Quyuların sementlənməsi Sementləmə prosesi



Yüklə 17 Kb.
tarix30.12.2023
ölçüsü17 Kb.
#165722
2ci research neft qaz(1)


Quyuların sementlənməsi

Sementləmə prosesi - Qoruyucu kəməri quyuya endirdikdən sonra neftli, qazlı və sulu layları bir-birindən ayırmaq, eləcə də müxtəlif mineraloji tərkibə malik suların təsirindən onun paslanıb sıradan çıxması qarşısını almaq, quyu divarını möhkəmləndirmək üçün boruarxası fəzaya müəyyən hündürlükdə sement məhlulunun vurulmasına deyilir.


Sementləmənin məqsədi


  • Qazıma məhlulu udula bilən çatları, kavernaları və başqa kanalları doldurub bağlamaq;

  • Kövrək süxurlardan ibarət quyu divarlarını müvəqqəti və ya daimi bağlamaq;

  • Lay suların təsirindən qoruyucu kəmərlərin xarici səthində əmələ gələn korroziyadan onları mühafizə etmək;

  • Qazılan quyulara buraxılan qoruyucu kəmələr arxası fəzanı doldurmaq və keçiriciliyi olan bütün layları bir-birindən ayırmaq;

  • Qoruyucu kəmərlərə daha çox dayanıqlıq vermək.



Sementləmədə istifadə olunan avadanlıqlar

Sementləmə aqreqatı - Bu aqreqatın köməyilə hesablaşmış sement məhlulu və basıcı qazıma məhlulu quyuya vurulur.

Sementqarışdıran maşın - Hazırda neft sənayesində sement məhlulunun qarışdırılmasında sementqarışdıran maşınlardan geniş istifadə edilir.


Sementləmə başlığı - Qoruyucu kəmər quyuya endirildikdə qazıma məhlulunun dövranıni yaratmaq, kəmər endirildikdən sonra quyunu yumaq və ya bilavasitə sementləməni aparmaq üçün sementləmə başlığından istifadə edilir.

Sementləmə tıxacı - plastik kütlədən və rezindən hazırlanır. Qabaqlar taxtadan da tıxac hazırlanılırdı. Quyuya lazım olan miqdarda sement məhlulu vurulduqdan sonra onun üstündən üst sementləmə tıxacı buraxılır. Lazımi həcmdə maye vurulduqda tıxac istinad halqasına çatır, sementləmə başlığının kranları bağlanır və sementləmə prosesi qurtarır.

Əks klapan – qoruyucu boruları quyuya buraxan zaman maye içərisindəki çəkisinin azaldılmasına və kəmər arxasına qaldırılmış sement məhlulunun qoruyucu borunun içərisinə qayıdaraq daxili olmasının qarşısını alır.


Mərkəzləşdirici fənər – sementləmə prosesinə başladıqda sement məhlulunun boruarxası fəzada bir tərəfə yox bütün tərəflərə bərabər paylanması üçün istifadə olunur. Yəni, borunu tam mərkəzdə saxlayır.


Quyuların sementlənməsi üsulları

Neft-qaz quyularının sementlənməsində bu üsullardan istifadə olunur:




  • Bir pilləli sementləmə;

  • İki pilləli sementləmə üsulu;

  • Manjetli sementləmə üsulu;

  • Quyruq kəmərin sementlənməsi;

  • Əks semetləmə.



Bir pilləli sementləmə

Bir pilləli sementləmə - Kəmərin içərisinə içi boş olan alt ağac sementləmə tıxacı buraxılır və bunun üstündən quyuya, sementin istənilən hündürlüyə qədər qaldırılması üçün tələb edilən həcmdə sement məhlulu vurulur. Sement məhlulu quyuya vurulduqdan sonra onun üstündən, dəliksiz üst sementləmə tıxacı buraxılır və sement kəmərin içərisindən, sementləmə borusunun dəliklərindən çıxaraq, arxadakı halqavri fəzaya qalxmağa məcbur etmək üçün, kəmərin içərisinə basıcı qazıma məhlulu vurulur. Lazımi həcmdə maye quyuya vurulduqdan və üst tıxac kəmərin aşağısındakı istinad halqasının üstündə dayanmış alt tıxaca çatdıqda sonra sementləmə başlığının kranları bağlanır və sementləmə prosesi qurtarır.

İki pilləli sementləmə

Quyu qazılarkən onun dərinləşdirilməsindən və qarşıya çıxan texnoloji çətinliklərin xarakterindən və həllindən asılı olaraq ümumi halda quyularda aparılan sementləməni adi üsulla normal olmadığından xüsusi sementləmə üsullarından isütifadə olunur. Bunlardan biri də iki pilləli sementləmə üsuludur. Bu sementləmə prosesi aşağıdakı hallarda tətbiq olunur:


1.Sementi halqavari fəzada istənilən hündürlüyə qaldırmaq mümkün olmadıqda və bir pillə ilə məhlulun vurulub basılması üçün çox vaxt tələb edildikdə;
2.Quyu dibi temperatur həddindən artıq çox olub sementi tez tutuşdurduqda;
3.Aşağı laylarda udulma zolaqları olduqda;
4.Sementə qənaət etmək məqsədilə və kəmər arxasındakı sement sütununun orta hissələrinin sementlənməsinə ehtiyac olmadıqda;
5.Buruğa və onun yanına sayı şox olan sementləmə aqreqatları və sement qarışdırıcı maşınların gətirilməsi mümkün olmadıqda.
Bu üsulun məqsədi sementləmə prosesini mərhələli şəkildə aparmaqdır. Beləliklə, birinci hissə sementləndikdən sonra ikinci hissəni sementlənir (mərhələli şəkildə).




Yüklə 17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə