxanası)

  25. Feyz Kaşani M. Əl-Vafi. İyirmi altı cilddə. İmam Əli kitabxanası. İsfahan, 1406 h.q. (“Came əl-əhadis” e-kitabxanası)

  26. Feyz Kaşani M. “Təfsir əs-safi”. Tədqiq edən: Hüseyn Ələmi. Beş cilddə. Əs-Sədr. Tehran, 1415 h.q. (“Came ət-təfasir” e-kitabxanası)

  27. Fəzl ibn Şazan. Əl-İzah. Tədqiq edən: Cəlaləddin Hüseyni. Tehran, 1972. (“Əhli-beyt” e-kitabxanası)

  28. Hakim Nişaburi M. Əl-Müstədrək. Tədqiq edən: Mustafa Əbdülqadir Əta. Dörd cilddə. “Dar əl-kutub əl-elmiyyə”. Beyrut, 1990. (www.shamela.ws)

  29. Hilli H. “Əcvibə əl-məsail əl-məhnaiyyə”. Xəyyam. Qum, 1401 h.q. (www.rafed.net)

  30. Hürr Amili M. “Təvatür əl-Quran”. “Dar əl-kutub əl-islamiyyə”. Tehran, tarixsiz. (www.noorlib.ir)

  31. Hürr Amili M. “Vəsail əş-Şiə”. Otuz cilddə. Alul-beyt. Qum, tarixsiz. (“Əhli-beyt” e-kitabxanası)

  32. Xətib Bağdadi Ə. “Tarix Bağdad”. Tədqiq edən: Bəşşar Əvvad Məruf. On altı cilddə. “Dar əl-qərb əl-islami”. Beyrut, 2002. (www.shamela.ws)

  33. Xətib M. “Əl-Xütut əl-ərizə”. Yersiz, tarixsiz. (www.shamela.ws)

  34. Xoi Ə. “Əl-Bəyan fi təfsir əl-Quran”. “Dar əz-Zəhra”. Beyrut, 1975. (“Əhli-beyt” e-kitabxanası)

  35. Xomeyni R. “Ənvar əl-hidayə”. İki cilddə. “Əl-Elam əl-islami”. Qum, 1993. (“Əhli-beyt” e-kitabxanası)

  36. İbn Cibrin A. “Əl-Lölö əl-məkin” fətvaları. )www.ibn-jebreen.com(

  37. İbn Əbdülbirr Y. Ət-Təmhid. Tədqiq edən: Musrafa Ələvi və Məhəmməd Bəkri. İyirmi dörd cilddə. Vəqflər nazirliyi. Mərakeş, 1387 h.q. (www.shamela.ws)

  38. İbn Əbu Davud A. Əl-Məsahif. Tədqiq edən: Məhəmməd ibn Əbdüh. “Əl-Faruq əl-hədisə”. Qahirə, 2002. (www.shamela.ws)

  39. İbn əl-Cəzri M. “Ən-Nəşr fi əl-qiraat əl-əşr”. Tədqiq edən: Əli Məhəmməd Zəbba. İki cilddə. “Dar əl-kitab əl-elmiyyə”. (www.shamela.ws)

  40. İbn əl-Məğazili Ə. “Mənaqib Əli”. Tədqiq edən: Əbu Əbdürrəhman Vadei. “Dar əl-asar”. Səna, 2003. (www.shamela.ws)

  41. İbn Ərəbi M. “Əl-Futuhat əl-məkkiyyə”. Dörd cilddə. “Dar sadir”. Beyrut, tarixsiz. (“Əhli-beyt” e-kitabxanası)

  42. İbn Əsir M. “Ən-Nihayə fi ğərib əl-hədis vəl-əsər”. Tədqiq edən: Tahir Əhməd əz-Zavi və Mahmud Məhəmməd ət-Tənahi. Beş cilddə. “Əl-Məktəbə əl-elmiyyə”. Beyrut. 1979. (www.shamela.ws)

  43. İbn Həcər Ə. “Fəth əl-bari”. On üç cilddə. “Dar əl-mərifə”. Beyrut, 1379 h.q. (www.shamela.ws)

  44. İbn Həzm Ə. “Əl-Fəsl fi əl-miləl”. Beş cilddə. Əl-Xanici. Qahirə, tarixsiz. (www.shamela.ws)

  45. İbn Xəllikan Ə. “Vəfəyat əl-əyan”. Tədqiq edən: Ehsan Abbas. Yeddi cilddə. “Dar sadir”. Beyrut, 1994. (www.shamela.ws)

  46. İbn Xətib M. “Əl-Furqan”. “Dar əl-kutub əl-elmiyyə”. Beyrut, tarixsiz. ((www.islameyat.com))

  47. İbn Kəsir İ. Təfsir. Tədqiq edən: Sami ibn Məhəmməd. Səkkiz cilddə. “Dar Teybə”. Yersiz, 1999. (www.shamela.ws)

  48. İbn Nədim M. Əl-Fihrist. Tədqiq edən: İbrahim Ramazan. “Dar əl-mərifə”. Beyrut, 1997. (www.shamela.ws)

  49. İbn Nüceym Z. “Əl-Bəhr ər-raiq”. Səkkiz cilddə. “Dar əl-kitab əl-islami”. Yersiz, tarixsiz. (www.shamela.ws)

  50. İbn Səd M. “Ət-Təbəqat əl-kubra”. Tədqiq edən: Məhəmməd Əbdülqadir Əta. Səkkiz cilddə. “Dar əl-kutub əl-elmiyyə”. Beyrut, 1990. (www.shamela.ws)

  51. İbn Şəhr Aşub. M. “Mütəşabih əl-Quran və müxtəlifuh”. İki cilddə. Bidar. Qum, tarixsiz. (www.noorlib.ir)

  52. İbn Teymiyyə Ə. “Məcmu əl-fətava”. Tədqiq edən: Əbdürrəhman ibn Məhəmməd. Otuz beş cilddə. Məlik Fəhd. Mədinə, 1995. (www.shamela.ws)

  53. İbn Teymiyyə Ə. “Minhac əs-sünnə”. Tədqiq edən: Məhəmməd Rəşad Salim. Doqquz cilddə. İmam Məhəmməd ibn Səud universiteti. Riyaz, 1986. (www.shamela.ws)

  54. İbn Şöbə Hərrani H. “Tuhəf əl-uqul”. “Ən-Nəşr əl-islami”. Qum, 1984. (“Əhli-beyt” e-kitabxanası)

  55. Ehsan İlahi Zəhir. “Əş-Şiə və əl-Quran”. “Tərcüman əs-sünnə”. Lahur, 1403 h.q. (www.shamela.ws)

  56. Kaşani M. “Təfsir əl-muin”. Tədqiq edən: Hüseyn Dərgahi. Mərəşi Nəcəfinin kitabxanası. Qum, 1410 h.q. (“Came ət-təfasir” e-kitabxanası)

  57. Kaşif əl-ğita C. “Əl-Həqq əl-mubin”. www.ekhbarion.com

  58. Kaşif əl-ğita C. “Kəşf əl-ğita”. İki cilddə. Məhdəvi. İsfahan, tarixsiz. (“Əhli-beyt” e-kitabxanası)

  59. Kaşif əl-ğita M. “Əsl əş-Şiə və üsuluha”. Tədqiq edən: Əla Ali-Cəfər. İmam Əli mərkəzi. Yersiz, 1415 h.q. (“Əhli-beyt” e-kitabxanası)

  60. Kuleyni M. Əl-Kafi. Tədqiq edən: Əliəkbər Qəffari. Səkkiz cilddə. “Dar əl-kutub əl-islamiyyə”. Tehran, 1363 h.q. (“Əhli-beyt” e-kitabxanası)

  61. Qəfari N. “Üsul məzhəb əş-Şiə əl-İmamiyyə”. Üç cilddə. Yersiz, 1414 h.q. (www.shamela.ws)

  62. Qərzavi Y. “Əs-Səhvə əl-islamiyyə”. “Dar əş-şuruq”. Qahirə, 2001. (www.fichier-pdf.fr)

  63. Qəzzali M. “Difa ən əl-əqidə və əş-şəriə”. “Nəhzət Misr”. Qahirə, 2005. (www.uqu.edu.sa)

  64. Qumi Məşhədi M. “Kənz əd-dəqaiq”. On dörd cilddə. Tədqiq edən: Hüseyn Dərgahi. İslam İrşad. Tehran, 1989. (“Came ət-təfasir” e-kitabxanası)

  65. Qurtubi M. Təfsir. İyirmi cilddə. Tədqiq edən: Əhməd Bərduni və İbrahim Əttəfəyyəş. “Dar əl-kutub əl-misriyyə”. Qahirə, 1964. (www.shamela.ws)

  66. Malik ibn Ənəs. Əl-Müvəttə. Tədqiq edən: Məhəmməd Mustafa Əzəmi. Səkkiz cilddə. Zayid ibn Sultan. Əbu Dabi, 2004. (www.shamela.ws)

  67. Malullah M. “Əş-Şiə və təhrif əl-Quran”. “Dar əl-vəy ə-islami”. Beyrut, 1982. (www.waqfeya.com)

  68. Mazandarani M. “Şərh əl-Kafi”. Tədqiq edən: Əbülhəsən Şərani. On iki cilddə. “Əl-Məktəbə əl-islamiyyə”. Tehran, 1382 h.q. (“Came əl-əhadis” e-kitabxanası)

  69. Məclisi M. “Mirat əl-üqul”. Tədqiq edən: Haşim Rəsuli Məhəllati. İyirmi altı cilddə. “Dar əl-kutub əl-islamiyyə”. Tehran, 1404 h.q. (“Came əl-əhadis” e-kitabxanası)

  70. Mədəni M. “Rəccə əl-bəs”. “Risalə əl-İslam” jurnalı. Qahirə. İl: 11 (1959), say: 4 (44). (www.noormags.com)

  71. Məhəmməd ibn Əbdülvəhhab. “Ər-Rədd əla ər-Rafizə”. Tədqiq edən: Nasir ibn Səd ər-Rəşid. İmam Məhəmməd ibn Səud universiteti. Riyaz, tarixsiz. (www.shamela.ws)

  72. Mərifət M. “Siyanə əl-Quran min ət-təhrif”. Ət-Təmhid. Qum, 2007. (www.noorlib.ir)

  73. Möhsün Əmin. “Əyan əş-Şiə”. Tədqiq edən: Həsən Əmin. On cilddə. “Dar ət-təaruf”. Beyrut, tarixsiz. (“Əhli-beyt” e-kitabxanası)

  74. Mücahid ibn Cəbr. Təfsir. Tədqiq edən: Məhəmməd Əbdüssalam. “Dar əl-fikr əl-islami”. Misir, 1989. (www.shamela.ws)

  75. Müfid M. Əl-İrşad. İki cilddə. “Dar ə-Müfid”. Beyrut, 1993. (“Əhli-beyt” e-kitabxanası)

  76. Müfid M. “Əl-Məsail əs-sərəviyyə”. Tədqiq edən: Saib Əbdülhəmid. “Dar əl-Müfid”. Beyrut, 1993, 78. (“Əhli-beyt” e-kitabxanası)

  77. Müfid M. “Əvail əl-məqalat”. Tədqiq edən: İbrahim Ənsari. “Dar əl-Müfid”. Beyrut, 1993. (“Əhli-beyt” e-kitabxanası)

  78. Mürtəza Ə. Əz-Zəriə. Tədqiq edən: Əbülqasim Gürci. İki cilddə. Tehran universiteti, 1967. (“Əhli-beyt” e-kitabxanası)

  79. Mürtəza Ə. “Əz-Zəxirə fi elm əl-kəlam”. Tədqiq edən: Əhməd Hüseyni. “Ən-Nəşr əl-islami”. Qum, 1411 h.q. (www.noorlib.ir)

  80. Müslim ibn Həccac. Əs-Səhih. Tədqiq edən: Məhəmməd Fuad Əbdülbaqi. Beş cilddə. “Dar ihya ət-turas əl-ərəbi”. Beyrut, tarixsiz. (www.shamela.ws)

  81. Mütəhhəri M. İslam və zamanın tələbləri. (www.kitab.nur-az.com)

  82. Nəccarzadeqan F. Quranın təhrifdən qorunması haqda sual-cavablar. (www.noormags.com)

  83. Nəcd alimləri. "Əd-Dürər əs-səniyyə". Tədqiq edən: Əbdürrəhman ibn Məhəmməd. On altı cilddə. Yersiz, 1996. (www.shamela.ws)

  84. Nəhhas Ə. “Ən-Nasix və əl-mənsux”. Tədqiq edən: Məhəmməd Əbdüssalam. Əl-Fəlah. Küveyt, 1408 h.q. (www.shamela.ws)

  85. Nəsai Ə. Əs-Sünən. Tədqiq edən: Əbdülfəttah Əbu Qüddə. Doqquz cilddə. “Əl-Mətbuat əl-islamiyyə”. Hələb, 1986. (www.shamela.ws)

  86. Nuri H. “Fəsl əl-xitab fi təhrif kitabi-Rəbb əl-ərbab”. Daş çapı. Yersiz, 1298 h.q. (www.islameyat.com)

  87. Rəhmətullah Hindi M. “İzhar əl-Həqq”. Dörd cilddə. İfta, Dəvət və İrşad idarəsi. Səudiyyə Ərəbistanı, 1989. (www.shamela.ws)

  88. Seyid ibn Tavus Ə. “Səd əs-süud”. Ər-Rəzi. Qum, 1984. (“Əhli-beyt” e-kitabxanası)

  89. Sədra M. “Əl-Hikmə əl-mütəaliyə”. Doqquz cilddə. “Dar ihya ət-turas”. Beyrut, 1981. (“İslam hikməti” e-kitabxanası)

  90. Səduq M. Əl-Etiqadat. Tədqiq edən: İsam Əbdüsseyid. “Dar əl-Müfid”. Beyrut, 1993. (“Əhli-beyt” e-kitabxanası)

  91. Sənani Ə. Əl-Müsənnəf. Tədqiq edən: Həbibürrəhman əl-Əzəmi. On bir cilddə. “Əl-Məclis əl-elmi”. Hindistan, 1403 h.q. (www.shamela.ws)

  92. Sübhi Saleh İ. “Məbahis fi ülum əl-Quran”. “Dar əl-elm lil-məlayin”. Yersiz, 2000. (www.shamela.ws)

  93. Süyuti C. “Əd-Durr əl-mənsur”. Səkkiz cilddə. “Dar əl-fikr”. Beyrut, tarixsiz. (www.shamela.ws)

  94. Süyuti C. “Əl-İtqan fi ülum əl-Quran”. Tədqiq edən: Məhəmməd Əbülfəzl İbrahim. Dörd cilddə. “Əl-Heyət əl-misriyyə”. Misir, 1974. (www.shamela.ws)

  95. Şərani Ə. “Əl-Kibrit əl-əhmər”. “Dar ihya ət-turas əl-ərəbi”. Beyrut, tarixsiz. (www.noorlib.ir)

  96. Şüştəri N. “Məsaib ən-nəvasib”. “Müəssisə Qaid”. Yersiz, 1426 h.q. (www.narjes-library.blogspot.com)

  97. Təbatəbai M. “Təfsir əl-mizan”. İyirmi cilddə. “Camiə əl-müdərrisin”. Qum, tarixsiz. (“Əhli-beyt” e-kitabxanası)

  98. Təbəri M. Tarix. On bir cilddə. “Dar ət-turas”. Beyrut, 1387 h.q. (www.shamela.ws).

  99. Təbəri M. Təfsir. Tədqiq edən: Əhməd Məhəmməd Şakir. İyirmi dörd cilddə. Ər-Risalə. Yersiz, 2000. (www.shamela.ws)

  100. Təbrisi F. “Məcmə əl-bəyan”. Əl-Ələmi. Beyrut, 1995. (“Əhli-beyt” e-kitabxanası)

  101. Tirmizi M. Əs-Sünən. Tədqiq edən: Bəşşar Əvvad Məruf. Altı cilddə. “Dar əl-qərb əl-islami”. Beyrut, 1998. (www.shamela.ws)

  102. Tusi M. “Ət-Tibyan fi təfsir əl-Quran”. Tədqiq edən: Əhməd Həbib Amili. On cilddə. “Əl-Elam əl-islami”. Yersiz, 1409 h.q. (“Əhli-beyt” e-kitabxanası)

  103. Zəhəbi M. “Tarix əl-İslam”. Tədqiq edən: Ömər Əbdüssalam. Əlli iki cilddə. “Dar əl-kitab əl-ərəbi”. Beyrut, 1987. (“Əhli-beyt” e-kitabxanası)

  104. Zərkəşi M. “Əl-Burhan fi ülum əl-Quran”. Tədqiq edən: Məhəmməd Əbülfəzl İbrahim. Dörd cilddə. “Dar ihya əl-kutub əl-ərəbiyyə”. Beyrut, 1957. (www.shamela.ws)

Yüklə 497,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə