Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
  1   2   3   4   5   6   7   8   9   ...   81


Az Book Library
downloaded from KitabYurdu.org


Qustav Lebon
XALQLARIN VƏ KÜTLƏNİN PSİXOLOGİYASI
Annotasiya
Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsəri böyük
sosial qrupların psixologiyasının tədqiqinə həsr olunub. Mütəşəkkil kütlənin davranış
qanunlarını ilk dəfə məhz Lebon ifadə edib. Əsərində o yazır ki, izdiham zamanı
adamlarda “indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər meydana çıxır”. Belə
vəziyyətdə fərd “fors-major şüur əldə edir və bu şüur onu elə instinktlərə tabe
olmağa vadar edir ki, tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir”. Lebon
bunu belə izah edir: birincisi, “kütlə anonimdir və ona görə məsuliyyət daşımır. Ayrı-
ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə
ortadan qalxır”. İkincisi, izdihamda “hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü
də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban
verir”. Müəllifin müşahidələrinə görə, izdihamda fərdin üçüncü əsas xüsusiyyəti, “bir
növ təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur”.
Gustave Le Bon PSYCHOLOGIE DES FOULES
Qustav Lebon XALQLARIN VƏ KÜTLƏNİN PSİXOLOGİYASI
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
ISBN 978-9952-26-984-0
downloaded from KitabYurdu.org


I Kitab
XALQLARIN PSİXOLOGİYASI
Giriş
MÜASİR BƏRABƏRLİK İDEYALARI VƏ TARİXİN PSİXOLOJİ ƏSASLARI
Bərabərlik ideyalarının təşəkkülü və inkişafı. – Onun doğurduğu nəticələr. –
Baxın, onun tətbiqi nəyə gətirib çıxarıb. Onun kütlələrə hazırkı təsiri. – Bu əsərdə
nəzərdə tutulmuş məsələlər. – Xalqların ümumi təkamülünün başlıca faktorlarının
tədqiqi. – Bu təkamül təsisatlardanmı təşəkkül tapır? – Hər bir sivilizasiyanın
elementləri özündə ayrılıqda götürülmüş hər bir xalqa xas olan təsisat, incəsənət,
etiqad və s. kimi məlum psixoloji əsasları əks etdirirmi? – Tarixdə hadisənin
əhəmiyyəti və dəyişilməz qanunlar. – Bəlli subyektdə irsi ideyaların dəyişdirilməsinin
çətinliyi.
Xalqları idarə edən təsisatların ideyaları ən uzunmüddətli təkamülə məruz
qalırlar. Çox astagəlliklə təşəkkül tapan bu ideyalar, elə tədricən də yoxa çıxırlar. Ağıllı
zəkaların aşkar nöqsan kimi qəbul etdikləri həmin ideyalar, kütlə tərəfindən uzun
zaman ərzində şəksiz həqiqət kimi qəbul edilir və qara xalq kütləsinə öz təsirini
göstərməkdə davam edir. Yeni ideyanı təlqin etmək nə qədər çətindirsə, köhnəsini
aradan qaldırmaq da bir o qədər asan deyil. Bəşəriyyət ölü ideyalardan və ölü
tanrılardan daim möhkəm yapışıb, qopmaq bilmir.
İbtidai insan tarixinə aid olan və onun ruhi quruluşunun müxtəlifliyini və irsi
qanunlarını əks etdirən olduqca cahil ideyalara qarşı şair və filosofların, dünyada
insanların və irqlərin bərabərliyi ideyasını ortalığa atmasından, demək olar ki, bir əsr
yarım vaxt keçib.
Kütlə üçün çox şirnikləndirici olan bu ideya onların ruhuna çox tezliklə hakim
kəsildi və öz bəhrəsini də çox tez verməyə başladı. O, köhnə cəmiyyətin əsaslarını
sarsıtdı, ən qorxunc inqilablardan birinə gətirib çıxardı və qərb dünyasında bir sıra
güclü qıcolmalar doğurdu və onların sonu hələ də görünmür.
Şübhəsiz, fərdləri və irqləri bir-birindən ayıran bəzi bərabərsizliklər o dərəcədə
aşkar idi ki, uğrunda ciddi mübarizə apara biləsən. Lakin adamlar həmin
bərabərsizlikləri yalnız verilən tərbiyənin nəticəsi hesab etdiklərindən, bütün
insanların eyni cür ağıllı və xeyirxah doğulduqlarını, lakin sonradan onların yalnız
müxtəlif təsisatlar tərəfindən korlandıqlarını düşünərək, çox tez sakitləşirdilər. Buna
qarşılıq olan çox sadə vasitə var idi: təsisatlar qurmalı və bütün adamlara eyni tərbiyə
verməli. Beləliklə, təsisatlar və maarifləndirmə, müasir demokratiyanın məşhur sehrli
downloaded from KitabYurdu.org


iksirinə – böyük prinsiplər üçün alçaldıcı olan bərabərsizlikləri aradan qaldıran,
müasirliyin tək ilahi vasitəsinə çevrilmişdi.
Buna baxmayaraq, elmin ən yeni nailiyyətləri eqalitar nəzəriyyələrin
əhəmiyyətsizliyini üzə çıxardı və təsdiq etdi ki, keçmişdə insanlar və irqlər arasında
yaradılan əqli uçurum, yalnız irsən toplanmışlarla, özü də tədricən doldurula bilər.
Müasir psixologiya sərt təcrübə dərsləri ilə birlikdə göstərdi ki, məşhur şəxslər və
məşhur xalqlardan ötrü uyğunlaşdırılmış tərbiyə sistemi və təsisatlar, digərləri üçün
çox ziyanlı ola bilər. Lakin özləri tərəfindən dünyada dövriyyəyə buraxılmış ideyaların
uydurma olduğuna əminlik yarandıqda, filosoflar onları dövriyyədən çıxarmaq
səlahiyyətinə malik olmurlar. Həmin ideyalar yatağından çıxmış çaya bənzər, heç bir
bənd onun qarşısını saxlaya bilməz, ideya dağıdıcı, nəhəng və dəhşətli axın olaraq
davam edər.
Və baxın, ideyalar necə məğlubedilməz gücə malikdirlər! Nə bir psixoloq, nə bir
mədəni dövlət insanı və xüsusilə – nə də hər hansı bir səyahətçi tapa bilməzsən ki,
dünyanın altını üstünə çevirmiş, Avropada nəhəng inqilablara gətirib çıxarmış və
Amerikada Cənub Ştatlarını Şimali Amerika İttifaqından ayırmaq uğrunda qanlı
müharibəyə sövq etmiş insanların bərabərliyi anlayışının nə qədər yalançı, xəyali
olduğunu başa düşməsin; bizim təsisatlar və tərbiyənin, ibtidai xalqlar üçün nə qədər
məhvedici olduğunu inkar etməyə heç kimin mənəvi haqqı yoxdur. Bütün bunlarla
yanaşı, bir adam da tapa bilməzsən ki, – ən azı Fransada – hakimiyyətə gələndən
sonra ictimai rəyə qarşı çıxsın və ona müqavimət göstərə bilsin, bu tərbiyə və
təsisatları bizim müstəmləkələrdəki yerli əhali üçün də tələb etməsin. Bizim
bərabərlik ideyasından qaynaqlanan sistemlərin tətbiqi müstəmləkələri viran qoyur
və tədricən bütün müstəmləkələrimiz acınacaqlı vəziyyətə düşür. Lakin sistemin
başlanğıc olaraq mənbəyini təşkil edən prinsiplər, hələ də sarsımaz olaraq -
qalmaqdadır.
Bununla belə, tənəzzüldən uzaq olan bərabərlik ideyası hələ də
genişlənməkdədir. Bu bərabərlik naminə sosializm zərurətə çevrilib, görünür, o, yaxın
gələcəkdə Qərbin əksər xalqlarını öz köləsinə çevirəcək, onların xoşbəxtliyinin
təminatı üçün çalışacaq. Onun adı ilə müasir qadın özünə kişilərlə bərabər hüquq və
eyni tərbiyə tələb edir.
Bu, bərabərlik prinsiplərinin gətirdiyi siyasi və sosial çevrilişlər və bundan sonra
onun doğuracağı daha mühüm dəyişikliklər, kütləni heç də qayğılandırmır, dövlət
adamlarının siyasi ömrü isə o qədər qısadır ki, onlar bundan narahat belə, olmurlar.
Bununla belə, müasirliyin baş hakimi – ictimai rəydir və ona riayət etməmək
mümkünsüzdür.
Hər hansı bir ideyanın sosial əhəmiyyətini müəyyən etmək üçün zəkalar üzərində
hökmranlıq edən gücdən yaxşı ölçü meyarı yoxdur. Onda olan həqiqət və yalan payı
yalnız fəlsəfi nöqteyi-nəzərdən maraq doğura bilər. Nə vaxt ki, həqiqi və yaxud yanlış
ideya kütlə üçün hissə çevrilir, bu zaman ondan törəyən nəticələr də tədricən ortaya
çıxır.
Beləliklə, maarifçilik və təsisatların köməyilə, bərabərliklə bağlı müasir arzuların
həyata keçirilməsinə başlamaq lazımdır. Onların yardımı ilə biz ədalətsiz təbiət
qanunlarını təshih etməklə Martinika, Qvadelupa və Seneqaldan olan zəncilərin,
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə