Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

onun müttəfiqlər üzərində hansı gücə malik olduğu aydın görünürdü, Napoleon -
qarşısındakıları tamamilə darmadağın etmək üçün onları öz təşəbbüsünün ardınca
getməyə məcbur edirdi”.
Onun cazibəsi hətta özünün yoxluğunda belə, öz gücünü saxlamaqda davam
edirdi.
Məhz bu cazibə sayəsində onun adsız-sansız qardaşı oğlu imperator ola bilmişdi.
Haqqında olan əfsanənin yüksəlişini müşahidə etməklə, onun böyük kölgəsinin hələ
də nə qədər əzəmətli olmasına əmin ola bilirik. İnsanlarla necə istəyirsən rəftar et,
milyonlarla adamı məhv elə, işğal dalınca işğal et, əgər istənilən səviyyədə cazibəyə
maliksənsə və həmin ovsunlayıcı cazibəni qoruyub saxlamaq üçün bacarığın varsa,
etdiklərinizin hamısını sizə bağışlayacaqlar.
Böyük dinlərin, doktrinaların, imperiyaların necə təşəkkül tapması bizə aydın
olsun deyə, məhz, həmin vəziyyət baxımından, mən burada cazibəni məhz həmin
vəziyyət baxımından, tamamilə müstəsna hal kimi nümunə gətirdim. Əgər cazibənin
əzəmətli ovsunlayıcı gücünü diqqətə almasaq, onda bütün bunların genezisi bizə
aydın olmayacaq.
Amma cazibə təkcə şəxsi üstünlük, hərbi şöhrət və ya din qorxusuna əsaslanmır.
O, daha təvazökar şeylərdən də təşəkkül tapa bilər, amma bütün hallarda müstəsna
əhəmiyyətə malik olur. Əsrimiz bu cür nümunələrdən bizlərə çox göstərib. Onlardan
ən heyrətamizi, iki qitəni ayırmaqla yer kürəsinin şəklini və xalqların kommersiya
əlaqələrini dəyişdirən məşhur insanla (Lesseps) bağlı hadisədir. O, öz müəssisəsində
bu uğurlara təkcə əzəmətli iradəsi sayəsində yox, həm də ətrafındakı adamlara
cazibəsi ilə təsir etməklə imza ata bilmişdi. Ümumi inamsızlığa qalib gəlmək üçün
onun təkcə orada görünməsi yetərli oldu. Bir neçə dəqiqə danışdı və cazibəsi
sayəsində bütün rəqibləri, çox tez zamanda onun müttəfiqlərinə çevrildilər. Xüsusilə,
ingilislər onun layihəsinə qarşı daha çox etiraz edirdilər, amma Lessepsin İngiltərədə
görünməyi bəs etdi ki, hamı onun tərəfinə keçsin. Bir qədər sonra, Sauthemptondan
keçərkən onun şərəfinə kilsə zəngləri çalınırdı, indi isə İngiltərədə onun şərəfinə
heykəl ucaltmaq istəyirlər. “Hər şeyə – adamlara, bataqlığa, qayalara və qumlara
qalib gəlmişdi”, o, artıq maneələrə inanmırdı və Panamada Süveyş kanalının çəkilişini
bərpa etməyi düşünürdü. O, eyni vasitələrlə işə başladı, lakin qocalıq da gəlib qapını
kəsdirmişdi; bundan əlavə, dağları öz yerindən edən inam, onlar yalnız elə də çox
hündür olmadıqları vaxt oynada bilir. Amma dağlar davam gətirə bildi və bu
səbəbdən ortaya çıxan fəlakət həmin qəhrəmanı əhatə edən parlaq şöhrət haləsini
məhv etdi. Onun həyatı cazibənin necə yaranışı və necə yox olmasını hər şeydən
yaxşı göstərir. Tarixdəki ən məşhur qəhrəmanlara bərabər əzəmətə yüksələn Lesseps,
sıralarında ən mənhus cinayətkarların da yer aldığı, ölkəsinin ən adi hakimləri
tərəfindən rədd edilmişdi. Onun ölümünə kütlə çox biganə qaldı və yalnız əcnəbi
dövlət başçıları tarixin ən görkəmli insanlarından birinin xatirəsini yad etməyi özlərinə
borc bildilər.
Xarici qəzetlərdən biri, yəni “Neue Freie Presse”, Lessepsin taleyi ilə bağlı düzgün
psixoloji qeydlər çap etmişdi, hansı ki, mən indi burada sitat gətirəcəyəm:
“Ferdinand Lessepsin mühakiməsindən sonra Xristofor Kolumbun acı taleyinə
artıq təəccüblənə bilmirsən. Əgər Ferdinand Lessepsi fırıldaqçı hesab etsək, onda hər
downloaded from KitabYurdu.org


cür nəcib xəyalları cinayət kimi tanımaq lazımdır. Qədim dünya Lessepsin şərəfinə
abidələr ucaldar, onu şöhrətin zirvəsinə yüksəldərdi, çünki o, yer səthini dəyişdirmiş
və onu təkmilləşdirən işi həyata keçirmişdi. Ferdinand Lessepsə hökm çıxarmış
məhkəmə sədri, bu hökmü ilə özünə ölməzlik qazandırmışdı, belə ki, öz əsrini
alçaltmaqdan qorxmayan, həyatı müasirləri üçün şöhrət timsalı olan bir şəxsə sürgün
paltarı geyindirən bir şəxsin adını, xalqlar həmişə xəbər alacaqdılar... Qoy bundan
sonra, hər cür möhtəşəm və cəsarətli işlərə qarşı bürokratik nifrət tüğyan edən
yerlərdə, ədalət mühakiməsinin hökm sürməsindən bir daha bizə söz açmasınlar.
Millətlərin özlərinə inanan və öz şəxsi məsələlərini diqqətdən kənarda qoyub, bütün
maneələri aşa bilən bu cür cəsarətli insanlara ehtiyacları var. Dahi ehtiyatlı ola
bilməz; ehtiyatlılığı rəhbər tutmaqla, o, heç vaxt insan fəaliyyətinin dairəsini
genişləndirə bilməzdi.
... Ferdinand Lesseps həm uğurun başgicəlləndirici şöhrətini, həm də
məyusluğun acısını yaşamışdı – bu, Süveyş və Panama kanalları ilə bağlı idi. Qəlb bu
mənəvi uğura qarşı üsyana qalxır. İki dənizi birləşdirmək nəsib olduqdan sonra
hökmdarlar və millətlər onu hər cür şöhrət çələnginə layiq bildilər, lakin Kordilyer
qayalıqları ilə bacarmayıb, məğlub olduqdan dərhal sonra Lesseps sıradan bir
fırıldaqçı kimi qəbul edildi... Burada digərləri üzərində öz zəkasına görə yüksələn bir
şəxsdən, cinayət məcəlləsi vasitəsilə qisas almaq üçün cəmiyyətin sinifləri arasında
mübarizə başlayır, bürokratlar və məmurların narazılığı ortaya çıxır... Müasir
qanunvericilər insan dühasının bu cür məşhur ideyalarına müdaxilə edirlər; camaat
isə belə işləri hələ az dərk etdiyindən, hər hansı bir baş müvəkkilə Stenlinin – qatil,
Lessepsin isə – fırıldaqçı olduğunu sübut etmək, elə də çətinlik törətmir”.
Gətirdiyimiz bütün bu fərqli nümunələr, cazibənin ən ifrat formalarına aiddir.
Bunların hamısını psixoloji təfərrüatları ilə yaratmaq üçün bizə həmin formaları dinlər
və dövlətlərin banilərindən başlayaraq, qonşusunu öz yeni kostyumu və yaxud
ordenlərinin parıltısı ilə məftun etməyə səy göstərən hər hansı bir subyektə doğru
enməklə həyata keçirmək olar.
Bu sıralamanın hər iki sonluğunun arasına sivilizasiyaların müxtəlif
elementlərindən təşkil olunmuş cazibələrin bütün formalarını yerləşdirmək olar:
elmdə, incəsənətdə, ədəbiyyatda və sair, onda görəcəyik ki, cazibə hər cür inamın
əsas elementlərini təşkil edir. Dərk edilərəkdən və ya yox, amma cazibəsi olan insan,
ideya və ya şey, həmin andaca yoluxma yolu ilə yamsılama yaradır və bütöv bir nəslə
məlum hissetmə və öz fikirlərini izharetmə üsulunu təqlid edir. Yamsılama çox vaxt
qeyri-iradi olur və məhz, bu da onun təkmilliyinə səbəb olur. Öz əsərlərini solğun
rənglərlə çəkən müasir rəssamlar və donub qalmış pozalardan istifadə edən bəzi
primitiv rəsm yaradanlar, əlbəttə, belə şövqün onlarda haradan baş qaldırdığını belə
bilmirlər. Onlar öz səmimiyyətlərinə inanırlar, bununla yanaşı, əgər məşhur
rəssamlardan hər hansı biri incəsənətin bu formasına müraciət edib, onu bir növ
dirçəltməsəydi, bizlər yenə də həmin incəsənətin yalnız sadə tərəflərini və daha aşağı
səviyyəsini görməkdə davam edəcəkdik. Elə həmin rəssamlar, digər bir məşhur
ustadan nümunə götürərək öz rəsmlərini bənövşəyi çalarlarda işləyir, heç təbiətən
bənövşəyi rəngin əlli il öncə daha çox işlədilməsinin fərqinə belə varmırlar, lakin bir
rəssamın şəxsi və xüsusi təəssüratları o dərəcədə təsir göstərib ki, onlar həmin
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə