АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 67-70 (2015)
67
Qusar Rayonu Ərazisinin Subalp Və Alp Bitkiliyinin Müasir Vəziyyəti
V.S. Xəlilov, M.Q. Musayev, R.T. Abdıyeva
AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan
Məqalədə Azərbaycanın Qusar rayonunun alp və subalp qurşaqlarının bitkiliyinin müasir vəziyyəti və
növ müxtəlifliyi tədqiq olunur. Tədqiq olunan rayonun çəmən bitkiliyi və əsas bitki assosiasiyaları
haqqında bəzi edifikator və dominant növlərə görə məlumat verilir.
Açar sözlər: Otlaq, meşə, subalp, alp, bitkilik tipi, assosiasiya
GIRIŞ
İnsan sağlamlığının qorunması üçün təbiətdə
yaşıllaşmanın rolu böyükdür. Meşələrin azalması,
təbiətdən səmərəsiz istifadə edilməsi, səhralaşma
prosesinin artması, eroziya, sel suları və daşqınların
əmələ gəlməsi torpağın sıradan çıxması, müxtəlif
bitki və heyvan növlərinin yoxa çıxması və s.
təhlükəli vəziyyət yaradır (Azərbaycan Respublika-
sının təbii yem sahələrinin iri miqdarlı geobotaniki
tədqiqatına dair təlimat, 2002; Qurbanov və Axun-
dova, 2006). Böyük Qafqazın alp və subalp sahələri
ölkədə qiymətli yaz-yay otlaqları, həmçinin iri və
xırdabuynuzlu mal-qara üçün silos hazırlanmasında
ucuz xammal hesab olunur. Bu cəhətdən həmin
otlaqların məhsuldarlığının artırılması, qiymətli yem
bitkilərinin əkilməsi ilə onların yaxşılaşdırılması,
otlaqlardan səmərəli istifadə, həmçinin pozulmuş və
az məhsuldar torpaqların bərpası vacibdir. Bitkiliyin
bərpası üzrə səmərəli tədbirlərin işlənməsi üçün
həmin ərazilərin mütəmadi monitorinqinin aparıl-
ması vacibdir.
MATERİAL VƏ METODLAR
Tədqiqatın məqsədi Qusar rayonunun alp və
subalp bitkiliyinin monitorinqi və onun fitosenotik
qiymətləndirilməsi olmuşdur. Qusar rayonu Böyük
Qafqazın Quba hissəsində (Azərbaycana aid) Şah-
dağ və Babadağ massivinin yüksək dağlıq ərazi-
sində yerləşir.
İqlimi quru qışa malik, soyuqdur. Orta illik
температурu +4
o
С, yanvar ayı üçün -5
o
С, iyul ayı
üçün +13,7
o
С. Yağıntının orta illik miqdarı 500-
600 mm, Torpaqları subalp qurşaqda (d.s.-dən
1500-2500 m hündürlükdə) – çimli dağ-çəmən, alp
qurşaqda (d.s.-dən 2500-3000 m hündürlükdə) –
torflu dağ-çəmən. Alp və subalp qurşaqlarında
torflu-çimlidir. Regionun florasının və bitkiliyinin
zənginliyinə relyefin mürəkkəbliyi, geoloji inkişaf
tarixi, ekzogen və endogen prosesləri təsir edib.
Subalp qurşağı aşağı və yuxarı hissələrə bölünür.
Aşağı subalp qurşağı d.s.-dən 1600-2000 m-ə kimi
yüksəkliyi əhatə edir, yuxarı subalp qurşağı isə dağ
massivlərində 2000 m-dən 2600-2800 m-ə qədər
yüksəlir. Alp qurşağı alçaqotlu alp çəmən və
xalılardan ibarət olaraq dəniz səviyyəsindən 2600-
m-dən 3200 m kimi yüksəkliklərdə yerləşir. 3200
m-dən yuxarıda sərt iqlimi, töküntülü, daşlı nival
qurşaqları bitkisiz olması ilə xarakterizə olunur.
Subnival qurşağında bəzən alp bitkiləri və subalp
senoz fraqmentlərinə rast gəlinir (Hacıyev, 2004;
Xəlilov, 2012).
Tədqiqat obyekti olaraq Qusar ərazisində dəniz
səviyyəsindən 1600-2800 m hündürlüyü əhatə edən
subalp və alp bitkiliyi olmuşdur. Bu qurşaqların
bitkiliyi rayonda yay otlaqları və biçənəklər kimi
istifadə edilir. Burada əsasən qiymətli yem
əhəmiyyətli müxtəlifotlar, paxlalılar və taxıllar
yayılmışdır. Bunlar Festuca L., Ranunculus L.,
Carum L. , Trifolium L. , Alchimilla L. , Heracleum
L., Taraxum L., Salvia L., Poa L., Phleum L.,
Zerna L. cinslərin növləridir. Materal müasir
geobotaniki ədəbiyyat və ümumi qəbul olunmuş
metodlara əsasən toplanmış və təhlil edilmişdir
(Полевая геоботаника, 1964-74).
Fitosenozların geobotaniki strukturuna dair 50-
yə qədər geobotaniki qeydiyyatlar aparılmışdır.
Toplanan bitki materialları “Флора Азербайджана”
(1950, 1952, 1953, 1955, 1957, 1961),
“Определитель растений Кавказа” (Гроссегейм,
1949) əsasən təyin edilməkdə regionun florası
müəyyənləşdirilmişdir. Bitkiliyin təsnifatı V.C.Hacı-
yevin “Azərbaycanın bitki örtüyü xəritəsi”-nə görə
əsaslandırılmışdır (Hacıyev, 2007). Tədqiqat apa-
rılan ərazilərin d.s. yüksəkliyi GPS vasitəsi ilə təyin
olunmuşdur.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Tədqiqat olunan ərazidə əsasən taxıllı, taxıllı-
müxtəlifotlu mezofil, hündürotluq və bozqırlaşmış
ala topal çəmənləri üstünlük təşkil edirlər. Aşağıda
qeyd olunan subalp və alp assosiasiyaları geydə
alınmışdır: Herba divarsae+Trifolium ambigu-
um+Phleum nodosum ass. (pişikquyruğu-yonca-
Qusar Rayonu Ərazisinin Subalp
68
müxtəlifot), Herba divarsae+Trifolium ambi-
guum+Trifolium pratense+Phleum nodosum (pişik-
quyruğu-yonca-müxtəlifot), Ligusticum alatum+
Ranunculus caucasicus+Trifolium pratense +Hor-
deum violaceum ass. (arpa-yonca- qaymaqçiçək-
iriçətirçi), Hordeum violaceum+Trifolium pratense
(arpa-yonca), Herba divarsae+Trifolium praten-
se+Phleum pratense (çəmən pişikquyruğu-çəmən-
yoncası-müxtəlifotlar), Festuca varia+Carex tris-
tis+Alchemilla caucasica (qafqaz şahduranı-cil-
topal), Festuca varia+Zerna variegata (alabəzək
yulaf tonqalotu ilə), Festuca varia+ Herba divarsae
(topal-müxtəlifot), Ranunculus oreophillus+Tara-
xacum stevenii+Plantago saxatilis (dağ qaymaqçi-
çəyi-acıqovuq-bağayarpağı).
Subalp və alp qurşağlarında ən çox yayılmış
çəmən bitkilərindən aşağıdakıları göstərmək olar:
Anthoxantum odoratum L., Festuca versicolor
Tausch., Nardus stricta L., Carex tristis Bieb., Poa
pratensis L., Poa alpina L., Carum caucasicum
(Bieb.) Boiss., Alchemilla caucasica Bus., Plantago
saxatilis Vahl., Geranium ibericum Cav., Ra-
nunculus oreophilus Bieb., Trifolium ambigiuum
Bieb., Trifolium pratense L., T. repens L., Vathyrus
L., Vicia sepium L., Lathyrus pratensis L., Phleum
phleoides (L.) Simk., Kolleria caucasica (Trin.)
Dom., Lolium rigidum Gaud., Hordeum violaceum
Boiss. et Huet., Alopecurus ventricosus Pers.
Hordeum violaceum Boiss.et Hult. və s. (Hacıyev,
2007; Qurbanov və Axundova, 2006).
Paxlalı-taxıllı-müxtəlıfot mezofil subalp, alp
çəmənləri və xalılar daha çox yonca (Trifolieta) və
boymadərən (Achilleta) növlərin formasiyaları və
assosiasiyaları ilə təqdim olunur. Taxıllı subalp
quru çəmənlərini əsasən arpa (Hordeum L.), tonqal
(Zerna L.), topal (Festuca L.) təşkil edirlər və
müxtəlif assosiasoyaları yaradırlar (Şəkil).
Şəkil. Taxıllı - müxtəlifotlu bozqır çəmənləri
(ass. Zerna variegata+herbosa).
Çəmən qrupları qənaətbəxş növ tərkibi ilə xa-
rakterizə olunur. Assosiasiynın təyin olunmuş siya-
hısına 40-65 növ daxildir. Layihə örtüyü 70-90%
təşkil edir. Bu çəmənliklərin vegetasiya dövrü 150-
170 gün, otarılma dövrü isə 100-115 gün olur (may-
sentyabr). Növ tərkibinin çoxluğuna görə Poaceae
Barnhart, Asteraceae Dumort., Fabaceae Lindl.
fəsilələri üstünlük təşkil edir. Həyati formalarına
görə birillik və çoxilliok ot bitkiləri yanaşı kol və
yarımkollara (Thymus L. və s.) da rast gəlinir.
Yüksək dağ zonalarında, xüsusilə subalp və
alp çəmənliklərində bozqırlaşmış çəmən tiplərinə
də təsadüf edilir. Festuca rupicola (F.sulcata),
F.supina, Stipa capillata, Festuca kotschyi, F. varia
isə yüksək dağ bozqırlarının edifikatorları hesab
edilir. Bunlardan Festuca varia Haenke (ala topal)
bozqırlaşmış çəmənlik əmələ gətirir. Bütün bozqır
variantları Koeleria macrantha, Artemisia orien-
talis, Thymus sp. Pyrethrum grex sp. Dianthys grex
sp. Scabiosa caucasica, Pimpinella rbodantha,
Plantago lanceolata, Phleum phleoides, Gruciata
glabra ( Galium vernum), Hordeum violaceum, La-
thyrus pratensis, Onobrychis sp. səciyyəvi bitki-
lərdən təşkil olunur. Bunlardan Hordeum violaceum
Boiss.et Hult. (bənövşəyi arpa) - çoxillik bitkidir;
gövdəsi seyrək kollu, hamar, yaxşı yarpaqlanandır.
İyun-avqust aylarında çiçəkləyir və toxum verir.
Yay otlaqlarında biçənək kimi istifadə olunan sıx
çəngəlliklər əmələ gətirir. Adətən paxlalı, müx-
təlifot-taxılotlu çəmənləri tərkibində çox yayılmış-
dır. H.violaceum yaxşı otlaq və biçənək bitkisi
olmaqla yanaşı ev heyvanlarının bütün növləri
tərəfindən hətta çiçəkləmə və sünbülləşmə dövrlə-
rində belə yaxşı yeyilir. Bozqırlaşmış cır yulaf alp
və subalp qurşaqlarının yüksəkliklərində yayılaraq
geniş sahələr tutur. Cır yulaf çəmənliklərinin fito-
senozu gəniz səviyyəsindən 2400-2600 m, bəzi
çəmənliklərin fraqmentləri hətta 3000 m yüksəklik-
lərdə yayılırlar. Böyük Qafqazın şərq qurtaraca-
ğında və Şahdağın subalp və alp yamaclarında
yayılıb. Cır yulaf çəmənliklərin floristik tərkibi
daşlıq yamaclarda zəif torpaq örtüklərinə nisbətən
rütubətli yamaclarda daha zəngindir. Çəmənliklərin
50-60%-ni yulaf təşkil etməklə qalan hissəsini dənli
bitkilər və müxtəlif otlar tutur. Qusar rayonunun
yuxarı dağlıqlarında Nardus stricta L. (ağbığ)
çəmənlikləri də yayılıb. Ləkə və kiçik massivlər
şəklində rast gəlinir. Floristik tərkibi çox kasıbdır
(10-35 növ). Yüksək dağlıq subalp çəmənlikləri və
çəmən bozqırları böyük sahələr tutur.
Lathyrus L . (gülülcə) cinsinin Azərbaycanda
18 növü yayılmışdır. Bunlardan bir növü Lathyrus
pratensis L. (çəmən gülülcəsi) gövdəsi 50-100 sm
hündürlüyündə olub çoxillik bitkidir. Bu növ
Böyük Qafqazın dağlarında (d.s. 2000-2500 m)
meşələrdə, meşə kənarlarında, kolluqlarda, subalp
və alp çəmənliklərində geniş yayılmışdır. Rütubətli
yerlərdə bitir. Otlağın ot tərkibində çoxluğu təşkil
etmir. Toxum və vegetativ yolla çoxalır. Əksər
müçahidələrə görə quru otu qarışıq halında bütün
kənd təsərrüfatı heyvanları tərəfindən yaxşı yeyilir
Xəlilov və b.
69
(Xəlilov, 2012).
Qusar rayonu orta dağ qurşağında geniş yayı-
lan dağ kserofit və taxıllı-müxtəlifot bozqır bitki
qrupları da öyrənilmişdir. Bozqır bitkilik tipində
əsas iki assosiyasiyanı qeyd etmək olar. Topallı-
müxtəlifotlu bozqırlar (Festuca rupicola+Herbo-
za), ağotlu-şırımlı-topallı bozqırlar ( Festuca rupi-
cola+Bothriochloa ischaemum). Dağ kserofit bitki-
liyində hal-hazırda Gypsophila acutifolia +Festuca
rupicola (şırımlı topallı-çoqanlıq) və Paliurus spina
christi+Bothriochloa ischaemum (qaratikanlıq-
ağotu) geniş yayılmışdır .
Belə ki, cənub yamaclarında çoxillik taxıl ot-
ları (Stipa caspica, Agropyron cristatum, Botrio-
chlon ischaemum) bu cəngəlliklərə qarışaraq qızıl-
saqqal bozqırı, şimal yamaclarında isə müxtəlif ot-
lar və paxlalılar Potentilla recta, Gruciata glabra
(Galium verıfum), Filipendula vulgaris (F.hexape-
tala), Astragalus multirjugus (A.stevenianus), Me-
dicago transcaucasica, Kochia prostrata, Salvia
nemorosa, Onobrychis cyri, O.vaginalis bir sahədə
rast gələrək yarımbozqır tipli bitki örtüyü əmələ
gətirir. Bozqır tipli bitki örtüyünə həmçinin ortadağ
(şiyavlıq) və yüksəkdağ (şiyavlı topallıq) qurşaq-
larında rast gəlinir.
Kol formasiyaları əsasən qısaboylu ardıclar ilə
təmsil olunur (Juniperus pugmaca, J. sabina, J.
depressa). Aparılan tədqiqatlar nəticəsində müəy-
yən edilmiıdirki ki hal hazırda subalp və alp
çəmənlikləri növ müxtəlifliyinə görə olduqca zən-
gindir. Lakin tədqiq olunan rayonun çəmən bitki-
liyinin mənfi atropogen təsirlərə məruz qaldığı
təyin olunmuşdur. Bura otlaqlardan sistemsiz isti-
fadə, şum və s. aiddir. Tədqiqatlara əsasən göstər-
mək olar ki, Qusar rayonu ərazisinin bozqır, dağ-
kserofit və meşə bitkiliyi müasir dövrdə mənfi
antropogen təsirlərə məruz qalaraq areallarını xeyli
azaltmışdır. Mənfi ekzogen proseslər (leysan yağış-
ları, külək eroziyası və s.) də tədqiq olunan rayonun
biomüxtəlifliyinin azaldır, bitkiliyin və torpaqların
deqradasiyasına səbəb olur. Bu təsirə məruz qalan
sahələr həm elmi, həm də praktiki cəhətdən yüksək
diqqət tələb edir. Rayonun meşələrin sistemsiz
qırılması və mal-qaranın həddən artıq otarılması
subalp qurşağı meşələrinin yuxarı sərhəddinin en-
məsinə səbəb olmuşdur. Beləliklə meşələrdən azad
olmuş sahələrdə, boşluqlarda subalp çəmən-müxtə-
lifotluq, kolluq, çəmən-bozqırlaşmış və yaxud
çəmən-kserofit bitkiliyi əmələ gəlmişdir.
ƏDƏBIYYAT
Azərbaycan Respublikasının təbii yem sahələri-
nin iri miqdarlı geobotaniki tədqiqatına dair
təlimat (2002) Bakı: 140 s.
Hacıyev V.C. (2004) Azərbaycanın yüksəkdağlıq
bitkiliyinin ekosistemi. Bakı: Elm, s. 30-46.
Hacıyev V.C. (2007) Azərbaycanın bitki örtüyü
xəritəsi. Bakı, Azərbayçan Respublikası Dövlət
Geodeziya komitəsi.
Qurbanov E.M., Axundova A.A. (2006) Abşeron
yarımadasında fitosenozların, əsas yem bitkilə-
rinin biokimyəvi tərkibi və səmərəli istifadəsi.
AMEA Botanika İnstitutunun Elmi Əsərləri,
XXVI: 240-244.
Xəlilov
V.S. (2013) Kiçik Qafqazın “E” vitamini
ilə zəngin olan yem bitkiləri. Bakı: Təhsil, 135 s.
Гаджиев В.Д. (1962) Субальпийская раститель-
ность Большого Кавказа (в пред Аз.ССР).
Баку: АН Аз ССР, с. 38-44.
Гросегейм А.А. (1949) Определитель растений
Кавказа. М.: 747 с.
Полевая геоботаника (1964-1974) Под ред.
М.Лавренко. Л.: Наука, Т. 1- 4.
Флора Азербайджана (1950-1961) Под. ред.
И.И.Карягина. Баку: АН Азерб. ССР. В 8 т.: т.
1 (1950), 364 с.; т. 2 (1952), 316 с.; т. 3 (1952),
400 с.; т. 4 (1953), 379 с.; т. 5 (1955), 567 с; т. 6
(1955), 536 с.; т. 7 (1957), 635 с.; т. 8 (1961),
688 с.
Современное Состояние Субальпийской И Альпийской Растительности
На Территории Гусарского Района
В.С. Халилов, М.Г. Мусаев, Р.Т. Абдыева
Институт ботаники НАНА
В статье рассматривается современное состояние растительности и видовое разнообразие
альпийского и субальпийского поясов Гусарского района Азербайджана. Приводятся данные
относительно некоторых эдификаторов и доминантов лугов исследуемого района и основных
растительных ассоциаций.
Ключевые слова: Пастбища, лес, субальпы, альпы, типы растительности, ассоциация
Qusar Rayonu Ərazisinin Subalp
70
Current State Of Subalpine And Alpine Vegetation In The Territory Of Gusar
V.S.Xalilov, M.G.Musayev, R.T.Abdiyeva
Institute of Botany, ANAS
The article discusses the current state of vegetation and species diversity of alpine and subalpine zones in
Gusar district of Azerbaijan. Data concerning some edificators and dominants of meadows of the
investigated areas and the basic vegetative associations are cited.
Key words: Pasture, forest, subalpine, alpine, type of vegetation, association
Dostları ilə paylaş: |